Müasir avtomobillərdə bir adama düşən havanın həcmi 0,4-1,2m
3
olduğundan
yüksək intensivlikli hava mübadiləsi lazım gəlir.
Ventilyasiya sistemi yay vaxtı üçün nəzərdə tutularaq iki növə bölünür: təbii və
məcburi.
Təbii ventilyasiyada hava alınması üçün ən yüksək təzyiq sahələrində yerləç-
dirilmiş yuvalardan və ən çox seyrəklik sahələrində havanın çıxarılması üçün
yuvalardan istifadə olunur. Müasir avtomobillərdə havanın kabinaya qızdırıcı ra-
diator vasitəsilə ötürən elektrik ventilyatorlu məcburi ventilyasiya sisteminin ol-
ması vacibdir.
Müasir avtomobillərdə istifadə olunan qızdırma sistemlərinin növləri aşağıda-
kılardır:
-mühərrikin istiliyindən istifadə olunması ilə;
-qaz və ya elektrik qızdırıcılı (asılı olmayan);
-kombinə edilmiş.
Yoxlama sualları: 1.Sürücünün işçi yerinin rasional təşkilinin əhəmiyyəti təhlükəsizlik
baxımından nədən ibarətfir?
2.Sürücünün iş yerini hansı istismar xüsusiyyətləri xarakterizə edir?
3.Sürücünün oturacağının əsas elementləri hansıdır və onlar nə kimi
funksiyaları yerinə yetirir?
4.Avtomobilin idarəetmə orqanları istifadə tezliyinə görə necə tısnif olunurlar?
5.Avtomobilin idarəetmə orqanları istifadə tezliyinə görə hansı zonalarda
yerləşdirilir?
6.Sükan çarxına qoyulan əsas tələbatlar hansılardır?
7.Avtomobilin kabinasında olan mikroiqlim hansı parametrlərlə tənzimlənir?
8.Kabinada hava axınının sürətinə və bir nəfərə düşən havanın həcminə qoyulan
tələblər necədir?
9.Avtomobildə neçə növ ventilyasiya sistemindən istifadə olunur?
44.
Ə D Ə B İ Y Y A T 1.Heydərov Ş.H., Bayramov R.P. “Nəqliyyat vasitələrinin təhlükəsizliyi və
avtotexniki ekspertizası”Bakı, “Təhsil”, 2009, 336 səh. (I və II hissə)