7.”Aquen kanonları ”- erkən feodal Albaniyasının hüquq mənbəyi kimi
Albaniya ərazisində ən mühüm yazılı hüquq mənbələrindən biri də Aquen kanonları
idi.Bu yazılı hüquqi abidə Aquen adlanan yerdə- V əsrdə Alban padşahı III Vaçaqan
tərəfindən çağırılmış Aquen məclisinin kanonikqərarlarındanibarətdir.Vaçaqanın
bu yığıncağı çağırmaqda məqsədi, bir tərəfdən əsilzadələr və qara camaat
arasındakı çəkişmələri həll etmək idi.
Aquen kanonları -Alban cəmiyyəti haqqında ,dünyəvi və kilsə iyerarxiyası haqqında
,Alban əyanlarının hüquqi vəziyyəti haqqında ,torpaq sahibliyinin və torpaqdan
istifadənin formaları barədə ,istismarın formaları və icmal idarəçiliyi haqqında
qiymətli, çoxcəhətli məlumat verən bir mənbədir. Bu kanonlar dövlət və ailə
hüququ sahəsində bir sıra normalar müəyyən edib yeni hüquq münasibətlərini
özündə əks etdirir.
Kanonlar sonradan alban dilindən erməni dilinə tərcümə edilmiş və bizə qədim
erməni dilində gəlib çatmışdır.Onların orijinalı isə hələ də məlum deyildir.Aquen
kanonları ayrıca dərc edilməmişdir.Onlar həm Musa Kalankatlının “Alban
tarixi”nintərkibində ,həm də “Erməni konanları kitabı” – “ Konanaqirk”in tərkibində
dərc etdirilmişdir.”Kanonaqirk”inqədim erməni əlyazması 1098- ci ildə
Kilikiyadaköçürülmüşdür.
Aquen məclisi tərəfindən hazırlanmış və qəbul edilmiş kanoniki nizamnamə girişdən
və iyirmi bir maddədən ibarətdir .Giriş hissəsində məclisin çağırılma səbəbləri
barədə danışılır.
Aquenkanonlarını şərti olaraq dördqrupa bölmək olar :
Dostları ilə paylaş: |