Azərbaycan Hüquq Tarixi


-ci əsrdə hüquq mənbələrinin ümumi xarasteristikası



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə19/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   ...   15   16   17   18   19   20   21   22   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

 

 



 

13.15-ci əsrdə hüquq mənbələrinin ümumi xarasteristikası

 

Səfəvilər dövründə də hüququn əsas mənbəyi qismində İslam hüququ çıxış edirdi.İslamın şiə 



məzhəbinin prinsipləri əsas götürülsə də, sünni məktəbinin hüquqi toplularından da  istifadə 

olunması qadağan edilmirdi.Şah İsmayil şiə məzhəbini rəsmi dövlət dini elan etməklə yanaşı, 

ədalət 

məhkəmələri 

sistemində 

şiəliyi 


əsas 

götürməklə 

hənəfilərin,şafiilərin,malikilərin,hənbəlilərin və digərlərinin fiqhe dair, şiə doktrinasına zidd 

olmayan  toplularının  da  nəzərə  alınmasını  tövsiyə  etmişdi.Azərbaycanda  islamın 

şiələşdirilməsi 1-ci İsmayılın pul islahatındada öz ifadəsini tapmışdı .Səfəvilərin hakimiyyəti 

dövründə  də  onun  qanunvericilik  bazasını  və  mənbəyini  əsasən  Quran  ,hədislər  və  digər 

köməkçi  mənbələr  təşkil  edirdilər  .Onlar  şiəliyin  tendensiyalarına  zidd  olmayan  sünni 

hədislərini  əxbar  edirdilər.Çünki  onların  məzmunu  çox  zaman  hər  iki  məzhəb  tərəfindən 

mübahisə doğurmayan ümumi prinsipləri əks etdirirdi . 16-17-ci əsrlərdə müsəlman hüququ 

sahəsində çoxsaylı elmi əsərlər,toplular yazılmış və bu hüquqi topluların əksəriyyəti hakimlər 

tərəfindən bu və ya digər  məsələnin həlli zamanı tətbiq edilirdi. Hər hansı əməlləri törədən 

insanların  təqsirkar  olub  -olmamasının  müəyyənləşdirilməsi  həvalə  edilən  şəxslərin  öz 

qərarlarında yalnız qanunlara kor təbii olaraq istinad etməmələri,daxili inama uyğun olaraq 

hərəkətetmələri bu fiqh əsərlərində bir ümumi xətt olaraq götürülmüşdür. 




●  İctimai-siyasi  həyatın  müxtəlif  sahələrinə  dair  qəbul  edilmiş  yeni  normativ  aktlar 

Azərbaycanda  hüququn  mühüm  mənbələrindən  biri  olan  qanunun  mahiyyətcə 

yeniləşməsinə 

 

 



 gətirib  çıxarırdı.Bununla  belə,dövlət  başçıları  tərəfindən  verilən  fərmanlar,qanunnamələr 

,hər  hansı  dövlət  islahatları  islam  hüququnun  əsas  prinsipləri  ilə  ziddiyyət  təşkil 

etməməlidilər. 

16-17-ci əsrlərdə müxtəlif məsələləri tənzimləyən normativ  aktların içərisində hələ əvvəlki 

əsrin  70-ci  illərində    tərtib  edilmiş  ,Uzun  Həsənin    Qanunnaməsi  mühüm  rola  malik  idi 

.Qanunnamədə  əksetdirilən  normalar ,xüsusilə  kəndlilərin  hüquqi   vəziyyəti ,mal və divan 

vergiləri  ilə  bağlı  müddəalar  1556-cı  ilədək  Səfəvilərin    ərazisində    hüquqi    qüvvəsini  

saxlamışdı . 

Həsən bəy Rumlunun“Əhsənüttəvarix “,Fəzli ibn Zeynalabdin ibn Ruhulla Xuzaninin “Əfzələt-

təvarix“(“Tarixlərin ən ləyaqətlisi“) adlı əsərlərini qeyd etmək  olar.Xüsusilə də axırıncıda –

“Əfzələt-təvarix“də digər  məsələlərlə  yanaşı, hökümdarların,əsasəndə 1-ci Təhmasibin bəzi 

fərman ,hökm və məktublarının surəti eynilə verilmişdir.Burada Səfəvilər dövrünün  mühüm 

hüquq    məsələlərindən  biri  olan  “Dəsturül-əməl-i  Şah  Təhmasib“adlanan  qanunnamə 

barədə məlumat verilir.1556-cı ildə tərtib edilmiş həmin qanunnamənin (1617-ci ilə qədər 

qüvvədə  olmuşdur.)tam  mətni  dövrümüzə qədər  gəlib  çatmamışdır  və  “Əfzələt-təvarix“-ə 

istinadən  bu  qanunun  vergilərin  növü  və  miqdarını,mükəlləfiyyətləri,cərimələri,onların 

miqdarı və tətbiqi qaydasını,hərbçilərin statusunu  ,təminat və təchizatı məsələlərini,habelə 

mülki məsələləri, ümumilikdə mülki məsuliyyət və cinayət məsuliyyəti ilə bağlı müddəaları 

və.s.hüquq normalarını əksetdirdiyi nəzərə çarpır. 

Qanunnamə  96  maddədən  ibarət  idi.Belə  qanuna  görə    adam  öldürmək  ,göz 

çıxarmaq,başyarmaq,namusa  toxunmaq  cinayətin  4  əsas  növü  hesab  olunurdu.Ona 

“ehdaseərbə'ə”(dördhadisə)  deyilirdi.Rəsme-möhdes  və  ya  ehdas  qeyd  edilən  bu  dörd 

cinayətdən biri törədildikdə təqsirkardanalınırdı.Həmin dövrün mütəfəkkiri və dövlət xadimi 

İskəndər  Münşinin  “Tarix-i  aləmarayi  Abbasi”adlı  dövrün  həm  tarixi,  həm  də  hüquqi 

məsələlərini  özündə  əksetdirən  əsəri  qiymətli  bir  mənbədir.O  dövrün  hadisələrinin 

,Səfəvilərin  hakimiyyət  tarixinin  şərhi  ilə  yanaşı  ,burada  dövlət  quruluşu  ,dövlət 

hakimiyyətinin sturukturu haqqında, ələl xüsus dövlətin ali vəzifəli şəxslərinin təyin edilmə 

qaydası  barədə,  aqrar-hüquq,  vergi  siyasəti,  və  beynəlxalq  hüquq  haqqında  bir  sıra 




məlumatlar verilir.Qanun qarşısında hamının bərabərliyi prinsipinin cəza təyini məsələsində 

də önə çəkilməsi qeyd olunurdu . 

Tərtib  olunmasında  İskəndər  Münşinin  yaxından  iştirak  etdiyi  digər  bir  mənbədə-

“CameyiAbbas”  adlanan  hüquqi  topluda  müxtəlif  məslələrlə  bağlı  verilmiş  fərmanlar  əks 

etdirilmiş və fərmanlarda başlıca olaraq dövlət hüququna ,aqrar hüquq ,beynəlxalq hüquq, 

cinayət və cinayət prosesual hüquqa aid normalar tənzimlənmişdir.Hərbi islahatın əsasında 

duran fərmanların məzmunu maraq doğurur. 1-ci Abbasın dövründə fərmanlardan biri də 

pul islahatını nəzərdətuturdu.17-ci əsrin sonlarında Sultan Hüseyn tərəfindən vergilərlə bağlı 

yeni fərman verilmiş və burada mövcud vergilərin miqdarının artırılması iləyanaşı ,üç yeni 

vergi  növü  də  müəyyən  edilmişdi:”ab-i  kuran  (su  kanalının  ,arxının  tikintisində  iştirak 

edəbilməyənlərdən    alınırdı);”şahzadə  ixracatı“(şahzadələrin  ehtiyaclarının  ödənilməsi 

məqsədilə  nəzərdə  tutulan  yığım)  və  “şeşdinar”  adlanan  ,digərdinə  mənsub  olanlardan 

tutulan can vergisi. 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin