Çovkən – Atüstü oyun. Yaranma tarixi min ildən artıq olub, IX-XVII yüzillərdə geniş yayılmış, əsasən at üstündə, qismən atsız oynanılan qədim top- top oyunu və burada istifadə olunan ucuəyri uzun dəyənəyin adı, Musiqinin müşayiəti ilə keçirilib iki, yaxud üç hissədən ibarət bu oyunda atları rəng etibarilə bir-birindən fərqli olan hər dəstədə 6-8, bəzən isə daha çox atlı iştirak edirdi. Oyunda əsas məqsəd dəyənəklə rəqib qapısına top vurmaq olmuşdur. Əhalinin müxtəlif təbəqələri arasında geniş şöhrət tapmın, bəzən isə kişilərlə yanaşı qadınların iştirakı ilə keçirilən bu oyunun əsgi qaynaqlarda «kuyi-çovkan», «Çomaq oyunu» və «çovganbazi» adları ilə qeyd edilən başqa variantları da olmuşdur. «Çovkan», «Çovgən», «çögən», «çöyən», «şöydan», «hövgən» tələffüz şəkilləri də olmuşdur. Buraya çövkanbar //çovkanbar, çovkani/ çövkən oyunu üçün təlim olunmuş xüsusi at / sözləri də verilir.1
«Çövkən sözü ilə bağlı «El-oba oyunu, xalq tamaşası» adlı kitabda «oxçöyəni// oxçökən» sözləri də verilmişdir/ həmin əsərdə çövkən //çovqan şəklində yazılır/ «oxçöyəni// oxçəkən A.O./ -Atüstü oyun –İ.M./ «Ox» çovkanı sözünün təhrifidir/. At üstə və ya piyadə şəklində icra olunan cirid meydan oyununda iştirakçıların əlində tutduğu ucu əyri bir dəyənəyin adı. Onunla iştirakçı rəqibin yerə düşmüş ciridini qaldırırdı».2 «Azərbaycan dilinin izahlı lüğəti»ndə «çovumaq» feli verilir. Biz istərdik ki, «çovumaq» felinin bildirdiyi mənalara diqqət verək: «Çovumaq f.I. Cəld o tərəf bu tərəfə getmək, qaçmaq, cummaq, atılmaq –irəli –geri çovumaq. 2. Yanından ötüb keçmək /güllə haqqında/ //Bərk bir şeyə dəyib istiqamətini dəyişmək, hədəfdən yayınmaq /güllə haqqında/». «Çovu» kökü ilə bağlı izahlı lüğətimizdə «çovurma» /I. «Çovurmaq» daq f.is.2. Bəok bir şeyə dəyib istiqamətini dəyişmə, hədəfdən yayınma /güllə haqqında/, «çovğun»/ is. küləkli qar və yağış, boran, qasırğa, çovğuna düşmək/, çovğunlaşma, çovğunlamaq, çovğundu/ I. küləkli, qar və yağışlı, boranlı, çovğunlu gecə. 2. məc. hadisələrlə dolu, həyəcanla dolu, gurultulu, kəhməkeşli/ sözlər də verilmişdir, /ADİL, IV c., s. 446/.
Doğrudur, bugünkü ədəbi dilimizin lüğət tərkibində «çövkən» sözü leksik norma səviyyəsində sabitləşmişdir. Lakin biz dilimizin əvvəlki dövrlərinə nəzər saldıqda /Qasimi Qonabadinin «Xəmsə»sində və başqa məxəzlərdə çovqan formasında –variantında, eləcə də E.Aslanovun adı çəkilən «El-oba oyunu xalq tamaşası» əsərində s.245-246/ «çovkan», «çövkən», «cövkən», «çovkən», «çəkən», «çəyən», «şoudan», «hövgən» şəkillərində işlənməsinə diqqət et/ çövkən sözünün etimoloji izahı barədə aşağıdakı qənaətə gələ bilərik. Müasir «çövkən» sözünün qədim forması «çovqan» olmuşdur. «Çovqan» sözünü isə «çovumaq» felindən /cəld o tərəf bu tərəfə getmək, qaçmaq, cummaq mənası alınır/ yaranmış feli sifət kimi qəbul etmək olar, yəni cəld o tərəf bu tərəfə cuman, qaçan, adam. Çox güman ki, çövkən /çovqan/ oyunu icra olunarkən iştirakçıların iti, cəld, sürətli hərəkətlərinə görə həmin qədim oyunun oyunçusuna çovuqan /çovuyan/ adı verilmiş, sonradan həmin söz /çovuqan-çovuyan-çovqan/ bütünlükdə oyuna aid edilmişdir. –Qan –ğan şəkilçili feli sifətlər indi də işlənir. Müqayisə et: çalışqan, ağlağan, qaçağan, yatağan və s. Belə qənaətdəyik ki, çövkən /çovqan/ sözünün kökünü çovumaq felində axtarmaq gərəkdir.
Yeri gəlmişkən, burada Nizaminin «Xosrov və Şirin» poemasında çovkan oyununa geniş yer verilməsini, həm də həmn sözün məcazi mənada da işlənməsini xatırladaq. «Xosrov və Şirin» əsərində Xosrovun Şirinlə və onun rəfiqələrilə çovkan oyunu oynamağını təsvir edərək deyir:
Çovkandan bütün yollar söyüdlük oldu,
Yer o söyüdlərdən Aya səndəl sürtdü.
Nizaminin ifrat mübaliğə /iqraq/ işlətdiyi bu beyti şərh edilməsə, ondan bir şey başa düşmək olmaz.
Yuxarıda deyildiyi kimi çovkanı, söyüd ağacından hazırlayırdılar, çünki o bərk və möhkəmdir. Burada Nizami deyir ki, o meydanda o qədər çovkan oynayan var idi ki, onların sındırdığı çovkanlar yerə düşüb göyərdilər, bir meşə əmələ gəldi. Məlumdur ki, söyüd ağacının çubuğunu yerə basdırsan, az vaxtda göyərəcək: şairin dediyinə görə bu oyun o qədər uzun çəkdi ki, o ağaclar qalxıb Aya çatdılar. Oyundakı hay-küydən Ayın başı ağrayırdı. Yer Ayın başağrısını kəsmək üçün bu söyüdləri səndəl əvəzinə Ayın başına sürtməyə başladı. Səndəl-Hindistanda bitən bir ağacdır; onun oduncağının lifi olmur, özü də çox bərk ağacdır. Xalq təbabətində ondan istifadə edirlər. Onun çubuğunu əzib toz halına salırlar, sonra o tozu isladıb başı ağrıyan adamın alnına və gicgahına sürtürlər».1 /Bizi çovkan oyunu etnoqrafik fakt kimi maraqlandırsa da, xalq təbabətinə aid sətirləri də verməyi lazım bildik/.
Bayaq da qeyd etdik ki, Azərbpycan ədəbiyyatı /burada folklor/ sahəsindəki tədqiqlər içərisində oyunlar barədəki araşdırmalar da diqqəti çəkir /M.H.Təhmasib, M.Həkimov, B.Abdullayev, T.Məmmədov, İ.Bağırov və b./. Folklorumuzu öyrənərkən mərasim və mövsüm nəğmələri ilə əlaqədar oyunların toplanması və tədqiqinə də biganə qalmaq olmaz. H.Sarabskinin «Köhnə Bakı» kitabında /1958/, eləcə də rəssam Elçin Aslanovun «İşıq» nəşriyyatında /1984/ nəşr etdirdiyi «El-oba oyunu, xalq tamaşası» kitabı da /bu, tədqiqat olmasa da / oyunlar haqqında qiymətli məxəzlərdir. Əlbəttə, dilçilik işinin burada görünməməsi heç də onun elmi dəyərini azaltmır. Oyunları adətən, aşağıdakı şəkildə təsnif edirlər, sadə və mürəkkəb oyunlar /bu bölgünü öz növbəsində belə də ayırırlar: fərdi və kollektiv oyunlar, hərəkətli və hərəkətsiz oyunlar/.
İsrafil Bağırov oyunların xalq həyat və məişət tərzi ilə bağlı olduğunu çox doğru göstərmişdir: I. əmək və zəhmət oyunları. 2. Qəhrəmanlıq və cəngəvərlik oyunları. 3. Bayram və mərasim oyunları. 4. İdman oyunları. 5. Uşaq oyunları.
Əlbəttə, bu bölgüdə bəzi bəndləri birləşdirmək də /məs. I və 3-cü bəndləri/ olar, bu təxmini bölgüdür. Əsas məqsədimiz dil baxımından oyun adlarına nəzər salmaq olduğundan bu xüsusda çox danışmağı lazım bilmədik.
Oyun adlarının Azərbaycan xalqının məişətində mühüm yer tutmasını, qədim xalq nağıllarında /»Uşaq pəhlivan» nağılında «Yalax-qoz», «Çin» nağılında Üdirədöymə», «Ağıllı qız» nağılında «Qodu-qodu», və «mil» atmaq» və s. oyun adları işlənmişdir/ da bəzi oyunların adları ilə rastlaşırıq. Göstərmək lazımdır ki, süjetli qədim xalq oyunları folklorumuzun maraqlı bir janrı olmaqla bərabər, həm də orada bir sıra tarixi, mütərəqqi- mədəni adət-ənənələrin və hadisələrin izlərinə rast gəlirik. «Şübhəsiz ki, «Sümükatma», «Dar-dar», «Atdandırma», «Yalaqqazma», «Çilingağac» və bir sıra oyunlar əslində baharın gəlişi ilə bağlıdır. Bizcə, baharın gəlişi münasibəti ilə icra olunan oyunlar, rəqslər, onların xüsusiyyətləri, göstərilən hərəkətlər, oyun ərəfəsində avazlanan təkərləmələr, sual-cavablar, kilidləmələr, öyüdləmələr özlüyündə ayrıca tədqiqat tələb edir».1
Bunlardan başqa, maldarlıq, əkinçilik, əmək və s. ilə bağlı olan oyunların bəziləri mahnılar, sözlər və havaların /çalğı. Musiqi/ müşayiəti ilə keçirildiyi halda, bəziləri isə sözsüz və çalğısız keçirilirdi. Həm də bunlar I, 2, 3 və daha çox adamın iştirakı ilə oynanılırdı. Ğəəsüf ki, həmin oyunların əksəriyyəti tədricən ibtidai forma və məzmununu dəyişmiş, son əsrlərdə uşaqların malına çevrilmiş və əyləncə xarakteri almışdır. Bəziləri isə hətta tamamilə itib sıradan çıxmış, unudulub getmişdir.
Öncə oyunların milli leksikasına, sözlərin mənşə cəhətinə diqqət yetirək /Əlbəttə, burada unudulan, hazırda yaşayan oyunların hamısı təhlildən keçirilir/.
Dostları ilə paylaş: |