10-12ci əsr Azərbaycan dövlətlərinin şəhər və kəndlərində müsəlman əhalisi ilə yanaşı,
xaçperestlər də yaşayırdılar ki ,bunlar da ,əsasən, albanlardan ibarət idilər.Azərbaycanın
xristian əhalisi onlarin dinləri ilə uzlaşan,alban kilsələri və xaçpərəstləri üçün yazılmış,tərtib
edilmiş hüquq normalarından da istifadə edirdilər.Həmin dövrdə meydana çıxan hüquq
mənbələrindən biri xaçpərəst albanlar üçün alban katolikosu 3-cü Stepannosun təkidli xahişi
ilə Gəncə şəhərinin kilsə xadimi Mxitar Qoşun tərəfindən 12ci əsrin axırlarında ,daha dəqiq
1184cü ildə tərtib etdiyi “Qanunnamə”dir.Bu *Qanunnamənin*alban hüquq mənbəyi
olduğunu sübuta yetirən çoxsaylı faktlar vardır və bunların da əksəriyyəti elə Mxitar Qoşun
özü tərəfindən həmin qanunun giriş hissəsində yazmış olduğu müddəalarda öz əksini
tapmişdir.Mxitar Qoşun ”Qanunnaməsi”ni tərtib edərkən islam qanunlarindan da geniş
istifadə etmişdir və bu məsələ həmin hüquqi sənədin məzmununda qeyd
olunur.“Qanunnamə 3 hissədən ibarətdir:giriş hissə,kilsə qanunlari adlanan ikinci hissə və
dünyəvi qanunlar adlanan üçüncü hissə.Giriş hissədə bu qanunun yazılması zamanı rəhbər
tutulan mənbəler qeyd olunmaqla bərabər ,xaçpərəst mehkemelerinin yaradılmasının
zəruriliyi,məhkəmə
quruluşu
və
mühakimə
icaatının
bəzi
məsələri
əks
etdirilmişdir.Məhkəmədə andiçmə qaydası müəyyən edilir ve bu zaman, iki növ anddan-
təsdiq və inkar andından istifadə olunması nəzərdə tutulurdu.Az əhəmiyyətli işlərdə and
içilməsinə yol verilmirdi.Rahiblərin and içməsi ümumiyyətlə qadağan idi və onlar belə hala
yol verdikdə daha ağır cəzaya məruz qalırdılar.Qanunnamənin ikinci hissəsi yəni kilsə
qanunları 124 maddədən ibarət idi.Bu müddəalarda kilsə təşkilatı və həyatı,ər-arvad və ailə
münasibətləri,qeyri-xristianlarla münasibət,ölüm və xəsarət yetirmə,kilsə,əxlaq,nikah
münasibətləri,vərəsəlik və əmlak bölgüsü məsələləri əks etdirilmişdir.Ikinci hissəyə daxil
olan müddəalari araşdırarkən, mülki hüquq münasibətləri, xüsusilə mülkiyyət və vərəsəlik
hüququ,ailə hüququ, cinayət hüququ ilə bağlı çoxsaylı normalara təsadüf edilir.Mülkiyyət
hüququnun iki formasını-kilsə mülkiyyəti və xüsusi mülkiyyəti önə çəkən kilsə qanunları
onların üzərində sahiblik,istifadə,sərəncam hüquqlarını ətrafli şərh edir.Vərəsəlik
normalarının əks etdirildiyi müddəalarda əmlakın qanunun əsasında və vəsiyyət üzrə miras
olaraq bölüşdürülməsi qeyd olunur.
“Kilsə qanunları”da ən geniş yer tutan müddəalar ailə- nikah münasibətlərilə bağlı
idi.Qanunnamədə ailə xristian dininin özəyi kimi qəbul edilir və onun kənar
təsirlərdən,xüsusilə də digər dinlərin təsir dairələrindən kənar saxlanılmasına səy
gostərilirdi.Qanunun ikinci hissəsində cinayət və cəza məsələlərinə də geniş yer
ayrılır.Cinayətlərinin din əleyhinə,şexsiyyet,əmlak cinayetleri kimi kateqorıyaları mövcud
idi.Ailə münasibətlərindən yaranan cinayətlərin dairəsi daha genişdir.”Kilsə qanunlari”nda
cəza sistemi olduqca müxtəlif sanksiyalar yığnağından ibarət şəkildə əks etdirilmişdir.Daha
çox tətbiq edilən cəzaların içərisində əvəzin ödənilməsi, ruhani rütbələrindən,məhrum
olunma,qan bahası və s.var idi.“Qanunnamənin” “Dünyəvi qanunlar”adlanan üçuncü hissəsi
130 maddən ibarət olub,müxtəlif ictimai münasibətləri tənzimləyir.Qanunun bu hissəsində
dünyəvi məhkəmələr barədə məlumat verilsə də, yenə də əsas mühakimənin dini
məhkəmələr tərəfindən aparıldığı önə çəkilir.”Dünyəvi qanunlar”ın böyük bir hissəsini mülki
hüquq münasibətlərini özündə əks etdirən normalar təşkil edir.Hüquqi statusuna görə əhali
2 növə bölünür:imtiyazlılar-hökmdar,knyaz,ağa,ikincisi isə imtiyazsız azad statuslular və
təhkimli kəndlilər,həmçinin şəhər əhalisinin aşağı və orta təbəqələri.Mülkiyyət hüququnun
formaları qismində bu hissədə ,əsasən, xüsusi mülkiyyətin üzərində dayanılır.Bütün
torpaqlarin hökmdar və knyazlara mənsub olduğu baxımından təbii sərvətlərin də,
tapıntıların da onlara məxsusluğu qanunla rəsmiləşdirilir.”Qanunnamə”nin bu hissəsində
vərəsəlik hüququna dair normalar da əks etdirilmişdir.Burada müsəlman hüququnun təsiri
açıq-aşkar hiss olunur.Cinayət və cəza məsələləri də qanunnamədə ətraflı şərh
edilmişdir.Burada dövlət,din,əxlaq,ailə və nikah əleyhinə cinayətlər,əmlak cinayətlərini və
şəxsiyyet əleyhinə olan cinayətləri fərqləndirmək olar.
Dostları ilə paylaş: