Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 0,71 Mb.
səhifə3/15
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#1047
1   2   3   4   5   6   7   8   9   ...   15
Cənubi Azərbaycanda Sinifli Cəmiyyət və Şəhər Dövlətlərinin meydana gəlməsi

Manna dövləti yarananadək Urmiya gölü zonasındakı ərazilərdə yaşayan tayfalar ibtidai-icma quruluşu şəraitində yaşayırdılar. Assuriya mənbələrdə Manna qurulunadək Cənubi Azərbaycan ərazisində assuriyalarla mübarizə aparan müxtəlif çarlıqların adına rast gəlirik. Assuriya mənbələrinin verdiyi məlumatlardan görünür ki, eradan əvvəl I-minilliyin əvvəlinədək - er.ev. VIII əsrlərədək olan dövrdə ayrı-ayrı çarlıqların birləşməsi prosesi getmiş və bunun nəticəsində onlar assuriyalara ciddi müqavimət göstərə bilirlər. Urmiya gölünün cənubunadək ərazi üzün müddət Zamua adı ilə tanınmışdır. İlk dəfə olaraq bu ada II Adadnearinin (911) salnaməsində rast gəlirik. Zamua ilk birləşmiş torpağı er. 881-ci ildə qeydə alınmışdır. Bu zaman onun başında Daqara ölkəsinin rəhbəri Nur-adad dururdu. Zamiyalılar II Anikurnasirapalin er. ən (883-ci illər) qoşunlarına qarşı mübarizə divarını tikmişlər. Ancaq onlar Assiriyalıların hücumlarına davam gətirə bilmişlər. II Aşikurnasirapol daha rabirutu. Üzə və Laqalaqaqalalarının tutur əsir və sərhət ələ keçirir. Assuriyalıların qonşu vilayətlərə hücumundan istifadə edən Nur-azad yenidən öz mövqelərini möhkəmlədir. Ancaq assuriyalılar yenu hücum zamanı da Birutu qalasını tapdarırlar. Növbəti er.ev.880-ci ildə Zamiya əhalisi yenidən II Anikurnasiorapla qarşı mübarizə aparırlar. Zamiyalıların başında car Ameka dururdu. O, Assuriyalılara ciddi müqavimətgöstərmişdir. Assuriyalılar Amekanı məğlub edə bilməmişlər. O, Sabua dağında möhkəmlənmişdir. Yazılı mənbələrin məhdud və ziddiyyətli olmasına baxmayaraq Manna dövləti ərazisində istehsalın cəviyyəsi və təsərüfatın formaları haqqında təsəvür əldə etmək mümkündür. Tarixi araşdırmalar sübut edir ki, Urmiya gölü ətrafında yaşayan qədim tayfaların əsas peşəsi otaraq əkinçilik və maldarlıq olmuşdur. Torpağın münbüt məhsuldar olması, su ehtiyatının çoxluğu geniş otlaqlar mülayim iqlim burada əkinçilik və malqarlıq təsərüfatının geniş miqyas almasına imkan vermişdir. Azərbaycanın hakim dairələrinin yerli əhalinin üzərinə qoyulan verginin taxıl, mal-qara, metal, metal məlumatlardan toplamaları burda əkinçiliyin və maldarlığın inkişaf etdiyini, metal ehtiyatının çoxluğunu və metaldan cürbəcür əşyalar, istehsal alətləri və s. hazırlayan vahid ustaların olduğunu sübut edir. Aşkar edilən maddi-mədəniyyət abidələri göstərir ki, burada qədimdən kənd təsərüfat texnikası yüksək olmuşdur. Dəmir mədəniyyəti xalqın məişətində geniş yer tutmuşdur. Torpağın şumlanmasında xışdan, dəmir toxadan taxıldan biçilməsindən dəmirdən hazırlanmış orqan və başqa istehsal alətlərindən taxılan daşınmasında isə ikitəkərli və dört təkərli arabalardan istifadə edilmişdir. Mannalıların buğda arpa, darı, vələmir və s. dənli bitkilər yetişdirmiş və onları xüsusi anbarlarda saxlamışlar. Ölkədə yüksək texnikaya malik olan süni suvarma sistemi geniş yer tutmuşdur. Suvarma sistemində saxsıdan hazırlanmış xüsusi bicimli borulardan istifadə edilirdi. Mannalılar üzümçülk, bağçılıq və bostançılıq təsərüfatlarına, onların sirlərinə də bələd olmuşlar. Mənbələr Manna ərazisindəki şəhərlərin hər birində şərab anbarlarının olmasının xəbər verirlər. Şərab saxsı küblərdə saxlanılırdı. Ölkədə əkinçilikdən sonra ikinçi aparıçı peşə maldarlıq olmuşdur. Burada maldarlıq Ameka ilə birlikdə assuriyalilara qarşı möhkəmlənmiş şəhər olan Ammamenik başında duran Arasitua çıxış etmişdir. Mənbələrdən görünür ki, Arasitya Amekadan asılı olmuşdur. Şəhər qalaların və paytaxt şəhəri Zamrinin mövcud olması sənətkarlıq istehsalının yüksək səviyyəsi Assuriya kimi güclü düşmənə müqavimət köstərməsi göstərir ki, Ameka çarlığı artır dövlət idi. Uzun müdddət Zamiya torpaqlarında yerləşən Anikurnasirapol bu torpaqların xeyli hissəsini tabe etmişdir və burada Dur-Apmur qalaçığı tikdirmişdir. Bu torpaqları Assuriyalılar sonralar Zamiya və ya Mizamiya adlandırmışlar.Ərazinin qalan hissəsi isə Daxili Zamiya adlanmaşdır.Daxili Zamiyada er.ev. 856-ci ildə Assuriyalılar Nikdilo və Nikdlara hakimlərə ilə mübarizə aparmışlar. Onlarla III Salmanasarın (er.ev. 868-825) qoşunları arasında müharibə baş vermiş və salmanasarlar onları məğlubiyyətə uğratmışdır. Urmiya gölünün qərb sahillərindı müstəqil Gilzan vilayəti mövcud idi. Er.əv. 856-cı ildə III Salmanasar qarşı mübarizə aparan gilzanlılar məğlubiyyətə uğramış və ona vergi verməyə məçbur olmuşlar. Bir sıra vilayətlərin assuriyalılara qarşı birgə çıxışları onların uzun müddətli müqaviməti göstərir ki, er.əv. I miniliyin əvvələrində Urmiya ətrafı vilayətlərdə birləşmiş birliklərin yaraşması məhkum xarakterli kəsb etmişdir, müstəqil hərbi-siyasi qurum idi. Bu vilayətlərdə güclü qala şəhərlərin aşgara çıxırılması burada ilk dəfə dövlət birliklərin meydana çıxdığını söyləməyə əsas verir. Urmiya gölü ətrafı rayonlarda möhkəmlənmiş qalaların mövcud olması arxeoloji qazıntılarla da sübut edilir. Manna dövləti

Müasir Cənubi Azərbaycanın ərazisi e.ə. II miniliyin sonu və xususilə er.ev.I minilikdə Assuriya və Urartu carlarının yürüşlərində adı çəkilən qədim dövlətlərin ərazisini əhatə edir. Urmiya gölünün ətrafında və ondan cənub və Şərqə doğru ərazidə yerləşən bu kiçik dövlətlər—Zamua, Gilzan, Allabria, Messi, Manna, Parsua, Uişdiş, Qızılbunda, Andia, Zikertu, Sanqibutu, Puluadi və b. qədim Şərq Dövlətləri—Assuriya və Urartunun daimi ekspansiya obyekti olmuşdur. Er.əv. IX əsrin ortalarında bu ölkələr içərisində Manna seçilməyə başlayır. Er.əv. VIII əsrin əvvəllərində Manna böyük dövlət birləşməsinə çevrilir, qonşu vilayətləri zəbt edərək.Assuriya çarlarına fəal müqavimət göstərir, Urartu ilə mübarizə aparır. Mannanın sərhədləri Cənubda Diyala və Kiçik Zab çaylarının yuxarılarına, Şərqdə təqribən Xəzər dənizinə, şimalda Araz çayına, qərbdə isə Urmiya gölü sahilinədək uzanırdı. Təəsüf ki, Manna çarlarının özlərinin yazılı məlumatları bizə gəlib çatmamışdır. Cənubi Azərbaycan ərazisində olan müxtəlif dövlət birlikləri barədə məlumatları biz Assuriya və Urartu mənbələrindən və bu ərazidə tapılan qayaüstü yazılardan götürürük. Ölkə haqqında yazılı mənbələrin kəsirini arxeoloji qazıntılar zamanı aşkara çıxarılan maddi mədəniyyət abidələri doldurur. Cənubi Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ərazidə yaşayan tayfaların iqtisadi və mədəni inkişafına təkan verdi. Ərazinin zənginliyi qonşu dövlətlərin daimi diqqətini cəlb edirdi. Urmiya ətrafı ərazi hələ III miniliyin ikinçi yarısından yazılı mənbələrdə yer tutur. Bu ərazidə yaşayan ən qədim etnik qrup kutilər hesab olunur. E.ə III miniliyin sonunda Akkad mənbələri Urmiya gölünün cənub-şərqində yerləşən ərazidə Lulubi tayfası barədə məlumat verir, görünür onlar çox güclü olmuş və Assurya çarları ilə daimi mübarizə aparmışlar. E.ə. I minilliyin əvvəlində lulubilərin yerləşdiyi ərazi Zamua adı ilə məşhurlaşmış, sonra isə bu ərazinin bir hissəsində mannalılar yüksəlir. Bu ad altında görünür bir neçə qohum tayfalar birləşir. Ancaq sonrakı dövrlərdə də, Manna dövlətinin çiçəkləndiyi dövrdə, bu ərazi “Lullume” adlanmaqda davam edir. E.ə. I minilliyin əvvəlindən Cənubi Azərbaycan ərazisində dövlətin formalaşması prosesi gedir. E.ə. IX əsrin ortasından burada Manna çarlığı fərqlənməyə başlayır. Urmiya ətrafı hövzədə e.ə. IX əsrin ortalarından başlayaraq Midiya dövlətinin yaranmasına kimi əsas siyasi qüvvə yerli əhalini birləşdirən Manna dövləti olmuşdur. Manna dövlətinin əhalisinin dil mənsubiyyətini hələlik müəyyən etmək mümkün olmamışdır. Bir qrup alimlər onu hurrit dilinə aid edir. Manna dövləti meydana gələnə kimi onun yerləşdiyi ərazidə bir neçə “çarlıqlar” mövcud olmuşdur. Urmiya gölündən cənubdakı ərazidə uzun müddət Zamuanın da adı çəkilir. Urmiya gölünün qərb sahi-lində Gilzan vilayəti müstəqil çıxış edir. İlk dəfə Gilzan adına Assuriya çarı II Turikilti-Ninutının salnamələrində rast gəlinir. Er.əv. 890-884-illərdə Gilzan ölkəsi Assuriyaya tabe olsa da burada görünür çar hakimyyəti saxlanılmışdır və ölkə vergi vermişdir. Bu dövlət birlikləri Assuriya kimi qüdrətli dövlətə qarşı daimi mübarizə aparmışlar. Bu isə onların qüdrətli dövlət birləşmələri olduğunu sübut edir. Bu dövlət birləşmələrinin ərazisində nəhəng möhkəmləndirilmiş qalalar olmuşdur. Artıq e.ə. I miniliyin əvvəlində Urmiya gölü ətrafı ərazidə şəhər-qalaların olması və ayrı-ayrı vilayətlərin birliyi üçün şərtlər Manna dövlətinin yaranması üçün şərait yaratdı. Mannanılar adı ilk dəfə er.əv. 843-ci ildə III Salmanasar dövründə “Minni” formasında çəkilir. Öz hökmranlığının 16-cı ilində er.əv. 843-ci ildə III Salmanasar yürüşlərini təsvir edərək məlumat verir ki, daxili Zamuada yaşayış məskənini tutaraq o, Munna ölkəsinə çatır. Ancaq burada Mannanı tutması barədə heç bir məlumat verilmir. Təkçə 14-ildən sonra, er.əv. 829-cu ildə Mannanın adı III Salmanasarın qarət etdiyi ölkələr içərisində çəkilir. Ancaq Mannanın Assuriyaya tabe edilməsi barədə məlumat verilmir, görünür III Salmanasar vergi almaqla kifayətlənmişdir. III Salmanasar dövründən mənbələr Manna çarları və ölkənin paytaxtı zirta sonralar İzirtu barədə məlumat verir. Çar Udakidən sonra Manna çarı İranzunun adı er.əv. 718-ci ildə Assuriya mənbələrində xatırlanır. Bu vaxtdan başlayaraq II Sarqonun məlumatlarından görünür ki, Mannadə çar hakimyyəti nəsillikçə keçmişdir. Aza və Ullusunu İranzunun oğlanları olmuşlar. Ahşeridən sonra Mannanı onun oğlu Uallı idarə etmişdir. Mannada dövlətin başında vərəsəlik hüququna malik çar dururdu. Dövlətin ərazisi vilayətlərə bölünür, onların başında isə çarın təyin etdiyi adamlar - çanişin dururdu. Mannada çarın hakimyyəti görünür ki, ağsaqqallar şürası olmasına baxmayaraq qeyri-məhdud olmuşdur. Bu çarın tərəfdarları və əleyhidarları arasında daimi mübarizəyə səbəb olurdu. Çar hakimyyətinin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişafı Mannaya Yaxın Şərqdə ən güclü dövlətlərdən biri olmaqa imkan verir. Manna ilə qonşu olan vilayətlər ona tabe olur və ya asılı vəziyyətə düşürlər. Manna çarı Ullusunun dövründə Urmiya gölünün cənub-şərqində yerləşən Missi vilayəti Mannaya birləşdirilir və onun sərhədlərində Sirdakka, Zirdiakka qalası tikilir. Manna çarı Ahşerinin dövründə isə Allabriya vilayəti şumerlər ilə birlikidə işğal olunur. Mannanın şərq sərhədlərində Qızılbund vilayəti yerləşirdi. Bu vilayət Mannanı Midiyalılıradan ayırırdı. Müasir Manna-Ərdəbil şəhərləri rayonunda Zikirtu vilayəti yerləşirdi.Bu vilayət Mannadan asılı olmuşdur. Vilayətin Parda adlı çar şəhəri olmuşdur. Mannanın şərq sərhədlərində ən uçqar vilayət Andia olmuşdur. Manna dövləti özünün güclü vaxtı Andianı Assuriyalılardan almış və özünə tabe etmişdi. Mannaya tabe olan vilayətlər içərisində Uişdiş vilayətinin də adı çəkilir. Bu vilayət müasir Marağa rayonu ərazisində yerləşmişdir. Mannanın şimal sərhədlərində Subi və Sanqibutu vilayətləri yerləşmişdi. Mannanın cənub-şərq torpaqları Midiyalıların torpaqları ilə həmsərhəd idi. Midiya tayfa ittifaqlarının adı ilk dəfə er.əv. 834-cu ildə III Salmanasar tərəfindən çəkilir. Mannanın qərbində qorxulu düşmən Urartu yerləşmişdi. Çar Minuadan başlayaraq er.əv. təqribən 810-781-ci illər Urartu çarları Manna barədə danışırlar. Minuanın oğlu I Arkişti er.əv. təqribən 786-764-ci illər və II Sardur er.əv. təqribən 760-730-ci illər dövründə Urartu çarlarının Manna vilayətlərinə qarşı yürüşləri ardıçıl xarakter daşıyır. Eyni zamanda Manna dövləti də Urartuya qarşı tez-tez çıxış edirdi. Manna dövlətinin öz qonşuları ilə daimi mübarizə etməsi onu zəiflədirdi. Ancaq buna baxmayaraq Manna güclü qonşuların bir-biri ilə vuruşmasından istifadə edərək öz ərazisini genişləndirməyə nail olurdu. Manna dövləti özünün çiçəklənmə dövrü çar İranzunun hakimyyətinin əvvəlində və ondan əvvəlki çarlar dövründə keçirmişdir. Təqribən er.əv. 719 və ya 716-cı ildə İranzunun ölümündən sonra onların oğlanları arasında mübarizə başlanır. Onun böyük oğlu Aza taxta çıxır və atasının Assuriyapərəst siyasətini davam etdirir. Ancaq o tezliklə öldürülür və Urartunun köməyi ilə onun qardaşı Ullusunu taxta çıxır. Assuriya isə bununla barışmayaraq Mannaya hücuma kecir və ölkəni qarət edir. Ullusunu Assuriya tərəfə keçməyə məçbur ilur və Assuriyanı Urartu ilə müharibədə müdafiə edir. Mannalılar Assuriya ordusunu taxıl məhsulları ilə, at, iri və xırda buynuzlu mal-qara ilə təmin edirdilər. Assuriyanın müharibədə Urartunu məğlub etməsi Mannaya öz sərhədlərini genişləndirməyə imkan verir. Mannanın möhkəmlənməsi ona hətta Sarqonun varisləri dövründə Assuriyanın bəzi vilayətlərini tutmağa imkan verir. Ahşerinin dövründə Mannalılar skiflərlə birlikdə Assuriyaya qarşı çıxırlar və ona qələbə çalırlar Ahşerinin adına biz Assuriya hökmdarı Asarxaddonun (Er. əv. 680-669-cu illər) məlumatlarında rast gəlirik. Assuriya ilə mübarizədə Ahşeri kimmerlər və skiflərin köməyindən istifadə etmişdir. Ahşerinin dövründə Manna Assuriya hökmdarı Aşurbanipalın er. əv. 669-627-ci illər hücumuna məruz qalır. Daxili ziddiyyətlər nəticəsində zəifləyən (er. əv. 660-659-cu ildə) Manna məğlubiyyətə məruz qalır və assuriyalılar mannalıların tutduğu Allabria vilayətini və Assuriya ilə qonşu olan digər əraziləri geri qaytarırlar. Bu məğlubiyyətdən sonra mannalılar Ahşeriyə qarşı çıxış edirlər və onu öldürürlər. Taxta onun oğlu Ualli çıxır və o, Assuriyanın qələbəsini tanıyır və ona xərac verir. Manna dövləti Assuriyanın er.əv. 616-cı ilə kimi müttəfiqi olaraq qalır və Assuriya-Babil müharibələrində Assuriyanın tərəfində vuruşur. Assuriyanı hələdiçi məğlubiyyətə uğradan Midiyalılar Yaxın Şərqdə güclü dövlət yaradırlar. Onlar təqribən er.əv. 615-610-cu illər artasında Manna dövlətini də özlərinə tabe edirlər. Manna dövlətinin son dəfə adı çəkilən yazılı mənbə Bibliyadır. Kitabda er.əv. 593-cu ildə Midiyalılarla birlikdə Urartu, Manna və skiflər Babilistana qarşı çıxış etməyə çağrılır. Yazılı mənbələr və arxeoloji materiallar (həsənli, Ziviya, Göytəpə və s.) Mannanın iqtisadi cəhətdən yüksək inkişafını sübut edir. Təsərrüfatın əsas növləri əkinçilik və maldarlıq olmuşdur. Atçılıq mühüm yer tuturdu. Geniş süni suvarma şəbəkəsi bağçılır və üzümçülüklə məşğul olmağa şərait yaradırdı. Mannada sənətkarlıq, metalişləmə geniş inkişaf etmişdi. Ziviya dəfinəsi, həsənludakı qızıl, gümüş və tunc əşyalar, dulusçuluq qara rəngli şürələnmiş keramika və şəhərsalma texnikasında Assuriya reyelfləri və həsənluda aşkar olunmuş saray kompleksi yüksək ustalığa nail olmuşdur. Mannada çoxlu şəhər müdafiə qalaları mövcud olmuşdur. Ehtimal ki, Mannada Assuriya mixi yazısına bənzəyən yazıdan istifadə olunmuşdur. Mannalıların formalaşmasında qədim yerli əhali kuti və lulubi tayfaları əsas rol oynamışlar. E.ə. I miniliyin əvvəllərində Mannanın tərkibində huri elementləri gücləndi. Sonralar bu əraziyə köçmüş irandilli tayfalar Mannaya qüvvətli təsir göstərir. Mannanılar təbiət qüvvələrinə sitayiş edir və allahlara qurban verirdilər. Mannada allahlar panteonu mövcud olmuşdur. Etiqadlarında həyat şəçərəsinə sitayiş də mühüm yer tuturdu. Mannalılar azərbaycanlıların əçdadlarından biri olmuşlar.


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin