Müşahidəliliyin tədqiqatları göstərir li, onun yaxşılaşdırılması üçün avtomobil-
lərin şüşətəmizləyicisi ilə tənzimlənən qabaq külək şüşəsinin ölçüləri artırılmalı,
onun dayaqlarının eni azaldılmalı, arxa görünüş güzgülərinin köməyi ilə müşahi-
dlilik zonası artırılmalıdır.
Bilavasitə avtomobil qarşısında müşahidəlilik, yəni aşağı şaquli müşahidəlilik
bucağı, kapotun uzunluğu, hündürlüyü, külək şüşəsinin aşağı qırağının yerləşməsi
ilə müəyyən edilir.
Minik avtomobilinin müşahidəlilik parametrləri
Müşahidəliliyin qiymətləndirilməsində istifadə edilən əsas meyar qrupları
aşağıdakılardır:
-pəncərə yuvalarının və şüşənin təmizlənmə zonasının həndəsi ölçüləri;
-üfiqi meydançadakı “qaranlıq” zonanın həndəsi ölçüləri;
36.
-avtomobil üfiqi meydançada dayandıqda “qaranlıq” zonaların bal ilə qiymət-
ləndirilən həndəsi ölçüləri və sahəsi.
Müahidəliliyin təklif olunan parametrləri 5,5-41m/san sürətlərində avtomobili
təhlükəsiz idarə etmək üçün sürücünün görməli olduğu yol vəziyyətinin müxtəlif
obyektlərinin yerləşməsinin təhlilinə əsasən müəyyən edilir.
Qabaq pəncərənin müşahidəliliyin yuxarı həddini məhdudlaşdıran yuxarı sər-
həddinin maksimum hündürlüyü iki tələb əsasında müəyyən edilir:
-avtomobil “Stop” xəttində svetofordan 12m məsafədə durduqda, sürücü yolun
hərəkət hissəsinin mərkəzində 5m hündürlükdə asılan svetoforu görə bilsin;
-qabaq pəncərə çox hündür olmamalıdır.Əks halda
sürücü müşahidəliliyin
yuxarı bucağının 30
0
-dən yüksək qiymətlərində müşahidə olunan parlaq işıq və is-
tilik çualarının təsirindən əziyyət çəkəcəkdir.
Ətraf mühitin metereoloji vəziyyətindən asılı olmayaraq yaxşı müşahidəliliyin
təmin edilməsində şüşə təmizləyicilər, həmçinin, şüşələrin yuyulması və qızdırıl-
ması sistemləri böyük əhəmiyyət daşıyır. Şüşənin üfürmə və qızdırma
sistemləri
xarici mühitin aşağı temperaturlarında qabaq küləj şüşəsinin tərləməsinə və don-
masına imkan verməməlidirlər.
Dostları ilə paylaş: