Azərbaycan ərazisində sinifisz və erkən sinifli cəmiyyətin tarixi



Yüklə 15,17 Kb.
tarix17.10.2019
ölçüsü15,17 Kb.
#29367
Azərbaycan ərazisində sinifisz və erkən sinifli cəmiyyətin tarixi

Azərbaycan ərazisində sinifisz və erkən sinifli cəmiyyətin tarixi

Azərbaycan dünyanın ən qədim mədəniyyət ocaqlarından biridir. Əlverişli təbii-coğrafi şəraitə, zəngin fauna və flora aləminə, mülayim iqlimə malik olan Azərbaycan yer kürəsində ibtidai insanın formalaşdığı ərazilərdən biridir. Dünyada ilk insan qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmış, 2-3 mln., Azərbaycanda ibtidai insanın (Qarabağda Azıx, Tağlar, Kəlbəcərdə Zar, Naxçıvanda Qazma, Qazaxda Daşsalahlı, Damcılı, Lerikdə Buzeyir mağaraları) isə 1,5 mln. il b.ə. yaşadığı müəyyən edilmişdir.

Bəşər tarixinin inkişafının ilk mərhələsi olan ibtidai-icma cəmiyyəti şərti olaraq üç dövrə bölünür: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü.

İbtidai icma cəmiyyətinin ilkin mərhələsi olan Daş dövrü öz növbəsində üç mərhələyə bölünür:

- Qədim Daş dövrü (Paleolit);

- Orta Daş dövrü (Mezolit);

- Yeni Daş dövrü (Neolit).

Bu mərhələlərdən əlavə olaraq keçid dövrü sayılan Mis Daş dövrü (Eneolit) də vardır.

Tunc dövrü də öz növbəsində 3 dövrə bölünür.

-Erkən tunc dövrü (Kür-Araz mədəniyyəti)

-Orta tunc dövrü (Boyalı qablar mədəniyyəti)

-Son tunc dövrü (Xocalı-Gədəbəy mədəniyyəti)

Sinifsiz cəmiyyət sayılan bu dövrlərdə insanlar kollektivlər şəkilində yaşamışdır.

Dəmir dövründə artıq ibtidai icma süqut etməyə başlamız sinifli cəmiyyət, dövlətlər yaranmağa başlamızdır.

E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması müşahidə olunur. Tayfalar daxilində də güclü təbəqələşmə gedirdi. Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quruluşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı dəyişikliklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və yüksək bədii zövqlə hazırlanması, sitayişlə bağlı bütlərin yaranması, səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrdə qullar olmuşdu. Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən çoxlu silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zirehləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb işinin mühüm yer tutduğunu göstərir. İri tayfa ittifaqlarının yaranması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi.

E.ə. III minillikdə Azərbaycanın cənubunda erkən dövlət qurumları meydana gəlmişdi. Həmin dövlət qurumlarının Mesopotamiyanın şəhər dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələri var idi.



E.ə. III-II minillikdə Urmiya gölü ətrafında lullubi, kuti, su, turukki, Arazdan şimalda Naxçıvan və Mil-Qarabağ ərazilərində naxç, gərgər tayfaları və s. yaşamışlar. Su (sub) və turukki (turukk) tayfaları lullubi tayfa birliyinə daxil olmuşlar.

E.ə. III minillikdə Mesopotamiyada əvvəl Şumer şəhər-dövlətləri, sonra Akkad dövləti mövcud olmuşdur. Azərbaycan ərazisində yaranmış dövlət qurumları ən çox Mesopotamiya dövlətləri ilə hərbi münaqişələrə girməli olurdular. Aratta ilə Şumer arasında gah düşmənçilik, gah da dostluq münasibətləri olurdu. Aratta dövləti Azərbaycanın e.ə. III minilliyin I yarısında siyasi tarixində mühüm rol oynamışdı. Aratta hökmdarları müdrik siyasət yürüdür, öz ölkələrini müdafiə edir, Şumeri tabe etmək tədbirləri görürlər.
Yüklə 15,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin