AZƏrbaycan elmlər akademiyasi miLLİ MÜnasiBƏTLƏR İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13044
1   ...   6   7   8   9   10   11   12   13   14

 
SON SÖZ ƏVƏZİ 
 
Kitabın tədqiqat obyektini əsasən indiki Ermənistan və ona bitişik 
ərazilər, Dağlıq Qarabağ və onun ətraf rayonları, araşdırılma tarixi isə 17-ci 
əsrin  əvvəllərindən günümüzədək olan dövrü əhatə etmişdir. Tədqiqatın 
başlıca məqsədi qeyd edilən  ərazilərdə Azərbaycan türklərinin qaçqınlıq, 
deportasiya və soyqırım tarixini araşdırmaq, onu törədən səbəbləri açıb 
göstərməkdən ibarət olmuşdur. 
İstifadə edilmiş  ilkin mənbə və tarixi ədəbiyyatların təhlili göstərir 
ki, xalqımıza qarşı erməni təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan 
torpaqları hesabına erməni dövlətinin  əsasını qoymaq və sonradan müxtəlif 
yollarla onu genişləndirməklə “Böyük Ermənistan” yaratmaqdan ibarətdir. 
Ermənilərin bu niyyətlərinin qismən də olsa, reallaşmasında Rusiyanın və 
bəzi Qərb dövlətlərinin müstəsna rolu olmuşdur. 
1826-1828-ci illər Rusiya-İran, 1828-1829-cu illər Rusiya-Türkiyə 
müharibələrindən dərhal sonra İran və Türkiyədən köçürülən 130 minə yaxın 
erməni  əsasən  İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının  ərazilərində 
məskunlaşdırılmışdı. Həmin müharibələr nəticəsində 359 müsəlman kəndi 
dağıdılmış, əhalisinin xeyli hissəsi qırılmış, qalanları isə qaçqın düşmüşdülər. 
Türkmənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqları ərazisində 
təşkil edilən Erməni vilayətindəki 1111 yaşayış  məntəqəsindən cəmisi 62 
kənddə (erməni kilsələrinin ətrafında) ermənilər yaşadılar. 
Son iki yüz ildə indiki Ermənistan ərazisində Azərbaycan türklərinə 
qarşı  həyata keçirilən qırğınlar, deportasiya və soyqırımları  nəticəsində 
onların yaşadıqları iki minə yaxın yaşayış  məskənləri boşaldılmışdır. 
Azərbaycanlıların öz əzəli torpaqlarından qovulması ilə paralel ermənilərin 
onların yerində  məskunlaşdırılma kampaniyası 19-cu əsrin sonunda 
Türkiyədə baş qaldıran erməni separatizminin yatırılmasından sonra daha 
geniş vüsət almışdır. 20-ci əsrin  əvvəllərində Zaqafqaziyada yaşayan  1,3 
milyon erməninin 1 milyonu xaricdən gələn ermənilərdən ibarət olmuşdur. 
Həmin dövrdə “Daşnaksutyun” partiyası öz proqramında dəyişiklik 
edərək, fəaliyyətinin ağırlıq mərkəzin Zaqafqaziyaya keçirmiş, müstəqil 
erməni dövləti qurmaq məqsədilə silahlı birləşmələr təşkil etmişdi. 
Qafqazın canişini Vorontsov-Daşkovun ermənipərəst mövqeyindən 
istifadə edən “Daşnaksutyun” partiyası İrəvan, Gəncə (Yelizavetpol) və Tiflis 
quberniyalarında Azərbaycan türkləri yaşayan əraziləri təmizləmək və orada 
erməniləri məskunlaşdırmaq məqsədilə kütləvi qırğınlar törətmişdilər. 1905-
1906-cı illərdə  əvvəlində Rusiyada baş verən iğtişaşlardan fürsət kimi 

 
134
istifadə edən ermənilər  əvvəlcə Bakıda, sonra isə  İrəvanda, Naxçıvanda, 
Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara 
qarşı  qırğınlar törətmişdir. Erməni silahlı  dəstələri  İrəvan-Naxçıvan, 
Naxçıvan-Zəngəzur, Zəngəzur-Qarabağ istiqamətlərində yerləşən 
azərbaycanlı yaşayış  məskənlərinin  əhalisini qırmaqla, qovmaqla və  həmin 
ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcək Ermənistan dövlətinin 
əsasını qoymaq istəyirdilər. Sayları on min silahlıdan artıq olan erməni 
birləşmələri İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə 
) və  Şərur-Dərələyəzdə, Gəncə quberniyasının Zəngəzur qəzasının Gorus, 
Qapan və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax 
qəzalarında kütləvi soyqırım törətmiş, 200-dən artıq azərbaycanlı  kəndini 
viran qoymuşlar. 
1914-cü ildə Rusiya-Türkiyə müharibəsinin başlanmasından istifadə 
edərək “Daşnaksutyun” partiyası rus ordusunun tərkibində 4 böyük silahlı 
birləşmə  təşkil etmişdi. Cəllad Andranikin başçılığı etdiyi erməni dəstələri 
Cənubi Azərbaycanın Xoy, Urmiya və Salmas əyalətlərində 150 minə yaxın, 
sonra isə  Şərqi Anadolunun Qars, Ərzurum və  Ərdəhan bölgələrində 200 
mindən artıq Azərbaycan türklərini uşaq, qoca, qadın arasında fərq 
qoymadan qətlə yetirmiş, həmin  əraziləri Çar Rusiyasının ermənilərə  vəd 
etdiyi Ermənistan dövlətini qurmaq üçün türklərdən təmizləmişdilər. Təkcə 
Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti I-ci Dünya müharibəsi dövründə 40 min 
Qarslını Azərbaycana təlxiyyə edərək aclıq və ölümün caynağından 
qurtarmışdı. 
Rusiyada 1917-ci il oktyabr çevrilişindən sonra S.Şaumyan başda 
olmaqla özlərini Qafqazda bolşevik hakimiyyətinin qanuni nümayəndələri 
hesab edən ermənilər  əsasən Türkiyədən qaçıb gələn erməniləri 
silahlandıraraq Sovet hakimiyyətini qurmaq adı altında Bakıda hakimiyyəti 
ələ keçirmişdilər. Məhz həmin dövrdə yaradılmış erməni silahlı  dəstələri 
“bolşevik” qiyafəsində 1918-ci ilin martında Bakıda 15 minə yaxın 
müsəlman qətlə yetirilmişdilər. Həmin dövrdə ermənilər Şamaxıda, Qubada, 
Ağsuda, Kürdəmirdə və Lənkəranda 250-yə yaxın müsəlman kəndlərini yerlə 
yeksan etmiş, on minlərlə dinc əhalini qətlə yetirmiş və sağ qalanları qaçqın 
düşməyə məcbur etmişdilər. 
1918-1919-cu illərdə Qarabağın dağlıq hissəsində 150-dən artıq, 
Zəngəzur qəzasında 115 kənd bütövlüklə dağıdılmış, əhalisinin xeyli hissəsi 
erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə öldürülmüşdü. 
Erməni vəhşiliyi  İrəvan quberniyasında və  Şərqi Anadoluda misli 
görünməmiş  həddə çatdırılmışdır. Təkcə 1918-ci ildə  İrəvan quberniyasında 
211, Qars vilayətində isə 82 kənd dağıdılmış,  əhalisi soyqırımına məruz 

 
135
qalmışdır. 1916-cı ildə  İrəvan quberniyasında 373582 nəfər yaşadığı halda, 
1920-ci noyabrında cəmisi 12 min nəfər azərbaycanlı qalmışdı. 
Ümumiyyətlə, təkcə 1905-1920-ci illərdə indiki Ermənistan  ərazisindən 
1000-ə yaxın azərbaycanlı  kəndləri dağıdılmış,  əhalisi soyqırıma məruz 
qalmışdır. 
1920-ci ildən sonra Ermənistanda azəri türklərinə qarşı deportasiya 
siyasəti  “dostluq” və “beynəlmiləlçilik” pərdəsi altında davam etdirilmişdir. 
1930-1937-ci illərdə Ermənistanın Türkiyə və İranla sərhəd boyunda yaşayan 
50 minə yaxın azərbaycanlı repressiyaya məruz qalaraq həbs edilmiş
Qazaxıstan və Sibir çöllərinə sürgün edilmişlər. 
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-
də kolxozçu və digər azərbaycanlı  əhalinin Azərbaycan SSR-in Kür-Araz 
ovalığına köçürülməsi haqqında” qərarına  əsasən 1948-1953-cü illərdə 
azərbaycanlılar yaşayan  ən münbit ərazilərdən, xüsusən də  İrəvan və onun 
ətraf rayonlarından 150 minə yaxın  əhali deportasiyaya məruz qalaraq 
Azərbaycanın aran rayonlarına köçürülmüşdür. Köçürülən  əhalinin təqribən 
yarısı iqlim şəraitinə uyğunlaşmayaraq tələf olmuşdur. 
1988-ci ildə keçmiş SSRİ  rəhbərliyinin Azərbaycana qarşı  qərəzli 
mövqeyindən istifadə edən Ermənistan Respublikası Dağlıq Qarabağ  Muxtar 
Vilayətini anneksiya etməyə  cəhd göstərməklə yanaşı, Ermənistan SSR Ali 
Soveti sessiyasının məxfi göstərişinə əsasən, 1988-ci il noyabrın 22-dən 28-
dək müddət  ərzində azərbaycanlılar yaşayan 22 rayonda 170 sırf və 94 
qarışıq (ermənilərlə) yaşayış  məskənləri boşaldılmış, nəticədə 200 mindən 
artıq azərbaycanlı 18 min müsəlman kürd, min nəfər rusdilli əhali 
Azərbaycana qovulmuşdur. Həmin vaxt 216 azərbaycanlı  vəhşicəsinə  qətlə 
yetirilmiş, minlərlə qadın, uşaq və qoca bədən xəsarəti almış, on minlərlə 
ailənin əmlakı qarət olunmuşdur. 
Rəsmi Ermənistan azərbaycanlılara qarşı soyqırım həyata keçirərək 
onları tarixi-etnik torpaqlarından təmizlədikdən sonra mənəvi soyqırım – 
türkmənşəli toponimləri erməniləşdirmək aksiyasını  həyata keçirmişdir. 
1990-cı ildən etibarən son vaxtlara qədər mövcud olan 250-yə yaxın 
türkmənşəli toponimin hamısı dəyişdirilmiş və yaxud bu yaşayış məntəqələri 
ölü kəndə çevrilərək yaşayış  məntəqələrinin siyahısından silinmişdir. Lakin 
Ermənistan parlamentinin 9 aprel 1991-ci il tarixli fərmanı istisna olmaqla 
(həmin fərmanla 90-dan artıq toponimimiz dəyişdirilmişdir) qalan 
toponimlərin nə vaxt və necə  dəyişdirildiyi, yaxud hansı  fərmanla yaşayış 
məntəqələrinin siyahısından çıxarıldığı haqqında məlumat yoxdur. Müvafiq 
orqanların yardımı ilə yerdə qalan toponimlərin də aqibətini dəqiqləşdirmək 
mümkündür. Bununla, son iki əsrdə indiki Ermənistan  ərazisində 

 
136
azərbaycanlılara qarşı törədilən fiziki soyqırımdan başlayaraq, mənəvi 
soyqırımla başa çatan bir faciənin xronikasını tamamlamaq, onu dünya 
ictimaiyyətinin nəzərinə küll halında çatdırmaq, əsl soyqırımına kimin məruz 
qaldığı əyani sübut etmək mümkündür. 
Monoetnik Ermənistan dövləti yaratmağa nail olan Ermənistan 
rəhbərləri onu dəstəkləyən dövlətlərin hərbi-sənaye potensialından 
qidalanaraq  əhalisinin 30 faizini azərbaycanlılar təşkil edən Dağlıq Qarabağ 
Muxtar Vilayətini, habelə, 7 ətraf rayonu (Laçın, Kəlbəcər, Qubadlı, 
Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarını) işğal edib xarabazara 
çevirmiş, əhalini soyqırımına məruz qoymuşlar. 
Ermənistan silahlı qüvvələri Azərbaycanın 12 rayonunun (ərazisinin 
20 faizi, yaxud 5/1 hissəsini, 700 yaşayış  məntəqəsini işğal etmiş, 20 minə 
yaxın Azərbaycan vətəndaşını öldürmüş, 4 minə yaxın  əhalini girov 
götürmüşlər ki, onların da əksəriyyəti uşaqlar, qadınlar və qocalar təşkil 
edirlər. 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımı dünya tarixində 
analoqu olmayan vəhşiliyin nümunəsidir. Bir milyona yaxın azərbaycanlı öz 
ölkəsində qaçqın düşmüşdür. 
İşğal edilmiş  ərazilərdə 4 minə yaxın sənaye və  kənd təsərrüfatı 
obyekti, ümumi sahəsi 6 milyon kv. metr olan 180 mindən artıq mənzil və 
şəxsi ev, minə yaxın təlim tərbiyə müəssisəsi, 3 minə yaxın mədəni-maarif 
ocağı, 700-dən artıq tibb müəssisəsi erməni vandalları  tərəfindən 
dağıdılmışdır. 
Beləliklə, təkcə XX yüzillikdə bir milyona yaxın  azərbaycanlı 
ermənilər tərəfindən vəhşicəsinə öldürülmüş, 1,5 milyondan artıq 
soydaşlarımız indiki Ermənistan  ərazisindən deportasiya edilmişdir. 1918-ci 
ildə imzalanan Batum müqaviləsinə əsasən cəmisi 9 min kv. km. ərazisi olan 
Ermənistan 1988-ci ildə onu 30 min kv.km.-ə çatdırmış, hazırda isə  işğal 
etdiyi ərazilərlə birlikdə azı 45 min kv.km. əzəli Azərbaycan torpaqlarını öz 
nəzarəti altına almışdır. 
Kitabda tədqiq edilən tarixi faktlar, arxiv sənədləri, statistik 
məlumatlar belə nəticəyə gəlməyə əsas verir ki, indiki Ermənistan ərazisində 
və Azərbaycanın işğal edilmiş  ərazilərində erməni silahlı birləşmələrinin 
azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar və  cəza aksiyaları BMT 
Baş  Məclisinin 9 dekabr 1948-ci il tarixli Konvensiyasına görə soyqırım 
hesab edilməlidir. 
XIX-XX  əsrlərdə ermənilərin xalqımıza qarşı törətdikləri soyqırım 
və kütləvi repressiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədilə 
prezident Heydər  Əliyev 26 mart 1998-ci ildə «Azərbaycanlıların soyqırımı 

 
137
haqqında» fərman imzalamış  və bütün soyqırım faciələrini yad etmək 
məqsədilə 31 mart azərbaycanlıların soyqırım günü elan edilmişdir. 
Bütün bu faktlar dünya ictimaiyyətinin nəzərinə çatdırılmalı, 
Azərbaycan xalqına qarşı soyqırımı törədənlərin cinayət məsuliyyətinə  cəlb 
edilməsi üçün beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalıdır. 

 
138
 
Ə l a v ə l ə r 
 
 
Bu xəritədən göründüyü kimi, Oğuz yurdu-indiki Ermənistan ərazisi 
qədim dövrdən türk-Azərbaycan yaşayış yerləri olmuşdur. 
Rusiya imperiyasının  һimayəsinə  sığınan erməni daşnakları 
Azərbaycan türklərini doğma yurdlarından sıxışdırıb çıxarmış, yüzlərlə 
kəndləri yerlə-yeksan etmiş, abad yerlərin adını erməni adları ilə  əvəz 
etmişlər.Bu adlar nə vaxt dəyişdirilmişdir? 
Kitabın  əlavə hissəsində bu xəritədə  işarə edilən köһnə  və sonradan 
erməni daşnakları  tərəfindən saxtakarlıq edilərək dəyişdirilmiş adların  
siyahısı ilə tanış olmaq olar. 
 

 
139
 

 
140
 
 
2. 1826-1828-
CI ILLƏR 
R
USIYA 
-
 
İ
RAN VƏ 
1828-1829-
CU ILLƏR 
R
USIYA
-
T
ÜRKIYƏ MÜHARIBƏLƏRI NƏTICƏSINDƏ 
İ
RƏVAN XANLIĞININ 
ƏRAZISINDƏ DAĞIDILMIŞ KƏNDLƏRIN
 
S İ Y A H I S I  
 
1. Qırxbulaq mahalında 
1. Küzəcik, 2.İynədüz, 3.Güllücə, 4.Qaracaörən, 5.Tecrəbək, 6.Bezaklı, 
7.Qaraqala,8. Qatırçay (Heydərgöl), 9.Ərzap, 10.Norinus, 11.Damcılı, 
12.Kitikən (Kətiqut) 13.Quyulu, 14.Qızqala, 15.Tezxaraba, 16.Babacur, 
17.Damagirməz, 18.Dəlləkli, 19.Kankan, 20.Göykilsə, 21.Yaycı, 
22.Qızılqala, 23.Çobangərəkməz, 24.Azaklar, 25.Əkikənd (Muradtəpə), 
26.Ərzni 
 
2. Zəngibasar mahalında 
1.Həsənağa, 2.Sinnik, 3.Qaracalar, 4.Ozanlar, 5.Dərcan, 6.Noraköy, 
7.Cəfərabad. 
 
3. Gərnibasar mahalında 
1.Məsimli, 2.Taytan, 3.Bayraməliqışlağı, 4.Qulaqsız, 5.Zöhrablı, 
6.Kürdkəndi, 7.Şəfiabad, 8.Kir-Bozavand, 9.Baş  Gərni, 10.Mürzük, 
11.Heyranıs-Uliya, 12.Burduq, 13.Gerkəc, 14.Gilanar-Sufla, 15.Molla 
Əhməd, 16.Qaqavuz, 17.Şəhriyar, 18.Heyranıs-Sufla, 19.Şoğayib, 
20.Kərpicli, 21.Abdallar, 22.Qurbanqala-Uliya, 23.Qurbanqala-Sufla, 
24.Ərtiz, 25.Yappa, 26.Əlimərdan, 27.Əliqırağı, 28.Ellicə, 29.Buralan, 
30.Sultantəpə, 31.Əzizli, 32.Əlisorki, 33.Qalakəndi, 34.Qarahacılı, 
35.Xıdırlı, 36.Ədətli, 37.Taraşköy, 38.Əliqızıl, 39.Bulaqbaşı, 
40.Bayraməlikəndi, 41.Purço, 42.İmamverdiqalası, 43.Tərəkəmələr. 
 
4.Vedibasar mahalında 
1.Reyhanlı, 2.Şirazlı, 3.Qaralar, 4.Saray, 5.Cadqıran, 6.Qarabağlar-Sufla, 
7.Qarabağlar-Uliya, 8.Talasavan, 9.Şahablı, 10.Zəncirli, 11.Pünüt, 12.Şorsu, 
13.Daşnov, 14.Həsənqala, 15.Cəfərli, 16.Örtük, 17.Vəlican, 18.Keşağlı, 
19.Abbasabad, 20.Əli Qızıl, 21.Muradabad, 22.Əliabad, 23.Əliqırıq, 
24.Günlük, 25.Baxcacıq, 26.Xamut, 27.Qızılverən, 28.Zimmi, 29.Musacıq, 
30.Hand, 31.Qazançı, 32.Xosrov, 33.Haxıs. 
 
5.Şərur mahalında 

 
141
1.Hacıqara, 2.Qalacıq, 3.Fərhad Arxı, 4.Boşaqışlağı, 5.Daşarx-Uliya, 
6.Örtülü Məzrə, 7.Şaban Məzrə, 8.Kərki-Bayat Məzrə, 9.Yovşan Məzrə, 
10.Gabud-məzrə, 11.Dəhnəkənd (Dəmirçiqışlağı). 
 
6.Sürməli mahalında 
1.Vəlican, 2.Talasavan, 3.Abbasabad, 4.Sərhəngabad, 5.Rəsullu, 6.Zəngan, 
7.Hacı Abbas, 8.Saxsalı, 9.Atlıca, 10.Qaraçılı, 11.Mərhava, 12.Çıraxlı, 
13.İstinax-Çıraxlı, 14.Urumuş, 15.Ərgöv, 16.Göyumus, 17.Qurğan, 
18.Qaraçay, 19.Əli Malik, 20.Zor, 21.Əlikeçən, 22.Quşçu, 23.Karvansaray, 
24.Əsmə, 25.Quyuca, 26.Çıraxçı, 27.Sarı Hasar, 28.Muça. 
 
7.Dərəkənd-Parçenis mahalında 
1.Qaraqoyunlu, 2.Kiti, 3.Sürməli, 4.Aşıq Hüseyn, 5.Qarabulaq, 6.Qaraqala, 
7.Çaldağ, 8.Qazıqoparan. 
 
8.Səədli mahalında 
1.Xəlilqışlağı, 2.Erməni kövşəni, 3.Səfilər, 4.Mirzəxan, 5.Baş Qışlağı. 
 
9.Talın mahalında 
1.Aylanlı, 2.Siçanlı, 3.Nadirxanlı, 4.Pirmələk, 5.Sutökülən, 6.Ağakiçik, 
7.Məzarcıq, 8.Pirtikən, 9.Qaraqala, 10.Çiçəkli, 11.Püsəgən, 12.Çaltəpə, 
13.Mustuqlu, 14.Qoruq, 15.Parakənd, 16.Daşqala, 17.Çoturlu, 18.Bəbirli, 
19.Sadıqlı, 20.Zarınca, 21.Aşağı  Dəmirçili, 22.Sabunçular, 23.Kiçik Yataq, 
24.Kalaşbəy qulası, 25.Bəhlul kəndi, 26.Böyük Qızılqula, 27.Göyərçin. 
 
10.Sərdarabad mahalında 
1.Cəfərxan Rəncbəri, 2.Teymurxan kəndi (Dövlətabad), 3.İtköy, 4.Qatırabad 
(Əbdülabad), 5.Artaşat (Fətabad), 6.Rəhimabad (Molla Bədəl), 7.Keçili, 
8.Xam. 
 
11.Körpübasar mahalında 
1.Teymurxan Kolanısı, 2.Ağdamar, 3.Qaraqışlaq, 4.İnəkli, 5.Çobanı, 
6.Arpahəvəsik, 7.Haçabağ, 8.İlançalan, 9.Anberd. 
 
12.Abaran mahalında 
1.Qotur, 2.Tezxaraba, 3.Şabanlı, 4.Xaçbulaq, 5.Köhnə  Qəzənfər, 6.Bitli, 
7.Əmirli, 8.Yarbaş, 9.Məmişkəndi, 10.Qarabulaq, 11.Hamamlı, 12.Kürd Əli, 
13.Cancik, 14.Cili-Göl, 15.Şahquluölən, 16.Porsuxlu, 17.Camışlı, 
18.Əyribudaq, 9.Muncuqlu, 20.Pəmbək, 21.Günbəz, 22.Sibitağ. 

 
142
 
13.Dərəçiçək mahalında 
1.Ada, 2.Kiçik Ördəkli, 3.Allahapənah, 4.Barat, 5.Qonaqgirməz, 
6.Eşşəkquduran, 7.Çobangölü, 8.Keğaç, 9.Maman, 10.Aydın, 11Şakirbaşı, 
12.Misxana, 13.Sutökülən, 14.Çiçəkli, 15.Pirpalıd, 16.Zeynalağa. 
 
14.Göycə mahalında 
1.Buğdatəpə, 2.Hacımumuxan, 3.Allahverdibəy, 4.Üçtəpə, 5-6. adları 
unudulub, 7.Kərimkəndi, 8-11.adları unudulub, 12.Yuxarı Altuntaxt, 
13.Aşağı Altuntaxt, 14.Dəmirçi Poğos, 15-19.adları unudulub, 20.Əyricə, 
21.Atdaş, 22.Axsaxtovuz, 23.Karvansaray, 24.adı unudulub, 25.Qasımbaşı, 
26.Mədinə, 27-32.adları unudulub, 33.Baş Gözəldərə, 34.Xancığazoğlu, 35-
38.adları unudulub, 39.Qızılkilsə, 40-44.adaları unudulub, 45.Böyükağa, 46-
54.adları unudulub, 55.Ağkilsə, 56-57.adları unudulub, 58.Göyçə, 
59.Sultanəli, 60.Sətənağac, 61.Karvansaray, 62.Əyricə, 63-64.adları 
unudulub, 65.Kərimkəndi, 66.Dəli Harutyun, 67.Qəməsar. 
 
Qeyd: Bu siyahı  İ.Şopenin "Исторический  памятник  состояния 
Армянской  области  в  эпоху  присоединения  к  Российской  империи", 
(SPb., 1852) kitabından götürülmüşdür . 

 
143
 
3.
 
1828-
CI ILDƏ YARADILMIŞ 
E
RMƏNI VILAYƏTINDƏ 

RƏVAN 
ƏYALƏTI
)
 KƏNDLƏRIN
 
S I Y A H I S I 
 
1. Qırxbulaq mahalı 
1.Oxçarbed, 2.Məngüs, 3.Cüvriş, 4.Kamal, 5. Tutiyə, 6.Zar, 7.Cadqıran, 8. 
Gəmris, 9.Ağadərəsi, 10.Başkənd, 11.Şahab, 12.Ərəmus, 13.Dizək, 14.Ərinc, 
15.Avan, 16.Çalmaxçı, 17.Kənəkir, 18.Kətran, 19.Pütkni, 20.Məəgüb, 
21.Ellər, 22.Yelqovan. 
 
2. Zəngibasar mahalı 
1.Şinqovit-Bayat, 2.Çarbağ, 3.Şinqovit, 4.Noraqovit, 5.Behbudabat, 
6.Uluxanlı, 7.Aşağı Necili, 8.Yuxarı Necili, 9.Hacı Elyas, 10Qalalı, 
11.Ağcaqışlaq, 12.Şirabad, 13.Arbat, 14.Haçapara, 15.Göykümbət, 
16.Sarvanlar xaraba, 17.Şöllü Dəmirçi, 18.Qaraqışlaq, 19.Verməzyar, 
20.Donuzyeyən, 21.Sarvanlar Uliya, 22.Reyhanlı, 23.Həbilkəndi, 
24.Seyidkəndi, 25.Sarıcalar, 26.Şöllü Mehmandar. 
 
3. Gərnibasar mahalı 
1.Ağhamzalı, 2.Cəbəcəli, 3.Qaratəpə, 4.Qaradağlı, 5.Xarratlı, 6.Boğamlı, 
7.İmamşahlı, 8.Qaraqoyunlu, 9.Göyləsər-Uliya, 10.Toxanşahlı, 
11.Şeyxzadəli, 12.Tamamlı, 13.Qarahəmzəli, 14.Çiydəmli, 15.Başnalı, 
16.Uğurbəyli, 17.Çiləxanlı, 18.Böyük Dəlilər, 19.Kiçik Dəlilər, 20.Novruzlu, 
21.Qəmərli, 22.Darğalı, 23.Yuva, 24.Məsimli, 25.Becazlı, 26.Axund 
Buzovand, 27.Artaşat,28.Qurbanqulu, 29.Təpəbaşı, 30.Dvin, 31.Ayaslı, 
32.Qulaməli Buzovand, 33.Doqquz, 34.Yamancalı, 35.Mehrablı, 
36.Ağcaqışlaq, 37.Cənnətli, 38.Ağbaş, 39.İpəkli, 40.Göyləsər-Sufla, 
41.Arpava, 42.Qaravəli, 43.Aratan, 44.Emincə, 45.Aralıq, 46.Ciftlik, 
47.Sirboğan, 48.Bayburt, 49.Gilanlar, 50.Körpüqulağı, 51.Göl, 52.Köxt 
 
4. Vedibasar mahalı 
1.Xorvirab, 2.Vedi-Sufla, 3.Əli-Məhəmədqışlağı, 4.Şüyütlü, 5.Xalisa, 
6.Dəvəli, 7.Daşlı, 8.Vedi-Uliya, 9.Goravan, 10.Yengicə, 11.Avşar, 
12.Sədərək, 13.Əsni, 14.Kərki, 15.Qədili, 16.Qarağac, 17.Camışbasan, 
18.Cığın, 19.Cırmanıs, 20.Küssüz, 21.Ərmik  
 
5. Şərur mahalı 

 
144
1.Quşçu Dəmirçili, 2.Maxta, 3.Düdəngə, 4.Zeyvə, 5.Noraşen-Sufla, 
6.Əksikənd, 7.Mahmudkəndi, 8.Noraşen-Uliya, 9.Loşan, 10.Daşarx, 
11.Kürkçülü, 12.Kürdkəndi, 13.Şəhriyar, 14.Yengicə, 15.Çomaxtir, 
16.Çərçiboğan, 17.Məhəmməd-Sabir, 18.Muğancıq-Mirzə-Müslüm, 
19.Muğancıq Mehrablı, 20.Qarxın, 21.Aralıx-Kəlbəli xan, 22.Aralıx 
Məhəmmədəli bəy, 23.Siyaqut, 24.Kosacan, 25.Parçı, 26.Ələkli, 27.Yelquz-
Ağac, 28.Verməzyar, 29.Xanlıqlar, 30.Abadulla, 31.Abbas Qışlaqı, 
32.Tomaslı, 33.Vayxır-Sufla, 34.Sərdarabad, 35.Diyədin, 36.Ərəb-Yengicə, 
37.Qara Həsənli, 38.Babəki (Abisiyab), 39.Keştas, 40.Dərvişlər, 41.Ərbatan, 
42.Xələc, 43.Əlişir, 44.Muğanlı, 45.Qorçulu, 46.Ağ  Əhməd, 47.Qarabürc, 
48.Təzəkənd, 49.Burunlu, 50.Vayxır-Uliya. 
 
  
6.Sürməli mahalı 
1.Arkuri, 2.Rəhmətabad  (Ramazankəndi), 3.Həsənabad, 4.Süleymanabad, 
5.Cənnətabad, 6.Daşburun, 7.Toxanşahlı Qacar, 8.Göyçəli, 9.Toxanşahlı 
Bayat, 10.Şirəçi, 11.Səfərqulu, 12.Əlican, 13.Hüseyn kəndi, 14.Mürşüd 
Əliqışlağı, 15.Zülfüqar, 16.Tecirli, 17.Evcilər, 18.Amarat, 19.Nəcəf  Əli, 
20.Qazıqışlağı, 21.Ələtli, 22.Panik, 23.Qızıl Zakir, 24.Qazançı, 25.Sarıçoban, 
26.Ağaver, 27.Ağ  Məhəmməd, 28.Ərəbkirli, 29.Molla Əhməd, 30.Yaycı, 
31.Quzukənd, 32.Qasımcan, 33.Blur, 34.Ağ veis, 35.Əli Qəmərli, 
36.Xoşxəbər, 37.Xəlifəli, 38.İydir, 39.İbrahimabad, 40.Baharlı, 41.Arxacı, 
42.Mələkli, 43.Qaraqoyunlu, 44.Daşlıca, 45.Siçanlı, 46.Qızılqula, 
47.Güllücə, 48.Molla Qəmər, 49.Çançavat, 50.Qulp. 
 
7.Dərəkənd-Parçenis mahalı  
    Parçenis dərəsində 
1.Qara Qala, 2.Pirili, 3.Turabi, 4.Qamışlı, 5.Qatırlı, 6.Yağlı, 7.Güləhməd, 
8.Qızılbulaq, 9.Tovuzgöl, 10.İncə, 11.Abbas Gölü, 12.Əli Kosa, 13.Parçenis 
xaraba, 14.Xəmirkəsən, 15.Parçenis Qalaça, 16.Quru Ağac, 17.Dəmirsıxan, 
18.Qayaxaraba, 19.Alçalı, 20.Qaracaviran, 21.Cadqıran, 22.Gəndzək, 
23.Qayaqışlaq, 24.Gülabi, 25.Əkərək, 26.Suki. 
 
    Dərəkənd dərəsində 
27.Kahin, 28.Həsəncan, 29.Xadimli, 30.Sarabdal, 31.Çiçəkli, 32.Kələkli, 33. 
Gülbulaq, 34.Həsənkəndi, 35.Ağdis, 36.Soyuqbulaq, 37.Candərviş, 
38.Əmirocaq, 39.Qırxbulaq, 40.Qalaça, 41.Oğrunca, 42.Ağdaş, 
43.Cəfərabad, 44.Qaradaş (Bayramkəndi), 45.Əliverdi xaraba, 46.Girampa-
aşağı, 47.Əlimalı, 48.Təkaltı, 49.Pirdəmir, 50.Tikanlı, 51.Pərnout, 52.İrabad, 
53.Çıraxlı, 54.Osmankəndi. 

 
145
 
8.Səədli mahalı 
1.Söyüdlü, 2.Hüseynkəndi, 3.Cırıxlı, 4.Elimcan, 5.Hacı-Bayramlı, 
6.Əyrisifət, 7.Xeyirbəyli, 8.Assar, 9.Şahvarid. 
 
9.Talın mahalı 
1.Yeni Talın, 2.Əşnək, 3.Mehribanlı, 4.İrind, 5.Qarğaqovmaz, 6.Yuxarı 
Ağcaqala, 7.Aşağı  Ağcaqala, 8.Yaşıl, 9.Başsız, 10.Baxcacıq, 11.Şeyx Hacı, 
12.Dədəli, 13.Aralıx, 14.Köhnə Talın, 15.Gözlü, 16.Yeni Qırmızılı, 
17.Quldərviş, 18.Adıyaman,  19.Məsdərə, 20.Soyüdlü. 
 
10.Seyidli və Ağsaqqallı mahalı 
1.Dian, 2.Qaracalar, 3.Avan, 4.Maxta, 5.Göyş, 6.Göytul, 7.Ucan, 8.Dizir, 
9.Persi, 10.Gödəkli, 11.Nəziravan. 
 
Ağsaqqallı torpaqları 
12.Yeni Qəzənfər, 13.Sarıgöl, 14.Üşü, 15.Kiçikkənd, 16.Babakişi, 17.Kirəşli, 
18.Kələşkəndi, 19.Tigid, 20.Qaracaviran 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin