Yan qüvvələrinin təsiri dönmə radiusunun dəyişməsindən asılı olaraq, dönmə
qabiliyyətinin aşağıdakı növləri vardır:
-dönmə qabiliyyəti azaldılmış – avtomobilin dönmə radiusunu artırır;
-neytral – dönmə radiusu dəyişmir;
-izafi – dönmə radiusu azalır.
Avtomobiin İOQ-ti pis olduqda onun real hərəkət traektoriyası arzu olunan
trayektoriya ilə üst-üstə düşmədiyindən, sürücü tərəfindən əlavə idarəedici təsirlə-
rin icra olunması tələb olunur. Bu isə öz növbəsində yolda avtomobilin “vurnux-
masına”, dinamiki koridorun artmasına və beləliklədə sürücünün yorulmasına sə-
bəb olur. Xüsusi əlverişsiz şəraitlərdə avtomobilin İOQ-ti bu və ya dugər YNH-
sinə gətirib çıxarır.
Bütün avtomobil yollarının örtükləri hətta kiçik sahələrdə müəyyən nahamar-
lıqlara malikdirlər. Yollarda əsasən fasiləsiz olaraq növbələşən çıxıntılar və çökün-
tülər olur.Hərəkət edən avtomobilin təkərlərinin belə nahamarlıqlar üzərindən keç-
məsi onun titrəyişlərinə səbəb olur və bu hərəkət səlistliyi ilə xarakterizə olunur.
Yəni,
hərəkət səlistliyi
avtomobilin nahamar yol sahələrində resoraltə kütlələrinin
böyük olmayan rəqsləri ilə müşayət olunan hərəkər etmə qabiliyyətidir. Yolun
avtomobilə təsiri nahamarlıqların formasından, onların ölçüsündən və yerləşmə
ardıcıllığından asılıdır.
Təkərlərin yol nahamarlıqlarına zərbələri nəticəsində ona şaquli və toxunan
qüvvələrdən əlavə eninə qüvvə də təsir edir. Ona görə də hər iki qabaq təkər yol-
dan aralanmaqla, sürücünün də hiss etmədiyi, müəyyən bucaq altında dönə bilər.
Dönmüş təkərlər yenidən yol səthinə düşdükdə avtomobil əvvəlki hərəkət istiqa-
mətindən fərqli istiqamətdə hərəkət edə bilər. Sürət böyük olduqda bu, avtomobilin
yoldan çıxmasına və digər ağır hadisələrə səbəb ola bilər.
Dostları ilə paylaş: