4.X-XII əsrlərdə Azərbaycanda hüququn mənbələri və xüsusiyyətləri
Azərbaycanın hüquq tarixində X-XII əsrlər özünəməxsus xüsusiyyətlərə malik
olan dövrlərdən biridir. İctimai-siyasi proseslərin sürətlə baş verdiyi bu dövr ilk
növbədə yeni,müstəqil Azərbaycan feodal dövlətlərinin meydana çıxması və
onların ərazisində yeni hüquq münasibətlərinin formalaşması və inkişafı ilə yadda
qalmışdır.
Bu dövrdə islam dini bütün dövlətin ərazisində hakim mövqeyə malik
olduğundan onunla üzvü surətdə bağlı olan müsəlman hüququ, eləcə də bütün
qanunvericilik sistemini əhatə edən şəriət öz hüquqi qüvvəsini bu dövrdə də
saxlayırdı, yəni əsas hüququn mənbəyi qismində, ərəb işğalı dövründə olduğu
kimi, müsəlman hüququ çıxış edirdi. Müsəlman hüququ isə Qurandan,
Sünnədən, İcmadan, Təfsirdən, Qanundan və digər mənbələrdən qaynaqlanırdı.
Həmin dövrdə hüququn mənbələri içərisində fərmanlar əhəmiyyətli yer tututdu.
Şirvanşahlar və Eldənizlər dövlətləri tərəfindən, xüsusilə Azərbaycan Atabəylər
dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz tərəfindən verilən fərmanlarda ictimai-
siyasi həyatın müxtəlif sahələri ilə, o cümlədən torpaq münasibətləri, əhalinin
hüquqi vəziyyəti, vergi sistemi, mülkiyyət və vərəsəlik hüququ, inzibati hüquqla
bağlı normalar əks etdirilmişdi.
Azərbaycanda həmin dövrdə inzibati hüquq, maliyyə və torpaq hüququnun
özəlliklərinin aşkarlanması baxımından bir mənbə kimi o dövrün dövlət və
ictimai-syasi xadimi, bacarıqlı siyasətçi Əbu Əli Həsən ibn Xacə Nizamülkün
Siyasətnaməsi mühüm əhəmiyyət kəsb edirdi. Siyasətnamədə dövləti idarəetmə
qaydalarından bəhs edilir, dövlət hakimiyyətinin möhkəmləndilməsi baxımından
ölkənin ədalət prinsipəri əsasında idarə edilməsi önə çəkilir.
Siyasətnamədə mülkiyyətin formaları, onların hüquqi xarakteristikası, maliyyə
hüququ ilə bağlı məsələlər, habelə ayrı-ayrı cinayətlərin kateqoriyaları haqqında
məlumat verilir.
O dövrün xarakterik hüquqi abidələrindən biri Kitabi-Dədə Qorqud hesab edilir.
Bu mənbədə əsasən adət hüququdan bəhs edilir. Lakin bununla yanaşı, eposda
cinayət və cəza məsələlərinə də az da olsa yer ayrılmışdır. Dövlətə qarşı qiyam,
ayrı-ayrı dəstələrin bəylərə qarşı sui-qəsdləri, hökmdar əleyhinə çıxışlar barədə
müəyyən boylarda məlumat verilir və bu əməllərə görə ağır cəzalar, əksər
hallarda ölüm cəzası nəzərdə tutulsa da, bəzi hallarda günahın bağışlanmasına
yol verilirdi.
Həmin dövrdə meydana çıxan hüququn mənbələrindən biri də xaçpərəst
albanlar üçün Gəncə şəhərinin kilsə xadimi Mxitar Qoşun 1184-cü ildə tərtib
etdiyi Qanunnamədir. Qanunamə 3 hissədən ibarətdir; giriş hissə, kilsə qanunları
adlanan ikinci hissə və dünyəvi qanunlar adlanan üçüncü hissə.
Giriş hissədə bu qanunun yazılmasının səbəbləri, tarixi və şəraiti, onun
əhəmiyyəti və qanunun yazılması zamanı rəhbər tutulan mənbələr qeyd
olunmuşdu.
Qanunnamənin ikinci hisəsi, yəni kilsə qanunları 124 maddədən ibarət idi. Bu
müddəalarda kilsə təşkilati və həyati, ər-arvad vəailə münasibətləri, qeyri-
xristianlarla münasibət, ölüm və xəsarət yetirmə, kilsə, vərəsəlik və əmlak
bölgüsü məsələləri əks etdirilmişdir.
Qanunnamənin dünyəvi qanunlar adlanan üçüncü hissəsi 130 maddədən
ibarət olub, müxtəlif ictimai münasibətləri tənzimləyir. Bunları müəyyən
qruplaşmalara – hakimlər vəmühakimələrlə bağlı, kəndlilər və xidmətlərlə bağlı,
təbii və milli sərvətlər haqqında, şəxsə xəsarət yetirmə və ölüm haqqında,
oğurluq, dələduzluq haqqında, ticarət və mülki münasibətlər haqqında və eləcə
də digər məsələlərlə bağlı müddəaların əks etdirildiyi bölümlərə ayırmaq olar.
Dostları ilə paylaş: |