14. Səfəvilər dövründə məhkəmə və proses
Məhkəmə və proses. Məhkəmə orqanları Azərbaycan Səfəvilər dövlətinin mürəkkəb və
çoxşahəli dövlət aparatında mühüm yer tuturdular. Məhkəmə sistemi ilə sıx təmasda olan
hüquqi məsələlər iki hissəyə bölünürdü. Birincisi ürfi,yəni cinayət,ikincisi isə şəri hüquq
adlanırdı. Ürfi hüquqa 4 cinayət hadisəsi-ölüm,namusa təcavüz,diş sındırma və göz
çıxartma daxil idi. Ürfi hüquqa aid məsələlərlə divanbəyi,bəylərbəyi, darğa , şəri hüquqa aid
olan məsələlərlə isə başda sədr olmaqla şeyxülislam və qazi,yəni şəri hakimlər məşğul
olurdular. Səfəvilər dövründə Azərbaycanda dünyəvi məhkəmələr,şəriət məhkəmələri və
korporativ məhkmələr fəaliyyət göstərirdilər. Dünyəvi məhkəmə fəaliyyəti dövlətin Ali divanı
tərəfindən həyata keçirilirdi. Məhkəmə divanxanasına divanbəyi rəhbərlik edirdi. Şəriət
məhkəmələri isə sədrin qazı ül-qüzzatın,şeyxülislamın və qazının başçılığı ilə şəri hüquqa aid
məsələlərin çözülməsi ilə məşğul olurdu. Hər bir məhkəmə iclasında qazının 2 müavini
olurdu. Onlar kiçik ixtilafları həll edirdilər. Dini mühakimə icraatında şəhərin darğası və ya
onun nümayəndəsi iştirak edirdi. Ölkədə ali məhkəmə hakimiyyəti şaha məxsus olduğundan
bəzi hallarda özü bu fuksiyanı həyata keçirirdi. Korporativ məhkəmələr sənətkar birliklərində
baş verən mübahisəli halları,ayrı-ayrı şəhər məhəllələrində rast gəlinən xırda əhəmiyyətli
münaqişələri həll etmək məqsədilə təşkil edilirdi.
|