Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 18 dekabr 1997-ci il
214
15. Azərbaycanlıların soyqırımı haqqında
Azərbaycan Respublikası prezidentinin
F Ə R M A N I
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra
xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı
əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş
həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır.
Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən
bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin
açılmamış səhifələrindən biridir.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi
torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu
milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir
müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə
Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı
Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində
məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla
müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının
himayəsi altında “Erməni vilayəti” adlandırılan inzibati bölgünün
yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində,
azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi
siyasətinin bünövrəsi qoyuldu. “Böyük Ermənistan” ideyaları təbliğ
olunmağa başlandı. Bu uydurma dövlətin Azərbaycan torpaqlarında
yaradılmasına “bəraət qazandırmaq məqsədilə” erməni xalqının
tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar
reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif
olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni
qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə
genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan
başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki
azərbaycanlı kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi
215
dağıdılıb yerlə yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə
yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin
açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik
törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin
avantürist torpaq iddialarını pərdələmişlər.
Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral
və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz
iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci
ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı
altında Bakı kommunası tərəfindən ümumən Bakı quberniyasını
azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata
keçirilməyə başlandı. Həmin günlərdə ermənilərin törətdikləri
cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur.
Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə
məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri
yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini
xarabalığa çevirmişlər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında,
Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu
ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər
yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin
mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il
iyulun 15-də bu faciənin tədqiqi məqsədilə fövqəladə istintaq
komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart
soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan
quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri
araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici
İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin
mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən
ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu,
azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam
edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət
216
vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu
işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün
istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir
sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı
dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi
siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar.
Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il
“Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin
Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi
qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi
torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail
oldular.
Erməni millətçiləri öz havadarlarının köməyi ilə 50-ci illərdən
etibarən Azərbaycan xalqına qarşı
kəskin mənəvi təcavüz
kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə
yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik
irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni
xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda
onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını
formalaşdırmaq cəhdləri də güclənirdi. “Yazıq, məzlum erməni
xalqı”nın surətini yaradaraq əsrin əvvəlində regionda baş verən
hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım
törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.
Əsrin əvvəlində əksər əhalisi azərbaycanlı olan İrəvan şəhərindən
və Ermənistan SSR-in digər bölgələrindən soydaşlarımız təqiblərə
məruz qalaraq kütləvi surətdə qovulur. Azərbaycanlıların hüquqları
ermənilər tərəfindən kobudcasına pozulur, ana dilində təhsil almasına
əngəllər törədilir, onlara qarşı repressiyalar həyata keçirilir.
Azərbaycan kəndlərinin tarixi adları dəyişdirilir, toponimika tarixində
misli görünməyən qədim toponimlərin müasir adlarla əvəzolunma
prosesi baş verir.
Saxtalaşdırılmış erməni tarixi gənc ermənilərin şovinist ruhunda
böyüməsinə zəmin yaratmaq üçün dövlət siyasəti səviyyəsinə
qaldırılır. Böyük humanist ideallara xidmət edən Azərbaycan
217
ədəbiyyatı və mədəniyyəti ruhunda tərbiyə olunmuş yeni nəslimiz
ekstremist erməni ideologiyasının təqiblərinə məruz qalır.
Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə
yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin
yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-
hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında
ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı.
Ermənilərin sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci
illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına
Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət
vermədi.
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ
konfliktinin ilkin mərhələsində yüz minlərlə azərbaycanlının öz tarixi
torpaqlarından qovulmasına da respublikada düzgün siyasi qiymət
verilmədi. Azərbaycanın Dağlıq Qarabağ Muxtar vilayətinin
Ermənistan SSR-in tərkibinə daxil edilməsi haqqında ermənilərin
qeyri-konstitusion qərarını və Moskvanın əslində bu vilayəti Xüsusi
İdarəetmə Komitəsi vasitəsilə Azərbaycanın tabeliyindən çıxarmasını
xalqımız ciddi narazılıqla qarşıladı və mühüm siyasi aksiyalara əl
atmaq məcburiyyəti qarşısında qaldı. Respublikada keçirilən mitinqlər
zamanı torpaqlarımızın işğalı siyasəti qətiyyətlə pislənsə də,
Azərbaycan rəhbərliyi öz passiv mövqeyindən əl çəkmədi. Məhz elə
bunun nəticəsi olaraq 1990-cı ilin yanvar ayında getdikcə güclənən
xalq hərəkatını boğmaq məqsədilə Bakıya qoşunlar yeridildi, yüzlərlə
azərbaycanlı məhv və şikəst edildi, yaralandı, digər fiziki təzyiqlərə
məruz qoyuldu.
1992-ci ilin fevralında ermənilər Xocalı şəhərinin əhalisinə misli
görünməyən divan tutdu. Tariximizə Xocalı soyqırımı kimi həkk
olunan bu qanlı faciə minlərlə azərbaycanlının məhv edilməsi, əsir
alınması, şəhərin yerlə yeksan edilməsi ilə qurtardı.
Millətçi-separatçı ermənilərin Dağlıq Qarabağda başladığı
avantürist hərəkətin nəticəsi olaraq bu gün bir milyondan artıq
soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından
didərgin salınmış, çadırlarda yaşamağa məhkum edilmişdir.
Ərazimizin 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğalı
zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət almışdır.
218
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri
torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə
–
1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan
Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi
qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət
vermək borcunu tarixin hökmü kimi qəbul edir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini
qeyd etmək məqsədilə qərara alıram:
1. 31 mart azərbaycanlıların soyqırımı günü elan edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun ki,
azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrə həsr olunmuş xüsusi
sessiyanın keçirilməsi məsələsinə baxsın.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının prezidenti
Bakı şəhəri, 26 mart 1998-ci il
Dostları ilə paylaş: |