G İ R İ Ş
Bu gün bizə həll olunmuş kimi görünən problemlərə, məsələn, elə leksikaya aid bir çox araşdırmalar yazılmışsa da, buna qayıtmağa yenə də ehtiyac yaranır. Bir həqiqət də şəksizdir ki, dilçilik elmi özünün bütün nəzəri- elmi probleslərinin tam mənada tədqiqat edib qurtarmayınca həm ana dilinin tədrisində, həm də elə bu elmin özündə çətinliklər aradan qalxmayacaq. Bəllidir ki, leksika dilin ən mütəhərrik, dəyişən, dinamik sahəsidir. « Dilin leksik sistemində dəyişkənlik tez müşahidə olunur»- desək yanılmarıq. Leksika dilin lüğət tərkibinin barometridir. Bu mənada da Azərbaycan dilinin müxtəlif amillərlə bağlı leksikasındakı dəyişiklikləri, yeniləşməni izləmək vacibdir. Dəyişmə deyərkən biz burada lüğət tərkibində yeni- yeni mənalar qazanan sözləri, yəni mənaca inkişaf, məna daralmasını, yaxud ictimai- siyasi quruluşla, eləcə də başqa amillərlə bağlı müəyyən sözlərin köhnəlməsi, passiv lüğət fonduna keçməsi kimi məsələləri nəzərdə tuturuq. Ümumən leksikaya aid edə bildiyimiz mənaca inkişaf problemini, söz yaradıcılığı və b. problemləri etnoqrafik leksika əsasında da izləməyə böyük ehtiyac duyulur.
Etnoqrafiya xalqın tarixi, soykökü, məişəti, təsərrüfat, peşə-sənət, fəaliyyət və məşğuliyyət sahələri ilə, onun mənəviyyatı, yaradıcı zəkası, təxəyyülü və s. ilə bağlı bir elm sahəsi olduğu üçün təbiidir ki, bu sahə etnoqraflar, tarixşünaslar, floklorşünaslar, dilçilər, musiqişünaslar, dilçilər, musiqişünaslar və sənətşünasların müştərək tədqiqat obyekti sayılır. Bir cəhəti də nəzərə almış olsaq ki, etnoqrafiya elminin sahələri olduqca zəngin, geniş və çoxşaxəlidir, onda biz konkret məsələlər əsasında daha çox söz deyə bilərik.
Etnoqrafiya tarix elminin xalqları / etnosları/, onların məişəti, adət və ənənələrini, etnik birliklərin yaranması və inkişafı prosesini, xalqın etnogenezini və etnik tarixini, ən qədim ictimai həyat və mədəniyyət formalarını, mədəni sərvətlər və xalq yaradıcılığı sahəsindəki mütərəqqi ənənələri öyrənən bölməsidir. Bu baxımdan Azərbaycan xalqının etnoqrafiyası çox zəngindir. Dünyada ilk yaşayış məskənlərindən olmuş qədim doğma diyarımızın yaşı minilliklərlə ölçülür. Ellərimizin mənəvi və maddi dünyasını, mədənqiyyətini, peşə və sənət, məşğuliyyət, həyat tərzi və fəaliyyət sahələrini öyrənən etnoqrafiya elminin sirlərinə varmaq, əlbəttə, bu gün mütəxəssislərin, eləcə də bütün ziyalıların ürəkdən gələn arzusudur.
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyətinin təməl daşları ən geci Mezolit dövründən qoyulmuşdur. Azərbaycanda əkinçiliyin, maldarlığın, bağçılığın, sənətkarlığın və s. sahələrin çoxəsrlik tarixi var. Qobustan, Gəmiqaya, Dəlidağ və dicər qayaüstü rəsmlər də həmin dövrün canlı şahidləridir. Qobustan qayaüstü təsvirlərində ovçuluq, maldarlıq, xalq yaradıcılığı / yallı rəsminin təsviri, qavaldaş və s./ və digər sahələr böyük əksəriyyət təşkil edirsə, Dəlidağ qayaüstü rəsmləri, təsvirləri bitkiçiliklə əkinçiliyiə də onun ayrı-ayrı sahələrinə həsr edilmişdir. Neolit, xüsusilə eneolit dövründə Azərbaycan xalqının məşğuliyyət sahələri genişlənmiş, oturaq həyat tərzinə keçmiş azərbaycanlıların təsərrüfatında əkinçilik maldarlıqla yanaşı, bağçılın və üzümçülük də əsas yer tutmaba başlamışdır. «Azərbaycan etnoqrafik baxımdan ölkəmizin / burada söhbət keçmiş SSRİ ərazisindən getmişdir, daha dəqiqi isə dünyanın –İ.M./ ən zəngin və maraqlı guşələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz və qədim Şərq xalqları ilə iqtisadi və mədəni əlaqədə olmuşdur. Yaranan böu qarşılıqlı təmasda xalqımız çox şey əxz etmiş və faydalanmışdır. Xalqımız də öz növbəsində həmin xalqların tükənməz təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə çox şeylər bəxş etmiş, onu daha da zənginləşdirmişdir.1
Rus alimi P.M.Jukovski məşhur « Kulğturnıe rassteniə i ix sorodoçi» əsərində bildirir ki, hələ Xett konfederasiyası zamanı / yəni təxminən 4500 il öncə- İ.M./ Azərbaycanın sarı heyvası Kiçik və Ön Asiya ölkələrinə ixrac edilirdi.2 Bəhs olunan həmin dövrdə artıq inək, öküz, qoyun. Keçi, it və toyuqdan başqa, əcdadlarımızın həyatında ev atı da xüsusi rol oynayırdı. Axı Azərbaycan dünyada yalnız sarı heyvanın deyil, eləcə də ən qədim atçılığın vətənlərindən biridir. Bu dəyərli faktlar isə özlüyündə Azərbaycan xalqının həyat və məişətinin özəyini təşkil etmiş göstərilən gərəkli etnoqrafik amillər kimi, ayrı-ayrı etnoqrafiya terminlərinin yaranması taritxini xatırladan minilliklərin və yüzilliklərin məhsulu olmasına etibarlı dəlillərdir.
Azərbaycan xalqının qədim maddi və mənəvi mədəniyyəti, həyat tərzi, geniş mənada tarixi, etnoqrafiyası barədə verdiyimiz giriş xarakterli məlumatlar ana dilimizin lüğət tərkibinin qiymətli qədim bir layı olan xüsusi adların-onomastik adların da zənginliyi və özünəxaslığı kimi keyfiyyətlərini təsdiq edir. Onomatik adlar təkcə xüsusi adlar olaraq qalmır, onlar Azərbaycan xalqının və onun etnoqrafiyasının qədim tarixi salnaməsinin ən maraqlı səhifələridir, «toxunulmaz müqəddəsləri»dir /B.Budaqov/. Belə sözlər Azərbaycan dilinin lüğət tərkibinin qızıl fondunu yaratmış və qədim söz yatırlarıdır. Tarixin xoş, əmin-aman çağlarında da, dolanbac yollarında da xalqımızın ictimai- siyasi, iqtisadi-mədəni, ədəbi əlaqə və münasibətləri öz qüvvəsini saxlamışdır. Şübhəsiz ki, dilin lüğətində bu münasibətlə sözlər milli tərkibcə, formaca, sayca artmış, büllurlaşmış, müəyyən tematik qruplar halında sabitləşmiş və hər sahənin özünə uyğun lüğət materialı yaranmışdır. Etnoqrafizmləri toplamaq üçün mənbə, qaynaq rolunu aşıq yaradıcılığı, ümumən folklor, elmi-tarixi mənbələr, bədii ədəbiyyat, dialekt və şivələr, arxeoloji qazıntılar oynamışdır.
Etnoqrafik leksika dilin lüğət tərkibində daha çox etnik milli cəhətləri. Keyfiyyət və göstəriciləri əks etdirən əsas qədim leksik təbəqələrdən biridir. Etnoqrafik leksikanın araşdırılması, toplanıb təhlil olunması ən təxirəsalınmaz elmi problem kimi dilçiliyimizdə öz tədqiqini gözləyir.
Əlbəttə, bəlli həqiqətdir ki, etnoqrafik leksika üçün ən qiymətli qaynaqlar, mənbələr folklor materialları, qayaüstü, qəbirüstü yazılar, rəsmlər, şifahi xalq yaradıcılığı, elmi-tarixi, ədəbi-bədii mənbələr, şivə materialları, arxeoloji qazıntılar sayılır.
Bir cəhəti də əlavə etmək istərdik ki, orta əsrlərə aid hekayə janrında olan bir çox ədəbi mənbələr /məxəzlər/-qaynaqlar da tarixi- etnoqrafik məlumatlar da bu günümüz üçün etnoqrafiya baxımından az əhəmiyyət daşımır: « Narədu s arxivnım materialom bolğşoe znaçenie dlə vsəkoqo roda Kavkazovedçeskix issledovanii imeöt povestvovatelğnıe literaturnıe istoçniki. U nas inoqda nedooüenivaöt gti istoçniki, sçitaöt, çto-esli istoçniki opublikovanı, to oni uje kak bı terəöt svoe znaçenie, svoö noviznu i stanovətsə vsem izvestnı. Gto, odnako, doleko ne tak literaturnıe povestvovatelğnıe istoçniki / burada həmçinin – İsvestiə inostrannıx evropeiskix pisatelei zanimaöt qlavnoe mesto/ bıli i budut odnim iz osnovnıx vidov istoçnikov dlə istoriçeskix i gtnoqrafiçeskix issledovanii. Priçem v rəde sluçaev gti istoçniki əvləötsə ne zamenimımi. Oni osobenno vajnı dlə izuçeniə tex istoriçeskix periodov, kotorıe slabo osveşenı dokumentalğnımi i inımi materialami, xranəşimsə v arxivax, ili sovsem ne otrajenı v nix».1
Təbiidir ki, etnoqrafiya elmi hər bir xalqa məxsus özümlü cəhətləri, məişəti, həyat tərzini, maddi və mənəvi mədəniyyət, adət-ənənə və s.-ni öyrəndiyi üçün, araşdırdığı üçün burada lüğət tərkibindən söhbət gedərkən birinci növbədə həmin xalqın qədim milli söz və deyimləri, onomastik ad sistemi nəzərdə tutulmalıdır. Lüğət fondu milli tərtib cəhətdən, əsasən, Azərbaycan dilinin sözləri əsasında yaranır.
Azərbaycan xalqının tarixinin, soykökünün və eləcə də dilinin tarixinin əsaslı şəkildə, sistemli öyrənilməsini bu günədək ləngidən səbəbləri araşdıranda etnoqrafiyamızın, həmçinin ədəbi dil tariximizin lazımi qədər tədqiq olunmaması da yada düşür. Bu fikrə eynilə etnoqrafiya ilə bağlı bir çox sahələri hələ lpyiqincə aşkarlanmamasını da aid etmək olar. Etnoqrafik leksikanın bütövlükdə müasir tədqiqatlar içərisində hələ də tamam-kamal öyrənilməməsi, təsnif edilməməsi, etnoqrafik materialların tam halda cəmlənməməsi hələ bu sahədə görməli olacağımız işlərin vacibliyini xatırladır.
Heç şübhəsiz, «Azərbaycan etnoqrafiyası»nın /Azərbaycan etnoqrafiyası» adlanan 3 cildlik etnoqrafiya kitabı nəzərdə tutulur – İ.M./ meydana çıxması çoxcildlik Azərbaycan tarixi, ədəbiyyatı, memarlıq və incəsənət tarixi, dil tarixi, habelə xalq təsərrüfatı tarixinin yazılmasına xeyli kömək edəcək, həmin əsərlərin daha da dolğunlaşmasına və zənginləşməsinə səbəb olacaqdır.1
Belə bir acı həqiqəti etiraf etməliyik ki, etnoqrafik leksikanın, etnoqrafiya terminlərinin dilçilik baxımından tədqiq olunmaması bir yana dursun, bu günə qədər Azərbaycan etnoqrafiya elmi bütövlükdə /özü də ən vacib sahələri – etnoqrafik və etnik tarix problemləri nəzərdə tutulur/ araşdırıb son söz deyilməmişdir. Təsadüfi deyil ki, etnoqrafik-tarixi tədqiqatlarda dönə-dönə bu məsələyə işarə olunur: «Etnoqrafiya elmi münasibətlərin öyrənilməsində, xalqların etnogenezinin, etnik psixologiyanın tədqiqində xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, tarixşünaslığımızda Azərbaycan xalqının etnogenezisinin və etnik tarixinin sistemli şəkildə və xüsusi problem kimi öyrənilməsinə hələ də başlanmamışdır.1 (Əlbəttə, son 10-15 ildə müstəqillik qazandığımız dövrdə ürəkaçan araşdırmalar yazılıb nəşr olunmaqdadır).
Milli zəmində termin yaradıcılığı da prinsip etibarilə ayrı-ayrı fəaliyyət sahələrindən kənarda olan proses deyildir. Belə termin yaradıcılığının əsasını təşkil edən fəaliyyət sahələri, hər şeydən əvvəl, etnik təfəkkürün məhsulu kimi meydana çıxır. Etnik təfəkkür qaynaqlarından qidalanan fəaliyyət sahələri isə hər hansı bir xalqın özünün həyatından, həyat tərzindən doğur. Hər bir xalqın həyatı nə qədər qədimdirsə, onun fəaliyyət sahələri də bi o qədər qədimlərə gedib çıxır. Müəyyən fəaliyyət sahəsinin formalaşmasında ən zəruri şərtlərdən biri yeni informasiyadan ibarətdir. Məhz yeni informasiya sayəsində fəaliyyət sahələrinin fərqləndirici əlamətləri meydana çıxır. Bu fərqləndiricilik, hər şeydən əvvəl, fəaliyyət sahələrinə məxsus sözlərdə özünü göstərir. İnformasiya intensivliyi həmin sözlərin mənasını xüsusiləşdirir, konkretləşdirir. Beləliklə, hər bir fəaliyyət sahəsində özünəxas informasiya prosesinə uyğun olaraq, xüsusi terminlər formalaşmağa başlayır. Terminologiyada intensiv informasiya zəiflədikdə onun sahə hüdudları da dağılır. Başqa sözlə. Xüsusi sahə təşkil edən terminlər öz semantika və anlayış xüsusiyyətlərinə görə ümumişlək leksikaya qarışır. Bu cəhətdən milli mənşəli terminlərlə əcnəbi dillərə məxsus terminlərin öz funksionallıqları var. Belə ki, intensiv informasiyanın zəifləməsi nəticəsində xalqın etnik təfəkkürü və məişət həyatı ilə bağlı olan milli terminlər etnoqrafik leksikaya çevrilir, əcnəbi terminlər isə ümumişlək leksika tərkibində alınma sözlər layı təşkil edir. Məsələn, milli mənşəli həvəngdəstə, ilmə, arğac, əriş kimi xalçaçılıq, cəhrə, daraq, iy, pilə, dükcə, iplik kimi qədim əyiricilik terminləri etnoqrafik leksikaya daxil olan vahidlərdəndir.
Etnoqrafik leksika dilin lüğət tərkibində daha çox etnik milli cəhətləri, keyfiyyət və göstəriciləri əks etdirməkdə əsas qədim leksik təbəqələrdən biridir. Etnoqrafik leksikanın araşdlırılması, toplanıb təhlil olunması və təxirəsalınmaz elmi problem kimi dilçiliyimizin qarşısında durur.
Bu mövzunun genişliyini, əhatəliyini, çoxşaxəliliyini nəzərə alıb biz ancaq maddi mədəniyyət leksikasının müəyyən bir qismini təşkil edən yemək, geyim, ev avadanlıqlarının, mətbəx əşyalarının /qab-qacaq adlarının/ adlarını, mənəvi mədəniyyət leksikasını /oyun adları, mərasim leksikası – toy, yas, sünnət mərasiminə aid sözlər, mifoloji. Dini leksika/, xalq təbabətinə aid leksikanı, habelə xalqımızın adət-ənənəsi, təfəkkür və mənəviyyatını, etiqad, inam və tapınışlarını özündə yaşadan, onu daha çox səciyyələndirən bəzi peşə-sənət növlərinə, təsərrüfat məşğuliyyətinin daha xarakterik sahələrinə aid termin və sözlərin bir hissəsini tədqiqatımıza cəlb etmişik. Bütünlüklə etnoqrafiya elmini təmsil edən maddi və mənəvi mədəniyyət, sosial münasibətlər sahələrinin, bütün peşə-sənət, təsərrüfat məşğuliyyəti sahələrini bildirən leksikanı əks etdirmək üçün təbiidir ki, neçə-neçə ciddi, cild-cild elmi-tədqiqat əsərləri, eitablar yazılmalıdır ki, bu da gələcək araşdırıcılarını gözləyir.
* * *
Biz dissertasiyanın ilk səhifələrində göstərdik ki, leksikanın ayrı-ayrı sahələr üzrə tematik qruplara ayırmaqla tədqqt işi son dərəcə perspektiv li bir elmi istiqamət kimi qiymətlidir. Heç də təsadüfi deyil ki, son zamanlar türkologiyada da ayrı-ayrı sahələr üzrə terminoloji leksikanın tədqiqinə böyük diqqət yetirilmiş, xüsusən də etnik-mədəni- tarixi aspekt haqqında, ictimai-siyasi terminologiyanın formalaşması və inkişafı, daha sonra isə terminoloji lüğətlərin tərtibi prinsipləri barədə geniş bəhs edilmişdir.1 Bundan başqa özbək dilçiliyində şivə materialları əsasında adət-ənənə ilə bağlı sözlər, birləşmələr onomasioloji tədqiqata cəlb olunmuşdur.2
Dilçilikdə, xüsusən də türkoloji əsərlərdə etnoqrafik leksika və etnoqrafiya terminologiyası terminləri paralel işlənir. Etnoqrafik sözlərin lüğətlərə. O cümlədən, Türk-rusca lüğətlərə daxil edilməsi zərurətini A.A.Yuldaşev də vacib hesab etmiş, maddi-mənəvi leksikanın/ etnoqrafik leksikanın/ işlənmə incəliyini. Bu leksik təbəqənin türk dilləri materialları əsasında demək olar ki, heç araşdırılmamasını da göstərmişdir. Tədqiqatçı yazır: «…birincisi, bu sözlər /etnoqrafik sözlər – İ.M. /Həmin dildəki/ tərcümə olunan dil nəzərdə tutulur – İ.M./ başqa məna bildirməyən realiyaları ifadə edir. İkincisi, xalqın maddi və mənəvi mədəniyyətini əks etdirir, üçüncüsü, bu terminlərin sırasında daha çox tarixi dəyəri olan, nadir, əvvəllər qeydə alınmamış sözlərə təsadüf olunur, dördüncxüsü. Ən əsaslısı isə bu leksika istər öz tərkibi və xarakteri etibarilə, istərsə də ədəbi normaya mənsubluğu baxımından, demək olar ki, bütün türk dillərində hələ az öyrənilmişdir».3
Dostları ilə paylaş: |