AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu


II FƏSİL.  XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİYİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   2   3   4   5   6   7   8   9   ...   14

II FƏSİL. 
XX ƏSRİN ƏVVƏLƏRİNDƏ ERMƏNİLƏRİN TÖRƏTDİYİ 
QIRĞINLAR. 
 
1. 1905-1906-cı İLLƏR QIRĞINLARI 
 
20-ci  əsrin  əvvələrində Qafqazda, xüsusən də indiki Ermənistan 
ərazisində Azərbaycan türklərinə qarşı törədilən qırğınların ssenarisi 
ermənilərin 19-cu əsrin sonunda Şərqi Anadoluda əldə etdikləri təcrübəyə 
əsaslanırdı. 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsindən sonra Avropa 
dövlətlərinin səyləri nəticəsində gündəliyə  çıxarılan «erməni məsələsi» 
sonralar Şərqi Anadoluda ermənilər üçün muxtariyyət əldə etmək və müstəqil 
Ermənistan dövləti qurmaq üçün bir vasitəyə çevrilmişdi. Bu muxtariyyətin 
əldə edilməsi üçün əvvəlcə  Şərqi Anadolu vilayətlərində, yəni ermənilərin 
«Qərbi Ermənistan» adlandırdıqları vilayətlərdə ermənilərin say üstünlüyünə 
nail olmaq lazım gəlirdi. Lakin ermənilərin «Qərbi Ermənistan» 
adlandırdıqları vilayətlərin heç birində say etibarı ilə üstünlük onların 
tərəfində deyildi. Bunu ermənilərin qəyyumu kimi  çıxış edən Fransanın 
Xarici İşlər Nazirliyi 1897-ci ildə yaydığı sənəddə də etiraf etmişdi.
1
  
Həmin illərdə  İngiltərə  və Fransanın yardımı ilə Türkiyədə erməni 
üsyanı  təbliğatı aparılırdı. Bu işə  rəhbərliyi «Daşnaksutyun» və «Hnçak» 
siyasi təşkilatları öz üzərlərinə götürmüşdülər. Ermənilər kütləvi iğtişaşlar 
törətmək məqsədilə türklərə  və kürdlərə hücumlar edirdilər ki, qırğınlar baş 
versin və sonradan da Avropanın kütləvi informasiya vasitələri ilə türklərin 
erməniləri soyqırıma məruz qoyduqlarını dünyaya car çəkə bilsinlər. 
Ermənilərin Türkiyədə 1894-1896-cı illərdə törətdikləri iğtişaşlar 
Sultan Əbdülhəmid tərəfindən yatırıldı. Həmin iğtişaşların təşkilatçılarının və 
icraçılarının  əksəriyyəti isə Qafqazın müxtəlif regionlarına köçmüşdülər.
2
 
Rus müəllifi N.Şavrovun göstərdiyinə görə, 1896-cı ildə Zaqafqaziyada 
900000, 1908-ci ildə 1301000 erməni yaşamışdır. Deməli, təkcə bu dövrdə 
Zaqafqaziyaya 400000 erməni gəlib yerləşmişdi.
3
 1908-ci ildə Rusiya Daxili 
                                                           
1
 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, 
С.Петербург, 1904, səh.96. 
2
 «Армянский геноцид». Миф и реальность. Справочник фактов и документов, 
Б.1992, səh.204; Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992, 
səh.119-120. 
3
 Шавров Н.Н., Новая угроза русскому делу в Закавказье: предстоящая 
распродажа Мугани инородцам, С.Петербург, 1911, səh.64. 

 
38
İşlər Nazirliyi polis departamentinin sənədlərində göstərilirdi ki, 
«Türkiyədəki məlum hadisələrdən sonra Zaqafqaziyaya yarım milyon erməni 
gəlmişdir. Bu ermənilər dərhal öz qara əməllərini göstərdilər».
1
 Bundan 
sonra indiki Ermənistan ərazisində «Daşnaksutyun» partiyasının sıraları daha 
da artmış, Qafqazda anti-türk təbliğatı xeyli güclənmişdi. «Novaya vremya» 
qəzetinin  İrəvan üzrə müxbiri Qriqoryevin verdiyi məlumata görə, törədilən 
cinayətlərin 80 faizi Türkiyədən gəlmiş ermənilərin, muzdlu qatillərin payına 
düşürdü.

 
Maraqlıdır ki, hələ Türkiyədə erməni iğtişaşları başlamazdan xeyli 
əvvəl, «Daşnaksutyun» partiyasının qeydə alınmasından cəmisi bir neçə ay 
sonra, yəni 1891-ci ilin yanvarında Bakıda Tağıyev teatrında Safrazyanın 4 
şəkilli pyesi tamaşaya qoyulmuş, tamaşanın 1-ci şəklində erməni qadınına 
işgəncə verən türk təsvir edilmiş, 2-ci şəkildə  həmin qadının öz azadlığı 
uğrunda mübarizəsi, 3-cü şəkildə türkü məhv edən həmin qadın, 4-cü şəkildə 
isə gənc erməni qızı timsalında azadlığa çıxmış Ermənistan təsvir edilmişdi. 
Həmin tamaşaya görə, pyesin müəllifi Safrazyan Bakının makleri adına layiq 
görülmüşdü. Bu məlumat Qafqaz canişinliyinin 7 fevral 1891-ci ildə Bakı 
qubernatoruna göndərdiyi məktubundan götürülmüşdür.
3
 Göründüyü  kimi, 
19-cu  əsrin sonunda «Daşnaksutyun» partiyasının anti-türk təbliğat maşını 
təkcə İrəvan və Tiflisdə deyil, hətta Bakıda belə, var gücü ilə işə salınmışdı. 
XX  əsrin  əvvəllərində erməni  şovinizminin, millətçi erməni 
partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu erməni kilsəsi məharətlə 
oynayırdı. 1903-cü ildə kilsə torpaqlarının Rusiya Torpaq və  Əmlak 
Nazirliyinin sərəncamına keçirilməsi haqqında çıxarılan qanun kilsənin 
maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə  zərbə vurduğu üçün 
erməni terrorizminin genişlənməsinə, anti-türk, anti-müsəlman  əhval-
ruhiyyəsinin qızışmasına səbəb olmuşdu. Erməni kilsəsi  İrəvan və 
Eçmiədzində bu qanun əleyhinə qiyamlar təşkil etmişdi. Həmin il avqustun 
29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, 
oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətmişdilər. 1905-ci 
ildə Rusiyanın özündə baş verən iğtişaşlar, çarizmə qarşı narazılıq dalğasının 
güclənməsi Zaqavqaziyada güclü əks-səda doğururdu. Bu qarışıqlıqdan 
ermənilər məharətlə istifadə edirlər. Rusiyanın hakim şovinist dairələri də 
zərbəni özlərindən yayındırmaq üçün ermənilərin anti-türk, anti-müsəlman 
                                                           
1
 Дашнаки (из материалов департамента полиции), Б.1990, səh.8. 
Rusiya Federasiyası Dövlət Arxivi, ф.102, siyahı 253, Saxlanma vahidi 285, v.1-18. 
2
 Величко В.Л., göstərilən əsəri, səh.137. 
3
 Azərbaycan Respublikası Tarix arxivi, F.25, Siy.2, iş 208. 

 
39
kampaniyasını qızışdırırdılar. Qafqaz canişinliyinin yüksək rütbəli erməni və 
ermənipərəst məmurları vasitəsilə silahlandırılan erməni dəstələri 1905-ci 
ildə Bakıda,  İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, 
Tiflisdə  və başqa yerlərdə yaşayan azərbaycanlılara qarşı silahlı hücumlar 
edib, həmin ərazilərdən onları təmizləməklə ermənilərin say üstünlüyünə nail 
olmaq istəyirdilər. Çünki həmin dövrdə Qafqazdakı 54 qəzadan yalnız 
beşində ermənilər çoxluq təşkil edirdilər. 
1905-1906-cı illərdə Qafqazda erməni-müsəlman qırğınları haqqında 
polis departamentinin adı  çəkilən sənədində deyilir: «Daşnaksutyun» öz 
qüdrətini göstərdi, müsəlmanlar cəfasını  çəkdilər. Burada ikili oyun 
oynanılmışdı: birincisi, müsəlmanlarda olan qisasın bir qismini almaq, digər 
tərəfdən baş verən hadisələrin günahını mətbuat və təbliğatın köməyi ilə rus 
hökumətinin üzərinə  yıxmaq, bununla da təkcə erməniləri deyil, Qafqazın 
digər sakinlərini də inqilabçılaşdırmaq üçün güclü təbliğat materialı  əldə 
edilmiş olurdu. Nəticədə ermənilərə münasib olmayan bir çox rus məmurları 
və ayrı-ayrı  şəxslər terror qurbanı oldular: general Əlixanov (Əlixanov-
Avarski – müəllif), qubernatorlar Nakaşidze, Andreyev (birincisi Bakı 
qubernatoru, ikincisi Yelizavetpol (Gəncə) vitse- qubernatoru – müəllif), 
polkovniklər Bıkov və Saxarov və başqa dövlət məmurları (partiyanın 
hesabatından). Onların qismən nail olduqları ikinci məqsədləri ondan ibarət 
idi ki, Zaqafqaziyada ermənilərlə müsəlmanların yaşadıqları  ərazilər bir-
birindən ayrıldı, Türkiyədən və qismən  İrandan köçən ermənilərin 
məskunlaşdırılması üçün torpaqlar boşaldıldı. Son 5-6 ildə onların sayı yarım 
milyona çatmış, 200 min nəfər isə rus idarələrinin vəkaləti ilə  təbəəlik  əldə 
etmişdi. Yelizavetpol, İrəvan və Qars vilayətlərində  ərazilərin qismən 
ayrılmasına nail olunmuş, torpaqların müəyyən hissəsi boşaldılmış, həmin 
ərazilərdən bir çox müsəlmanlar qaçaraq canlarını qurtarmışdılar".
1
   
Əslində Rusiyanın hakim dairələri də 1905-1906-cı illər erməni-
müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun 
oynamışdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının 
hökumət  əleyhinə istiqamətlənəcəyindən qorxduqlarından, ermənilərin 
müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalmış, bəzi 
hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünün etnik 
toqquşmalara sərf edilməsinə nail olmuşdular. Bu məqsədlə xüsusi xəfiyyə 
şəbəkəsinin qurulması haqqında C.Zeynaloğlunun 1924-cü ildə  İstanbulda 
dərc edilən kitabında belə  məlumat verilir: "Yalnız azəri türkləri hələ 
qəflətdə idilər və  iğtşaşlarda çar tərəfini saxlayırdılar. Rusiya hökuməti 
                                                           
1
 Дашнаки..., səh. 11. 

 
40
müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz 
otuz xəfiyyə  mə'muru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi 
propaqanda ilə biri digəri  əleyhinə silah işlətməyə  təşviq və  əsrlərcə yaxşı 
keçinən iki milləti biri digərinə qırdırdı".
1
  
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər 
komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları 
bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz 
bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə 
planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi 
ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini  əllərinə 
keçirəcəklərinə  və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah 
gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan 
10-a qədər Bakıda  şiddətlə davam edən qırğınlar zamanı  hər iki tərəfdən 
tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış  və  məğlub 
olmuşdular.
2
  
Ermənilər fevralın 21-23-də  İrəvanda da qırğınlar törətmişdilər. 
M.S.Ordubadi "Qanlı illər" kitabında verdiyi məlumata görə, ermənilərin 
növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində 
üç nəfər müsəlmanın ağır yaralanması  və mayın 7-də bir nəfər müsəlmanın 
Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də  İrəvan vitse-
qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan 
şəhər qlavası  Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara 
vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir. 
Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları  İrəvanda  
törədirlər. Ermənilərin məqsədi ilk növbədə  İrəvan və onun ətraf kəndlərini 
müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə, 
«İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla 
İrəvan ermənilərini Naxçıvanda hazır  əsgəri qüvvələrlə birləşdirmək, 
Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur 
könüllüləri ilə Naxçıvandakı  əsgəri qüvvəni bitişdirmək kimi alçaq 
xəyallar»dan
3
 ibarət idi.  
Mayın 23-də ermənilərin Qarsaçay  bağçasında müsəlman gənclərinə 
hücumu ilə  İrəvanda qırğınlar başlanır. Mayın 31-də  İrəvanda qırğınlar 
dayandırılsa da, ermənilər  ətraf müsəlman kəndlərinə hücum etməyi qərara 
alırlar. Elə  həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə 
                                                           
1
 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992, səh. 106. 
2
 Ордубади М.С., «Qanlı illər», Bakı, 1991, səh. 7. 
3
 Ордубади М.С., göstərilən əsəri, səh.119. 

 
41
hücum edirlər.  İyunun 2-də 10 min nəfərlik erməni alayı  Məngüs kəndinə 
hücum edir. Dağılmış 12 müsəlman kəndinin  əhalisi Təzəkəndə qaçır. 
Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə, 
Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun 
3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin 
(Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi 
tərk edirlər.  İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, 
Qoşabulaq,  İrku,  Əngirsək, Təkiyə  kəndlərini dağıdırlar.  İyunun 10-da 
ermənilər Eçmiədzində 10  kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə 
indiki Ermənistan  ərazisində ermənilərin törətdikləri soyqırımını belə 
səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib 
islam millətini yandırmaqda, boğmaqda idi».  
1897-ci ildə  İrəvan quberniyasında azərbaycanlı  əhali 313176 nəfər 
olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. 
Deməli, 1905-ci və 1906-cı illərdə  İrəvan quberniyasında  əhalinin 10 illik 
təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.  
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı 
dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan 
erməni hücumları nəticəsində Cəbrayıl-Qaryagin bölgəsində Veysəlli, Qacar, 
Çəmənli, Arış, Qışlaq, Məzrə  kəndləri darmadağın edilir. Avqustun 16-da 
Şuşada qırğınlar törədilir.  
1905-ci ilin noyabrında Gəncə  şəhərində, Cavanşir və Qazax 
qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız 
azərbaycanlını qətlə yetirirlər. 
Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə  həmin dövrdə 
Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur 
qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
1
  
1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun 
təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh 
konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri 
Əhməd bəy Ağayev,  Əlimərdan bəy Topçubaşov,  Ədil xan Ziyadxanov və 
başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda 
törədilən qırğınların, terrorçuluğun təşkilatçısı  və icraçısı olduğunu göstərir, 
                                                           
1
 Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с 
армянского, С.Петербург, 1907, səh. 61. 

 
42
rəsmi hökumət dairələrinin bu təşkilatın  əməllərinə göz yumduğunu sübuta 
yetirilər.
1
  
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı 
dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və  Şuşadakı ikinci 
məğlubiyyətlərindən sonra "Böyük Rusiya inqilabı söndü, biz işləri sona 
çatdıra bilmədik" deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol 
açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə 
teleqramlar göndərərək 
əsgər toplamışdılar.  İrəvandan Zəngəzura, 
Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az 
idi. Ona görə  də erməni komandalarına yol üstündə yerləşən müsəlman 
kəndlərinə hücum etmək əmri verilmişdi.  
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında 
Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, 
Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı, 
Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan 
etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
2
  
Ümumiyyətlə, 1905-1906-cı illərdə 
İrəvan və 
Gəncə 
quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş, 
əhali soyqırıma məruz qalmışdır. 
                                                           
1
 Ордубади М.С., göstərilən əsəri, səh. 105-116; Кавказский календарь на 1913, 
Тифлис, 1912, səh.66. 
2
 Ордубади М.С., göstərilən əsəri, səh.126-140. 

 
43
 
2. ERMƏNİ QULDUR DƏSTƏLƏRİNİN TƏŞKİLİ 
 
XX  əsrin  əvvəllərində Yaxın  Şərqdə öz nüfuz dairəsini 
genişləndirmək uğrunda böyük dövlətlər arasında mübarizə  kəskinləşmişdi. 
Bu regionda  İngiltərənin, Fransanın, Rusiyanın, ABŞ-ın, Almaniyanın 
xüsusi marağı var idi. 
Birinci dünya müharibəsi zamanı Almaniya ilə müttəfiq kimi çıxış  
edən Türkiyənin vəziyyəti ağırlaşmışdı. ”Rusiyanın hakim dairələrindən 
boğazlara və Konstantinopola (İstanbula-müəllif) yiyələnmək uğrunda 
mübarizəsi ənənəvi idi”
1
 və bu istək yenidən baş qaldırmışdı. 
1914-cü il fevralın 21-də Rusiyanın xarici  işlər,  hərbi və    dəniz  
nazirləri çar II Nikolayın mövqeyini müdafiə edərək birgə  qərar qəbul 
etmişdilər ki, “böyük Avropa müharibəsi baş verərsə, Rusiya Bosfor və 
Dardanel körfəzlərində, Konstantinopolda öz hakimiyyətini qurmaq yolu ilə 
“şərq məsələsini” öz xeyrinə həll etməlidir”.
2
  
Digər tərəfdən, Türkiyə boğazlarda Rusiyanın təhdidindən qorxaraq 
öz mövqeyini qoruyub saxlamaq üçün Almaniya ilə müttəfiq olmuşdu. 
Almaniya avqustun 1-də Rusiyaya müharibə elan etmiş, avqustun 2-də 
Türkiyə-Almaniya ittifaqı haqqında müqavilə imzalanmışdı. 
Müharibənin gedişində Rusiya ordusunun qarşısında tab gətirməyən 
Almaniya qərb cəbhəsindən rus qoşunlarının bir hissəsini geri çəkmək 
məcburiyyətində qoymaq üçün Türkiyəni təşviq edirdi ki, Qafqaz 
cəbhəsindən hücuma keçsin. Türkiyə isə  hərbə hazır deyildi. Səfərbərlik 
yenicə elan edilmişdi. Almaniyadan gözlənilən sursat gəlib çıxmamışdı.
3
 
Bununla belə, Türkiyənin hərbi naziri Ənvər Paşanın  əmri ilə 29 oktyabrda 
türk gəmiləri Rusiyanın Qara dəniz limanlarını bombalayır və Türkiyə-
Rusiya müharibəsi başlanır. Rəsmi olaraq Qafqaz cəbhəsində isə Rusiya 
Türkiyəyə qarşı müharibəni noyabrın 1-də e’lan etir. 
Rus-türk müharibəsindən faydalanaraq ermənilər Türkiyənin 6 
vilayətində «Qərbi Ermənistan» dövləti yaratmaq istəyirdilər. Hələ 1913-cü 
ildə rus diplomatları mütəşəkkil erməni burjuaziyası ilə saziş bağlamağa və 
“məzlum ermənilərin müdafiəsi” uğrunda açıq çıxış edərək Türkiyənin  şərq 
vilayətlərində islahatlar keçirilməsi tələbini irəli sürmüşdülər. Türkiyə 
                                                           
1
 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960, 
səh.56. 
2
 Yenə orda, səh.56. 
3
 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989, səh.376. 

 
44
hökuməti 1914-cü il yanvarın 26-da islahatlar haqqında saziş imzalamağa 
məcbur olmuşdu. Həmin sazişə görə, ermənilərə xarici dövlətlərin, birinci 
növbədə Rusiyanın nəzarəti altında idarəetmə, dil, hərbi mükəlləfiyyət və s. 
sahələrdə geniş muxtariyyət verilirdi.
1
  
Müharibə başlanan kimi bütün ermənilərin katolikosu V Gevorq 
Qafqaz canişini Vorontsov-Daşkova məktubla müraciət edərək «erməni 
məsələsini» həll etməyin vaxtı olduğunu xatırlatmışdı. Canişin də onu əmin 
etmişdi ki, şərait yaranan kimi bu məsələ  həll ediləcək. Müharibənin 
əvvəlində rus ordularının Körpüköy müharibəsində  məğlubiyyətindən sonra 
1914-cü il dekabrın 20-də çar II Nikolay döyüş bölgəsinə  gəlmiş  əsgərləri 
ruhlandırmaq üçün onlara mükafatlar təqdim etmişdi.
2
  
Bütün ermənilərin katolikosu V Gevorqun  çarla 15 dəqiqəlik görüşü 
olmuşdu.  
İmperator demişdi: «—Zati müqəddəsləri, Sizi əmin edirəm ki, Siz 
nə arzu edirsinizsə, yerinə yetiriləcək, ancaq müharibədən sonra. Mən 
ermənilərin sədaqətinə tamamilə inanıram, erməni xalqını yaxşı  gələcək 
gözləyir. Siz hansı ərazilərdə yeni idarəetmə (yəni erməni üsul-idarəsi) tətbiq 
edilməsini istərdiniz? 
Katolikos: 6 vilayətdə (sadalayır) və Kilikiyada, Aleksandretiyə 
qədər dəmir yolunu Qarsdan davam etdirmək, Aralıq dənizinə  qədər 
çatdırmaq olar. 
-  İmperator:  Həmin rayonlarda nə  qədər erməni var? Onlar 
çoxdurlarmı? 
Katolikos: Yeni sərhədlərdə erməni əhalisi kifayət qədər olacaq, 
lakin Allahın və  əlahəzrətin mərhəməti ilə yeni azad üsul-idarə ki olacaq, 
onda  Əbdülhəmidin rejimi və  qırğınlar zamanı  vətənini tərk edən ermənilər 
Amerikadan, Misirdən və digər yerlərdən öz vətənlərinə qayıdacaqlar. 
- İmperator: İnanıram, inanıram - demişdi. 
Bundan sonra Katolikos Qafqazın canişini vasitəsilə bu məsələ ilə 
bağlı ona yazılı müraciət etdiyini bildirir.
3
  
Göründüyü kimi, ermənilər “Böyük  Ermənistan” dövləti 
yaratmaq üçün hər cür zəmin hazırlamışdılar və qarşıda isə həmin ərazilərdə 
yaşayan türkləri bütün vasitələrlə  sıxışdırıb çıxarmaq, onların yerinə 
erməniləri məskunlaşdırmaq vəzifəsi dururdu. 
                                                           
1
 В.Гурко-Кряжин, Erməni məsələsi, Bakı,1990, səh.12. 
2
 Suleyman Kocabaş, gəstərilən əsəri, səh.383. 
3
 Арутюнян А., Кавказский фронт 1914-1917 гг., İrəvan 1971, səh. 345-346. 

 
45
Lakin 1914-1916-cı illərdə Rusiya, Fransa, İngiltərə  və sonralar 
İtaliya arasında Türkiyəni bölüşdürmək haqqında gizli danışıqlar 
keçirilmişdi. 1916-cı ilin mayında bağlanan gizli müqaviləyə əsasən (Sayks-
Piko müqaviləsi nəzərdə tutulur)  “Türkiyə    Ermənistanın böyük bir hissəsi 
sadə rus quberniyası şəkildə Rusiyanın tərkibinə daxil edilirdi, rus hökuməti 
həmin ərazilərə kazakları (Don, Kuban, Sibir kazaklarını) köçürmək, bununla 
da Türkiyə Ermənistanını ruslaşdırmaq istəyirdi.”
1
  
Ancaq sonralar ermənilərin gözlədiklərinin əksinə olaraq, 1916-cı 
il iyunun 8-də imperator II Nikolay Türkiyənin işğal edilməsi haqqında 
əsasnamə imzaladıqdan sonra “Həmin ərazilərdə yaradılmış 29 dairənin hərbi 
rəislərindən yalnız birini ermənilərdən təyin etmişdi.”
2
  
Göründüyü kimi, Rusiya həmin dövrdə öz geosiyasi mənafeyini 
təmin etmək üçün ermənilərdən alət kimi istifadə edirmiş  və Türkiyəyə 
xəyanət edən ermənilərdən çox da sədaqət gözləmirmiş. 
«Daşnaksutyun» liderlərindən Kaçaznuni bu məsələyə 
münasibətində yazmışdır: “...ruslar bizi aldatdılar və satdılar. Ruslar 
Ermənistanı boşaltmaq və sonralar oraya kazakları yerləşdirmək xəttini 
tutdular. Knyaz Lobanov-Rostovskinin məşhur “Ermənisiz Ermənistan” 
layihəsi həyata keçirildi.”
3
  
Birinci Dünya müharibəsi dövründə İran Azərbaycanının Türkiyə 
sərhədlərinə yaxın  əyalətləri müharibə aparan dövlətlər üçün strateji kəsb 
edirdi. 1914-cü il noyabrın 6-da Rusiyanın xarici işlər naziri Sazonov 
Rusiyanın Londondakı nümayəndəsi Bekendorfu xəbərdar etmişdi ki, 
Türkiyə ilə müharibə zamanı rus qoşunları  İranın bitərəfliyini pozacaqdır. 
Hələ 1914-cü ilə  qədər Peterburq və  İstanbul  İran Azərbaycanının 
ərazisindən müharibə meydanının cinahı kimi istifadə etməyi nəzərdə 
tutmuşdular. Tehran hökumətinin gücsüzlüyünü görən tərəflər Cənubi 
Azərbaycanın strateji üstünlüyündən faydalanmaq istəyirdilər. Rus 
qoşunlarının komandanlığı isə bu cinahda Türkiyəni qabaqlamaq istəyirdi.
4
 
Müharibə başlamazdan  xeyli əvvəl çar Rusiyası özünün Yaxın 
Şərq siyasətində azsaylı xalqlar faktorundan məharətlə istifadə etmişdi. 
Türkiyədə yaşayan ermənilər, aysorlar, yunanlar Rusiyanın simasında 
Osmanlı imperiyasını diz çökdürəcək bir qüvvəni görürdülər. “Birinci Dünya 
                                                           
1
 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и 
английского командования на Кавказе, Bakı, 1990, səh.6. 
2
 Арутюнян А., göstərilən əsəri, səh. 359. 
3
 Качазнуни Ов., Дашнакцутюн больше нечего делать!, Bakı, 1990, səh.14. 
4
 Готлиб В.В., göstərilən əsəri, səh.97-98. 

 
46
müharibəsi  ərəfəsində bu xalqların nümayəndələri rus hökumətindən onları 
silahlandırmağı xahiş edir və  vəd  verirdilər ki, ilk çağırışda türklərə qarşı 
könüllü dəstələr təşkil edəcəklər.”
1
 A.Lalayan “Əksinqilabçı ”Daşnaksutyun” 
və 1914-1918-ci illər imperialist müharibəsi” məqaləsində yazırdı ki, 
“Daşnaksutyun” partiyasının 1912-ci ildə  təşkil etdiyi Erməni milli bürosu 
1914-cü il imperialist müharibəsi zamanı ermənilərin çar Rusiyası tərəfindən 
müharibəyə  cəlb edilməsi üçün geniş kampaniya aparırdı.”Milli büro”nun 
tərkibi aşağıdakılardan ibarət idi: Yepiskop Mesrop – Tiflis erməni 
burjuaziyasının rəhbəri və çarın Qafqazdakı canişini Vorontsov-Daşkovun 
arvadının məşuqu, “Daşnaksutyun” partiyasının fəal xadimi, Al.Xatisov – 
erməni xalqının qatili, 1918-1920-ci illərdə daşnak hökumətinin başçısı, 
doktor Zavriyev–”Daşnaksutyun” partiyasının xarici işlər müdiri, Samson 
Harutyunov, xmbapet Dro (Drastamat Kananyan) – sonralar 
“Daşnaksutyun”un hərbi diktatoru və avantürist Andranik.  
”Milli büro”nun üzvləri Vorontsov-Daşkovla görüşdükdən sonra 
Rusiyanın Türkiyə ilə müharibə aparacağı  təqdirdə  hər biri 400 nəfərdən 
ibarət dörd erməni könüllü dəstəsi hazırlamaq üçün razılıq almışdılar.
2
  
1914-cü il avqustun 10-da Qafqaz canişini, Qafqaz cəbhəsinin baş 
komandanı Vorontsov-Daşkov hərbi nazir Suxomlinova müraciət etmişdi ki, 
Qafqaz dairəsinə 5000 tüfəng və 50 milyon güllə göndərsin. Bununla o, 
Zaqafqaziyada yerli könüllüləri silahlandırmaq istəyirdi. Bundan əlavə 
olaraq, o, Türkiyədəki antitürk ünsürləri (ermənilər və yunanları) 
silahlandırmaq üçün 25 min tüfəng və 12 milyon güllə gətirtmişdi.
3
  
Rusiyanın xarici işlər naziri Vorontsov-Daşkova göndərdiyi 
məktubunda bildirirdi ki, kürdlərə Kürdüstan dövləti yaradılacağı  və’dini 
verməkdə ehtiyatlı olsunlar. Bununla belə, silah və güllələri hazırlamaq 
tapşırılırdı. Göründüyü kimi, çar Rusiyası Türkiyə ilə müharibə  təqdirində 
etnik xristianlar arasında hazırlıq işlər aparırdı. 
Avqustun 16-da Qafqaz ordusunun səhra kəşfiyyat idarəsinin rəisi 
kapitan Dratsenko öz məruzəsində Türkiyə ermənilərinin silahlandırmağın 
zəruri olduğunu göstərmişdi. Sonralar Daşnak hökumətinin baş naziri olmuş 
Ov.Kaçaznuninin yazdığına görə, 1914-cü payızında hələ ki, Türkiyə  
müharibə edən ölkələr ailəsinə daxil olmadığı və buna hazırlaşmadığı vaxtda, 
                                                           
1
 Арутюнян А., göstərilən əsəri, səh. 52. 
2
 “Революционный Восток” журналы.1936, №23; Бах: История Азербайджана 
по документам и публикациям. Bakı, 1990, səh. 94-95. 
3
 Арутюнян А., göstərilən əsəri, səh. 52-53. 

 
47
Zaqafqaziyada böyük hay-küylə və böyük enerji ilə erməni könüllü dəstələri 
təşkil etməyə başlamışdılar.
1
  
Qafqaz hərbi dairəsinin qarargah rəisi Yudeniç avqustun 16-da Baş 
Qərargahın rəisi general Yanuşkeviçə göndərdiyi gizli teleqramda 
göstərmişdi ki, əgər Türkiyədəki ermənilər, aysorlar  və  kürdlər arasında 
üsyan qaldırmaq lazımdırsa, bunun üçün 25 min tüfəng, 12 milyon güllə və 
25 min rubl lazımdır.

Bütün bunlarla yanaşı, Qafqazda yaşayan ermənilərdən 
ibarət könüllü silahlı  dəstələr təşkil edilir, onlar nizami ordunun tərkibində 
deyil, türk qoşunlarına arxadan zərbə vurmaq üçün təlim-məşqlər keçirirdilər. 
Rəsmi dairələr bu cür könüllü dəstələr haqqında mətbuatda məlumat verməyi 
qadağan etmişdilərsə də, müharibənin gedişində hər şey aydın olmuşdu.
3
 
 
Könüllü dəstələr həm də xaricdə hazırlanır, Rusiyanın rəsmi 
dairələrinin köməyi ilə indiki Ermənistan  ərazisinə  çıxarılırdı. Qafqaz 
cəbhəsində  hərbi  əməliyyatların iştirakçısı, general-mayor Q.Korqanyan 
təsdiq edir ki, ilk vaxtlar erməni könüllüləri sırasında 2500 nəfər olmuş, 
sonralar 6000-ə çatmışdır. 
Bə’zi müəlliflər bu rəqəmin 9000 olduğunu göstərirlər.
4
 
 
Yuxarıda qeyd etdiyimiz kimi, “Erməni milli bürosu”nun Qafqaz 
canişini ilə danışıqları zamanı 1600 nəfərdən ibarət könüllü dəstələr təşkil 
etməyə razılıq verildiyi halda, “Milli büro” Türkiyənin  Şərq vilayətlərini 
sürətlə ələ keçirmək üçün 10000 nəfərlik dəstə təşkil etmişdi. “Milli büro” öz 
xmbabetlərini (dəstəbaşları) toplayaraq bu dəstələrə komandanlığı  həvalə 
etmiş, türk əhalisini qəddarcasına məhv etməyi tapşırmışdı.
5
  
Rusiyanın dəmiryol naziri 1915-ci il noyabrın 15-də xarici işlər 
naziri S.Sazonova bildirmişdi ki, Bolqarıstandan erməni könüllü dəstələri 
pulsuz olaraq Qafqaza gətirilmişdir ki, türklərə qarşı vuruşsunlar. 
Rusiyanın Misirdəki nümayəndəsi Smirnov 22 fevral 1915-ci ildə 
Petroqrada vurduğu teleqramında göstərmişdi ki, Fransadan, Amerikadan və 
digər ölkələrdən 1000-ə yaxın erməni gəlib, könüllü olaraq Qafqaza getmək 
istəyirlər və bunun üçün maddi yardım xahiş edirlər.
6
  
                                                           
1
 Ов. Качазнуни, göstərilən əsəri, səh. 10. 
2
 Арутюнян А., göstərilən əsəri, səh. 56. 
3
 Yenə orada, səh. 315. 
4
 Yenə orada, səh. 287. 
5
 История Азербайджана по документам и публикациям, Bakı. 1990, с. 95. 
6
 Арутюнян А., göstərilən əsəri, səh. 297. 

 
48
ABŞ-dan ilk könüllülər dəstəsi 12 mart 1915-də yola düşərək 
Arxangelskə, oradan da Qafqaz cəbhəsinə yollanmışdılar. İkinci dəstə mayın 
10-da, üçüncü dəstə isə noyabrın 21-də yola düşmüşdü. 
Könüllülərin təchizatı üçün hər yerdə  vəsait toplanırdı. Təkcə 
1915-ci ildə 1444000 rubl toplanmışdı.
1
  
1914-cü ilin sonunda artıq dörd könüllü drujina yaradılmışdı  və 
onlar aşağıdakı istiqamətdə hücuma keçməli idilər. 
I drujina – İran-Başqala-Van istiqamətində (komandir Andranik 
Ozanyan) 
II drujina – İqdır-Bəyazid-Berkri-Van istiqamətində (komandir 
general Nikolayev).  
III drujina – Qağızman-Ələşkert-Manazkert-Bitlis istiqamətində 
(general Prjevalskinin tabeliyində). 
IV drujina – Sarıqamış-Qaracaörən-Körpüköy-Ərzurum 
istiqamətində (polkovnik Kulebyakinin tabeliyində). 
1915-ci il aprelin 16-da Vorontsov-Daşkov erməni drujinalarının 
ştat cədvəlini təsdiq etmişdi. Hər bir drujina dörd rotadan ibarət olmaqla, hər 
rotada 234 nəfər olmalı idi. Əlavə  ştatlarla birlikdə  hər drujinada 985 nəfər 
nəzərdə tutulurdu. 
1915-ci ilin yanvarında isə  Kənəkerdə quldurbaşı Vardanın 
rəhbərliyi ilə drujina formalaşdırılmışdı. 2-ci, 3-cü, 4-cü drujinalar onun 
tabeleyinə verilmişdi və “Araratyan zoraxumb” adlanırdı. Andranikin 
başçılığı ilə I-ci drujina İranda-Cənubi Azərbaycanda idi və orada qırğınlar 
törədirdi. Aprelin 15-də  İrəvanda drujinalara baxış keçirilmiş, Eçmiədzində 
təntənəli şənlik olmuş, katolikos V Gevorqun xeyir-duası ilə “qədim erməni 
torpaqlarını yadelli əsarətdən qurtarmaq üçün”  İydir istiqamətində yola 
düşmüşdülər.
2
  
Erməni könüllü dəstələrinin  Şərqi Anadoluya doğru hərəkətindən 
ruhlanan Türkiyə erməniləri “Qərbi Ermənistan”ı azad edib müstəqil dövlət 
qurmaq fürsətini  əldən verməmək üçün hər yerdə silahlı basqınlar edərək 
türkləri qırıb məhv etməyə başlamışdılar. Bu haqda çoxlu faktlar mövcuddur. 
İngilis tarixçisi Stenford C.Şou tarixi sənədlər  əsasında göstərmişdir: “ 
Erməni könüllülərinin köməyi ilə rus ordusu Van istiqamətində hücuma 
keçərək mayın 14-də oranı tutan kimi 2 gün ərzində yerli müsəlman əhalisini 
kütləvi surətdə qırmağa başladılar... Rusların himayəsi altında Vanda erməni 
hökuməti qurulmuşdu (halbuki müharibənin  əvvəlində vilayətdə ermənilər 
                                                           
1
 Yenə orada, səh. 298. 
2
 Yenə orada, səh. 304-305. 

 
49
42,3 %, yəni 33789 nəfər təşkil etmişdir – yenə orada).” İyulun ortalarında 
hər tərəfdən 250 min erməni Vanda toplanmışdı.»
1
  
Türkiyə hökuməti məcburiyyət qarşısında qalıb ermənilərin türk 
ordusuna arxadan zərbəsinin qarşısını almaq məqsədilə müharibə rayonundan 
erməniləri ölkənin içərilərinə köçürmək haqqında qərar qəbul etmişdi. Hər 
cür hazırlıqdan sonra, mühafizə  dəstələrinin müşayiəti ilə mayın 28-də 
köçürmə işlərinə başlanmışdı. Köçürmə şərtləri aşağıdakı kimi idi: 
“Boşaldılan erməni evləri möhürlənərək mühafizə altına alınacaqdır; 
geridə buraxılan hər cür mal və  əşya sahibinə qaytarılacaqdır; daşınmaz 
mallar, xarab olacaq qida maddələri açıq-artırma ilə satılacaq, pulları 
sahibinin adına  əmanətə alınacaqdır; bilxassə kilsələrdəki rəsm və kitablar 
üçün ayrı inventar tənzim ediləcək, yaşadıqları  kənddə kilsəsi olan 
ermənilərin  Şərqi Anadoluda yenidən yerləşdikləri kənddə yeni kilsələri 
olacaqdır; bütün bunlara riayət etməyənlər üçün sərt tədbirləri 
görüləcəkdir.”
2
  
Göründüyü kimi, bu qərar  ədalətli qərar idi və  hərb bölgəsindən 
kənarda yaşayan ermənilərə şamil edilməmişdi. Bu o demək idi ki, Osmanlı 
dövləti ermənilərə qarşı ədalətlə davranmışdı.
3
  
Ermənilər hər il aprelin 24-nü “genosid günü” kimi qeyd edərək 
iddia edirlər ki, guya həmin dövrdə türklər 1,5 milyon ermənini qırmışlar. 
Əslində isə həmin gün sadəcə olaraq İstanbulda və digər şəhərlərdə türklərə 
qarşı  xəyanət edən erməni təşkilatlarının təcili olaraq bağlanması, onların 
rəhbərlərinin həbs edilməsi və sənədlərin ələ keçirilməsi haqqında daxili işlər 
naziri  əmr vermişdi. Bundan sonra 2345 erməni xəyanətə görə  həbs 
edilmişdi. Maraqlı orasıdır ki, bu əmrin veriləcəyindən  əvvəlcə  xəbər tutan 
Eçmiədzin katolikosu aprelin 22-də ABŞ prezidentinə teleqram vurmuşdu ki, 
ermənilərin “türk fanatizminin özbaşınalığından xilas etsin.” Həmin teleqram 
aprelin 24-də, yəni əmr verilən günü artıq ABŞ prezidentinə çatmışdı.”
4
  
Əslində ermənilər aprelin 24-nü ona görə “genosid günü” kimi qeyd 
edirlər ki, yuxarıda qeyd etdiyimiz köç haqqında qərardan sonra onların 
“Qərbi Ermənistan” yaratmaq istədikləri 6 vilayətdə  (Ərzurum, Van, Bitlis, 
Xarput, Diyarbəkir, Sivas) onsuz da azlıq təşkil edən ermənilərin sayı 
                                                           
1
 “Армянский геноцид” миф и реальность.Справочник фактов и документов. 
Bakı, 1992, səh. 229. 
2
 Зейналабдин Макас, “Şəxsiyyət arayışı” məqaləsi, “Tarix” qəzeti, № 19, 1991. 
3
 Suleyman Kocabaş, göstərilən əsəri, səh. 392. 
4
 Жорж де Малевил, Армянская трагедия 1915 года, Bakı, 1990, səh.33-35. 

 
50
minimuma endirilmişdi. Yə”ni onların “Böyük Ermənistan” dövləti yaratmaq 
iddiaları puça çıxmışdı.  
İstər indiki Ermənistan  ərazisində, istərsə  də Türkiyə ilə 
sərhədboyu  ərazilərdə erməni quldur dəstələrinin özbaşınalıqları, qətl və 
qarətləri haqqında Rusiyanın rəsmi dairələrinə müntəzəm olaraq məlumat 
göndərilirdi. Xüsusən, Daxili İşlər Nazirliyinin agentləri erməni hərbi 
hissələrinin törətdikləri vəhşiliklər haqqında, ermənipərəst Vorontsov-
Daşkovun onları himayə etməsi haqqında Petroqrada məlumatlar 
göndərirdilər.
1
 Həmçinin bir çox zabit və generallar erməni könüllü 
dəstələrini soyğunçuluqda, qarətçilikdə və yerli əhaliyə qarşı (yəni türklərə – 
müəllif) özbaşınalıqda təqsirləndirirdilər.
2    
Ona görə  də baş komandanlıq 
köhnə drujinalarda qayda-qanun yaradılmayınca yenilərinin yaradılmasını 
qadağan etmək haqqında əmr vermişdi.
3
  
Yeri gəlmişkən, Vorontsov-Daşkovun ermənipərəst mövqe tutması 
və “Daşnaksutyun” partiyasının  əməlləri haqqında S.Şaumyan sosial-
demokratlar mövqeyindən çıxış edərək 1915-ci ilin oktyabrında yazmışdı: 
“Erməni burjuaziyası keçmiş canişin Vorontsov-Daşkovun ona göstərdiyi 
xüsusi diqqətə görə minnətdarlıq əlaməti olaraq və himayəsi altında sərbəstcə 
varlandığı çar hökumətinə sadiq bəndəlik hissini ifadə etmək üçün müharibə 
zamanı öz yalançı  vətənpərvərliyini  ən böyük hay-küylə göstərməyə 
çalışırdı... Bunun üçün o (yə’ni “Daşnaksutyun” partiyası-müəllif) öz pulu ilə 
erməni könüllü dəstələri yaratmışdı. Bu dəstələrə Türkiyə erməniləri də (türk 
ordusundan fərarilər və  hətta Türkiyə parlamentinin deputatı) cəlb 
edilmişdilər...Bədbəxt Türkiyə ermənilərinin öz dövlətinin açıq xainləri kimi, 
demək olar ki, ucdantutma vəhşicəsinə məhv edilməsi erməni burjuaziyasının 
və onun nökəri “Daşnaksutyun” partiyasının xudbin sinfi siyasətinin kədərli, 
lakin təbii nəticəsi oldu...”
4
  
Deməli, S.Şaumyan da etiraf edirdi ki, ermənilər türklərdən öz 
xəyanətkar  əməllərinin layiqli cavabını almışdılar. 1917-ci ildə erməni 
generalları Qafqaz ordusunun tərkibində ayrıca erməni silahlı birləşmələrinin 
yaradılması haqqında dəfələrlə Ali Baş Komandanlıq adından vəsatət 
qaldırmışdılarsa da Müdafiə Nazirliyi buna razılıq verməmişdi. Bununla belə, 
Qafqaz ordusunda ermənilərin xüsusi çəkisi yüksək idi. 1917-ci il yanvarın 
1-nə olan mə’lumata görə  təkcə Tiflis səfərbərlik məntəqəsində  hərbi 
                                                           
1
 Арутюнян А., göstərilən əsəri, səh. 316. 
2
 Yenə orada, səh. 313. 
3
 Yenə orada, səh. 313. 
4
 Şaumyan S., Seçilmiş əsərləri, Bakı, 1978, 2-ci cild, səh. 15-16. 

 
51
xidmətə 304164 nəfər cəlb edilmişdi ki, onlardan 121321-i erməni, 121113-ü 
gürcü, 42712-i rus, 1314-ü tatar, 3221-i yəhudi, 2413-ü alman və 11470-i 
qeyri millətlərdən ibarət idi.
1
  
Nəhayət, 1917-ci il oktyabrın 23-də Qars cəbhəsinin baş 
komandanının sərəncamı ilə iki erməni atıcı briqadası yaradılır. Sonralar bu 
briqadalar erməni daşnak hökuməti ordusunun əsasını təşkil etmişdi.  
İstər indiki Ermənistan  ərazisində, istər Qars vilayətində, istərsə 
də Qarabağ və Azərbaycanın digər bölgələrində yüz minlərlə soydaşlarımıza 
qarşı soyqırım aksiyası 1918-1920-ci illərdə məhz bu ordu tərəfindən həyata 
keçirilmişdi. 
 
                                                           
1
 Арутюнян А., göstərilən əsəri, səh. 319. 

 
52
 
3. MÜHARİBƏ MÜDDƏTİNDƏ ERMƏNİLƏRİN 
TÖRƏTDİKLƏRİ QIRĞINLAR. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin