Azərbaycan Hüquq Tarixi


Avesta qanunlarında hüququn ayrı ayrı sahələrinin xüsusiyyətləri



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/59
tarix10.05.2022
ölçüsü0,64 Mb.
#57334
1   2   3   4   5   6   7   8   9   ...   59
AHT konspekt ( çıxartmaq üçün ) 1

 

2.Avesta qanunlarında hüququn ayrı ayrı sahələrinin xüsusiyyətləri. 

Qədim dövr Azərbaycanhüququnun  əsas mənbəyini Avesta təşkil edir. 21 nask və 

815  fəsildən  ibarət  olan  Avesta  Vendidad,  Yəsna,  Vispered  və  Yəşt  hissələrindən 

ibarətdir.Avestada hüququn müxtəlif sahələrinə aid məlumat var.Dövlət hüququ və 

inzibati hüquq:Dövlətin başında hakimiyyəti irsi səciyyə daşıyan hökmdar durur.O, 

vəzifəli şəxsləri təyin edir və işdən uzaqlaşdırır, müharibə və sülh məsələlərini həll 

edir, vergilərin məbləğini müəyyən edir, məhkəmə hakimiyyəti həyata keçirir və s. 

Siyasi həyatdaağsaqqallar şurası mühüm yer tutur.O,  əyanlardan, yerli başçılardan 

və şahın qohumlarından təyin edilmiş canişinlərdən ibarət idi. Şura xarici siyasətdə 

hökmdarın  işlərinə  qarışmırdı.Ölkə  ərazisi  inzibati  cəhətdən  vilayət  (satraplıq)  və 

dairələrəbölünür,  onlar  da  kənd  icmalarından  və  yaşayış  məskənlərindən  ibarət 

idi.Vilayətləri canişinlər idarə edirdilər.İdarəetmədə maliyyə, hərbi və ictimai işlər 

üzrə  idarələr  xüsusi  rola  malik  idi.Polis  funksiyalarını  xəbərgəzdirənlər  və 

mühafizəçilər  yerinə  yetirirdi.İcmalara  belali  başçılıq  edirdi.Əhali  təbəqələrinin 

hüquqi  statusu:  Əhalinin  yuxarı  təbəqəsini  kahinlər,  quldar  əyanlar  və  hərbçilər 

təşkil edir.Böyük bir qrupa isə əkinçilik, yarımköçəri maldarlıq və sənət sahələri ilə 

məşğul olan icma üzvləri daxil idi. Qullar hərbi əsirlik, qul bazarlarında satılma və 

borcu ödəməməyə görə asılı vəziyyətə düşməklə yaranırdılar.Hiyerodullar- məbəd 

qulları  müəyyən  imtiyazlara  malik  idilər.Mülkiyyət  və  öhdəlik  hüququ:Torpaq 

mülkiyyətinin 3 forması- şah, icma, xüsusi mülkiyyət vardı .Mülkiyyətin əldə edilmə 

yolları kimi müxtəlif müqavilələrin- alqı-satqı, bağışlama, girov və s . bağlanmasını 

nəzərdə  tutur.Borc  müqaviləsinə  görə  borclu  borcunu  faizlə  qaytarmalı  olsa  da, 

faizin  müəyyən  həddi  nəzərdə  tutulurdu.Müqavilənin  1ci  növü  şifahi,  minimum 

dəyərli əşyalara görə, 2ci növ daha böyük qiymətli əşyalar üçün, 3cü bir baş heyvan 

dəyərində,  4cü  bir  qoşqu  heyvan,  5ci  insan  dəyərində  olan  əşya,  6cı  isə  torpaq 

dəyərində olan əştalar üçün bağlanırdı.Müqavilənin pozulmasına görə ondan sonra 

gələn müqavilənin dəyərinin ödənilməsi nəzərdə tutulurdu.Ailə və nikah:Avestada 

nikahın  müqəddəs  olması  qeyd  edilir.  Qızlar  üçün  nikah  yaşı  15  yaşdan  başlayır. 




Nikaha daxil olanların razılığı tələb olunur və 3 nəfər şahidin yanında ifadə edilirdi. 

.Cehizin əsas hissəsi bütün nikah dövrü ərzində qadının ixtiyarında qalırdı.Dul qadın 

ərə  getdiyi  halda  əvvəlki  ərindən  uşaqları  olmamışdısa,  2ci  nikahdan  doğulan 

uşaqların  yarısı  qadının  əvvəlki  ərinin  ailəsinə  verilirdi.Avesta  yaxın  qohumların- 

valideynlərlə  övladlar,  bacı  və  qardaş  arasında  nikaha  yol  verir  və  bunu  xüsusi 

mülkiyyətinin 

bir 

əldən 


digərinə 

keçməsinin 

məhdudlaşdırılması 

ilə 


əlaqələndidirdi.Vərəsəlik  hüququ:  Vərəsəlik  hüququ  oğul  və  qızların  varislik 

hüquqlarının  bərabərləşdirilməsi  ilə  xarakterizə  edilir.Mirasın  bölünməsi  zamanı 

fiziki cəhətdən zəif olanlara, şikəstlərə verilir, həm onlar, həm də vəfat etmiş şəxsin 

dul qadını digər varislərə nisbətən ikiqat miras payı alırdılar.Oğul atanın qulluğunda 

durmasaydı, ata onu varislikdən məhrum edə bilərdi.Övladlığa götürülmüşlər də, öz 

atalığının  varisləru  hesab olunurdu.Vəsiyyətnamələr  həmişə  yazılı olmayıb, miras 

qoyanın şifahi bəyanatları kimi də ola bilərdi.Cinayət və cəza: Vendidadda cinayət 

və  cəza  məsələləri  mühüm  yer  tutur.Cinayətlərin  birinci  qrupuna  dövlət 

əleyhinəcinayətlər daxildir. Bunların içində şah həyatına və hakimiyyətə qarşı sui- 

qəsd, qiyam və üsyan ən təhlükəliləridir.Vətənə xəyanətə görə şəxsləri ölüm cəzası 

gözləyirdi.Hakim  din  əleyhinə  cinayətlər  dövləti  cinayətlərlə  eynilik  təşkil 

edirdi.Avestada diri- diri torpağa basdırılma, vəhşi heyvanların qabağına tullama, 

daşlama,  cinayətkarın  üzərinə  qurğuşun  tökmə  və  s.üsullarla  da  ölüm  cəzası 

nəzərdə  tutulur.Avesta  təbiət  qüvvələri  əleyhinə  hərəkətləri  cinayət  hesab 

edir.Torpağın,  suyun  və  bitkinin,  meyitin  basdırılması  ilə  murdarlanması  cinayət 

sayılır.Müəyyən  ayinlərin  pozulması  da  cinayət  sayılır.Cinayətlərin  2ci  qrupunu 

şəxsiyyət  əleyhinə  olan  cinayətlər  təşkil  edir.Belə  cinayətlərə  Avesta 

adamöldürməni,  təhqiri,  bədənə  xəsarət  yetirməni  aid  edir.Qəsdən  və  ya 

ehtiyatsızlıqdan adamöldürməyə görə ya qan intiqamı, ya da ölüm cəzası nəzərdə 

tutulur.3cü  qrup  cinayətlərə  əmlak  cinayətləri-  oğurluq,  soyğunçuluq,  başqasının 

daşınmaz mülkiyyətinə və canlə əmlakına təcavüz etmə daxildir.Belə əməllərə görə 

həbsə  salınma  və  ya  ağır  fiziki  işlərin  görülməsi,  hərdən  ölüm  cəzası  təyin 

edilirdi.Heyvanlara qarşı cinayətlər içərisində  hər növ itin öldürülməsi, yaralanması 

və  yeməkdən  məhrum  edilməsi,  ailə  başçısının  yeməkdən  məhrum  edilməsinə 

bərabər  tutulurdu.Heyvanlar  üçün  də  cəzalar  var  idi.Sürüyə  hücüm  etmiş,  yaxud 

adamı yaralamış itin 1ci dəfə sağ qulağı, 2ci dəfə sol qulağı, 3cü dəfə sağ pəncəsi, 

4cü dəfə sol pəncəsi, 5ci dəfə quyruğu kəsilirdi. Cinayətlərin bir qrupunu da amoral 

həyat  tərzi  sürmək,müqəddəs  yerlərin  murdarlanması,  zinakarlığın  və  s.  Daxil 

olduğu mənəviyyat əleyhinə cinayətlər təşkil edir.Məhkəmə və proses: Hökmdarın 

başçılıq  etdiyi  yüksək  məhkəmə  yerli  məhkəmələrin  işinə  nəzarət  edirdi.Ədalət 

mühakiməsini maqlar-zərdüştlük kahinləri həyata keçirirdi.Avestada mülki prosesə 



və  cinayətprosesinə  bölünmə  hiss  olunur,  sübutların  növləri  haqqında  məlumat 

verilir.Məhkəmədə  şikayətlər  həm  şifahi,  həm  yazılı  verilirdi.Prosesin  keçirilməsi 

üçün  tərəflər  xərcləri ödəməyə  borclu  idilər.Avestada  həmçinin  hakimlərin  o  biri 

dünyada öz qərarlarına görə məsuliyyət daşıyacaqları qeyd olunurdu. 

 

 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin