I F Ə S İ L
ETNOQRAFİK LEKSİKANIN SAHƏLƏRİ
Etnoqrafik leksikanın bütövlükdə müasir tədqiqatlar içərisində hələ də tamam-kamal öyrənilməməsi, təsnif edilməməsi də dilçilik elmimizdəki kəsirlərdən biridir. Azərbaycan dilinin tarixi leksikologiyasını, ümumiyyətlə dilin leksik qatlarını öyrənmək üçün onomastik vahidləri, canlı danışıq sözlərini və zərbi-məsəlləri araşdırmaq da böyük fayda verir. Təsadüfi deyildir ki, «Azərbaycan dilinin tarixi leksikologiyasını, hətta morfologiyasını və fonetikasını öyrənmək üçün şəxs adları mötəbər mənbələrdən biridir. İnanc, Qutluq, Sunqur, Humay, İlteqin, Eltəbər, Alp, Tuğan, Çolpan, Barsbəy, Uruz kimi adlar, həmçinin, bars, bəri, çav, bərk və digər sözlər müasir Azərbaycan dili üçün arxaizmdir. Çünki bunlar Azərbaycan xalqının tarixi etnoqrafiyası ilə, siyasi və ictimai həyatı ilə bağlı sözlərdir»1.
Bəllidir ki, xalq danışıq sözləri, məişət sözləri və zərbi-məsəlləri müxtəlif sahələri əhatə edir. Ümumxalq sözləri arasında etnoqrafik leksika mərkəzi mövqe tutur. Bu sözləritn mənşəyini açmaq, onların işlənmə yerini göstərmək ümumilikdə dilin lüğət tərkibini, onun inkişafını izləməkdə böfük əhəmiyyətə malikdir. Dildəki qohumluq terminlərinin də etnoqrafik leksikada müəyyən payı vardır. Təsadüfi deyil ki, « Azərbaycan dilinin əsas lüğət fondunun ən qədim qatlarından birini təmsil edən qohumluq terminləridir. Bu terminlər qohumluq münasibətləri qədər qədimdir. Qohumluq terminlərinin tarixi inkişafını izləmək qohkmlkq münasibətlərinin tarixi inkişafını izləmək deməkdir. Bu. Tarixi leksikologiya baxımından maraqlı olduğu kimi, tarixi etnoqrafiya üçün də qiymətli material verir»2.
Etnoqrafik leksi kanın tarixən müəyyən dəyişikliyə uğraması, ictimai məzmun qazanması müəyyən ictimai-siyasi şəraitlə bağlı baş verir, bu sözləri bütövlükdə lüğət tərkibi haqqında da söyləyə bilərik. N.M.Xudiyev Azərbaycan ədəbi dilinin Sovet dövrünü tədqiq edərkən belə bir qənaətə gəlir: « Sovet dövründə cəmiyyət həyatının yeni əsaslar üzərinə qaldırılması ictimai münasibətlərin psixoloji xarakterini kökündən dəyişir və buna uyğun olaraq sözün ictima üslublaşma imkanları da dəyişir. Məsələn, ağsaqqal, başçı, xanım, sərvət, var-dövlət qəbilindən olan yüzlərlə söz yeni ictimai-siyasi, mədəni etik təfəkkürün ixtiyarına keçir.
Ümumiyyətlə, hər hansı ictima-siyasi şərait lüğət tərkibinə-leksik normaya adətən birbaşa deyil, məhsulu olan mənəvi-mədəni mühit vasitəsilə daha ardıcıl, daha davamlı şəkildə təsir göstərir; çünki ictimai-siyasi şəraitin özü həmin mənəvi-mədəni mühitdə dərk olunur, dəyərləndirilir, təsdiq, yaxud inkar edilir. Sözü leksik vahidi normativaləşdirən, ədəbi səviyyəyə qaldıran da həmin mədəni-mənəvi mühitdir»1
Son illər türkologiyada etimoloji araşdırmalara maraq kəskin şəkildə artmışdır. Təbiidir ki, bu, müqayisəli-tarixi türkologiyanın şəksiz inkişafı, çoxsaylı müxtəlif tipli leksikoqrafik lüğət-məlumat kitablarının nəşri, türk xalqlarının etnoqrafiyası və arxeologiyasına aid əsərlərin geniş vüsət alması və bunun nəticəsində bu xalqların tarixinin və etnogenezinin ayrı-ayrı mərhələlərinə diqqətin artması kimi bir çox səbəblərlə bağlıdır.
Bir də bizə belə gəlir ki, «etimoloji canlanma»nın səbəblərindən biri də müqayisəli-tarixi dilçiliyin vəziyyəti ilə bağlı, xüsusən də fonetika ilə bağlıdır. Bir çox fərziyyələr zəngin leksik materiallar əsasında qlobal araşdırmaya möhtacdır. Bu, təzadsız nəzəriyyənin yaranması və yeni fərziyyələrin irəli sürülməsi üçün zəruridir.1
Belə bir həqiqəti unutmamaq gərəkdir ki, …sözlərin etimologiyasını öyrənmək, dilin tarixini öyrənməyə. Dilin tarixini öyrənmək isə xalqın tarixinin öyrənilməsinə xidmət edir».2
Xalqların bir-biri ilə müxtəlif əlaqələri və birgə yaşayışı zamanı daha çox məişət, iqtisadiyyat cəhətdən ünsiyyət yaranır. Azərbaycan xalqı öz inkişafı tarixi boyu qohum olan, eləcə də qohum olmayan qonşu xalqlar və etnik qruplar ilə yaxın ünsiyyətdə, siyasi. İqtisadi, məişət və mədəni-ədəbi əlaqələrdə olmuş və bu ünsiyyət və əlaqələrin nəticəsində ana dilimizdən həmin xalqların dillərinə təsərrüfat, məşğuliyyət, peşə-sənət və s. bağlı bir çox söz və terminlər keçmişdir. Mərhum şərqşünas alim H.Zərinəzadə fars dilində işlənən «boşqab», «colaq», «qaymaq», «döşək», «kəklikotu», «bölük», «ocaq», «qayçı» və b. türkmənşəli sözləri göstərmişdir.3 «Azərbaycan dilində işlənən ərəb və fars sözlsrinin qısa lüğəti»ndə ərəb dilində isə «boğaz», «ocaq», «qazma» və b. sözlər müşahidə olunur.4 V.A.Qordlevski « K voprosu o vliənie tureükoqo əzıka na arabskiy» adlı məqaləsində ərəb dilində işlənən 267 türk sözünün siyahısını vermişdir /məs.: alay, yüzbaşı, ordu, kazarma, qışlaq, süngü, fişəng, onbaşı, bayraq, tətək, bölük, tabur, minbaşı və s./5 V.A.Qordlevskinin gətirdiyi sözlər içərisində həmçinin məişət, ticarət, geyim, yemək və s. ilə bağlı olan leksik vahidlər çoxdur.
A.Zahidinin «Müasir ərəb dilində türkmənşəli sözlər» əsərində göstərilir ki, Təbəri, İbn Hövqəl, İbn əl-Əsir, İbn Bəttutənin əsərlərində, Kiçik Asiya səlcuqilərinin əlyazmasında «uluq» /böyük ulu/, «kupluq /xoşbəxt/, «toqrultəkin»/ knyaz, sokol/ «alp» /bahadır, cəngavər/, «cabuqa» /ağa/, «xaqan», «cətir», «çadır», «xatun» /qadın/, «xanum» /xanım/, «ağa», «bəg» /bəy/ və b. türkmənşəli sözlərə rast gəlmək olar.1
Əsərdə daha sonra oxuyuruq: «Məişətdə işlənən bir çox sözlər də türk dilindən ərəb dilinə keçmiş və onların çoxu hazırda ərəb dili və dialektlərində işlənməkdədir. Onlara «kürək» , «torba», «tozluq» , «yataq» , «boya» , «yaşmaq», «badya», «axur», «çəpiş», «qondara» /ayaqqabı/, «araba», «boyunbağı», «damğa», «bağ» //»buket», «çuval», «başlıq», «əkinçi», «qab», «kəsim» // biçim», «kürk», «yaxa», «tas», «maşa» sözlərini misal göstərmək olar».2
Rus ədəbi dilində və eləcə də onun dialektlərində müxtəlif dövrdərdə ticarət, iqtisadi, təsərrüfat, hərbi, siyasi məişət. Mədəni əlaqələr nəticəsində türk mənşəli, habelə Azərbaycan dilinə məxsus bir çox etnoqrafik sözlər, məişət sözləri və başqa terminlər geniş işlənir.
Rus dilinin etimoloji, izahlı lüğətlərində belə sözlər əks olunmuşdur. Nümunə üçün aşağıdakı türk mənşəli və türk dilləri vasitəsilə keçən sözlərə və birləşmələrə nəzər salaq: almaz, altın, artel, alıça, arşin, arba, arkan, anqorskaya şerst, armyak, başlıq, başmaq, baxroma /mahrama/, beşmet /bişmət/, biser, bazar, burda, burdök /borduk/, baklajan, balık, badğə /taz; braqa /peraça- cecə, puçal/, balda /balta, baldak/, epança /yapunca/, ermolka /yağmurluq, yağmur/, izöm, izumrud /zümrüd/, karakul, kaftan /kəftan/, kazna, kaznaçey, kavun, kamsa /xamsı-xəmsə balığı/, kolbasa /kulbastı/, kosxalva/ kozxalva, qoz halvası/, kumıs / kumız, kummak – kummak- qarışdırmaq/, kurlök /kudruk/, lapşa /lakşa/, kavardak /kavurduk/, kalança / kala-n-ça/, kayma, kizək, təzək/, kinjal/ kındjal/, kirpiç, kiset /kisa-kisa/, kiseə, kolpak / kalpak/, kolçan /ox qabı/, korçaqa /kofçak-tuluq/, kazan /qazan/, kapkan /tələ/, klobuk /kalpak/, kaurıy /kovur, qonur/, kobzar, koşma, kulak, kumaç /qumaş/, kuşak /qurşaq/, kurenğ /kürən/, koçevatğ, koçevnik /köç/, kupak, labaz /lapas/,lapşa /lakşa/, najdak, nabat, tıxma, xinqal, xalva, kəta, şaşlık və s.1
XVII-XVIII əsr Gürcüstanın görkəmli yazıçısı, leksikoqraf və siyasi xadim Sulxan –Saba Orbelianinin «Kartuli leksikoni» /gürcü lüğəti/ əsərinin- gürcü dilinin birinci izahlı lüğətinin həm gürcü leksikoqrafiyasının tarixi və müasir vəziyyəti üçün, həm də tərcümə lüğəti kimi əhəmiyyəti, xidməti böyükdür. Gürcü tədqiqatçısı S.A.Abuladzenin bu mövzuya həsr edilmiş namizədlik dissertasiyasında məqsəd lüğətdəki bütün türkdilli materialın öyrənilməsi olduğundan burada hərbi işlə bağlı terminlər, siyasi-inzibati vəzifə adları, dövrünün gündəlik məişət əşyalarının /geyim, yemək, qab-qacaq, silah adları/ adları nəzərdən keçirilmişdir. Tədqiqatda şilaplov /şiləplov, plov, sirya –sırğa, xali- xalça, halqa – üzük, buxar-ı buxarı, kamar-i kəmər, top-i /top/-silah, golauzi – golayuz- rəhbər, alaçiq- alaçıq, dugun-i- dügün –toy, doşak-i – döşak- döşək və b. einoqrafik sözlərin izahına geniş yer verilmişdir.2 S.A.Abuladze gürcü dilinə keçmiş türkmənhəli alınmalardan bəhs edərək yazır: «tarixi şərtləri və Gürcüstanın coğrafi mövqeyini nəzərə alıb etiraf etmək lazımdır ki, gürcü dilindəki türkdilli alınmalar üçün mənbə rolunu, əsasən, Azərbaycan və türk dilləri oynamışdır. O cəhəti nəzərdən qaçırmaq olmaz ki, gürcülər hələ ilk əsrlərdə Xəzər və qıpçaq tayfaları ilə çox yaxın ünsiyyət saxlamışlar».1
Türk xalqlarının hərbi, iqtisadi, məişət sahələrində üstünlüyü faktı özü də göstərir ki, türklər göstərilən ərazidə sayca çox olduqlarından bunun təsiri gürcü dilinə keçmiş türk alınmalarından da aydın görünür. S.Abuladzenin bu fikrini də xatırlatmaq yerinə düşərdi O yazır: «Lüğətdəki izah olunan türk mənşəli sözlər gürcü dilində ədəbi dil və kitab dili yollu ilə deyil, bilavasitə əlaqələr /təmas/ nəticəsində şifahi dil /danışıq dili/ vasitəsilə mənimsənilmişdir».2 Özlüyündə maraqlı faktdır ki, hələ vaxtilə L.A.Bulaxovski də türkizmləri rus dilinə şifahi dil, canlı danışıq vasitəsilə keçən əcnəbi sözlər qəbilindən hesab etmişdir.3
Görkəmli türkoloq S.S.Cikiya göstərir ki, Azərbaycan dilinin gürcü dilinə səmərəli təsiri nəticəsində gürcü dilinin lüğət tərkibi nəzərə çarpacaq dərəcədə zənginləşmişdir. S.S.Cikiyanın nümunə gətirdiyi sözləin sırasında etnoqrafizmlər /xüsusən də yemək adları/ kizartma, tolma, buqlama, kaurma, bozbaşi/ üstünlük təşkil edir: «toxli» /toğlu/, «şişaqi» /şişək/, «çepiçi» /çəpiş/, «doli» /döl/, «koçi» /qoç/, «ialaqi» /yaylaq/, «buğa». «doşi» /azərb. döş bulağı/, «xartuta» /xartut/, 2tolma» /dolma/, «kizartma» /qızartma/, «buqlama» /buğlama/, «kaurma» /qovurma/, «bozbaşi» /bozbaş/ və s. gürcü dilinin 2çekva», çokeba», «koçva» felləri Azərbaycan dilinin çəkmək, köçmək sözlərinin fonetik cəhətdən dəyişilmiş formalarıdır».4
Azərbaycan dilinin ləzgi dilinə leksik təsirinə, ümumən Azərbaycan və ləzgi dilləri arasındakı əlaqələrə aid faktlara da ötəri olsa nəzər salmaq yerinə düşərdi. Ə.B.Qubadovun «Azərbaycan və ləzgi dillərinin leksik əlaqələri /Quba rayon şivələri materialları əsasında/» adlı namizədlik dissertasiyasında bir çox Azərbaycan mənşəli sözlər göstərilmişdir. Həmin sözlər içərisində etnoqrafik leksikanı təmsil edən xeyli məişət, peşə-sənət söz və terminləri diqqəti cəlb edir. Məsələn, Ə.B.Qubadovun tədqiqatında Azərbaycan dilində olan ağartı adları / «axtarma»- pendirin bir növü, «bulama», «tmax»- qaymaq, «deleme»- dələmə/, ev əşyalarının adları / «yasdux»- yastıq, «xaliçe»- xalça, qimekeş- qiyməkeş/, tikili və onun hissələrinin adları / «çardax»- çardaq, «qazma», «kerpiç»- kərpiç»- kərpiç, «dam»/. Peşə-sənət adları / «demirçi»- dəmirçi, «zuğrneçi»- zurnaçı, «aşbaz-aşpaz», qiymətli metal adları/ qızıl –qızıl, «qurquşun» - qurğuşun, «gümüş», «mis»/, musiqi alətlərinin adları / «zurne»- zurna, «tor», «daft»- dəf/ verilmişdir».1
Müəllif daha sonra Azərbaycan dilinə məxsus xəstəlik adlarını bildirən sözləri / «zükem»- zəkəm, «qizdirmə» - malyariya mənasında, «sitelcam»- soyuqdəymə/, yemək adlarını /qiqanax- qayqanaq, «quvurma»- qovurma, «dulma»- dolma/, şirniyyat adlarını / «qənt- qənd, «mirabba»- mürəbbə, «tişab»- doşab/, geyim adlarını /»sirğə»- sırğa, «partal- paltap, «yaylux»- yaylaq, «başmaq»- başmaşda/ da tədqiqata cəlb etmişdir.2 Ə.B.Qubadov müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə müqayisədə daha çox qədim və ya köhnə formasını qoruyub saxlayan bəzi sözləri ləzgi dilində müşahidə etmişdir. İeb /müqayisə et: azərb, ip/, qajğan /müqayisə et: qazan/.3
Azərbaycan etnoqrafiyası bütöv halında monoqrafik yolla elmi şəkildə öyrənilənə qədər onun ayrı-ayrı sahələri tədqiqata cəlb olunmuşdur. Yəni «Azərbaycan etnoqrafiyası» üçcildliyinin yaradılmasına qədər /hələlik bu əsərin yalnız I cildi çap olunmuşdur – 1988/ etnoqrafiyamızın əkinçilik mədəniyyəti, maddi mədəniyyəti /daha çox bölgələr üzrə/, çörəkbişirmə sənəti, şərbaflıq, maldarlıq /qoyunçuluq/, atçılıq, arıçılıq, kənd təsərrüfatı, sənaye, suvarma, çəltikçilik, üzümçülük, təsərrüfat məişəti, ipəkçilik və b. sahələr üzrə araşdırmalar aparılmışdır. Xüsusən M.Q.Vəliyev /Baharlı/, Q.T.Qaraqaşlı, Ə.S.Sumbatzadə, M.Ə.İsmayılov, T.Ə.Bünyadov, İ.H.Nərimanov, İ.A.Babayev, X.D.Xəlilov, M.N.Nəsirli, H.A.Quliyev, C.Ə.Xəlilov, Q.C. Cavadov, H.A.Həvilov, Q.Ə.Qeybullayev, Ş.A.Quliyev, A.N.Mustafayev, Ə.Ə.İzmayılova və b.-nın etnoqrafiya sahəsindəki qiymətli tədqiqatları Azərbaycan etnoqrafiya elminin yaranmasmı və inkişafında mühüm rol oynamışdır. «Azərbaycan etnoqrafiyası» əsərinin I cildi isə bu sahədə ümumiləşdirilmiş sistemli etnoqrafik fikrimizin ilk monoqrafiyasıdır. Təbiidir ki, etnoqrafiya sahəsində mükəmməl bir əsərin meydanda olmaması bu günə qədər onun sahələrinin təsnifatını da çətinləşdirmişdir. «Azərbaycan etnoqrafiyası» monoqrafiyasında etnoqrafiyamız əkinçilik mədəniyyəti /taxılçılıq, çəltikçilik, bostançılıq və tərəvəzçilik, suvarma/, bağçılıq və üzümçülük, ipəkçilik, maldarlıq təsərrüfatı / maldarlıq, qoyunçuluq, qaramal, atçılıq, dəvəçilik/, ovçuluq, balıqçılıq və arıçılıq, sənətkarlıq /daşişləmə, dulusçuluq, ağacişləmə, metalişləmə, misgərlik, dimirçilik, zərgərlik, dəriçilik, toxuculuq və tikmə sənəti/ kimi sahələrə bölünərək təhlil edilmişdir.1 Bir həqiqəti də nəzərə almalıyıq ki, bu bölgüdəki etnoqrafiya sahələri Azərbaycan etnoqrafiyasını tam əks etdirmir. Məsələn, mənəvi mədəniyyətimizin sahələri, ailə və məişət, xalq təbabəti və s. burada verilməmişdir. Yəqin ki, bu kitabın sonrakı cildlərində etnoqrafiyamızın sahələri bütünlüklə əhatə ediləcəkdir. H.A.Həvilovun «Azərbaycan etnoqrafiyası» /oçerklər/ monoqrafiyasında da etnoqrafiyanın sahələri üzrə bölgü aparılmışdır.1 Müəllif kitabında kənd təsərrüfatı, ev peşəsi və sənətkarlıq, yaşayış məskənləri və evləri, xalq geyimləri, yeməklər və içkilər, yollar və xalq nəqli yyat vasitələri, ailə və ailə məişəti, mənəvi mədəniyyət kimi başlıqlarla etnoqrafiyamızın tarixinə /1920-ci ilə qədər/ nəzər salmışdır. Göründüyü kimi, müəllif mənəvi mədəniyyət bölməsini versə də mədəniyyət /buraya daxil olan sahələri sadalayır/ başlığını göstərməmişdir. Lakin o, kitabın IX fəslində- mənəvi mədəniyyət bölməsində bu məsələyə toxunaraq yazır: «Maddi mədəniyyət elementlərinə …əmək alətləri, silahlar, nəqliyyat və yükdaşıma vasitələri, yaşayış məskənləri, evləri və təsərrüfat titkintiləri, yeməklər və içkilər, geyimlər və bəzəklər, qab-qacaqlar və digər ev avadanlıqları daxildir».2
Azərbaycan etnoqrafiyasının sahələrinin zənginliyi və özünəməxsusluğu Azərbaycan etnoqrafik leksikasını da rəngarəng, çoxşaxəli tematik qruplara ayırmağa əsas verir. Azərbaycan dilinin etnoqrafik leksikasının bütün sahələrini bir dissertasiya işində əhatə etmək imkan xaricindədir. Biz bu tmdqiqatda maddi mədəniyyətimizin yemək, geyim, ev-məişət əşyalarının adlarını, bəzi peşə-sənət sahələrinə aid leksikanın /çörəkbişirmə, dəriçilik-papaqçılıq, toxuculuq, zərgərlik, xalq t əbabəti/, mənəvi mədəniyyət leksikasının bəzi sahələrini /mərasim leksikası- toy,y yas, sünnət mərasimi, bayramlarla və başqa adət-ənənələrlə bağlı sözləri, oyun adları, mifoloji leksika/ araşdırmağı qarşımıza məqsəd qoymuşuq.
Yemək adları
Azərbaycan xalqının maddi mədəniyyətinin zənginliyini gömtərən sahələrdən biri də yeməklərdir. «Yeməklər, bəlli olduğu kimi, maddi mədəniyyətin ən ümdə elementlərindən biridir. Çox vaxt yeməklərin tərkibinə, hazırlanma və istifadə olunması üsullarına əsasən tədqiq olunan xalqın keçmiş həyatının tarixi sənədlərdə lazımi qədər işıqlandırılmamış bir sıra mühüm məsələlərini, məsələn, təsərrüfat məşğuliyyətinin səciyyəsini, məhsuldar qüvvələrin inkişaf səviyyəsini, hətta xalqın mənşəyi məsələsini aydınlaşdırmaq olur».1 Doğrudan da xalqın qədim tarixli məşğuliyyət və fəaliyyət sahələri ilə, o cümlədən də maldarlıq, qoyunçuluq, əkinçilik, ovçuluq və balıqçılıq kimi sahələri ilə əlaqədar onun kulinariya mədəniyyəti barədə çoc söz demək olar.
Maraqlıdır ki, XV əsr italyan səyyahı Ambrocco Kontarininin səyəhətnaməsində Ağyoqunlu hökmdarı Uzun Həsənin sarayında bişirilən yeməklər barədə səciyyəvi mülahizələr verilir. O. 1474-cü ilin dekabrın 14-dən 1475-ci il martın 21-dək Qum şəhərində qalmışdır. Amborocco Kontarini yazır ki, həmin müddət ərzində biz yerli adətə görə, «dəfələrlə Uzun Həsənin yanına dəvət olunduq. Bəzən biz onunla birlikdə nahar edirdik. Bu zaman bizi onun alaçığına buraxırdılar: Bəzən də qapının ağzında gözləyir və çox vaxt onunla kəlmə də kəsmədən qayıdırdıq. Bir yerdə olduqda o, bizdən ölkəmiz haqqında məlumat alır, çox hallarda olduqca qəribə suallar verirdi. Onu da deyim ki, Uzun Həsənin alaçığının girəcəyi artıq şərafətli yerdir. Hər gün onun yaxınlığına çoxlu görkəmli adamlar toplanır…Burada dörd yüzə qədər və ondan çox adam nahar edir. Onlara mis camlarda az miqdarda ət qatılmış saraqin darısı və ya başqa hər hansı bir darı verirlər. Bunu onlar çox böyük həvəslə yeyirlər.
Hökmdarın özünə və onunla bir süfrədə nahar edənlərə isə çox və olduqca yaxşı hazırlanmış xörəklər verirlər. Uzun Həsən çox yeyir, fasiləsiz şərab içir və öz müsahiblərini ələ salmağı sevir».1 Y.Mahmudov A.Kontarinin «saraçin darısı və ya başqa hər hansı bir darı» adlandırdığı düyüdür. Ağqoyunluların « çox böyük həvəslə yediyi» isə plovdur.2
Antoni Çenkinsonun 1561-1563-cü illərdə Səfəvm sarayının səyahət zamanı verdiyi məlumatlar Azərbaycanın XVI əsr tarixini öyrənmək üçün çox qiymətlidir.3 Cenkinson 1562-ci il avqustun 18-də Şamaxıya gəldi. Səyyahı Şirvan Hakimi Abdulla xan Ustaclı qəbul edərkən süfrəyə 290 cür görək, müxtəlif yeməklər və meyvə çıxarılmış və bu məlumat ingilis diplomatının səyahətnaməsində qeyd olunmuşdur. «Bu olduqca gözəl kral şəhərinqdə mənim üçün yer ayrıldı…Ertəsi gün, ayın 19-da mənə əmr olundu ki, kralın yanına gedim. Kralın adı Abdulla xan idi. Onun iqamətgahı şəhərdən 20 mil aralıda uca dağlarda idi… Avqustun 20-də mən onun yanına çatdım. O, məni gülərüzlə qarşıladı, əlini öpdüm. O, məni nahara dəvət edib, özü də yaxınlığında oturmağı əmr etdi. Kral ipək və zərli sapla bəzək vurulmuş zəngin alaçıqda oturmuşdu. Alaçıq təpənin döşündə çox gözəl görünürdü…Alaçığın qabağında əla bir bulaq vardı. Həmin bulaqdan kral və onun əyanları su içirdilər… Alaçığın içinə başdan-başa zəngin, bəzəkli xalçalar döşənmişdi. Onun alğına isə gümüşdən və qızıldan bəzək vurulmuş kvadratşəkilli xalça salınmış, ystynə də ona layiq iki yastıq qoyulmuşdu. Kral və onun yaxın adamları çadırda bardaş qurub oturmuşdular. Lakin mənə belə oturmaq çətin olduğunu görcək, əlahəzrət stul verilməsini əmr etdi və nahar vaxtı çatanda yerdə süfrələr açıldı və müxtəlif cür xörəklər, «xörəklər növlərinə görə cərgə ilə düzülmüşdü. Mənim, hesabıma görə süfrədə 140 cür görək vardı. Bu xörəklər yeyildikdən sonra qabları süfrə ilə birlikdə yığışdırıb təzə süfrələr saldılar. Əortaya 150 növ dövrə meyvə və başqa ziyafət yeməkləri gətirildi. Bələ ki, iki dəfədə 290 cür yemək verildi».1
Azərbaycan xalqının maddi və mənəvi mədəniyyəti, mətşəti, həyat tərzi və s. bütün dövrlərdə Şərqin, eləcə də Qərbin bir çox alimlərinin, səyyahlarının, diplomatlarının, sənətkarlarının nəzər-diqqətini cəlb eləmiş, maraqlı, orijinal, çox hallarda obyektiv mülahizələr söyləmiş, səyahətnamələrin, kitabların mövzusu olmuşdur. Bu ənənə çağdaş dövrümüzdə də davam etdirilir. Dünyanın bir çox tarixçiləri, etnoqrafları indi də xalqımızın milli mədəniyyətinə maraq göstərirlər». Sevindirici haldır ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti, müasir həyat tərzi Amerika Birləşmiş Ştatlarının elmi dairələrini maraqlandırmağa başlamışdır. Professor Sula Benetin « Necə yaşayasan – yüzü haqlayasan» kitabının də əhəmiyyəti məhz bundadır. Müəllif kor- koranə məftunluqdan qaçır, topladığı materiallara qarşı bacardıqca ehtiyatlı, ciddi, vicdanlı, ədalətli mövqe tutmağa çalışır, apardığı müşahidələri yüksək peşəkarlıqla ümumiləşdirə bilir. O hətta adət, şəriət, allah, halva, ağsaqqal, sünni, ştə, molla, atalıq, xaş, bozartma, çığırtma, çığırtmaplov, qonaq, dədə, toxum /nəsil, cins/, tayfa, həkim, ayran və s. sözləri Azərbaycan dilində olduğu kimi vermişdir».2
A.N.Mustafayev Şirvanın maddi mədəniyyəti məsələsini araşdırarkən belə bir qəeaət söyləyir: «Əhalinin təsərrüfat məişətindn asılı olaraq, yeməklərdə fərq müşahidə olunur. Əkinçilik və bağçılığın geniş inkişaf etdiyi kəndlərdə yeməli bitki məhsulları, xüsusən dənli bitkilər üstünlük təşkil edirdi. Maldar elatların gündəlik yemək eynəsində isə süd məhsulları və ətli yeməklər üstün yer tuturdu».3
A.Mustafayev Şirvanın XIX əsr və XX əsrin əvvəllərindəki maddi mədəniyyətini tədqiq edərkən bu bölgənin yeməklərinə də ətraflı toxunur. O göstərir ki, Şirvan yeməkləri gündəlik və mərasim /toy, bayram, ehsan və s./ yeməkləri olmaqla iki qrupa bölünür. Gündəlik yeməklərdən fərqli olaraq, mərasim yeməkləri müxtəlif növ plov və ləziz ətli xörəklərdən ibarət olurdu.1 Əlbəttə, bir cəhəti nəzərdən qaçırmaq olmaz ki, Azərbaycanın bütün mahal və bölgələrində hazırlanan xörəkləri də Şirvanda olduğu kimi, mərasim və gündəlik yeməklər bölgülərinə aid etmək gərəkdir. Çünki mərasimləri bütün xalq keçirdiyi üçün, təbiidir ki, bütün Azərbaycan torpağına aid olan mərasim yeməkləri də gündəlik yeməklərdən fərqlənəcəkdir.
Tədqiqaçı daha sonra haqlı olaraq yazır: « şirvan əhalisinin ənənəvi yemək və içkilərinin etnoqrafik baxımdan öyrənilməsi göstərir ki, bu yeməklərin böyük əksəriyyəti ümumazərbaycan , hətta bəziləri ümum Qafqaz səciyyəsi daşıyırdı. Bu ümumilik Qafqaz xalqları arasındakı tarixi-mədəni əlaqə və qarşılıqlı ünsiyyət nəticəsində yaranmışdır».2
Qafqaz xalqları arasında yemək adlarının ümum Qafqaz səciyyəsi daşımasını başqa tədqiqatçılar da qeyd etmişdir: « Bu bölgələr üçün /söhbət üç Qafqaz respublikasından –Azərbaycan, Gürcüstan və Ermənistandan gedir – İ.M./ uzunmüddətli isti yay, bol güşən, mülayim keçən qış /əlbəttə, Qafqazın ərazisinin hər yeri haqda belə demək olmaz- İ.M./ səciyyəvidir. Məhz elə buna görə də belə hesab etmək olar ki, gürcülər, azərbaycanlılar və ermənilər ümumən oxşar təbii şəraitdə yaşayır, öz respublikalarının kənd təsərrüfatları istiqamətində bir çox ümumi cəhətlərə malikdirlər. Bu səbəbdən də təbiidir ki, öz yeməklərindən əsasən oxşar və hətta bəzən eyni bitki və heyvan məhsullarından istifadə edirlər. Əlbəttə, onların milli mətbəxlərinin oxşarlığı bununla izah olunur».3
Azərbaycan milli yeməklərindən bir çox tarixi-etnoqrafik tədqiqatlarda, monoqrafiyalarda, kulinariya kitablarında bəhs olunmuş, təsnifatlar verilmişdir. «Narodı Kafkaza» tarixi-etnoqrafik çoxcildliyində Azərbaycan xalqı haqda olan etnoqrafik oçerklərdə yazılır: « Azərbaycan milli yeməkləri südlü, ət, xəmir, tərəvəzli və b. onlarca müxtəlif yeməklərin növləri nəzərə alınarsa böyük rəngarəngliyi ilə fərqlənir. Hazırlanma və yemək üsulları özləri də müxtəlif və çoxçeşidli olmuşdur. Bunlar oturaq əkinçilərdə və əhalinin kgçəri həyat tərzi keçirən hissəsində eyni cür olmamışdır /Bu sözlər Azərbaycan xalqının qədim dövrlərdəki kulinariyasına aiddir/. Yeməklər həmçinin coğrafi şərtlərdən və əhalinin ictimai mövqeyindən asılı olaraq fərqlənmişdir. Sovet hakimiyyətinin qurulması ilə təsərrüfatda əhalinin ictimai və ailə həyatında yaranan köklü dəyişikliklər nəticəsində xalqın yeməklərində də təbəddülat baş verdi6 O şeylər ki, keçmişdə yalnız varlılar üçün idi, indi ümumxalq səciyyəsi daşımağa başladı. Lakin keçmişdə əhalinin təsərrüfat fəaliyyətinin xüsusiyyətləri və zövqü ilə bağlı yeməklərin bəzi çeşidləri indiki dövrə qədər də ənənəyə uyğun olaraq qallmaqdadır».1 Adət-ənənəni, maddi-mənəvi mədəniyyət və sərvətləri bütünlükdə xalq yaşadır, inkişaf etdirir, bu, xalqın milliliyini, varlığını yaşadan, qoruyub saxlayan ən ümdə şərtlərdəndir. Etnoqrafiya, dil, ümumən mənəvi sərvətlər ənənəyə tabedir, xalq öz kökünü, varlığını qoruyub saxlayarsa, deməli, o, həyatın, tarixin sınağından, imtphpnından şərəflə çıxır, bunu xalqın bütövlüyü, birliyi şərtləndirir. Azərbaycan millətində isə bu xarakter dəyişməzdir.
Yemək adlarını müxtəlif mövqedən təsnif etmişdir. Bəzən yeməyin çoxnövlülüyünə, bəzən isə onun hazırlanması texnologiyasına görə, ərzaq məhsullarından istifadə edilməsinə görə. habelə xörəklərin hansı məqsədlə bişirilməsinə görə /mərasim, bayram/ və s. cəhətdən qruplaşdırılmışdır. Bunlardan bəzisinə nəzər salaq.
Ə.C.Əhmədov Azərbaycan kulinariyasını aşağıdakı şəkildə bölgülərə ayırır: I. Salatlar və qəlyanaltılar. 2. Şorbalar və həlimlər. 3. İkinci xörəklər. 4. Kabablar. 5. Plovlar. 6. Dolma. 7. Balıq xörəkləri. 8. Undan hazırlanan xörəklər. 9. Şirniyyat. 10. Şərbətlər və içkilər. 11. Mürəbbələr. 12. Sirkəyə və duza qoyulmuş məhsullar.
Bölgüdən də göründüyü kimi, müəllif yemək adlarının təsnifatını Azərbaycan mətbəxini daha çox məşhurlaşdıran yeməklərin adları əsasında aparmağa çalışmış, eyni zamanda ənənəvi yemək adları ilə yanaşı müasir kulinariyaya daxil olan məhsulları da nəzərdən qaçırmamışdır. Bölgüdə ikinci « xörəklər» verilsə də, « birinci xörəklər» başlığı yoxdur /əslində şorbalar və həlimlər elə birinci xörəklərə daxildir/. «Undan hazırlanan xörəklər» termini isə «Xəmir xörəkləri» adı ilə verilsə düzgün olardı.
V.V.Poxlyobkin isə Azərbaycan mətbəxini belə bir bölgü ilə təqdim edir: I. Birinci xörəklər /piti, dovğa, küftə bozbaş, parçabozbaş, südlü sıyıq, ovdux, balıq bozbaşı, xəmiraşı/. II. İkinci xörəklər /kabab – Azərbaycan şaşlığı, qəlyə, səbzə qovurma, qoa müsənbə – hər ehtimala görə qora müsəmmə-, lüləkabab.III. Plovlar. IV. Ət – xəmir xörəkləri /düşbərə tipli- düşbərə, gürzə. Qiyməxingal/. V. Tərəvəz və meyvəli xörəklər.VI. Şorabalar. VII.Şərbətlər. VIII. Şirniyyat. IX.Undan konditer məhsulları /unla –nan, Şirvani nan, qurabiyə, şəkər- luqum, paxlvav, Bakı paxlavası, şəkərbura/. Bu bölgüdə isə mürəbbələr, cemlər, salatlar, qəlyanaltılar nəzərdən qaçırılmışdır. Ə.Əhmədovun təsnifatında 12 bənd olduğu halda burada xörəklər və başqa kulinariya məhsulları 9 maddədə cəmləşdirilmişdir. V.V. Poxlyobkinin piti və küftəbozbaşı I xörəklər bölgüsündə verməsi bir o qədər də dəqiq deyil, çünki bunlar tərkibinə görə həm də II xörəklərə yaxındır, daha doğrusu sulu xingal, düşbərə, şorba deyil. Ona görə də zənnimizcə piti və küftəbozbaşı xüsusi bölgüdə vermək lazımdır.
V.V.Poxlyobkin rus miətbəxini isə bu gür təsnifata ayırmışdır: I. Birinci xörəklər.2. İkinci xörəklər.3. Quş ətindən xörəklər. 4. Balıq xörəkləri. 5. Göbələk xörəkləri. 6. Sfyfqlar.7. Blinilər /nazik kökələr/. 8. Piroqlar. 9. Şirin yeməklər və konditer məhsulları.10. İçkilər.1
Bahaeddin Ögel isə türk yeməklərindən bəhs edən «Türklərdə yemək kültürü» /göytürklərdən osmanlılara/ adlı kitabında «Yoğurtlu yeməklər», «xəmirli yeməklər» / türk ekmeklərinin –çörəklərinin çeşidləri/, !ətli yeməklər» bölgüləri üzrə danışmışdır.2
İrəlidə də göstərmişdik ki, A.N.Mustafayev də yeməkləri bölgüyə ayırmışdır. O, Şirvan mahalı üzrə yeməklərdən danışarkən «Bitki mənşəli yeməklər», «heyvan mənəşəli yeməklər» başlıqları ilə həm xəmir yeməklərini, həm də süd məhsullarından hazırlanan yeməkləri, habelə ət yeməklərini /buraya balıq və quş ətindən hazırlanan yeməklər də / bölgüyə daxil edir. Müəllif mərasim yeməkləri və bayram yeməklərini də ayırmışdır.3
H.A.Həvilov da yeməklər üzrə böogü vermişdir. Bu təsnifat A.N.Mustafayevin göstərdiyimiz bölgüsü ilə səsləşir. H.A.Həvilov yazır: «Yeməklərin müxtəlifliyi və zənginliyi istifadə üçün nəzərdə tutulan məhsulların kəmiyyət və keyfiyyətindən, habelə onu hazırlayanların bacarıq və qabiliyyətindən çox asılı idi. Ərzaq məhsulları bir qayda olaraq iki tərkibdə qruplaşdırılır:
A/ Bitki mənşəli məhsullar: I/ çörək məhsulları; 2/ meyvə-tərəvəz məhsulları.
B/ Heyvan mənşəli məhsullar: I/ ət xörəkləri; 2/ süd məhsulları».4
Azərbaycan mətbəxinə aid N.Alxasovun «Azərbaycan xörəkləri»1, K.Bünyadov və N.Maleyevin birgə tərtib etdikləri «Azərbaycan kulinariyası»2, M.Quliyevanın «Evdarlıq»3 kitabları da nəşr olunmuşdur. Bu kitablarda Azərbaycan milli xörəklərinin xalq üsulu ilə hazırlanması barədə səthi danışılmış, xalq ənənələrinin təsvirinə az yer verilmiş, məişətimizdə geniş yayılmış yeməklərin çoxusu bölgülərə daxil edilməmişdir. Lakin Ə.C.Əhmədovun nəşr etdirdiyi «Azərbaycan kulinariyası»4 kitab-albomu isə yuxarıda adları çəkilən müəlliflərin kitablarından öz milli xarakteri ilə, xalq məişətində çox işlənən Azərbaycan yeməklərinin geniş təsviri ilə fərqlənir.
Zənnimizcə, ayrı-ayrı böogələr üzrə yeməklərin yayılma nisbətinə görə, yəni region al coğrafi-ərazi üzrə /ərazi cəhətdən/ də bölgü aparmaq məqsədəuyğun olardı. Bu həm həmin bölgənin etnoqrafik səciyyəsini vermək, həm də müəyyən bir xörəyin çeşidlilik dərəcəsini, kütləvililiyini, eləcə də qədimliyini aşkar etməyə fakt verərdi.
Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrində işlənən bir çox xörək adlarını da tədqiqatımızın ümumi istiqaməi üçün maraqlı olacağını nəzərə alıb bəzi nümunələri gətirmək yerinə düşərdi. Azərbaycan dilinin bütün dialektlərində işlənən yemək adlarının əksəriyyəti ədəbi dillə səsləşdiyi üçün biz burada bütün dialekt və şivələrin materiallarını təbii ki, verə bilmirik. S.M.Behbudov Azərbaycan dilinin Zəngilan şivəsində işlək olan aşağıdakı xörək adlarını göstərir: «aş //pılav, qatmac// qatmac-qoyun süddən kəsilənə yaxın sağılmış son südü ilə düyüdən bişirilən yemək, nögüd-buğda qaynadıldıqdan sonra ona küncüd və s. qatılıb yeyilən quru yemək /xörək/ //çərən, kələkey doğmuş heyvanın ilk südündən bişirilən bərk yemək // Kələkə // gətəməz, ərvişdə// ərişdə, süddüaş südlə düyüdən bişirilən xörək// şilə //süddü şilə// süddü sıyıx, ayrannı aş// qatmalı, qara şilə-buğda yarmasında bişirilən və içinə soğan qovrulub tökülən xörək, qındı// qında, tərək doşabla bişirilən halva// tərhalva, xəmiraşı, zərqov, qəbili, numuru çalınmamış halda yağda bişirilən bərk yemək, bılama, hədix, horra, qəyğanax, dovqa// dəvğa, piti// sous, şorba// şorva, xəşil, quymax, halva, qavırma, umaş// omaş, xingəl, bozbaş, dolma, kifdə, başəyax, bozartma, suf// sup, qaysava, soyutma ət və ya yumurtanı suda qaynadıb bişirmə».1 Əlbəttə, bu sözlərin çoxusu dialekt, şivə materialı kimi qiymətlidir. Bunlardan gələcəkdə etnoqrafiya və izahlı lüğətlərin tərtibində istifadə etmək zəruridir.
Zəngilan şivəsi üçün / bu sözlərə eləcə də başqa bəzi şivələrdə, ümumən canlı danışıq dilində də təsadüf ntmək olar/ səciyyəvi olan çörək adları da böyük maraq doğurur. Həmin tədqiqat əsərində belə sözlərin böyük bir qismi də göstərilir: b/ Çörək adları: yuxa-nazik şəkildə yayılıb bişirilən çörək // yayma, sirocı bir-birinin üstündə bişirilən yuxa // şirazı //sirajı// kunarı sığırdilli /uşaq üçün bişir/ mal dilinə oxşar kökə // sığır quyruğu, tapı-təndirdə bişirilən bir qədər qalın çörək, xəmirəli-acıdılmış xəmirdən sacda bişirilən yumşaq çörək, qalın sacda bişirilən qalın çörək, xitəf //xitab// kətə, lavaş-təndirdə bişirilən çörək, fətir, fəsəli-sacın içində bişirilən yağlı çörək //işdi fətir// kömbə, kökə-uşaq üçün bişirilən kiçik çörək //kükə// yağda bişirilən iri çörək, kömbə dəyirmanda bişirilən duzsuz çörək».2
Azərbaycan dilinin Salyan dialektində də bir çox xörək adları işlənir ki, bunların əksəriyyəti ədəbi dildə də eynilə var. Lakin tələffüzcə fərqlər müşahidə olunur: « aş, ağ aş, döymə aş, ərişdə aşı, yarma aşı, sütdü aş, umac aşı, hədik aşı, başəyaq, bozbaş /boz aş/, soğan bozbaşı, qaysava, qovurma, iç qovurması, səbzi qovurma, quymac, qıyma, dındı, dilim boranı. Əzmə boranı, əgirdək, dolma, badımcan dolması, kələm dolması, yarpaq dolması, döşəmə, kabab, d.gmə kabab, lülə kabab, tava kababı, şiş kababı, kifdə, küki, səzzi küki, kütab, ət kütabı, dətlit, mütəncəm, piti, pılo, boranı, pılo, qıyma, pılo, daşma pılo, döşəmə pılo, mərci pılo, mütəncəm pılo, paxla pılo, çığırtma pılo, cücə pılo, turşbərə-düşbərə, umac, qara umac, firni, xəşil, xingəl, qovurma xingəl, qaşıq xəngəli, ləzgi xingəli, halva, qara halva, qurı halva, tər halva, qoz halvası, kündüc halvası, məcum halvası, horra, çığırtma, cırbır, şəşəndaz, şorpa».1
Ə.K.Cəfərli Qazax dialektində işlənən çörək və xörək adlarını aşağıdakı şəkildə qruplaşdırmışdır: Adi çörəklər: xamralı fətir, kələfətir, təndir kökə. Yağlı çörəklər: qatdama /bu söz ədəbi dildə qatlama şəklində işlənir/, fəsəli, əydəx, kömbə, vazı, kömbə, sajarası kömbə, küllü kömbə, yelapardı, paxla, yağlı fətir,nəzik /südlə yoğrulur/, şəkəpçörəyi.
Ətdən hazırlanan xörəklər: qovurma, çoban qovurması, bozbaş, bozartma, kavaf, kələm dolması, yarpaxdolması, cızdax, başəyax, piti, lülə kavaf, soutma, qızartma, ciyarçəhmə /iç qovurması/, taskavavı.
Düyüdən hazırlanan xörəklər: aş, maşdaş /maşdıaş/, süddaş, /südlü aş/, çəxmə /südlə bişir/, ərişdəli aş, kişmişdi aş, puloy, xurmalı puloy, toyux puloy, qıroqovul puloy, döyşəməli puloy, çüyütdü puloy, çiloy, düyü şorbası, şilə və s.
Undan və yarmadan hazırlanan xörəklər: Xəngəl, qourmalı xəngəl, un xaşılı, yarma xaşılı, ərişdəli isdi, eəlixli //umaşdı isdi, qurutdu isti, süddü isdi, hörrə, quymax, halva, qout, pirnic aşı /pirinc-buğda cinsidir/.
Başqa yeməklər: döymənc, qayqanax, yaxşor, körəməz /süd-qatıq qarışığı/ qaysafa, ağsolax, doğa və s.2
Ə.Cəfərlinin tədqiqat əsərindən gətirilən nümunələr göstərir ki, Qazax rayonu ərazisində müxtəlif çeşidli çörəklər və yeməklər bişirilir. Müəllif təsalüfi deyil ki, gündəlik bişirilən çörəklərlə müəyyən iərasimlərlə, ziyafətlərlə bağlı hazırlanan yağlı çörəkləri fərqləndirmişdir. Həmçinin ətdən hazırlanan xörəkləri /qısaca ət xörəkləri/, «Düyüdən hazırlanan xörəklər» /düyü xörəkləri/, «Undan və yarmadan hazırlanan xörəklər» və «başqa xörəklər» başlıqları ilə verilən xörək adları da həmin ərazinin kulinariya vəziyyətini təqdim edir. Bu yeməklər başqa bölgələrdən öz səciyyəviliyi ilə fərqlənir, bir çoxu yalnız bu dialektə məxsusdur.
Yeri gəlmişkən deyək ki, fətir sözü türk dillərinin dialektlərində də müşahidə olunur. Məsələn, Pətər şəklində tatar dilinin Qərbi Sibir dialektlərində də işlənməsi1, eləcə də fətir //pətər şəkillərində təndir çörəyi mənasında qırğız dilinin şivələrində yayılması 2 da qeyd olunur.
Ədəbi dilimizdə qatlama şəklində verilən çörək adı katlama formasında uyğur dilində işləkdir /R.Usl.s.351/.
S.Mollazadənin Qax rayonu şivələrinə həsr etdiyi tədqiqat işində bu ərazi üçün spesifik olan yemək adlarının verilməsi də maddi mədəniyyətimizin toplanılması üçün fpydalıdır.Müəllif xüsusi izahlarla belə sözləri nümunə gətirir: «adinday /darı, arpa və buğda ununun qarışığından bişirilən iri xəngəl/ qoqu /qarğıdalı unundan bişirilən iri xəngəl; bunu yalnız çobanlar bişirirlər/ gödül /gidil/ /qıyqac/ /xalagilə gedən/ yağda bişirilən şirin qoğal/, qaxac /bütöv qoyunun qurumuşu/, burcəh /qaşıq xəngəli/, abatdiy/ isti fətiin arasında pendir sıxması/, issi cəh/yalnız xəmir xörəyi bişirmək üçün ayrılmış un/, ixlas /piylə qarğıdalı ununun qarışdırılmış, qoyunun yağlı bağırsağına doldurulmuş və sonra qazanda bişirilir /mət/ şirə / məkit / bir neçə adamın yığılıb bir yerdə bişirdikləri yemək, nigözü /qozdan hazırlanır/, sürhü, sıxma, urva, xərəgi /duru bişirilmiş halva/, xəlyar /sarımsaq otundan hazırlanır/, xunç /yağda bişirilmiş pendir/, həvic /aşın qarası/, çobal /suda bişirilmiş qaraciyər, soğanla birlikdə qoyunun içindən çıxan nazik pərdəyə bükülür və tavada bişirilir/, çoz /qurumuş qıyma ət/, şırfıltı/ /şıpıltı/ lobya şorbası/, gizgələ /bunu yalnız qışda bişirirlər, qarğıdalı unundan hazırlanır/, qozluaş, qırü /gürzə formasında olur, bunun bir neçə növü vardır: yumurtanın qırü, həvünün qırü, cincarın qırü, etin qırü, alanın qırü, pendirin qırü, xarxuşun qırü və s., kətə /qutab/»1.
Başqa dialektoloji əsərlərdə olduğu kimi Ş.Kərimovun da namizədlik dissertasiyasında tarixi Azərbaycan ərazisinin Göycə və Çənbərək bölgələrində işlənən /indiki Ermənistan/ xörək və yemək adlarına, çirək adlarına yer ayrılmışdır. Bir cəhəti də deyək ki, dialektologiyaya aid bütün elmi araşdırmalarda ancaq bu sözlərin siyahısı göstərilir, təsnifat, bölgü aparmaq məqsədəuyğun olmamışdır.
Ş.Kərimov aşağıdakı yemək və çörək adlarını göstərir:
Cərqoy /qartop qızartması/, xaşıl, xəngəl, əbbəx şorbası, aş, qoyrma /qızartma/, doyğa/ /döyğa, qayğanaq, ağsolağı, quymax, dələmə, kərtdəməz /bulama/, sulux, koramaz, kəsmə, çümrüx, kavaf, qəysəfə /hər cür meyvə qurusundan hazırlanmış yemək/, hərrə, bozartma /əksər kəndlərdə/, kəsmix, dolma, şor, çiyləmə /pendirli şor/, çığırtma, fətir,yuxa, xamralı, lavaş, fırnı, təndir, cad, kömbə, közdəmə, gilix, qatdama, fəsəli, bişi, kül kömbəsi, nəzix kömbə, sajarası, taftapı.2
Tarixi Azərbaycanın Zəngibasar bölgəsinin /əvvəllər Uluxanlı adlanmışdır/ bir kəndində –Aşığı Necilli kəndində /indi Ermənistanın tabeliyindədir və daha Azərbaycan türkləri yaşamır/ işlənən yemək adları Azərbaycanın başqa ərazilərindəkindən demək olar ki, heç fərqlənmir. Müqayisə üçün bunları göstərmək yerinə düşərdi: Ayran aşı, plov, aş, dolma, quymaq, xəşil, xəngəl /ətli xəngəl, ətsiz xəngəl/, əriştə, boxbaş, tərhalva, omac, omac aşı, omaclı halva, müsəmbə plov /badımcanla da bişirilir/, qiyməplov, küftə, qaşıq xəngəli, kabab, toyuq qızartması, çığırtma, şorba /düyü, ət/, kükü, qayqanaq /unla, südlə, göyərti ilə/, hədik, soyutma və s. Diqqət edilərsə, buradakı yemək adları bəzi tələffüz fərqləri nəzərə alınmazsa Azərbaycan ədəbi dilinin lüğət tərkibində olan sözlərdir.
Əlbəttə, bizə etnoqrafik faktların diliçilik tərəfi daha çox lazım olduğundan ayrı-ayrı yemək adlarının üzəri ndə dayanırıq. Özlüyündə maraqlı faktdır ki, Azərbaycan dilindəki yemək adları, əsasən, fellərdən əməl gələn feli isimlərdir.Yaranma tarixi baxımından bu sözlər dilin daha qədim çağlarına gedib çatır. Belə sözlər içərisində təbii halında olan ağartı adlarına /qatıq, süzmə, dələmə, qaymaq, axtarma, atılama/ və s. eləcə də müxtəlif ərzaqlardan, qida məhsullarından hazırlanmış yemək adlarını bildirən məfhumlara /aş, bozbaş, bozartma, bozlamac, buğlama, bulama, qızartma, qovurma, qovurğa, qovut, daşma, dolma, döşəmə, yayma, yarma, soyutma, çığırtma, şişlik və s./ da rast gəlirik.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində xalqımızın qədim məişətində istifadə olunmuş / indinin özündə də həmin yeməklərin çoxusu bişirilir/ xörək adlarına bol-bol rast gəlirik: «Kabab, döymə, qovurma, çığırtma, soyutma, sac içi, pamidor dolması, süddüsıyıq, taskababı, təngab, tərək, firni, fisincan, cudu, bozbaş, katlet, qəlyə, küftə, dolma, lüləkabab, şişkabab, yarpaq dolması, kələm dolması, badımcan dolması, badımcan çığırtması, qızartma, basdırma, qayqanaq, kəlləpaça, qaynatma, düşbərə, xingal, aş, südlü aş, südlü plov, döşəmə plov, çığırtmaaş, maşdı aş, ərişdəli aş, müsəmma, bağırsaq qovurması, mərciməkli aş, boranılı aş, əvəlikli aş, kişmişli aş, cücəli aş, ərikli aş, xurmalı aş, yarmaaşı, kiklikli aş, daşma, şorba, əvəlikli şorba, qırxbuğumlu aş, ayranlı aş, şüyüdlü aş, xəmiraşı, doağa, xəşil, şamkababı, quymaq, halva, qaysava, əriştə aşı, horra, kəiə, omac, əyirdək, samur, yarma, hədik, döşəmə, gürzə, lobyaçilov, mərciçilov, paldava, qovut, qovutlu xəşil, bulama, qındı, qıymakükü, həlimaşı, büryan, tavakababı, şilə, şiləbürünc, ayrançilov, səbzəqovurma, balıqplov, küküplov, nəmriplov, badımcanplov, əriştəplov, qiyməplov, döşəməplov, bozdöşəmə, turşmürğ, narlıaş, lovyaçilov, sirkəplov, şeştərəngli aş, qabaqlı aş və s. 1
Əlbəttə, bu uzun-uzadı siyahını «Azərbaycan folkloru antologiyası»ndan /I kitab/ götürmüşük. Bir cəhəti də qeyd edək ki, burada qruplaşdırılma aparılmamış, ən qədim, ən tez-tez bişirilən milli yeməklər fərqləndirilməmiş, son yüz ildə və hətta son on illiklərdə dilimizin lüğət tərkibinə keçmiş yemək adları daverilmişdir.
Burada qovurma, çığırtma, soyutma, tərək, bozbaş, küftə, dolma, qızartma, basdırma, qayğanaq, xingal, aş, plov, daşma, şorba, dovğa, xəşil, quymaq, halva, qaysava, omac, hədik, qovut kimi neçə əsrlərdən bəri məişətimizdə mühüm yer tutmuş yemək adları olduğu kimi, son dövrlərdə işlədilən pomidor dolması, kələm dolması, katlet və s. sözlər də verilmişdir. Burada gətirilən nümunələrdə «kabab»ın 6 növünün, aşın 23 növünün, plovun 10 növünün ümumiyyətlə plovun növləri olduqca çoxdur/, dolmanın 4 növünün və çilovun 4 növünün adına və b. yeməklərin adlarına təsasdüf edirik.
Azərbaycan milli mətbəxinə daxil olan yemək adlarına mənşəcə nəzər salsaq burada əksər sözlərin xalis türk mənşəli olmasını görərəik: plov, kükü, piti, bozbaş, küftə- bozbaş, sıyıq, düşbərə, kəlləpaça, dovğa, balva, umac, gürzə, əzmə, qiymə, qutab, quymaq, xəşil, sücuq, qoğal, ovma, fəsəli, axtarma, basdırma, bozartma, buğlama, bulama/ /bulamac, qızartma, qovurma, daşma, /düyü aşı/, dələmə, dişləmə/ çay/, dolma, döymə /kabab/, döşəmə /aş/, yayma /südlü sıyıq/, yarma /aş, çilov/, soyutma, közdəmə /kömbə –Ş.Kərimovdan/, süzmə, portdəmə, tıxma, çığırtma, atılama, qatıq, qurut, qaymaq, kəsmik, ayran, şor, kərəməz və s.
Biz burada bütün yemək adlarının siyahısını vermək fikrində deyilik. Bu adlardan da görünür ki, milli mətbəximizdə tərkib öz sözlərimizin xeyrinədir. Biz daha çox yemək adlarından bəhs edəcəyik ki, onların milli mənsubluğu şübhə altına alınır.
Habelə mürəkkəb sözlərdən ibarət olan milli yemək adlarımız da göstərir ki, Azərbaycan kulinariyasmında türk leksikası böyük üstünlük təşkil edir: ayranaşı, qatınaşı, döşəməaş, əriştə aşı, yarmaaş, xəmiraşı, çobanaşı, həlimaşı, səbziqovurma, turşuqovurma, basdırmakabab, döyməkabab, lüləkabab, tavakAbab, tikəkabab, toyuqkababı, cücəkababı, qiyməplov, qovurmaplov, daşmaplov, döşəməplov, parça-döşəməplov, südlüplov, toyuqplov, çığırtmaplov, cücəplov, şiləplov, şüyüdlüplov, qaşıqxəngəli, qovurmaxəngəl və s.
Azərbaycan milli yeməklərinin adlarını mənşəcə, rekionallokal baxımdan qruplaşdırıb aşağıdakı bölgülərə ayırırıq:
I. İrəlidə də göstərmişdik ki, Azərbaycan dilindəki yemək adları xalqımızın maddi-mənəvi həyatının uzun bir inkihaf yolu keçmiş məhsuludur, öz milli sözlərimizdir. Bunlarda şərqə məxsus xüsusiyyətlər aparıcı mövqeqədir: aş, bozartma, bişi, bozbaş, qəlyə, qiyməplov, doğramac, dolma, piti, plov, çığırtma, usac və s.
2. lakin əksər yemək-x.rək adları türkmənşəli olsa da, tarixi geoçəklik, tarixi inkişaf, qarşılıqlı əlaqələr, iqtisadi münasibətlər Azərbaycan dilində bir çox əcnəbi mənşəli ərəb, fars,rus, Ukrayna, gürcü və s. dillərinə məxsus yemək məfhumunu bildirən sözlərin işlənməsinə səbəb olmuşdur: abgüşt, əriştə, xuruş /fars mənşəli/, halva, kabab, fətir /ərəbməeşəli/, biskiait, bifşteks, borş, kotlet, pirojna, salat, sous, sup, tort, xərço, çoxoxbili, langet, raqu, blinçik və s. /Avropa, rus və Qafqaz dillərinə məxsus sözlərdir/.
3. Azərbaycan milli yemək adları ərazi cəhətdən də fərqli xüsusiyyətlər kəsb edir. Doğrudur, Azərbaycanın bütün bölgələrində ümumişlək yemək adları geniş yayılmşdır /plov, aş, piti, dolma, bozbaş, kabab, çığırtma, qayğanaq, qovurma, dovğa, kətə, kükü, gürzə, umac, fətir, xəşil, xəngəl, halva, şorba, basdırma, soyutma, küftəbozbaş, lüləkabab, tavakabab, toyuqplov, şəkərçörəyi və s./. Bir çox yemək adları isə yerli ərazi xüsusiyyətlərinə görə fərqlənir, yəni ümumişlək deyildir. Əsülfüllü //sülhülü, qırs// girs, burcah, maxara, qıyqac, köpbəcə, kumac, ayranaşı, kələpır, ləvəngi, tapı, xıtab, cılvür.
Daha dəqiq desək, ləvəngi, ayranaşı Lnkəran –Astara bölgəsi üçün, burcah, maxara, sülfüllü// sülhülü əsasən Şəki-Qax-Zaqatala-Balakən rayonları üçün, düşbərə, qutab, paxlava, şorqoğalı, şəkərbura və s. Bakı- Şirvan bölgəsi üçün daha səciyyəvidir.
4. Bəzən bütün Azərbaycan üçün ümumişlək yemək adları hesab edilən bəzi xörək adlarına da lokal səciyyəsi müşahidə olunur. Məsələn, Plov sözü bütün Şərq qrupu dialekt və şivələrində daha geniş yayılmışdırsa, başqa şivələrlə isə aş sözü həmin mövqedədir. Misalların sayını artırmaq da olardı.
Yeri gəlmişkən Cənubi Qafqaz1 xalqları /azərbaycanlı, gürcü, erməni/ üçün və eləcə də milli, səciyyəvi hesab edilən bəzi yemək adları barədə mülahizələrə qolşuluruq. «Cənubi Qafqaz mətbəxinin milli əlamətlərə görə ayrılmasını o səbəb də çətinləşdirir ki, bir sıra eyni xörəklər, milli və ya tarixi-coğrafi bölgələrdən asılı olmayaraq Cənubi Qafqazda da yayılmışdır. Nümunə kimi, hamıya məlum olan şaşlıq, yaxud plovu misal çəkək»2. Biz bir şeyi qeyd etməyi lazım bilirik ki, belə hallarda dil faktoruna /sözün mənşəyinə/, yeməkləin yayılma arealına, hansı xalqın hansı nisbətlə yayılması, eləcə də kompakt halında yaşayan xalqın göstəricilərinə /yəni sayının miqdarına, müxtəlif, fərqli ərazilərdə yaşamasına/ xüsusi olaraq fikir verilməlidir. «Plov yeməyi «palav» adı altında enmənilər arasında yayılsa da, bunun türk /Azərbaycan/ sözü, həmçinin mənşəyi, texnologiya xüsusiyyətləri plovların müəyyən türk-iran məxəzlərinə aidliyini göstərir ki, bu da onu Azərbaycan milli mətbəxinin assortimentinə aid etməyi haqq qazandırır».1
V.V.Poxlyobkinin «Naüionalğnıe kuxni naşix narodov» adlı kitabına biz tez-tez müraciət edirik. Bunun başlıca səbəbi odur ki, əsərdə müxtəlif xalqların milli mətbəxlərinin tarixi, bu günü haqda obyektiv mülahizhələr söylənilməklə yanaşı, zənnimizcə, bəzi hallarda peşəkar olmayan, tarixi, linqvistik, milli-regional və iqtisadi, coğrafi səbəbləri, şərtləri nəzərə almadan yürüdülən fikirlər də yox deyil. Məsələn şaşlıq sözü barədə onun aşağıdakı mülahizəsinə diqqət edək: «Şaşlıq sözündə isə məsələ başqa cürdür. Bu xörək Rustyada və bütün dünyada səciyyəvi Qşafqaz xörəyi hesab edilir. Ümumiyyətlə, bu bir çox maldar xalqlara, o cümlədən də dağlılara daha çox tanışdır. Şaşlıq sözünün adına cəlincə, baxmayaraq ki, o heç bir şübhə yeri olmayan türk mənşəlidir, Qafqazda, hətta türkdilli Azərbaycanda /belə çıxır ki, türkdilli olmayan Azərbaycan da var- İ.M./ öz dillərinin lüğət ehtiyatından çıxış edib onu izah edə bilməz»2. Təəssüf ki, müəllif Azərbaycan ədəbi abidələri ilə, o cümlədən də «Kitabi-Dədə Qorqud» dastanı ilə tanış deyil. Əgər belə olmasa idi, o, aşağıda dastandan gətirdiyimiz parçaları oxuyub öz sözlərini geri götürərdi:
Ağ ayıldan tümən qoyun vergil,-
Bu oğlana şişlig olsun, ərdəmlidir!
/FZ,SƏ, KDQ,s.36/
Ağayılda tümən qoyun sənin, gedər,
Mənim də içində şişligim var,
Qomağım yoq qırq namərdə!
/FZ,SƏ,KDQ, s. 41/.
«Gürcüstanda şaşlıqa /şişliyə/ mtsvadi, Ermənistanda isə xorovats, Azərbaycanda isə kabab deyirlər. XVIII əsrdə Krım tatarlarından götürdükləri şaşlıq /şişlik/ şiş sözündəndir/ sözünü şişdə bişən xörək anlamında təkcə ruslar işlədirlər, rus dili vasitəsi ilə bu leksik vahid başqa əavropa dillərinə də keçmişdir»1. Biz irəlidə göstərdik ki, «Kitabi-Dədə-Qorqud» kitabında şişlik sözü bu gün işlətdiyimiz kabab yemək adını əvəz etmişdir. Tarixi inkişaf nəticəsində şişlik türk-Azərbaycan mənşəli söz yerini kabab fars mənşəli sözə güzəşt etmişdir. Bu həqiqətən o demək deyil ki, V.V.Poxlyobkinin dediyi kimi bizim ana dilimizdə şişlik sözünün mənşəyini izah etmək qeyri-mümkündür. Biz bu fikrin da tam əleyhinə deyilik ki, «Cənubi Qafqazda hər bir xalq üçün şaşlıq milli xörəkdir və ona görə də təkcə özlərinə məxsus adları deyil, həmçinin onu azərbaycanlılar,gürcülər və ermənilər hər birisi ayrı-ayrı üsullarla hazırlayırlar ki, bu da həmin xörəyi hər üç Qafqaz mətbəxinə aid etməyə əsas verir». Şaşlıq sözü hər üç Qafqaz mətbəxinə aid olsa da, həmin xörəyin varisi azərbaycanlılardır, onun mənşə mənsubiyyəti də bunu deyir.
Qədim tarixli Azərbaycanın təbiətcə, iqlimcə rəngarəngliyi, çoxsaylı təsərrüfat sahələri, məşğuliyyəti, maddi və mənəvi mədəniyyətinin zənginliyi, peşə və sənətlərin çoxluğu, təkrarsızlığı, bənzərsizliyi onun müxtəlif mahallarına, bölgələrinə məxsus, xüsusi adlarla məşhur olan yemək-xörək adlarının da yaranmasına, həmin adlarla da fərqlənməsinə səbəb olmuşdu: Şəki halvası, Gəncə pitisi, Gəncə çığırtması, Qarabağ kətəsi, Arzuman küftəsi, Şahtaxtı yemişi, Ordubad dürməyi/ruleti/, Şəki paxlavası, Bakı paxlavası, Şəki külçəsi, Lənkəran külçəsi, Quba tıxması, Bakı qorabiyəsi, Azərbaycan nanı, Şəki ovması, Gəncə paxlavası, Şamaxı məütəkkəsi, Qozlu Ordubad dürməyi, Şəki salatı, Xəzəo salatı, Azərbaycan salatı, Lənkəransayağı qaşqalldaq, Azərbaycansayağı qaşqaldaq, Azərbaycansayağı ət qızartması, Şərnsayağı təbii bitoçki, Şəkisayağı gürzə, Azərbaycan şorbası, Kəlbəcər balı, Dəstəfur balı, Qabağtəpə balı, Gəncə qaymağı və s.
Hətta bəzən bir bölgənin kəndləri də ərzaq və başqa nemətlərin bolluğuna, növünə, hazırlanma üsuluna görə də fərqlənirlər. Xüsusi adlarla məşhurlaşırlar. Məsələn, Qax rayonunda işlənən bu adlara diqqət yetirmək maraqlı olardı: Qaşqaçay armudu, Saxur dolması, Sarıbaş pendiri, İlisu pendiri.
Azərbaycan dilində və habelə başqa türk dillərində tarixən işlənmiş bir çox yemək adları da var ki, bəzisi müasir dilimizin lüğət tərkibində müşahidə olunmur: Məsələn, yəxni, top, qəylə sözlərini nümunə gətirmək olar.
Yəxni sözünün «Kitabi-Dədə-Qorqud» dastanlarında qovurma mənasında işlənməsinə təsadüf olunur.
Kəsə-kəsə yeməgə yəxni yaxşı /FZ,SƏ, KDQ, s.96/.
Oğulluları ağ otağa, qızluyı qızıl otağa, oğlı-qızı olmayanı qara otpğa qondurın, qara keçə altına döşən, qara qoyun yəxnisindən önünə gətürün, yersə-yesün, yeməzsə tursun-getsün… /FZ,SƏ, KDQ, s.35/.
Naxçıvan şivələrində «yəxni» çözü soyutma ət xörəyi mənasında bu gün də işlənir.1
Top yemək adı M.Kaşqarinin lüğətində «buğda və qapabaşaq unundan hazırlanmış xörək» mənasında göstərilir /DTS, 575/. Naxçıvan şivələrində işlənən tapı girdə, qalın çörəyin də top sözündən olması ehtimal edilir.2
Qəylə sözü də XIII əsr Azərbaycan ədəbi abidəsi «Dastanı-Əhməd Harami» də qızartma ət anlamında işlənmişdir:
Hərşə, qəyləvü danə tuturqan.
Quş ətlərilə qoyun cümlə büryan /DƏH.40/
Bugünkü ədəbi dilimizin lüğət tərkibində bir çox arxpikləşmiş yemək adlarına rast gəlmirik. Təbiidir ki, onlar nə vaxtsa işlək olmuş, xalqın məişətində geniş yer tutmuşdur. Bunlardan eləsi var ki, mənaca daralmış /məsələn, aş sözü kimi/, bəziləri isə ədəbi dilimiz üçün köhnəlmişdir. Tamam köhnəlmiş yemək adlarından bəzisinə nəzər salaq:
Bazlamac /bozlamac variantına da təsadüf edilir/. «Kitabi-Dədə-Qorqud» dastanlarında» sac üstə bişən fətir mənasında bazlamac sözünə rast gəlirik: Gəldin ol kimsoldıran soydır, mapadanca yerindən uru turar, əlin-yüzin yumadan toquz bazlamac ilən bir küvdək yoğurd kəvəzlər, toyınca tıqa-basa yeyər, əlin bögrinə urar, aydır /FZ,SƏ, KDQ, 33/.
Azərbaycan dilinin dialekt və şivələrində bazlamac sözü müxtəlif variantlarda və fərqli mənalarda yemək məfhumu bildirir: Bozdamac /Bakı, İsmayıllı// bozzamac/ Şamxor- Şəmkir/ is.- sac üstündə bişirilən çörək- Bozdamac, əlim xəmir, qarnım ac /Bakı/; - A.Şanisə xala, bozdamacı bişirib qurtardun, mən də bir-iki dənə bişirəcəm /İsmayıllı/.
Bozdamaş /indiki Gülüstan/ is. –doğramac… Güllü qarı bir boşqab bozdamaş qayırıb yedi. /ADDL, 84-85/.
V.V.Radlovun lüğətində isə bazlaman şəklində işlənir: bazlaman /osm./ Pirojnoe s iz sloenoqo testa s medom – qatlama şəkilli ballı pirojna /Radl. T. IV, ç.2, s.1546/. Hinduşah Naxçıvaninin «Sihah ül-əcəm» lüğətində «bozlamac-yağlı çörək» mənasında qeyd olunmuşdur.
«Bozlamac» adının mənşəyi maraqlıdır. «Buz» sözü Midiyada « kefləndirici içki» mənasında işlənmişdir. Midiyada buslar adlı bir qəbilə olub ki, bu da kefləndirici içki hazırlayan deməkdir. Azərbaycanlılarda isə maya sözünün acıtma və xam şəklində olması da maraqlıdır. «Xama» termini isə Midiya dilində «Xuoma» xatırladır ki, bu da müqəddəs «şənləndirici içki» deməkdir».1 Zənnimizcə, fətir və içki sözləri arasında heç bir yaxınlıq yoxdur, bu ancaq olsa-olsa bir ehtimaldı.
Dialekt və şivələrdə dürməy /Naxçıvan, Gəncə/ / dürmək/ Cəbrayıl// dürməx/ Şəmkir, Oğuz/ variantlarında «içərisinə yağ, pendir və s. yaxılıb bükülmüş yuxa, çörək» mənasında işlənən yemək adına /başqa şivələrdə də işlənir –İ.M./ M.Kaşqarinin lüğətində türmək şəklində rast gəlirik. O, türmək sözünü içərisinə yağ, pendir, ət doldurulmuş qoğal» mənasında göstərmişdir /DTS, 599/.
Yuxa sözü «yayma nazik çörək» mənalarında müxtəlif dialekt və şivələrdə /Cəbrayıl,, Şuşa/ qalmaqdadır. M.Zeynalov həmin sözün Naxçıvan qrupu şivələrində «təndirdə bişirilən nazik yayma çörək» mənasında işlənməsini qeyd edir.1 Yuxa sözü qədim türkcədəki yuka /yuyka, yuvka/ «nazik» anlamında olduğu /DTS, 277, 281, 282/ və M.Kaşqaridə isə «kökə» mənası da göstərilir /DTS, 281, 282/.
Köhnəlmiş yemək məfhumunu bildirən sözlərdən biri də şülən ismidir. Bir çox dialekt və şivələrdə bu söz işlənsə də, ADDL-nə düşməyib. Orxan Şaiq Gögyay şülən sözünün Aşağıdakı mənalarını göstərmişdir. I. Sultanların və bəylərin çəkdiyi süfrə; 2. Bütün xalq üçün hazırlanmış yemək. 3 Əskərə və xalqa verilən ümumi ziyafət.4. Ümumi qurban yeməyi.2
E.İ.Əzizov Orxan Şaiq Gögyaya əsaslanaraq belə bir fikir söyləyir: «Bu bir daha şülən sözünün adi qonaqlıq mənasında olmadığını, daha çox qədim bir adət və mərasimlə bağlı olan və bütün xalqa verilən ümumi ziyafət mənasında işləndiyini göstərir».3
Şülən sözü klassik şifahi xalq ədəbiyyatı nümunələrində və Azərbaycan şivələrində geniş işlənir. «Səyyad və Səadət» dastanında Şülən leksik vahidinin işlənməsinin şahidi oluruq:
Yüz birim atlana, yüz birim düşə,
Gündə yüz öyəcim çəkilə şişə.
Ağrıdağı kimi şülənim bişə,
Axar Araz kimi sel yağıi olsa.1
Aşıq Ələsgərin də poeziya dilində bu sözə bir neçə dəfə təsadüf edirik:
Hanı mərd iyidlər, boş qalıb yurdu?!
Səxavətdə Eldar nurəlanurdu:
Erkək kəsib, ağır məclis qururdu,
Şülən çəkilirdi malların, dağlar!
Başqa bir şerində:
Qazax bəylərindən qonağı gəldi,
Bir həftə ziyafət göyə yüksəldi.
Şah Abbas şülənli məclis düzəldi.
Hatəm süfrəsini Aşdı Annax bəy.
/A.Ələsgər, I k, 87, 201/
XVI əsr «Şeyx Səfi» təzkirəsində şılan çəkmək feli birləşməsi « qonaqlıq hazırlamaq» mənasındadır.2
Etnoqrafik dəyərini bu gün də saxlayan şülən sözü müasir Azərbaycan şivələrindən Bakı dialektində şılan / « qonaqlıq»/ toy sözü ilə qoşa işlənir: Fatmaxanımgildə toy şılandu.3
Şülən ismi Qarabağ şivələrində malını dağıtmaq, malını paylamaq, yeyib dağıtmaq, müftə bol yemək mənalarını ifadə edir: - Şülən yanı o deməxdi kin, malının qədrin bilmiosən, paylıyırsan,- Şülən elədim, yanı malımı dağıtdım; - Ə, yeməx şüləniydi: Canavar qoyunu şülən elədi / Bərdə – Lənbəran k./ Gədəbəy rayonunun Şınıx bölgəsində isə şülən sözü yeyib dağıtmaq, müftə yemək, başına qalan yemək mənasında işlədilir. – Nə şülən çəkirsən safsızdı – nədi? – Getdim gördüm şülən düşü, mən də qoşuldum bir yandan. Göyçayın Bığır kəndində həmin sözün bol, bolluq mənası qeydə alınmışdır: Məclisdə hər şey şilandı.1
İmişli rayonu şivələrində isə şülə forması işlənir. Şüləbol – bol paylamaq felinə də İmişli rayonu şivələrində təsadüf edilir. Ə, nədi xalxın malın şülərsən? Bun bir şülənniyə düşdüm. Şülənnix- bolluq.2
Bəllidir ki, Azərbaycan dilində sözlərin mənaca dəyişməsi hadisəsi mahiyyət etibarilə dilin lüğət tərkibinin zənginləşməsinə xidmət edir. Belə ei, sözlərin məlum mənaları genişlənərək yeni məna çalarları qazanır, daha doğrusu mənaca genişlənir. Lakin bunun əksi olan mənaca daralma hadisəsi də müşahidə olunur. Y.Q.Məmmədov sözlərin mənaca daralması hadisəsini araşdırarkən belə bir mülahizə irəli sürür: «Mənaca daralma zamanı qədimdə ümumini: cinsi bildirən sözlərin bəzisi sonralar həmin cinsin tərkib hissələrindən birini növü ifadə etməyə başlayır. Bu semantik proses hər şeydən əvvəl, ona görə baş verir ki, həmin cinsə daxil olan başqa növlər müxtəlif üsulla əmələ gələn və ya başqa dillərdən keçən sözlərlə ifadə edilməyə başlayır».3
Y.Q.Məmmədov mənaca daralan əözlər siyahısına yemiş, kişi, oğul, tata, aş, qarı, qon, don, geyim, bic, qardaş, leş, öz tarığ // darı, tat, ulaq, şişək, ərik, yr kimi sözləri vermişdir.4 Daha sonra o, aşın tarixən « yemək, xörək», indi isə xörəyin bir növü – plov» anlamında işlənməsini qeyd edir», 5
Azərbaycan dilində işlək olan ayrı-ayrı yemək adlarının tarixi heç də eyni bir dövrdən başlamır, bunların hər birinin kulinariyamızda özünəməxsus mövqeyi vardır.
Özlüyündə maraqlı faktdır ki, Azərbaycan dilindəki yemək adları, əsasən, fellərdən əmələ gələn feli isimlərdir. Yaranma tarixi baxımından bu sözlər dilin daha qədim çağlarına gedib çatır. Belə sözlər içərisində təbii halında olan ağartı adlarına /atılama, axtarma, bulama, dələmə, qaymaq, qurut, süzmə və s./ və eləcə də müxtəlif ərzaqlardan, qida məhsullarından hazırlanmış yemək adlarını bildirən məfhkmlara /aş, bozbaş, bozartma, boxlamac, buğlama, bulama, qızartma, qovurma, qovurğa, qovut, daşma, dolma, döşəmə, yayma, yarma, soyutma, çığırtma, şişlik və s./ da rast gəlirik.
Orxon-Yenisey abidələrində də aş sözü yemək mənasında işlənmişdir.1 «Kitabi- Dədə Qorqud» dastanlarında da aş ismi ümumiyyətlə, «Yemək, xörək» mənasını verir. Umanına- usanına aş yeyirdim /KDQ, s. 73/. XIV əsrə aid qrammatik traktatda / İzıskannıy dar törkskomu əzıku/ aş, /aş olsun- nuş olsun/ azık, ayran, bal, şişlik, peynir, kurut və s. kimi yemək adlarına rast gəlmək olar. Əsl həqiqətdə isə hər cür xörək, yemək, bişmiş mənasında aş sözü bu günümüz üçün ümumişlək deyil / Müasir ədəbi dilimizdə işlənən «aşxana» «aş» komponenti yemək mənasındadır/. Dialekt və şivələrimizdə aş sözü- ismi xörək adlarının tərkibində fəal işlənir: ayranaşı /dovğa – Masallı, Amasiya, ADDL, 72/. F.Əhmədov bu xüsusda yazır: «Bu sözün /aş sözünün – İ.M./ « xörək» mənasında işlənməsinin izləri müasir dialekt və şivələrimizdə qalmaqdadır. Quba dialektində dovğaya ayran aşı /yəni ayran xörəyi/, südlü sıyığa südlü aş deyilir. Müasir ədəbi dilimitzdə isə aş sözünün ümumi mənası daralmış, xörəyin yalnız bir növünü bildirən mənada sabitləşmişdir».2 Bir cəhəti də qeyd edək ki, ayran aşı sözünün dovğa mənasında işlənməsinə tarixi Azərbaycan mahalı olan Göyçədə və Lənkəran şivəsində də təsadüf edilir.
Aş «Azərbaycan dilinin izahlı lüğəti»ndə aş sözü haqqında verilir: Aş. İs. I. xörək, yemək, bişmiş. Aşın sıyıqlığı dənin azlığındadır. /At sözü/. Bəzi yerlərdə təsadüf olunur aşa, ətə. Sabir 2. Plov. Südlü aş. Çığıtmalı aş. Lobyalı aş. Qiyməli aş. 3. Un, düyü, yarma və s.-dən bişirilən sıyıq xörək, horra /Adil, I, 164/. Südlü aş /sıyıq/, maşdı aş, əriştəli aş, mərciməkli aş, boranılı aş, əvəlikli aş, kişmişli aş, cücəli aş, xurmalı aş, yarma aşı, kəklikli aş, qırxbuğumlu /buğda/ aş, ayranlı aş // ayranaşı, narlı aş, qozlu aş, şeştərəngli aş, qabaqlı aş yemək adlarında xörək məfhumu ifadə olunmuşdur.
ADİL-dəki izahdan gördüyümüz kimi, aş sözünün köhnəlmiş mənası burada heç bir üslubi işarə olmadan verilmişdir.
Atlama. Su qatılaraq duru hala salınmış qatıq, ayran. Yayın atlaması, qışın umacı /At.sözü/ məzmununda /ADİL, Ic., 141/ və avdığ, suda çalınmış qatıq – Qazax, Qutqaşen, Kəlbəcər – kimi izah edilmişdir. /ADDL,43/. Təbiidir ki, atlamaq felindən yaranmış feli isimdir. Sinonim olan avdığ sözü isə fars mənşəlidir.
Axtarma. Pendirin bir növüdür, bundan motal da tuturlar.
Bu sözə müasir ədəbi dildə təsadüf etməsək də, klassik aşıq şerində və bu gün dialekt və şivələrdə də qalmaqdadır.
Axtarma motalın, yağın, qaymağın
Zənbur çiçəyindən bal alı, dağlar.
/Aşıq Ələsgər/
ADDL /Ic.,s. 45/ Axtarma – üzlü pendir /Füzuli r-nu/ mənasında verilmişdir.
«Qarabağda ən yaxşı motal pendiri axtarma hesab olunmuşdur/ Bir şeyi deyək ki, ümumən Azərbaycanın qoyunçuluqla məşğul olan bölgə və mahallarında bu belədir, o cümlədən də Qarabağda- İ.M./ Axtarma, adətən qoyunun südünü qurutmasına az qalmış, arana köç ərəfəsində və köç vaxtı sağılan südündən hazırlanırdı. İlin bu dövründə gün gödək, gecə uzun, hava sərin, ot yetişmiş olduğundan qoyunun südü yağlı olur. Ona görə də bu dövrdə sağılan südü mayalayır, dələmin süzmədən duzlayıb dərinin yun üzünə tökürlər. Təxminən 7-10 gündən sonra dələmə bərkiyib sarımtıl rəng alır, bu ən keyfiyyətli pendir hesab olunub, axtarma adlanır. Etnoqrafik məlumatlar göstərir ki, axtarma motalı ancaq gəllədar və mülkədar təsərrüfatlarında istehsal olunmuşdur».1 Yeri gəlmişkən onu da deyək ki, «Qarabağın elat dünyası» kitabında həmin bölgə üçün maraqlı etnoqrafik faktlar kimi ağartı məhsulları – qatıq, qaymaq, şan- şan, çiyə, süzmə, yağ, pendir, şor, lor, qurut, ayran, atlama, kəsmik və s. haqqında da bəhs edilmişdir.2
Elmdə obyektialiyin gözlənilməsi başlıca cəhətlərdən biridir. Çox təəssüf ki, bəzən bu cəhət təxminən eyni, oxşar coğrafi şəraitdə, yanaşı yaşayan xalqların tarixi, mədəniyyətini, məişətini, adət-ənənələri, dili, ədəbiyyatı və s.-dən bəhs olunarkən yaddan çıxarılırmı deyək, yaxud da bilərəkdən subyektiv olaraq unudulur, nəzərə alınmır. Msələn, bu sözləri Qafqazda yaşayan azərbaycanlı, erməni, gürcü və başqa onlarla xalqların tarixindən, mədəniyyətindən, məişətindən, məşğuliyyətindən, ənənəsindən danışılan bəzi əsərlərdən də görürük. Bu mənada dünyada ən qədim insan məskənlərindən olmuş, Azərbaycan ərazisində yerləşən milyon yarımdan çox yaşı olan Azıx mağarası kimi bir tarixi- etnoqrafik abidəsi olan xalqa- Azərbaycan xalqına, eləcə də yeri gəldikcə başqa xalqlara da /gürcü xalqına da/ münasibətdə V.V.Poxlyobkinin mövqeyinə münasibətimizi açıqlamaq istərdik.
Keçmiş SSRİ ərazisində olan /1991-ci ilin noyabrına qədər SSRİ mövcud olmuşdur/ xalqların milli xörəklərindən bəhs edən V.V.Poxlyobkin familiyalı müəllif erməni xalqının kulinariyası haqqında /Azərbaycan, gürcü və erməni xalqlarının hər birinin kulinariyası barədə bəhs etmişdir/ yazır: «Erməni xörəkləri Asiyada ən qədim xörəklərdən sayılır və Zaqafqaziyada isə ən qədimidir. Onların səciyyəvi cəhətləri ən azı eramızın I minilliyinə qədər, yəni erməni xalqının formalaşması dövrünə qədər yaranmış və əsasən, böyük əksəriyyəti bu günümüzə qədər hələ üç min ildən artıq bir müddətdir ki, özünü qoruyub saxlamaqdadır. Burada onu da nəzərə almaq lazımdır ki, erməni xalqı ta Böyük Oktyabr İnqilabına və Sovet Ermənistanının yaradılmasına qədər əlverişsiz şəraitdə yaşamış və onun öz dövlət quruluşu və ərazi bütövlüyü olmamışdır».1
V.V.Poxlyobkinin yuxarıda gətirdiyimiz mülahizələrinə diqqətlə və obyektivliklə yanaşıb onları təhlil edək. Yaxşı, deyək ki, bu belədir: erməni mətbəxi Asiyadakı ən qədim mətbəxlərdən biridir. Olsun. Cənubi Qafqazda isə /Zaqafqaziyada/ ən qədimdir. Bu o deməkdir ki, Qafqazda yaşayan bütün xalqların xörəkləri, daha doğrusu kulinariyası ermənilərdən sonra yaranmışdır. Onda sual olunur. Bu xalqlar ermənilərin mətbəxi yarananda harada idilər? Sonra, Azərbaycan mənşəli «bozbaş», «qovurma», «dolma», «şilan» /şülən/, qaymaq, yağ, yarma, motal, nəzik, yoğurt və başqa yemək adları erməni dilində işlənirsə, V.V.Poxlyobkin Azərbaycan dilində keçmiş erməni mənşəli yemək adlarının siyahısını nə üçün verə bilmir. Guya çar Rusiyası dövründə, inqilaba qədər Qafqazın başqa xalqları üçün həmin dövr, həmin zamanlar cənnət olub, yağ içində böyrək kimi, ən əla şəraitdə yaşayıblar.
Ancaq bir burada bir cəhəti xüsusi olaraq göstərməyi özümüzə borc bilirik. «Son arxeoloji tədqiqatlar göstərir ki, Azərbaycan ərazisi dünyanın ən qədim insan məskənlərindən biri olmuşdur. Azıx mağarasından milyon yarım il bundan əvvəl istifadə olunmuş əmək alatləri tapılmışdır.1 Maraqlı etnoqrafik tədqiqatların müəllifi A.N.Mustafayev yazır: «Azıxın alt təbəqəsidən aşkar olunmuş… daş alətləri ölkəmizin ən qədim sakinləri olan azıx antropların körpəlik çağlarından soraq verir. Bu nadir faktdan belə nəticəyə gəlmək olar ki, yurdumuzun qədim sakinləri qida istehsalına milyon yarım il bundan əvvəl /V.V.Poxlyubkin isə ermənilərin mətbəxinin yaşını 3 min il hesab edir: 3 min il hara, milyon yarım il bundan əvvəl hara, müqayisəyə dəyməz, əlbəttə 3 min illik dövr də erməni mətbəxi üçün ağ yalandan başqa bir şey deyil- bu şərh- münasibət bizimdir- İ.M./ başlamışlar.
Məhsuldar qüvvələrin inkişafı, xüsusilə əmək alətlərinin təkmilləşməsi istehsal üsulunda, o cümlədən qida məhsullarının hazırlanması sahəsində əsaslı tərəqqiyə səbəb olmuşdur. Ötən dövr ərzində ərzaq istehsalının inkişaf dinamikasını izləmək imkan xaricində olduğundan məsələnin yalnız belə bir cəhətini qeyd etməklə kifayətlənək ki, Azərbaycan ərazisinin təbii zənginlikləri və onun əhalisinin əməksevərliyi burada zəngin kulinariya ənənələrinin yaranmasına səbəb olmuşdur.2 Məlum olduğu kimi, ənənə heç vaxt itmir. O, hətta köhnəldikdə belə öz mayasını bir nəsildən digərinə, bir əsrdən başqasına keçirir».3 Məhz buna görə də Azərbaycan xalqının bugünkü varislərinin kulinariya mədəniyyətinə çox uzaq keçmişin məhsulu, uzun minilliklərin inkişaf keçirən ənənəsinin minilliklərin inkişaf keçirən ənənəsinin nəticəsi kimi yanaşmaq gərəkdir. V.V. Poxlyobkin erməni kulinariyasından bəhs edərək daha sonra belə yazır: «XVII əsrdən XIX əsrin əvvəllərinədək Ermənistanın /söhbət hansı Ermənistandan gedir? O dövrdə belə bir ərazi vap idimi? –İ.M./ təsərrüfatı, onun işçi və maddi ehtiyatları tənəzzülə uğradı. Ancaq mənəvi və maddi mədəniyyət isə dəyişməz şəkildə qaldı. Həmçinin erməni xörəkləri də məhv olmadı. Əksinə, ermənilər səlcuq türklərinin yeməklərini zənginləşdirdilər, belə ki, bir çox əsl erməni xörəkləri çox –çox sonralar türklər vasitəsilə Avropada guya türk xörəkləri adı ilə məşhurlaşdı /məsələn, dolma/. Hətta təkcə Ermənistanın öz məxsusi ərazisində deyil, sayçız – hesabsız koloniyalarda da, başqa cür desək, uzaq qürbəttə erməni xörəkləri erməni xalqının digər milli xüsusiyyətləri kimi öz tipik əlamətlərini qoruyub saxladı. Qədim xörək bişirmə texnikasından istifadə olunan zaman yeməklərin hazırlanması texnologiyasında həmçinin yeyinti xammalının tərkibində, dad-təminin qorunub saxlanmasında, ən çox sevilən xörək növlərində də erməni kulinariyasının ənənəviliyi və varisliyi öz rəngarəngliyi ilə diqqəti cəlb edir».1 Maddi ehtiyatlar və işçi qüvvələr tənəzzülə doğru getdiyi bir halda təbiidir ki, zəifləyəcək, tükənəcək. Lakin V.V.Poxlyobkin deyəndə ki, lakin mənəvi və maddi mədəniyyət dəyişməz qaldı. Bu, heç kəsi inandıra bilməz. Bir halda ki, erməni xörəklərinin əksəriyyəti Azərbaycan-türk mənşəlidir, necə ola bilər ki, ermənilər türklərin xörəklərini zənginləşdirsinlər. Zənginləşdiriblərsə, hansı xörəklərdir, adları sadalansın. Bu, əlbəttə, yenə konkretlikdən, həqiqətdən uzaq cəfəngiyatdır /bir çox əsl erməni xörəkləri –hansılardır/, təkcə dolmanın adını çəkir ki, o da Azərbaycan-türk milli xörəyidir/. Biz çox gözləyirdik , müəllif /V.V.Poxlyobkin/ ürəkgenişliyi ilə deyəydi ki, filan, filan xörəkləri ermənilər Azərbaycan, türk, səlcuq və b. xalqlardan götürüb öz məişətlərində istifadə ediblər. Bu, əsl alicənablıq olardı. Çünki o danılmaz həqiqəti söyləmiş olardı.
Acıtma. Xəmir mayası, acıxəmrə. Xəmirə acıtma qatmaq /ADİL,Ic., s.163/ mənasındadır. Acıtmaq felinin 2-ci mənasından – turşutmaq, qıcqırtmaq, acıtma qatıb yetişdirmək. Xəmiri acıtmaqdan yaranmış feli isimdir. Balatı sözü də acıtma yerində işlənir.
Basdırma. Basdırmaq felindən düzəlmiş feli isimdir. «Soğan istiot və duza qoyulmuş ət və bu ətdən hazırlanan xörək. Sizin canınınz üçün bir elə basdırmam var ki, ölü yesə dirilər. N.Vəzirov.// Ümumiyyətlə qovrulub, ehtiyat üçün qışa saxlanılan ət. /ADİL, Ic., s.200/. V.V.Radlovun lüğətində də bu sözə rast gəlirik: «Pasdırma- bastırma»/ /Radl. T.IV, ç.2, s.1192/; basturma 2/ vəlenoe məso. 3/ osobo priqotovlennıy soçnıy şaşlık, məso dlə kotoroqo narezaetsə zaranğe i vılejivaetsə v zakrıtom soude /Radl. t. IV, s. 1539/. Basdırmakabab yemək növü də bu gün işlənir ki, ADİL-də həmin ifadə qeydə alınmamışdır. Həmin sözə gürcü xörəkləri başlığı ilə verilmiş yemək adları içərisində «Mtsvadi basturma»- şaşlık-basturma şəklində rast gəlirik.1 Göstərilən kitabda «mtsvadi /şaşlık/ - basturma» sözünə belə izah verilir: iz qovəjğey / bu əsasən qoyun ətindən də olur, həmin əsərdə mtsvadi /şaşlık/ yeməyinin izahında göstərilir ki, tot vid, yəni şaşlık iz basturma / poluçil naibolğşee rasprostranenie za predelami i Qruzii, no s ispolğzovaqiem baraninı; şaşlık iz baraninı s baklajanami, s voistvennıy domaşney kuxne».2 Müəllifin əsli türk – Azərbaycan mənşəli söz olan « basdırma»nın /burada basturma/ Gürcüstan ərazisindən kənarda qoyun ətindən hazırlanmasını deməsi təəccüb doğurur, əksinə, Azərbaycan milli yeməyinin öz ərazimizdən kənarda, o cümlədən elə Gürcüstanda da yayılmasını söyləmək əvəzinə, əksinə, faktı dolaşıq salır. Biz bunu müəllifə o vaxt bağışoaya bilərdik ki, o, bu kitabı tərtibçi kimi hazırlamış olardı. Kitabın üstündə müəllifin adının getməsi və addan sonra isə «Əsas kulinariya istiqamətləri- cərəyanları, onların tarixi və züsusiyyətləri» açıqlaması göstərir ki, bu əsər orijinal əsərdir, tərtib deyil. Bu n.vün /basdırma şişlik/ / kabab/ qoyun ətinin badımcanda hazırlanmış kababı /şişliyi/ Gürcüstandan kənarlarda da geniş yayılmışdır
Bozartma. Bunun başqa adı da var. Bozqovurma /ARL, Ic. S. 302. suş.sm. bozartma felindən əmələ gəlmiş düzəltmə feli isimdir, ət xörəyinin bir növü.
Bozartma. Yağlı ətdən bişirilən sulu qovurma; bozqovurma. Çoban bozartması – ala- çiy bişirilmiş sulu qovurma.
Bozatmaq felindən . ala-çiy bişirmək, yüngülvari qovurmaq. Əti bozartmaq /ADİL, I., s.299/.
Adətən ət bişəndə öz təbii rəngini dəyişib qaraya, boza çalır, buna oxşadılaraq xörəyə də bozartma deyirlər. V.V.Poxlyobkin gürcü mətbəxindən danışarkən bozartma yemək adını gürcü milli xörəyi kimi verir. Qoyun ətindən, toyuq və hinduşka ətindən bozartma və cücə ətindən bozartma növlərini göstərir.
Bozbaş –sözünü belə ehtimal /izah/ etmək olar ki, ətli /bazarmış/ aş, əvvəllər «aş» əözü yemək, xörək, bişmiş mənalarında geniş işlənmişdir. Umanına-usanına aş yedirdim /KDQ/.
Bozbaş. Ət, noxud, kartof ilə bişirilən sulu xörək; piti. Bozbaşlıq ət /ADİL, Ic, s.299/.
Buğlama.Ət və ya kartofun yalnız suda qaynadılmaqla bişirilməsindən alınan xörək. Burada suyun buxarlanması prosesi nəzərə alınıb xörəyə buğlama adı verilmişdir. Ədəbi dil lüğətlərində yoxdur.
Buğlama – içinə turşu və kişmiş doldurularaq bişirilmiş balıq. /Dərbənd/ ADDL – s.88.
Buğlama –azacıq su ilə buğ içində bişirilən bozartma /Qazax/.
Bulamac. Bu sözə dialektoloji lüğətdə rast gəlmədik.
Azərbaycan dilində –mac// m. – manc// mənc şəkilçilərinin fel köklərinə qoşulması vasitəsilə bir sıra xörək adları yaranır. döymənc / döyməc/ düymənc də deyilən yerlər var – Göycə. İ.Ə.Hacıyev İsmayıllı rayonu şivələrində – mənc –manc şəkilçiləri ilə düzələn « süzmənc», «döymənc», «doğramanc» və «bulamanc» yemək adlarının işlənməsini də qeyd edir,1 Bulamac sözündən bəhs etdiyimiz üçün – mac şəkilçisi barədə bir az ətraflı danışaq. Türkoloji ədəbiyyatda – mac/ məc şəkilçisi haqqında müxtəlif fikirlər vardır.
A.M.Şerbak həmin şəkilçinin qədim özbək dilində bulamac, tutmac /əriştə/ yemək adlarını bildirən sözlərdə müşahidə olunduğunu nəzərə alaraq, onun – ma şəkilçisi ilə yemək mənasını bildirən aş sözünün birləşməsindən əmələ gəldiyini göstərir.2 Ə.Məmmədov da A.M.Şerbakın həmin fikrini müdafiə edir.3 O, belə yazır: «Yemək adlarında işlənən – mac/-məc. şəkilçisinin əmələ gəlməsi vaxtilə ümumiyyətlə yemək adını bildirən, aş sözü ilə əlaqədardır».4
M.İ.İslamovun isə həmin şəkilçi ilə əlaqədar mülahizəsi öz orijinallığı ilə seçilir. O, belə fikirdədir ki, «Buradan belə çıxır ki /söylənilən mülahizələr nəzərdə tutulur –İ.M./, iki-mac/-məc şəkilçisi mövcuddur; biri yemək adlarını əmələ gətirən – mac. Digəri isə yeməklə bağlı olmayan – mac, halbuki belə bir bölgü vermək mümkün deyildir. Azərbaycan dilinin, eləcə də türk dillərinin materialları – mac şəkilçisinin ikinci hissəsinin /c/ aş sözü ilə əlaqədar olması fikrini təsdiq etmir. Əvvəlcə, - mac/-məc şəkilçisi türk dillərində yeməklə əlaqədar olmayan başqa sözlərdə daha çox özünü göstərir. Dilimizin qədim abidəsi olan «Kitabi- Dədə-Qorqud» da da –mac şəkilçisinə yeməklə bağlı olamyan dolamac – sözündə rast gəlirik. Digər tərəfdən, tərkibində aş sözündən törəndiyi eştimal olunan c səsi olmadan da –ma şəkilçisi fellərə bitişərək yemək adını bildirən isim əmələ gətirir. Məs.: Nuxa dialektində: doğrama, bulama və s. Bütün bunlar onu göstərir ki, -mac şəkilçisinin tərkibindəki –c səsinin yemək adını bildirən aş sözü ilə əlaqəsi yoxdur.Dilimizdə müstəqil sözdüzəldici –c şəkilçisi vardır və –mac/ -məc şəkilçisi –ma və –c şəkilçiləri kompleksindən ibarətdir»1.
Bu məsələni dialekt və şivə materialları üzrə müşahidə edib araşdıran Ş.Kərimov öz mövqeyini belə bildirir: «Bizcə, mac şəkilçisinin etimologiyası haqqında M.İsldamovun fikri ilə razılaşmaq lazımdır. Çünki göstərildiyi kimi, c səsi olmadan da –ma şəkilçisi fellərə bitişərək yemək adını bildirən isim əmələ gətirir. Krasnoselo və İcevan rayonlarındakı Azərbaycan şivələrində də bu qayda ilə yaranan yemək adları müşahidə olunur. Məs.: qızartma, buğlama, döşəmə, qoyurma və s. Əhalisinin əməksevərliyi burada zəngin kulinariya ənənələrinin yaranmasına səbəb olmuşdur».2 Məhz buna görə də Azərbaycan xalqının bugünkü varislərinin kulinariya mədəniyyətinə çox uzaq keçmişin məhsulu, uzun minilliklərin, uzaq yüzilliklərin daima inkişafda olan dinamik ənənəsinin nəticəsi kimi baxmaq lazımdır.
Əvəlcə onu deyək ki, Ş.Kərimovun göstərdiyi qızartma, döşəmə, qovurma, doğrama kimi yemək adları Azərbaycan ədəbi dilində də elə həmin qaydada yaranır. Bu deyilənlərə bizim münasibətimiz odur ki, bütün yemək adlarının sözdüzəltmə prosesi hamısı –ma ilə c kompleksindən ibarət deyil, yəni bu mürəkkəb şəkilçi həmişə sözyaratmada iştirak etmir.
Dialektoloq İ.Q.Həsənov da «bulama» sözündən bəhs etmişdir. Ağartı adlarından danışarkən o, bu sözün üzərində ətraflı dayanır: «Yeni doğmuş qaramal, camış və davardan üç- altıncı günlərdə sağılan südə Gəncədə ağbulama da deyirlər, bişirilməmiş içilir. Bişiriləndə isə mütləq qaşıqla bulanmalıdır. Etnoqrafik müşahidələr göstərir ki, yeni doğmuş heyvandan üç – altıncı günlər sağılan süd bişirilərkən qaşıqla bulandığı üçün xalq ona bulama adı vermişdir. Bulamanı bişirəndə qaşıxnan bullamasan çürüyər»1.
Zənnimizcə, yeni doğmuş qaramaldan ilk günlər sağılan südün rənginin bir neçə vaxtdan sonrakı südün rənginə nisbətən tutqun, bulanıq olması həqiqətinə də göz yummaq olmaz.
Qızartma. 2 İ/aşp./ Tavada və s.- də qızardılmış ət, balıq və s.
Qızartmaq felindən əmələ gələn f.i. 3. Tavada və s.- də qızarıncaya qədər qovurmaq, bişirmək. Çörəyi təndirdə qızartmaq.
/Kayrma, jarkoe/ ARETL, 21.
Qovurma. Bu söz bəzi mürəkkəb xörək adlarının tərkib hissəsinə daxil olur. Bu qəbildən qovurmakabab, içqovurması, turşuqovurma, səbziqovurma, qovurmalı aş, qovurmalı xingal, qovkrma bozbaş, qovurmalı, qovurmalıq, qovurmaplov, qovurmaçilov, qovurmaçı – ət və xüsusilə içalat /qoyun içalatı/ bişirib satan adam, qovurmaçılıq, qovurtmaq. V.V. Radlovun lüğətində verilir: Kavurdak- kavurma /Radl., t.P,ç.I,s.471/ Kaurmaç- qovrulmuş buğda, yaxud arpa /Radl., t.I, ç.P, s.52/.
Qovurma, qovurğa, qovut /ağzına qovut verən yoxdur – əhəmiyyət verən yoxdur, qulaq asan/ kimi sözlər qovurmaq- susuz olaraq yalxı və ya yağda bir şeyi od üzərində qabda qızartmaq, bişirmək -/əti yağda qovurmaq.Balığı tavada qovurmaq/ felindən əmələ gəlmiş xörək adlarıdır. Bəzən Azərbaycan mənşəli sözlər məhvən başqa dillərə aid edilir. Bu sözləri «qovurma» isim barədə də söyləmək olar. Dağıstan dillərini tədqiq edən M.Ş.Xəlilov yazır: «Kak izvestno, fonetiçeskoy sistemı mnoqix daqestanskix əzıkov nexarakterno steçenie qlasnıx. V rəde qruzinizmov v intervokalğnoy poziüii nablödaötsə vstavki soqlasnıx v, i dlə ustraneniə qiatusa: lobiyo «fasolğ» lobio, çia «krasitelğ» «çiaperi» kğavurma, «jarkoe» kğaurma /qr/.1 Təəssüf doğurur ki, görkəmli gürcü türkoloqu S.S.Cikiya kaurma /qovurma/ sözünü Azərbaycan mənşəli hesab etdiyi halda, M.Ş.Xəlilov onu /kğavurma sözünü/ gürcü sözü kimi qəbul edir.
Azərbaycan dilində qovurma adı ilə /sözü ilə/ bir çox xörəklər də məşhurdur. Səbziqovurma, qovurmaxəşil, bozqovurma, həvəskar qovurması, narqovurma, turşuqovurma, alçalı-limonlu qovurma, qovurmabozbaş.
«Kitabi-Dədə-Qorqud» dastanlarında «qovurma» sözü muasir yazılış formasından fərqli olaraq «qovurma» şəklində işlənmişdir: Qo ətindən çəksünlər, qara qaurma etsünlər, qırq bək qızının əginə ilətsünlər /FZ,SƏ, KD, s.47/.
Türkmən dilçisi P.Aşırov Türkmənistanın Daşxovuz vilayətinin dialetoloji materiallarından çıxış edib türkmən dilində işlənən «qovurma» yemək adı barədə bəhs etmişdir. O yazır: «Gti maydaja doqrap, əqa qovursan, qovurma bolər. Qovurma zaəlanmaz əlı, koplepq dovarların qarnıqıp içi arassalanın qovurmanı şonun içine salıp /dıkıp/ qoyərlar ol ılayta da çopanların, əkıpa qotermeqi üçin amatlı bolər. «Qovurma» sözünün gtimoloqiəsını açıklamak kıpçılık çekdirmeyər. Ol sözün qelip çıxışı gtin əqda qovrulmaqı bilen baqlanışıklıdır».2
P.Aşırov «bağıröykən», «kakmaç», «kəlləbaşayaq», «çişlik» /şişlik», «çekdirme», «batırma» və s. yemək adlarının təhlilinə də geniş yer verilmişdir. Bizə «qovurma» sözü daha maraqlı olduğundan ancaq bu yemək adı ilə bağlı onun izahını verdik.3
Mahmud Kaşqarinin «Divani luğat- it türk» əsərində xatırlanan «qovurma» sözü erməni dilində qədim formada da işlənir. «Müasir erməni dilinin izahlı lüğəti»ndə «qovurma» formasında qeyd edilən bu sözə «biri gözəl bir at…, üçüncüsü qovurmalıq üçün bir neçə qoyun bağışlayırdı» cümləsi misal çəkilir»!1
«Kitabi-Dədə-Qorqud» dastanlarında, M.Kaşqaridə qovurma sözünün «qaurma» şəklində işlənməsi və gürcü dilində də «kaurma» kimi vətəndaşlıq hüququ qazanmasına əsaslanıb deyə bilərik ki, qaurma sözü qədim variantında hələ orta əsrlərdən gürcü dilinin lüğət tərkibinə keçmişdir. Bunu həmin sözün o dövrkü şəklinin gürcü dilində işlənməsindən çıxış edib söyləmək olar.
Qazmaq. – qazımaq felindəndir. Plovun /aşın/ altında yumurta və düyüdən bişirilmiş bərk təbəqə – Qazmaq sözü Quba, bakı, Şamaxı dialektlərində – küt gedən çörəyin təndirdə qalan nazik hissəsi mənasında da işlənir /ADDL, Ic., s.107/.
ADİL – I c., s. 594. Qazmaq 2 – bişmişin qazanın, qabın və s.-nin ən sonuncu dibinə yapışıb bərkişmiş hissəsi, qazılıb çıxardılan hissəsi – aş qazmağı, çörək qazmağı.
Qayğanaq – çalınıb və ya bətöv halda yağda bişirilmiş yumurtadan ibarət yemək /ADİL. I c., s.395/.
Belə ehtimal etmək olar ki, bu söz qaynamaq felinin kökü qay və – qanaq hissələrindən əmələ gəlmişdir.
Qaysava – Füzuli, Salyan, Puşkin /indiki Biləsuvar/ rayonlarında qaysava, Qazax dialektində Qpysava // qeysəfa// qeysəvə, Tovuz şivəsində qəysəvə // qəsəvə, Şəmkir və başqa qərb şivələrində qeysəvə şəklində – I /qaysıdan/ bəzən qaysı və kişmişdən /yağda bişirilən xörəyin adı; 2. qaysı mürəbbəsi /Şəmkir/ mənalarında işlənir. – ADDL, s. 108. ADİL – I c., s. 401. Qaysava sözünə izahda məhəlli olması qeydi verilməmişdir. Yağda bişirilən /qovurulan/ qaysıdan ibarət bir yemək.
K.T.Ramazanov – ava şəkilçisinin etimologiyasından bəhs edərkən yazır: «Ava şəktlçisi hazırda istər ədəbi dilimizdə və istərsə dialekt və şivələrimizdə olan qaysava, paxlava, baldava, balva, qorava, xəşilava, şirova, şoraba kimi bir sıra xörək //yemək adlarını bildirən sözlərdə özünü göstərir».1 Vaxtilə məhsuldar olmuş hazırda isə qeyri məhsuldar olan – ava şəkilçisi barəsində daha sonra K.T.Ramazanov belə bir qənaətə gəlir:…» qaysava, paxlava, baldava, balva, qorava, xəşilava, şirova, şoraba sözlərində müşahidə etdiyimiz ava / şirova sözündən –ova/ şəkilçisi vaxtilə türk dillərində xörək //yemək adı bildirən müstəqil mənalı leksik vahid olmaqla iva // uva şəklində – Divanü lüğat-it türk. Tercümesi. Ankara I, 1939, s. II/ şəklində bir növ xörəyin, yeməyin adını bildirmişdir»…» türk dillərinin qədim dövrlərində uva //uva sözü yalnız bir xörəyin adını bildirirdisə, zaman keçdikcə bir leksik vahid olaraq öz müstəqilliyini itirmiş, lakin mənasını özündə mühafizə etmək bir neçə sözə /qaysava, paxlava…/ qoşulub şəkilçiləşmiş – daşlaşmışdır».2
Qəlyə – Lobya, balqabaq, badımcan və s.-dən bişirilən xörək mənası – etimoloji açılışı.
Qiymə – Bu sözün 2-ci mənası « xırda döyülmüş ətdən hazırlanmış xörək» - ADİL – I c., s. 497. İzahlı lüğətdə qiymə etmək ifadəsi də verilir. Mənası – qiymələmək, çox narın döymək /ADİL, I c.,s. 496/. Qiymə sözü ilə əlaqədar bir çox yemək adları da- mürəkkəb sözlər də var: qiyməbalıq, qiyməqovurma, qiyməplov, qiyməxingal, qiyməçığırtma, qiyməşabalıd.
Qurut- Ymru- yumru edilib qurudulmuş şor, süzmə. ADİL, I c., s.585. Qurudulmuş dəyirmişəkilli süzmə /Qazax, Şahbuz, Ordubad/ - Ayran torbada süzülür, suyu gedir olur cırtdan, cırtdanı da gündə qurudub qurut əmələ gətirirlər /Ordubad/ - ADDL, 158. P.Aşırov qurutun türkmən dili dialektlərində « Akqurt, qurt, çekize qurt, qaraqurt» kimi növlərini göstərir: Akğqğurt çekizenin, bölək- bölək gdip gdip toqaldan quradılmaqı. Onun renkiak bolər. Ona qərə də remir qazık dmalektlerde ona koplenq « akğoğurt» diyilyor. Qünbatarlı çarvalar ayranı qaynadıp çüyrediərlər, şonda qabın /qazanın/ düybində çoküpdiki xaltada süzüp qoölandırılmalı, sonra toqalap bölüp qurutmalı, olquraər ve qurt /yəni qurut- İ.M./ emele qelyər».1 Bahaeddin Ögel də qurut barədə bəhs edərək göstərir ki, türk dili qaynaqlarında /qurumaq,qurutmaq kgkündəndir/ sözü «quru pendir» anlayışı ilə açıqlanmaqdadır. Daha sonra o yazır ki, qara qurut deyiminə Misir Məmlük türklərində də ravst gəlinir, Mahmud Kaşqarinin «O, koyundan qurut elindi» cümləsindən də görünür ki, qurut daha çox qoyundan əldə edilirdi.2
Qurut barədə bu məlumatlardan da gördüyümüz kimi bu yemək bir çox türk xalqlarında qoyunçuluqla bağlı geniş yayılmış bir ağartı məşsulunun adıdır.
Qutab – içərisinə döyülmüş ət, göyərti, qabaq və s. qoyularaq yağda qızardılan yarımdairəvi şəkilli xəmir bişmişi. Ət qutabı. Tərə qutabı. Qabaq qutabı /ADİL, I c., s.587/.
Daşma /aşp./ Düyüsünün suyu süzülmədən bişirilən plov; dəmyə. Daşma bişirmək /ADİL, II c., s.46/. Bu söz xörəyin bişmə prosesi nəzərə alınaraq daşma adlandırılmışdır. Su ilə bişən düyü qazanının ağzı örtülü olduğundan su /buxar/ qazanının qırağından bayıra damcı-damcı tökülür. Daşma sözü də ehtimal ki, buradandır.
Dələmə Pendir halına keçmək üzrə olan süd, pendir üçün mayalanmış süd. Dələmə kimi- ağ və yumşaq /koppuş/. Dələmə kimi yumşaq. /ADİL, Iıc., s.61/.
Dişləmə çay « Dişləmək» dən f.is. Dişləmə çay – kiçik qənd parçası və ya şirni ilə içilən çay; acı çay. Çay içmə prosesinin gedişinə uyğun olaraq dişləmə çay / çay içərkən qənd, yaxud şirnini dişləyib çay içilir/ adlanır /ADİL, II c., s. 119/.
Dolma. Tənək yarpağına, yaxud kələmə bükülmüş döyülmüş ətdən və düyüdən hazırlanan xörək. Yarpaq dolması. Kələm dolması. Ümumiyyətlə içi qiymə, düyü və s. ilə doldurulmuş tərəvəzdən hazırlanan xörək. Badımcan dolması /ADİL, II c., s.134/. Dolma I/ farş/ Radl. t.ş.I, s.723/. Dolma /osm. Krım. T.I/. I/ Farş; badımcan dolması, baklajanka, panolnennaə solğö./radl. t.III, ç.2, s.723/.
Bəllidir ki, bozbaş, bozartma, qovurma, dolma, kabab, piti, rlov, çığırtma, xəşil, şişlik və b. Azərbaycan xörəkləri tarixən qonşu qafqaz xalqlarının kulinariyasında da geniş yer tutmuş və bu gün də belədir. Onu da deyək ki, qonşuluğumuzda yaşayan xalqların da bəzi xörəkləri Azərbaycan xalqının mətbəxinə daxil olmuşdur. Əlbəttə, məlui həqiqətləri qəbul etmək, onları ürəkgenişliyi ilə göstərmək, özünə qapılmamaq, özünə heyran omamaq, pərəstiş etməmək elmin, tarixin yeganə vahid yoludur.
Yenə də V.V.Poxlyobkinin belə bir mülahizəsinə nəzər salaq: Əgər plov və şaşlıq barədə muəyyən mübahisələri həll etmək, onların mənşələrini tapmaq mümkündürsə, lakin Cənubi Qafqazda geniş yayılmış /tolma/, piti/. Piti/ putuk, çanaxi/, xaşi/ xaş/, kəta /qata, kətə, qada/ tabaka /tapaka/, bozbaş, borani, paxlava və bunlardan başqa bir sıra təkcə oxşar xörəklərin deyil, habelə tamamilə eyni cür səslənən müxtəlif xalnlardakı yemək adlarının mənsubluğunu müəyyənləşdirmək müşkül işdir. Bu şəraitdə, vəziyyətdə belə xörəklərin milli mənsubluğunu müəyyənləşdirməkdə nə onların adlarının fizioloji təhlili, nə də bu və ya digər xalq arasında həmin faktın yayılma dərəcəsi kömək edir, belə ki, bəllidir ki, hətta milli mətbəxi ifadə etmək üçün /təmsiletmək üçün/ kulinariya terminologiyası çox vaxt Cənubi Qafqaz xalqlarının özü tərəfindən də, həm bir- birindən, həm də vaxtilə bu əraziləri istila etmiş xalqlardan /ərazini xalqlar istila etmir, ordu və yaxud dövlətlər istila edir,- belə deyilsə daha dəqiq olardı- İ.M./ götürülmüşdür. Xüsusən də qonşular /Azərbaycan türkləri və gürcülər nəzərdə tutulur- İ.M./ erməni kulinariya terminologiyasını qəbul etmişlər. Ona görə ki, ermənilərdə hələ qədim zamanlaoda maddi mədəniyyətin inkişafı daha tez başa çatmış, həmçinin kulinariya sənəti formalaşmışdır, yeni və ən yeni dördə isə başqalarından daha tez- tez Cənubi Qafqazda, həmçinin elə Gürcüstan və Azərbaycanda karvansaraları, meyxanaları tikib işlədənlər, kirayəyə verənlər ermənilər olmuşlar, bu minvalla da erməni mətbəxi bütün Cənubi Qafqazda öz uğurlarını qazanmışdır».1 Əlbəttə, biz qonşu olmayan xalqların bir-birinin kulinariya sənətindən istifadə etmsini, faydalanmasını, termin götürüb işlətməsini mümkün, təbii bir iş, hadisə, həqiqət hesab edirik. Bu şəksizdir. Lakin bir cəhət də var ki, kimisə əsaslı, tutarlı dəlillər, inandırıcı faktlar, tarixi- iqtisadi, sosial, etnoqrafik amillər, gercəkliklər olmadan fetişləşdirmək loğru deyil. Erməni və gürcü mətbəxində işlənən türk, Azərbaycan, eləcə də ərəb və fars, ümumən şərq mənşəli yeməklərin Azərbaycan kulinariyasından keçməsi həqiqətini /Azərbaycan mətbəxi də Şərq mətbəxinin mütərəqqi ənənələrindən bol-bol faydalanmışdır/ heç vaxt inkar etmək, danmaq olmaz, bu ədalətsizlik olardı.
Birincisi, dolma, bozbaş, piti, basdırma, çığırtma, qovurma, şiləplov, paxlava, şəkərbura, bamiyə, alana və s. onlarca yemək adlarının dil mənsubiyyəti bunu sübut edir. Plovun bu gün müasir Azərbaycan kulinariyasında məşhur olan növlərini d burada xatırlatmağı lazım bildik: parça döşəmə plov, şüyüd plov, meyvə plov, toyuqplov, çığırtma plov, şaşəndaz plov, qiymə plov, xan döşəmə plov, səbzi qovurma plov, ov quşu ilə plov, ali müsəbə plov, şirin plov, lobya-çilov plov, fisincan plov, südlü plov, kükü plov, qiymə-qızartma plov kimi 17 növünün «Azərbaycan kulinariyası»na düşməsi hələ onun bütün növlərini əhatə etmir. Azərbaycanın ayrı-ayrı bölgələrində bişirilən plov adlarını burada sadalamağa ehtiyac duymadıq. Orta Asiya mətbəxində də / xüsusən özbəklərdə/ plov /palav/ yeməyinin sühüm yer tutması da göstərir ki, türk xalqlarının yemək mədəniyyətində yaxın, bəzən hətta eyni cəhətlər də çoxdur /özbək plovları haqda az sonra danışılır/.
Bir cəhəti də yaza salaq ki, türk xalqlarının məişətindən, mətbəxindən nəinki təkcə Qafqaz xalqları deyil, habelə slavyan, german və b. dünya xalqları lazımi həyat üçün zəruri olan işeyləri götürmüş, məişətlərində də, kulinariyalarında da tarixən istifadə etmişlər, bu gün də istifadə edirlər /balık, körduk, kumıs, kabab, şaşlık, halva, koshalva və b. onlarca sözləri xatırlamalı/.
İkincisi. Ermənistan və Gürcüstan /Biz müasir adları ilə veririk – Əvvəllər belə adlarla tanınan ərazi olmamışdır – Sovet dövründə bu adlarla respublika elan olmuşdur/. Orta əsrlərdə dövlət müstəqilliklərini itirdikdən sonra həmişə Azərbaycanla birgə dövlət hakimiyyətləri altında olublar /istçr xilafətdən snoa, istər səlcuqlar, monqollar dövründə, istərsə də türk sülalələri Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövründə, Nadir şah və xanlıqlar dövründə, elə lap Rusiya imperiyasının işğalından sonra XIX əsrin birinci rübündən sonra Sovetləşməyə qədər/.
Üçüncüsü. Qafqazda türk faktorunun danılmazlığı, Azərbaycan türklərinin erməni və gürcülərdən sayca üstünlüyü, həm kompakt halında yaşaması, həm də qonşular yaşayan ərazilərdə yanaşı yaşamaları bunu təsdiq edir.
Bir faktı da deyək ki, Azərbaycan milli kulinariyasında, mətbəxində erməni və gürcü mənşəli xörəklər , eləcə də onların adlarına rast gəlmirik. /xaş, xingal, çoxexbili və s. kimi yeməklər ümumqafqaz mətbəxinə daxildir/. Əksinə, onlardakı sözləri biz filoloji təhlildən keçirib deyirik ki, bu sözlər /dolma/, qovurma, qızartma, çığırtma, bozbaş, basdırma və s./ Azərbaycan- türk mənşəlidir. Daha bunlar erməni və gürcü dillərində işlənirsə, həmin dillərə məxsusdur,- söyləmək elmi məntiqə sığışmır. Sadəcə bunları etiraf etmək heç bir qəbahət sayılmamalıdır. Məsələn, ingilislərin bifşteksini, bifstroqanını, fransızların kotletini, ukraynalıların borşunu, rusların şisini, moldavanların mamalıqasını ivə s. dünya etiraf edirsə, bunun nəyi pisdir, bu belədir. Daha azərbaycanlıların bozbaşını, qovurmasını, çığırtmasını, dolmasını, pitisini və s. öz adlarına çıxmaq sadəcə fanatiklikdir. Bir həqiqət şəksizdir ki, erməni və gürcü xalqları ölkələri ilə, eləcə də Qafqazda azərböaycanlılar vasitəsilə ünsiyyət yaratmış iqtisadi, mədəni, ticarət, təsərrüfat və b. əlaqələrdə olmuşlar, /orta əsrlərdə karvan yolları Azərbaycandan keçmişdir/. Bu qonşu xalqların taleləri bir-biri ilə sıxı surətdə bağlı olmuşdur. Erməni və gürcülərin azərbaycanlıların mətbəxindən faydalanmaları onların kulinariya mədəniyyətini zənginləşdirməyə xidmət etmişdir. Yeri gəlmişkən Ə.C.Əhmədovun aşağıdakı mülahizəsini xatırlamaq istərdik:…Bəzi tədqiqatçılar bu məlum həqiqəti /dolma, qovurma, bozartma, bozbaş, piti, çığırtma və b.xörəklərin Azərbaycan xalqına məxsusluğu həqiqəti nəzərdə tutulur – İ.M./ etiraf etmək əvəzinə heç bir elmi əsas olmadan dolmanın, bozbaşın, pitinin guya eerməni, bozartmanın, çığırtmanın gürcü, şişliyin tatar və s. xörəkləri olduğunu iddia edirlər. Bunların yanlış fikir olduğunu müəyyən etmək üçünq çox da uzağa getmək lazım deyil. Kimə məlum deyil ki, xalqın tarixi, etnoqrafiyası hər şeydən əvvəl. Onun dilində yaşayır. Gəlin faktlara müraciət edək. «Dolma», «bozbaş» yaxud «piti» sözlərinin erməni dilində etimologiyasını axtaraq, eləcə də gürcü dilində «bozartma», «çığırtma» sözlərini arayaq. Cəhdin əbəs olduğu bəri başdan aydınlaşır. Bu ifadələr, bu adlar qədim Azərbaycan sözləridir. Bəziləri isə ərəb- fars dilindən keçərək 1 çoxdan azərbaycanlaşmış və vətəndaşlıq hüququ qazanmışdır. Fikrimizi «Əxtər» və «Dehxuda» adlı qədim və mötəbər lüğətlər də təsdiq edir.2 Ə.C. Əhmədov konkret şəkildə hər bir sözün etimoloji təhlilini aparmasa da, ümumi şəkildə göstərilən xörək adlarının Azərbaycan milli kulinariyasına xas olmasını söyləməkdə haqlıdır. «Dolma» sözü barədə isə müəllifin konkret və şəksiz mülahizəsi təqdirəlayiqdir: «Azərbaycanlıların qədim milli xörəyi olan dolmanın adı xalis Azərbaycan sözündən – «doldurmaq» felindən götürülmüşdür. Yəni bükülü ət qiyməsi ilə doldurmaq. Sonralar dolmanın müxtəlif bükümlərindən hazırlanması onun bir çox çeşidinin yaranmasına səbəb olmuşdur».1 Müasir erməni dilində «dolma» sözü heç bir fonetik dəyişikliyə uğramadan işlənir. «Müasir erməni dilinin izahlı lüğəti»ndə dolma sözü ilə yanaşı onun «dolmalıq» mənası da verilir: «Bu günlərdə arvadı dolma və küftə bişirmədiyinə görə Yoqun Nepses bəy arıqladı: « Dolmalıq» ət artıq onun evində idi. Erməni ədəbi dilində bu söz həm – dolma, həm də – tolma formasında yazılır.2
Çörək də azərbaycanlıların yemək eynəsində mühüm yer tutur. Başlıcası onu buğda unundan bişirirlər, ancaq keçmişlərdə, xüsusən yüksək dağlıq yerlərdə arpa və darı çörəyi də yayılmışdı. Təndirdə, əsasən, çörək. Nadir hallarda isə lavaş bişirirdilər. Bütün Azərbaycan ərazisində 30- dan çox çörək növü bişirilərdi. İndi də kənd yerlərində ev çörəyinə üstünlük verirlər.3 V.Əhmədova Azərbaycanda çörəkbişirmə sənətinin tarixi haqda söylədiyi mülahizələrdən birində göstərir ki, çörəkbişirmə probleminin etnoqrafik baxımdan araşdırılması maddi və mənəvi mədəniyyətin çoxəsrlik tarixi olan bir çox sahələrinin mənşəyini izləməyə, habelə ənənəvi mədəniyyətdən ayrvlmayan neolit dövrü əhalisinin avtoxtonluğu haqda danışmağa imkan verir.4 Azərbaycanın bir çox mahal və bölgələrində çörəyin müxtəlif rəngarəng çeşidləri bişirilir. Məsələn, Naxçıvan mahalında çırppa, nazik, qalın, tapı, köməc /dastana/, səngək çörəyi, kökə, fətir, somun, dəyirman fətiri /çoban fətiri/, kala fətir, sacarası /kömbə/, kətə, qulan, bəysumat.
Naxçıvanda bişirilən nazik /bu dastana adı ilə də tanınır/ adlı çörəyin bu növü Orta Asiyada yaşayan bir çox türkdilli xalqlarda da məşhurdur.5
Quba-Xaçmaz bölgəsində isə pənckeş, çörək, bozlamac, yağlı kal, şirin fətir, lavaş /yayma/, car çörək, xamralı çörək, xərək çörəyi, bəyim çörəyi /bayramlarda bişirilir- mərasim çörəyidir/, qoz çörəyi, badam çörəyi, kəsdi çörəyi, fəsəli, kömbə, cad /arpa, qarğıdalı və darı cadı/ çörək növləri, şor, suxarı, tıxma, kələm kömbəsi, kükü kimi müxtəlif qutablar bişirirlər.
Abşeron bölgəsində isə təndir çörəyi, bozlamac, bəyim çörəyi, süd çörəyi, fətir, fəsəli, yayma kimi çörək növləri bişirilir ki, bəziləri Qubu- Xaçmaz bölgəsindəki çörəklərə uyğundur. Şirin bişmişlər sırasında isə şorqoğplı, şəkərbura, paxlava əsas yer tutur.
Gəncə-Qazax bölgələrində keçmişdə fətir, fəsəli, yuxa, kökə, cad, kətə və xamralını sacda bişirərdilər. Burada həiçinin südlü çörək, şirin çörək, təndir çörəyi /qalın da deyirlər/: nazik, fırın, kömbə, qatlama, səngək çörəyi, Qarabağ bölgəsində isə qalınca, çapırtma, yuxa xamralı /acıtma/, təndir çörəyi, fəsəli, fətir, südlü çörək, sacarası, kömbə, küllü kömbə, cad və müxtəlif şirniyyat növləri bişirirlər. Göründüyü kimi, Qazax- Gəncə bölgələrindəki bir çox çörəklər bunlarla eyni cürdür.
Talış zonasında düyü və balıq yeməklərinə daha çox üstünlük verildiyindən burada çörəyin növləri bir o qədər də çox deyil: təndir çörəyi, külçə2, fətir, şor çörəyi, nazik, zirək, bamiyə, bişi.
Şirvan bölgəsi də özünə məxsus çörək növləri ilə məşhurdur: təndir çörəyi, bozlamac, fətir, lavaş, kömbə, fəsəli, qatlama. Bu mahal daha çox rəngarəng şirniyyat növləri ilə, qutablarla, undan bişirilən məmulatlarla məşhurdur; şəkərbura, şəkərçörəyi, paxlava, şorqoğalı, öəyim çörəyi, müxtəlif növ qutablar və s.
Şəki – Zaqatala bölgəsinin də Azərbaycan çörəkbişirmə sənətində öz mövqeyi, dəstixətti görünür: təndir çörəyi, lavaş, acıtmalı külçə, yağlıçörək, şorçörəyi təndirdə bişirilir.
Yanama, yuxa, fəsəli, qutab, xam, cızdağlı çörək isə sacda bişirilir. Şirniyyat, konditer məmulatı kimi isə qatlama /bişi/ naqqaş çörəyi, yumurta çörəyi, paxlava, əiştə paxlava, Şəki halvası, ovma və çay çörəyinə üstünlük verilir.
Hazırda Azərbaycan kulinariyası sənətində bütün çörəkbişirmə zavodlarında, şirniyyat sexlərində, tıxma, Qarabağ kətəsi, şorqoğal, külçə, paxlava /Bakı paxlavası/, şəkər-çörəyi, şəkərbura və bamiyə geniş çkşiddə bişirilir.
M.Ə.Məmmədov, Təbriz dialektini tədqiq edərkən orada bişirilən bir çox çörək növlərinin də adlarını göstərmişdir: lavaş, ev lavaşı, somi, taftan, fətir, ev çörəyi, nəzix, şirin çörək, səngəx, təndir çörəyi, üöüə, üömbə, xamralı çörək, məkəcadı /qarğıdalı unundan/ arpa cadı, fəsəlli, naxıtçı1. Əlbəttə, bunlardan bəzisi /nəzix, səngək, xamralı çörək/ Naxçıvan bölgəsindəki çörəklərə uyğun gəlsə də, özlərinə məxsus olanları da var.
Azərbaycan milli mətbəxinin başqa türk xalqlarının mətbəxləri ilə /müxtəlif ərazilərdə yaşamalarından asılı olmayaraq/ yaxınlığını da fakt kimi göstərməliyik. Belə ki, türk, türkmən, azərbaycanlı, özbək, tatar və b. xalqların kulinariyasında oxşar və bəzən eyni olan cəhətlər də az deyil. Bu məsələdə də bir çox xalqların mətbəxləri barədə fikir söyləyən V.V.Poxlyobkinin mülahizələrini yada salmaq istərdik: «Dil və hətta etnik yaxınlıq bəzi hallarda xalqın bu və ya digər kulinariya istiqamətini seçməkdə həlledici əhəmiyyət kəsb etmir. Bu zaman təbii və tarixi amillər, şərtlər daha böyük rol oynayır. Qonşu xalqların da təsiri az əhəmiyyətli deyil. Belə ki, məsələn, tatarlar, azərbaycanlılar və yaqutlar türkdilli xalqlar qrupuna aid olsalar da, ancaq onların milli mətbəxləri müxtəlifdir. Tatar mətbəxi öz texnologiyasına və çeşidinə görə fövqəladə dərəcədə özbək yeməklərinə, qismən də Qazax mətbəxinə yaxındır, oxşardır. Ona görə ki, onlarda kök-mənbə ümumidir, birdir. Qızıl Orda mətbəxidir. Azərbaycan mətbəxi isə texnologiyasına görə güclü İran təsirinə məruz qalmış /xörək adlarımızın milli tərkibi, adları, əsasən, türkmənşəli olduğundan bu fikir kökündən yaşlışdır –İ.M./, qida xammalının çeşidinə görə isə başqa Cənubi Qafqaz mətbəxlərinə yaxınlaşır. Yaqut mətbəxinə gəlincə ərzaq xammalına görə o, Uzaq Şimal xalqlarının mətbəxlərinə, qismən isə rus və buryat mətbəxinə, texnologiya cəhətdən isə monqol kulinariya istiqamətinə yaxındır.
Tatar – özbək mətbəxini çörəyin hazırlanmasındakı ümumi prinsipdir /şirin qoğal, şirin çörək/, ətin emalı, qoyun ətindən istifadə, şurpa tipli supların olması /şurva, çurpa/, ətli xəmir xörəklərə böyük əhəmiyyət verilməsi, oxşar ağartı məhsulları /qatıq, ayran, kəsmikli pendirlər/ Şimali Qafqaz mətbəxi ilə yaxınlaşdırır, qohumlaşdırır. Həmçinin düşbərə, gürzə, buğlama, şaşlıq /kabab/, duza qoyulmuş pendir, qida məmulatlarının komponenti kimi ədviyyatdan istifadə, bütün konditer məmulatları –halvalar, şərbətlər, paxlavalar ilə Cənubi Qafqaz, xüsusən Azərbaycan mətbəxinə oxşardır»1. Türk xalqlarının mətbəxləri arasındakı oxşarlığı /bəzən də eyniliyi/ göstərmək mənasında V.V.Poxlyobkinin mülahizələri məqbul hesab edilsə də, yenə də Azərbaycan milli mətbəxinin müstəqilliyinə, orijinallığına onun bəzi iddiaları kölgə salır. Sual olunur, bəs Azərbaycan kulinariyasının öz səciyyəvi, milli özgünlüyü nədir?
Cənubi Qafqaz xalqları ilə qonşuluqda yaşamaqdan söhbət gedirsə, hər üç xalq eyni bir təbii-goğrafi mühitdə, iqtisadi şəraitdə yaşayır. İran təsirinə /özü də güclü İran təsiri/ gəlincə isə Azərbaycan zorla Rusiya tərkibinə daxil edilənə qədər – XIX əsrin birinci rübünə qədər Azərbaycan tİran adlanan bir tarixi-coğrafi, hərbi-siyasi bütövün, dövlətin inzibati ərazi vahidi olub və bir çox Azərbaycan- türk mənşəli, sülalələrin- Qaraqoyunlular, ağqoyunlular və Səfəvilərin idarə etdiyi dövlətin- padşahlığın hakimiyyəti altında, özü də İran ərazisində mövcud olub /sonradan 1828-ci ildən Şimali Azərbaycan və Cənubi Azərbaycan hissələrinə parçalanıb/. Rus imperiyasının müstəmləkəsinə çevrilənə qədər təxminən V-VI artıq bir dövrdə türkdilli dövlət ola-ola hansı güclü İran-fars təsirindən söhbət gedə bilər. Ya V.V.Poxlyobkin bu tarixi həqiqətlərə biganədir, ya da onun Azərbaycan dövlətçiliyi, Azərbaycan tarixinin orta əsrləri barədə məlumatı olduqca səihidir.
Azərbaycan kulinariyasının başqa türk xalqlarının mətbəxləri ilə oxşarlığı, yaxınlığı bəzi müqayisələr aparmaqla söyləmək olar. Karim Maxmudovun, «Uzbek taomlaoı» adlı kitabda özbək yeməkləri I /Salatlar,2/ Yaxna ovkatlar, 3/ Suyuk oşlar, 4/ Kuyuk ovkatlar, 5/ Xamir maxsulotları, 6/ Sut matsulatları taierlaşninq xonaki usullari. 7/ Şirinliklər və yaxna içimliklar bölmələri ilə şərh edilir.1
«Suyuk oşlar» başlığı ilə verilən fəsildə 23 şurva növü, 12 oş/ aş/, «Kuyuk ovkatlar» fəslində isə palovun /plovun/ 29 növü, kabobların 18 növü, kovurmanın 14 növü, dulmanın /dolmanın/ 10 növü göstərilir. Müqayisə məqsədi ilə biz ancaq plovların adlarını burada verməklə kifayətlənirik». Kovurma palov /Farqonava palov/, İvitma palov, Maiiz palov /Buxoroça palov/, Pusdumba palov, Kavatok palov /Tok oşi/, Sarimsok palov, Bedona palov, Sofaki palov /Samarkandça palov/, Ziğir eğli tuxum palov, Bexili palov, Oşkovok palov, Kuk quruç palov, Tuğrama palov, Kiima palov, Xorazmça palov /çalov/, Sarieqli palov, Moş palov, Tovuk palov, Tuntarma palov, Tui palov, Buğdoy palov, Kartoika palov, «Yanqilik» palovi. «Bir quruç- bir quşt palov, Vermişel palov, Dulmali palov, Urikli /turşakli/ palov, Zarçava palov.2
V.V.Radlovun lüğətində /bütün cildlərində/ «çıkırtma», «dokməc», «çorba», «töp», «açar», «əriştə», «töktoç», «yarma», «tsüts –bura», «sabuni», « salmalaş», «salma», «şuş bura», «şöşbər», palau // lovğ// pilav, çık /bulğon/, «çızık», çıçq, çıçıq, çilau / düyü xörəyi/, çiçik /quyruq/, dügü, çobra, çupra /pelğmeni/, çüpra, tipsi, tünkürmə, tutmaç, sokum, iritnik /balıq piroqu/, irtmək /süd və kumısdan xörək/, üyür /sıyıq/, tilim /dilim/, çarba /krupa/, dulmül /poluzrelıy xlebğ çibərək, çörək, çörəkçi, kaur kquyruq, kaspə /əriştə növü/, kurş /kişmiş/, kimaç- doğranmış ət, kort-pendirə. Kılaç – ağ çörək, katıx, kakmaç, kahi-pirojna növü, soyut-soyutma ət, somsa-soyutma ət xörəyi, sobalak /k.ç./ şirin xəmir çörəyi, uzun şəkilli /silindrşəkilli/ atmək / çörək/ // əkmək/, /utpok// otpok, əkmək// itpək/, /ippək// İpi- çörək və s.-yə rast gəlirik.
Yemək adları ilə bağlı işlənən atalar sözləri və başqa deyimlər:
* * *
Azərbaycan dilinin lüğət tərkibində yemək adları ilə bağlı bir çox atalar sözləri, frazeoloji birləşmələr, tapmacalar işlənir ki, bunlardan bir qismini burada verməyi məqsədəuyğun hesab edirik: Ayran: Ayran ağdır – nehrə içində, kişmiş qaradır mərdlər cibində.Ayran ağdır – divar dibində, kişmiş qaradır bəylər cibində: Ağ ayran kollar dibində, qara kişmiş bəylər cibində; Ayran ver ayransıza, Qalmaz bu dövran sizə; Vaxt olar ayran olar verməzlər ayran sizə; Ayran içər, taxıl biçər; Ayran içməyə gəlmisən, yoxsa ara açmağa?! Ayrana getməyə utanmır, Sərnici dalında gizlədir; Ayrana gəl, şora gəl, Cəhənnəmə, gora gəl! Ayranı dağılmış qarıya dönüb /tökülmüş variantı da geniş işlənir/. Ayranı yox içməyə, Körpü axtarır keçməyə. «Ayranım turşdur» deyən tapılmaz /heç kəs öz ayranına turş deməz/; Ayranındır, şorundur, İndi növbət korundur; Al ceviz, sat ceviz Çaxçuxu qalsın sənə; Yazda ayransız olma, qışda yorğansız; Yayda ayran tapmayan, qışda yorğan tapmaz.
Aş: Aşın sıyıqlığı dənin azlığındandır; Harda aş, orada baş; Ax aşım, ağrımaz başım; Ağzım yandı, barı aşım aş olaydı; Ağzıma aş, qarnıma – daş!; Ağız yandıran aşı qaşıq tanıyar; Şirin aşına zəhər qatma; Cavanlıqda daş daşı, qocalıqda ye aşı; Qazanına görə qaynat aşı; Nə tökərsən aşına, o da çıxar qaşığına. Yazda başı bişənin qışda aşı bişər.
Məcazi mənalı bir çox feli birləşmələr də işlənir:
Aş bişirmək /məc./- tələ qurmaq; Aşı bişmək – işi bitmək, bədbəxtliyə düşmək; Aşına su qatmaq – işini korlamaq, işinə pər qatmaq, işi baş tutmağa qoymamaq, əngəl törətmək; aşının –suyunu vermək – cəzalandırmaq, bərk danlamaq; Az /acıq/ aşın duzu deyil – çox hiyləgər, bic, araqarışdıran adam haqqında; Əli aşından da olmaq, Vəli aşından da –Əli hər şeydən çıxmaq, avara qalmaq /ADİL, Ic., 164/.
Bal: Bal verən çiçəyi arı tanıyır; Bal dedim, bəlaya düşdüm; Bal tutan ibarmaq yalar; Bal tutanın arısı Şamdan gələr.
Bala dadı, bal dadı,
Bala adam aldadı,
Şirini şirin olur,
Acısı da bal dadı.
Balı da sənin, bəlası da; Balı dibindən, yağı üzündən; Balı əli uzun olan yeməz, ismət olan yeyər; Balı olana doşabsatmazlar; Balın yoxdur, bal kimi dilin olsun; Balını ye, arısını soruşma; Balsız şanda arı durmaz; Balçı qızı – daha şirin; Balçının var bal tası, odunçunun baltası; Bala baldan şirindir. Sözünü balla kəsim; Çanağında bal olsun, arısı gələr Bağdaddan.
Bozlamac: Bozlamac – bir qarnım tox, bir qarnım ac.
Qovurca: Qovurğa qarın doyurmaz; siçan olmamış qovurğa yeyir.
Qovut: Ağzına qovut verən yoxdur – əhəmiyyət verən yoxdur, qulaq asan yoxdur /ADİL, Ic., 535/.
Quymaq: İşin bəd gətirəndə quymaq diş tökər.
Dolma: Dadanmısan yağlı dolmaya, o da bir gün olmaya.
Qoyun əti: - boyun əti- bozbaş – təmiz xörək /danışıqdan/.
Küt: Tələsənin kündəsi küt gedər;
Kabab: Şərab, kabab –hay! Hesab, kitab- vay, vay!
Plov: Göllünin plounan və Gələsərin aşınnan qaldıx. Yayın tör- töküntüsü qışın aş dadıdır, /M.Məmmədov. Azərbaycan dilinin Təbriz dialekti. ND, B., 1989/; Şahla plov yemirəm kİ, bığım yağa batar; Aləmi plov tutsa, ala qarğa xörəyini bilər; Allaha da özünü plov yeyən kimi tanıtdırır;
Fətir: Fətir, məni mənzilə yetir.
Xəmir, Xəmiraşı: Xəmir tez gələndə, arvad deyər:- Ərim məni çox istəyir; Xəmiracı olma; Xəmiri yüngüldür; Xəmiri bir yerdə yoğrulubdur /ər- arvad haqda/; Xəmiraşı – bəylərin aşı, umac onun yoldaşı.
Xəşil: Xəşil bişirmək bilmir, aşbazlıq iddiası edir.
Xörək: Xörəyin dadı ağızdadır; Xörəyi doyunca yemə, gözün dalınca qalsın; Xörəyin yaxşısı- hazır olanıdır.
Halva: Halva- halva deməklə ağız şirin olmaz; Halvanı yeyib, eşşəyi minib; halva xor malladır; Halvaçı qızı daha şirin!
Şilə: Şilə ilə yıxılan ev, plov bişir qoy dağılsın.
Şorba: Ucuz ətin şorbası olmaz.
Ağzına yoğurt sürtdülər; Ağzından süd iyi gəlir; Ağzının dadını nə bilir kişi, Cibə tökərlər ki, qara kişmişi; Qara kişmiş bəylər cibində, Ağ ayran kollar dibində; Ağzının xörəyi deyil; Ağacavad qırdı bizi, vermədi cad, qırdı bizi; Ağzı çörəyə çatan yerdə canımı Əzrail aldı; Ağa toxdur, Nökərə bir çörək yoxdur; Abır harda, çörək harda; Adamın öz yavan çörəyi özgəsinin plovundan yaxşıdır; Az var, az ye, çox varsa- çox; Çox aşın duzu deyil; Az- az ye; həmişə ye; Az danış, az ye, çox varsa- çox; Az danış, az ye, az yat, çox çalış; Az ye, öz çörəyini ye; Az yeyər- arıqlar, çox yeyər –zarıldar; Az yeyərəm- görmərəm həkimi, düz dolannam – görmərəm hakimi; Az yeyir – küsür, çox yeyir –qusur; Azançı çəkər soyuğu, molla yeyər toyuğu; adamın təknədə də çörəyi tək olmasın; adam özünə bir çörək ağacı tapmalıdır; ay qonaq, olaydı yağ, bişirəydim qayqanaq, vay tava dərdi! Yavan ətir şorbası olmaz; Yavan ətin şorbası da yavan olar; Yağ acı olanda, plov da acə olar; Yağ da yesə dirilməz; Bal da yesə dirilməz; Yağ içində böyrək kimi üzür; Yağ içində üzür, çim yağdır; Yağ tapsa, başına yaxar; Yağ tapmısan?- Çək başına!; Yağ yağ ilə qovuşar, yarmalar yavan qalar. Yağ yaxşı yağdır, hayıf ki, it dərisindədir; Yağ ye ki, yaxada gəz; Yağı yağ üstündən tökür, yarmanı yavan qoyur; Yağı od əridir, qarı gün; yağın şorunu çıxardır, sözün şəkərini; Yağla yağlayır, dağlayır /Sarı yağla yağlayır, sarımsaqla dağlayır/; Sarı yağdan tük çəkir; Yağ gətirin yağlamağa, Dəsmal gətirin bağlamağa /folklordan/; Yağla yovşan da yeyilər; Yağla yarma qovuşar, arada soğan büzüşər;
Tapmaca kimi işlənən yemək adlarına da təsadüf edilir:
Ay nənə, bizə yağ göndər,
İnəkləri sağ, göndər.
Çalxalanmamış nəhrədən
Ərinməmiş yağ göndər.
/Bal/
Şirin olur, bal deyil
Yağ kimidir, yağ deyil.
Rəngi ağdır, qar deyil.
/Qaymaq/
Atılıb düşər,
Duzsuz, susuz.
Qırmızı bişər.
/Qovurğa/
Yük altda qanlı çanaq.
/Doşab/
Atdım yamaca,
Düşdü umaca
Yayda tez donar
Qışda açılar.
/Duz/
Ala allandı,
Başı çullandı.
Qaşığa mindi,
Qıçı sallandı.
/Əriştə/
Atlar, ay atlar,
Havada otlar,
O hansı quşdur
Beldən yumurtlar.
/Nehrədə yağ/
O nədir ki, özü ağ, balası sarı?
/Süd və yağ/
Bir bardaqda iki rəng su.
/Yumurtanın ağı və sarısı/
Əmrdən, ay əmrdən,
Gündü keçən ömürdən,
Yemişlərdən hansıdır
Özəyi var dəmirdən?
/Kabab/
Süd nədir, süzgəc nədir,
Süzdüm süzgəcdən nədir?
Dünən sağdım bişirdim,
Süd olmadı, bəs nədir?
/Kəsmik/
Qatbaqat döşək,
Arası köşək,
Üstündə badam,
Gətirin eşək.
/Paxlava/
Xırdaca daşlar
Qoyundan başlar,
Küpə içində,
Ağzımı yaşlar.
/Piti/
Ağca təpə,
Başı küpə,
Nə küpədi,
Nə də təpə.
/Plov/
Çəməndən gəlmiş,
Ağca fərələr,
Nimçədə otlar
Başında od var.
/Plov/
Ağca qoyundan,
Qara süd sağdım.
/Tut doşabı/
Tap tapmaca,
Gil yapmaca.
Deşiklədim,
Atdım saca.
/Fəsəli/
Çıxar tavaya
Çığırar havaya.
/Cızbız/
Dostları ilə paylaş: |