Azərbaycan Hüquq Tarixi


 Erkən əsrlərdə (III- VII) Azərbaycanda məhkəmə və proses



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   2   3   4   5   6   7   8   9   10   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

6. Erkən əsrlərdə (III- VII) Azərbaycanda məhkəmə və proses 


Həmin  dövrdə  Albaniyanın  məhkəmə  sistemi  iki  pillədən  ibarət  idi:  kilsə 

məhkəmələri  və  saray  məhkəmələri.  Kilsə  məhkəməsi  kilsə  xidmətçiləri  və 

qulluqçularının  qeyri-qanuni  əməlləri  ilə  və  sadə  camaatın  dini  vəzifələrinin 

pozulması ilə bağlı məsələlərə baxırdı. 

  Saray  məhkəməsinin  aidiyyatına  ailə-nikah  işlərinə,  din  əleyhinə  əməllər, 

adamöldürmə, habelə törədilməsinə görə ölüm cəzası nəzərdə tutulan və o dövr 

üçün ən ağır hesab edilən digər cinayətlərə baxılması və həll edilməsi daxil idi. Bu 

məhkəmədə , həmçinin dünyəvi əyanlarla ruhanilər arasındakı mübahisələrə də 

baxılırdı.  

  Hökmdarın  özünün  başçılıq  etdiyi  saray  məhkəməsi  ölkənin    ali  məhkəməsi 

hesab  edilirdi.  Kilsə  məhkəməsinin  çıxardığı  qərarlardan  saray  məhkəməsinə 

şikayətlər  verilə  bilərdi  və  bu  baxımdan  da  kilsə  məhkəməsinə  münasibətdə 

saray məhkəməsi ali məhkəmə funksiyalarını icra edirdi. 

  Əsasən, kanonların məzmunundan bəlli olur ki, mühakimə icraatı açıq şəkildə 

və  çəkişmə  şəraitində  keçirilirdi.  Bununla  yanaşı,  proses  zamanı  müxtəlif 

işgəncələrin tətbiqi də istisna edilmirdi. Əsas sübut növü qismində şəxsi etiraf və 

ya şahid ifadəsi çıxış edirdi. 

  Azərbaycanın  cənub  hissəsində  də  dini  və  dünyəvi  məhkəmələr  fəaliyyət 

göstərirdilər.  Ali  məhkəməyə  baş  kahin  başçılıq  edirdi  və  əksər  hallarda  bu 

məhkəmə apellyasiya instansiyası rolunu oynayırdı. Ostanlarda və rustaklarda bir 

çox  mülki  və  cinayət  işləri  üzrə  ədalət  mühakiməsi  din  xadimləri  tərəfindən 

aparılırdı.  Dünyəvi  məhkəmə  idarələrində  iki  kateqoriya  hakimlər  fəaliyyət 

göstərirdilər: kiçik və böyük hakimlər. Xarakterindən aslı olaraq iddialar ya kiçik, 

yada k, böyük hakimlər tərəfindən baxılırdı. 

Matikanın  məhkəmə  icraatı  ilə  bağlı  fəsillərdə  baxılan  məsələlərin  dairəsi  çox 

genişdir.  Burada  Sasani  hökmranlığı  dövründə,  Adərbayqan  və  Albaniyada 

məhkəmələrin  təşkili,  məhkəmə  təcrübəsində  rəhbət  tutulan  əsaslar  və 



mühakimə  icraatının  ümumi  prinsipləri  və  s.  ilə  əlaqədar  məsələlər  əhatə 

edilmişdir. 

  Həmin dövrdə məhkəmə prosesinin aparılması  üçün müəyyən məbləğdə rüsum 

ödənilməli idi. Sənədlərin tərtib edilməsinə çəkilən xərclərdə tərəflərin üzərinə 

qoyulurdu.  Bütün  hallarda  işin  aparılması  üçün  ödənilməli  olan  bu  məbləğin 

miqdarı 95 dirhəmdən çox olmamalı idi. 

  Hakimlər işə baxarkən, Qanunnamədə öz əksini tapmış hüquqi nasklardan, baş 

kahinlərin göstərişverici məktublarından, hüquqi kazuslardan istifadə edirdilər. 

Qanunnamədə bu hüquqi kazuslara çox geniş yer verilmişdir. 

  Məhkəmə qərarı yazılı sənəddə öz əksini tapır. Əsasən, tərəflər məhkəmə qərarı 

ilə  razılaşmadıqda,  işə  böyük  hakimin  iştirakı  ilə  yenidən  baxılır  və  yaxud  ali 

apellyasiya instansiyasına ali kahin məhkəməsinin icraatına göndərilirdi. Ali kahin 

məhkəməsinin  çıxardığı  qərarlar  qəti  qərar  hesab  edilir  və  onlardan  şikayət 

verilməsi nəzərdə tutulmurdu. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin