Azərbaycan Hüquq Tarixi


III-VII əsrlərdə cinayət və cəza



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   2   3   4   5   6   7   8   9   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

5.III-VII əsrlərdə cinayət və cəza

 

Cinayət hüququ.Bütövlükdə Azərbaycanın ərazisində qüvvədə olan və tətbiq 

edilən  bütün  hüquqi  sənədlərdə  cinayət  hüququ  ilə  bağlı  normalar  öz  əksini 

tapmışdır.Matikanda əks etdirilmiş bütün deliktlər aşağıdakı qruplara bölünür: 

1)  Şəxsiyyət əleyhinə olan cinayətlər 

2)  Əmlak hüquqlarına münasibətdə meydana gələn cinayətlər 

3)  Dini və etik normalara qarşı yönələn əməllər 

4)  Öhdəliklə bağlı sazişlərlə əlaqədar yaranan hüquq pozuntuları 

5)  Məhkəmə cinayətləri 

6)  Vəzifə cinayətləri 

Bu dövrdə törədilmiş cinayət əməllərinə görə Qanunamədə aşağıdakı cəzaların 

verilməsi nəzərdə tutulurdu: 

1)  Fiziki cəzalar 

2)  Əmlak ödəməklətəqsirin yuyulması 

3)  Əvəzli işləmə 

4)  Həbsxanaya salınma 

5)  Ölüm cəzası və s. 



Qafqaz  Albaniyasında  cinayət  hüququna  aid  olan  məsələlər  kanonlarda  da  öz 

əksini  tapmışdır.  İctimai  münasibətlərin  geniş  dairəsini  tənzim  edən  cinayət 

hüquq normalarının ifadə olunduğu əməlləri kanonlar üzrə 3 qrupa bölmək olar: 

1)  Din və ictimai qaydalar əleyhinə olan cinayətlər 

2)  Mülkiyyət əleyhinə olan cinayətlər 

3)  Şəxsiyyət əleyhinə olan cinayətlər 

  Brinci  qrup  cinayətlərə  qadını  səbəbsiz  boşama,  ölmüş  heyvanın  ətini 

yemək,cadugərlərə müraciət etmək və s. kimi əməllər daxildir. 

  Mülkiyyət əleyhinə cinayətlərə rahiblik edən şəxs tərəfindən monastra aid olan 

hər hansı bir  əşyanın oğurlanması, mənimsənilməsi və ya müəyyən məqsədlər 

üçün israf edilməsi aiddir. 

  Şəxsiyyət əleyhinə cinayətlər xəsarət yetirmə, adamöldürmə, dava-dalaş və s. 

kimi əməlləri əhatə edirdi. 

  Kanonlar  obyektiv  cəhətdən,  əsasən,  hərəkətlə  edilən  cinayətləri  nəzərdə 

tuturdu. 

 

 



 

 

 



 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin