C.R.Əmirovanın «Azərbaycanın etnoqrafik toponimləri» adlı namizədlik dissertasiyamında haqlı olaraq göstərilir ki, Azərbaycan toponimikasının fondunun yaranmasında xalqımızın etnik tarixinin və etnoqrafiyasının, xüsusən də maddi və mənəvi mədəniyyətimizin realiyalarının / əkinçilik mədəniyyətinin, maldarlığın, peşə və sənətkarlığın, mifoloji və dini dünya görüşün/ təsiri ayrıca bir araşdırmaya mövzu olmuş 2 və müəllif bu problemin toponimik tədqiqatlar içərisində aktuallığını nəzərə alıb onun həllinə girişmişdir.
Etnoqrafik leksikanın ən qədim laylarından və zəngin leksik qruplarından biri də geyim adlarıdır. Təsadüfi deyil ki, maddi mədəniyyətin başqa sahələri ilə müqayisədə geyim yalnız xalqımızın mənəvi həyatını deyil, həmçinin onun tarixini, həyat tərzini, estetik, etik görüşlərini, etnik və sosial fərqləri əks etdirmək qüdrətində olduğuna görə dilçilik tədqiqatına da cəlb olunmuşdur.3 Məişət leksikasının bir qolunu təşkil edən geyim adları B.R.Məmmədovanın namizədlik dissertasiyasında monoqrafik yolla tədqiq olunmuşdur. Müəllif bu mövzunun araşdırılması üçün təbii olaraq, Azərbaycan və ümumtürk abidələrinə, ana dilimizdəki bədii ədəbiyyat nümunələrinə, etnoqrafik mənbələrə, Azərbaycan və türk dillərinin mzahlı, etimoloji və ieidilli lüğətlərindən götürülmüş faktik materiallardan istifadə etmişdir. Mahiyyət etibarilə etnoqrafik leksikanın daha dərindən öyrənilməsinə xidmət edən bu diisertasiya işi diaxron və sinxron plandp yazılmışdır.
Azərbaycan dilinin tarixi leksikologiyası1, dialekt və şivə materialları əsasında leksikanın tədqiqi2, eləcə də ayrı-ayrı terminoloji sahələr3 üzrə doktorluq, namizədlik dissertasiyaları yazılmışdır.
Dostları ilə paylaş: |