Azerbaycan Kültür Başkenti Şuşa’nın 270. Yılı Armağan Sayısı 2022
Mustafasadə / ss 16-38
19
Giriş
Düşmən üzərində qələbənin qazanılmasında şanlı ordumuzun göstərdiyi
qəhrəmanlıqlarla bərabər müharibənin diplomatik və informasiya təminatı
da mühüm rol
oynamışdır.Bu işdə isə Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin əvəzedilməz rolu xüsusi qeyd edilməlidir. Vətən müharibəsi dövründə
inrormasiya savaşının əsas ağırlığını təkbaşına öz çiyinlərində daşımış İlham Əliyevin
müstəsna rolunu açıb göstərməyə qələmimizin gücü çatmasa
da hər halda biz mövzunun
işıqlandırılmasına kiçik də olsa öz töhvəmizi vermək üçün bu məqaləni yazmağı qərara aldıq.
1. Azərbaycan və dünya ictimai rəyinin Azərbaycanın xeyrinə hazırlanması
yönündə fəaliyyət
Məlumdur ki, Birinci Qarabağ savaşında Azərbaycan döyüş meydanında olduğu kimi,
ölkəmizin beynəlxalq səviyyəli mətbu orqanları və informasiya agentlikləri olmadığından,
dünya informasiya vasitələrinə çıxış imkanları məhdud olduğundan informasiya
müharibəsində də uduzmuşdu. Təsadüfi deyil ki, Azərbaycan təcavüzə məruz qaldığı,
ermənilər azərbaycanlılara qarşı soyqırım cinayətləri törətdikləri halda aparıcı qərb
dövlətlərinin rəhbərləri Azərbaycanı qınayır, ona qarşı sanksiyalar tətbiq edirdilər.
Dünya
erməni diasporunun geniş imkanları haqlı Azərbaycanın dünyada haqsız, ədalətsiz kimi,
işğalçı Ermənistanın isə “zavallı”, “vəhşi müsəlmanlar tərəfindən əzilən və hüququ tapdanan
millət” kimi təqdim edilməsinə səbəb olmuşdu.
1
I . Qarabağ müharibəsini uduzsa da mübarizə
əzmi qırılmayan Azərbaycan xalqı öz torpaqlarını düşmən tapdağından xilas etmək üçün
mübarizəni davam etdirirdi. İlk növbədə ölkə ətrafında yaradılmış informasiya blokadasını
yarmaq lazım idi. 1993-cü il iyunun15-də yenidən respublikanın
ali rəhbərliyinə gətirilən
dünya şöhrətli müdrik siyasətçi Heydər Əliyevin titanik işi sayəsində bu vəzifə yerinə
yetirildi, Qarabağ həqiqətləri dünyaya çatdırıldı.
Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev düşmənin sülh yolu ilə işğal olunmuş
torpaqlarımızdan çıxmayacağını, xeyli dərəcədə ermənipərəst mövqedə duran dünya
liderlərinin təcavüzkara lazımi təzyiq göstərməyəcəyini, problemin yalnız
hərb yolu ilə həll
olunması zəruriyyətini anladığından ölkəni addım-addım müharibəyə hazırlayır, ordunun
qüdrətini artırır, müdafiə sənayesini gücləndirirdi. O, eyni zamanda qarşıdakı müharibənin
taleyinin yalnız hərbi əməliyyatların
gedişindən deyil, həm də informasiya cəbhəsində
aparılan savaşdan asılı olduğunu anlayırdı. Buna görə də ölkənin müdafiə qüdrətini
yüksəltməklə yanaşı diplomatiya və informasiya cəbhəsində də illər idi ki, hazırlıq görürdü.
1
Bəxtiyar Sadıqov,
İlham Əliyev informasiya müharibəsinin də qalibidir, Vətən müharibəsi tarixi, Şəxsiyyət
faktoru (27 sentyabr-10 noyabr 2020-ci il), Şərq-Qərb, Bakı 2021, s. 249-250.