Azərbaycan memarliq və İNŞaat universiteti NƏQLİyyat fakultəsi


məskunluq (sürücünün iş yerinin insanın psixofizioloji və antropometrik xüsusiyyətlərinə uy-  ğunlaşması) və ya  rahatlıq



Yüklə 2,34 Mb.
Pdf görüntüsü
səhifə26/51
tarix16.12.2023
ölçüsü2,34 Mb.
#182852
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
NVT və ATE- mühazirə (əsas)

məskunluq
(sürücünün iş yerinin insanın psixofizioloji və antropometrik xüsusiyyətlərinə uy- 
ğunlaşması) və ya 
rahatlıq
dərəcəsi adlanır və, o, aşağıdakı parametrlərlə xarak- 
terizə olunur: 
-kabinanın ölçüləri; 
-idarəetmə orqanından istifadə rahatlığı; 
-oturacağın vəziyyəti; 
-idarəetmə orqanlarının sürücüyə nisbətən yerləşməsi; 
-kabina içərisində səs-küy, titrəyişlər, mikroiqlim və s. erqonomik parametrlər. 
Kabinanın ölçüləri sürücünün sərbəstliyini (yəni lazımi idarəetmə orqanlarına 
rahat çatmasını, sükan çarxını asan döndərməsini, lazımi istiqamətdə bədənin sər- 
bəst çönməsini və s.) təmin etməli və salonun daxilində sürücü üçün komfortlu, 
yüksək iş qabiliyyətini və məhsuldarlığı təmin edən mikroiqlim yaratmalıdır.
Oturacaqlar 
Oturacaqlaq qövdə, yastıq, söykənəcək, döşəkçə və amortizasiya qurğula-
rından ibarətdir 
(bax şəkil 1).
 
Sürücü oturacaqda elə oturmalıdır ki, onun 
bədəninin yaratdığı bicaqlar bu və ya digər əməliyyatları yerinə yetirdikdə əlavə 
əzələ gərqinlikləri yaratmasın. Sürücünün düzgün oturması idarəetmə orqanlarının 
oturacaqa nisbətən yerləşməsindən də çox asılıdır.Sürücünün ayaqları pedalları 
asan tapmalı və sükan çarxını tutan əlləri dirsəkdən azca qatlanmalıdır. Tədqiqatlar 
nəticəsində sürücünün düzgün oturması zamanı bədənin müxtəlif hissələri arasında 
yaranan bucaqlar aşağıdakı şəkil 2-də göstərilmişdir.
Döşəkçələr elastiki olmalı və oturacaq səthində təzyiq bərabər paylanmalıdır. 
Təzyiqin azalması üçün dayaq səthi qabarıq hazırlanmalıdır. Avtomobil hərəkət 
şəraitini və istiqamətini dəyişdikdə əvvəlcə düzxətli, sonra isə mərkəzdənqaçma 
istiqamətində təcil yaranır. Nahamar yollarda hərəkət zamanı şaquli istiqamətdə də 
təcil yaranır. Ümumiyyətlə dəfələrlə aparılan ardıcıl sürətlənmələr, tormozlamalar 
və dönmələr zamanı yaranan təcillər 10-15m/san

çatır. Bu təcillərin təsiri nəticə- 
sində yaranan rəqslər müəyyən tezliklərdə insan orqanizminə mənfi təsir göstərir. 
39. 


Metalik elastik elementli oturacaqların rəqsləri ikiqat təsirli hidravlik və pnev- 
matik amortizatorların köməyi ilə söhdürülə bilər. Yumşaq asqılı avtomobillərin 
oturacaqları yay elementləri olmadan hazırlanır. Oturacaqların yük götürmə qa- 
biliyyətinə müəyyən tələblər qoyulur. Belə ki, döşəkçələr üçün yük 650-1000N, 
söykənəcəklər üçün isə 290-600N həddində məhdudlaşdırılır. Oturacaqların səthi 
də sürücülərin rahatlığının təmin olunmasında mühüm rol oynayır. 
Şəkil 1. 
40. 



Yüklə 2,34 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin