10.3. Daxili korporativ sosial məsuliyyətin növləri
Daxili korporativ sosial məsuliyyət heyətin inkişafını və onun motivasiyasının artırılmasını, təhlükəsizlik qaydalarına və əməyin mühafizəsinə riayət etməyi, “ağ” əmək haqqının ödənilməsini, sosial tərəfdaşlıq, əməkdaşların əlavə tibbi və sosial sığorta olunmasını, təlim proqramları, hazırlıq proqramları və ixtisasların artırılması vasitəsilə insan resurslarının inkişafını, kritik vəziyyətlərdə işçilərə kömək göstərilməsini nəzərdə tutur.
Təcrübədə təşkilatın korporativ sosial məsuliyyət konsepsiyasının reallaşdırılması ilə bağlı olan sosial investisiyaların strukturu nöqteyi nəzərindən, onlar təşkilatın həm daxilinə həm də xarici mühitinə yönələ bilər. Bundan asılı olaraq sosial investisiyalar daxili və xarici ola bilərlər.
Korporativ sosial məsuliyyət həmçinin onunla bağlı olan investisiyaların istiqamətinə müvafiq olaraq iki yerə bölünür: daxili və xarici.
İnvestisiyaların köməyi ilə reallaşan, təşkilatın xarici mühitinə yönəlmiş korporativ sosial məsuliyyəti xarici korporativ sosial məsuliyyət adlandırırlar. İnvestisiyaların köməyi ilə təşkilatın daxilinə istiqamətlənən korporativ sosial məsuliyyət daxili korporativ sosial məsuliyyət adlandırılır.
Bu halda sosial investisiyalar konpaniyanın maddi, texnoloji, idarəedici, maliyyə və digər resursları kimi başa düşülür və korporativ sosial problemlərin reallaşdırılmasına yönəldilmişdir. Strateji münasibətlərdə bunların həyata keçirilməsi konpaniyaya müəyyən iqtisadi səmərəni əldə etmıyi təqdim edir.
Daxili korporativ sosial məsuliyyət mülkiyyət sahibləri və rəhbərlərin təşkilatın işçiləri ilə münasibətdən meydana gəlir. Bu zaman məsuliyyətin qanunvericiliklə müəyyən olunmuş təkcə əsas səviyyəsi deyil, yəni ciddi desək onun işçilərində meydana çıxan hüquqi məsuliyyət, yüksək dərəcədə təşkilatın sosial problemlərinə könüllü çağırışı nəzərdə tutulur. Belə anlayışlara uyğun olaraq, biznesin daxili sosial məsuliyyəti tədbirlərinə aşağıdakı istiqamətlərdə həyata keçirilən təşkilatın fəaliyyətini aid etmək olar:
- təşkilatın əməkdaşlarının sosial müdafiə tədbirləri;
- təşkilatın insan kapitalının inkişafı;
- mühüm idarəetmə qərarlarının qəbulunda təşkilatın işlərinin, maraqlarının, aşkar edilməsi, və qeydiyyatı;
- sosial məsuliyyətli restrukturizasiyasının keçirilməsi.
Birinci istiqamət- təşkilatın əməkdaşlarının sosial müdafiəsi tədbirlərinə - onun aşağıdakı konkret növlərini aid etmək olar:
- İşə götürmədə, ödənişlərində, kary;eranın inkişafında hər cür ayrı-seçkiliyin ləğvi
- İşçilərin sağlamlığının və həyatının müdafiəsinin təmin olunması üzrə tədbirlər, eləcə də kritik hallarda işçilərə kömək göstərilməsi. Bu halda qeyd etmək lazımdır ki, korporativ sosial məsuliyyət konsepsiyasının işlənib hazırlanması məsələsinə daha dar çərçivədə baxılır. Söhbət yalnız əməyin təhlükəsizliyindən gedir. İndi bu məsələyə daha geniş baxırlar və işçilərin sağlamlığının və həyatının müdafiəsinin təmin olunması üzrə korporativ sosial məsuliyyət üçün vacib sayılır. İnsan kapitalının korporativ sosial məsuliyyət konsepsiyanın hesaba alınması sahəsində son zamanlar əsas ənənələri araşdıran alimlər növbəti qanunauyğunluqları qeyd edirlər:
- əməkdaşların motivasiyası üçün istifadə olunan təşkilatın imkanları, sağlamlığın pisləşməsinə gətirib çıxaran mənəvi təsirləri azaltmağa imkan verir;
- layiqli əmək haqqının saxlanılmasının stabil və eyni zamanda sosial əhəmiyyətli.
İkinci istiqamət- təşkilatın insan kapitalının inkişafı - təlim proqramları, ixtisasın hazırlanması və artırılması proqramları vasitəsilə baş verir. Bu proqramlar işçilərin rəqabət qabliyyətini artırır, bir sahibkardan asılılığı və işçinin öz iş yerini itirməsi halında dövlət büdcəsinin yükünü azaldır. İnsan kapitalının inkişafı, istedadlı əməkdaşların cəlb edilməsi və saxlanılması məqsədi ilə heyətin inkişaf strategiyası çərçivəsində keçirilmiş təlim və peşəkar inkişafdan əlavə əməyin ödənilməsinin motivasiya olunmuş sxeminin tətbiqi, təşkilatda daxili komunikasiyalarının dətəklənməsi də aid edilə bilər.
Üçüncü istiqamət- işçilərlə kompaniyanın əsas steykholderləri kimi qarşılıqlı fəaliyyət sistemi. Bu istiqamətə mühüm idarəetmə qərarlarının qəbulu zamanı əməkdaşların maraqlarının aşkara çıxardılması və qeydiyyata alınması daxildir. Bu yanaşma son dövrləruin əsas ənənələrindən birini əks etdirir - əməkdaşlara məsuliyyətli yanaşma və heyətin səmərəli idarəedilməsi, onların təşkilatın inkişaf prosesinə hərtərəfli cəlb olunmasını təmin edir.
Dördüncü istiqamət- sosial məsuliyyətli restrukturizasiya – bu sosial məsuliyyət yolu ilə restruktizasiyanın keçirilməsinin təmin olunmasını nəzərdə tutan kompaniyanın sosial proqramlarının istiqamətidir.
Təşkilat hər bir istiqamətdə, təcrübədə tətbiq olunan böyük sayda korporativ sosial məsuliyyətin daxili növlərini yaradaraq öz tədbirlər kompleksini işləyib hazırlayır və həyata keçirir:
- Heyətin sosial müdafiəsi;
- İşə götürmə təcrübəsində ayrı seçkiliyin olmaması;
- Karyera irəliləməsində ayrı seçkiliyin olmaması;
- İşçilərin sağlamlığının və həyatının müdafiəsinin təmin olunması, o cümlədən əməkdaşlar üçün sanatoriya, kurort müalicəsi;
- Əməyə görə layiqli mükafat, o cümlədən əmək haqqı sistemi və sosial dəstək tədbirləri;
- Kompaniyanın öz əməkdaşları üçün ipoteka və mənzil tikintisində iştirakı, o cümlədən bələdiyyə büdcələri ilə birgə maliyyələşdirmə şərtləri daxilində mənzil tikintisi;
- İstənilən konpaniyanın əsas steykholderləri kimi olan işçilərlə qarşılıqlı fəaliyyətin işlənib hazırlanmış sistemi;
- İşçilər üçün ixtisasın artırılması, daimi təlim imkanlaının təmin edilməsi;
- İşçilərin ailə öhdəliklərinə o cümlədən çevik məşğulluq və məzuniyyət sisteminə hörmət;
- Həssas qrup nümayəndələrinə kömək - özünü reallaşdırma imkan verən əsaslandırılmış tədbirlər;
- Gənclərin və qadınların işsizliyi ilə bağlı məsələlərin həllində iştirak;
- Sosial proqramların əsasında ödəniş və güzəştlər almaq imkanı ilə bağlı məlumatlı, izahatlı iş;
- Sosial məsuliyyət sahəsində işçilərin təlimi və məlumatlandırılması.
Bu siyahı qurtaran deyil. Korporativ sosial məsuliyyət sahəsində kompaniyanın real praktiki fəliyyəti daimi olaraq ona əlavələr edir.
Müasir şəraitdə işçilərin sağlamlığının müdafiəsi təkcə əlverişli əmək şəraitinin yaradılması ilə deyil, həm də təşkilatın məqsədlərinə çatması yolunda əməkdaşların maraqlarının stimullaşdırılması ilə bağlıdır. Müasir anlamda mövcud əlaqələrdən fəal istifadə etməklə, motivasiya yönümlü təşkilatın öz resurları və əməkdaşların sağlamlığı P.Rixterin “İş-Resurslar-Sağlamlıq” modelində sxem formasında (şəkil 10.2) təqdim olunur.
Bu modelin təhlilindən korporativ sosial məsuliyyət üçün çıxan əsas nəticə bunlardan ibarətdir: əməkdaşların motivasiyasının müxtəlif üsulları bir çox psixomatik xəstəliklərə, emosional gərginliyə, depresiya vəziyyətinə gətirib çıxaran mənfi təsirləri azaltmağa imkan verir. Deməli təşkilatlarda tətbiq olunan müxtəlif motivasiya proqramları, eləcə də daxili korporativ sosial məsuliyyətin növlərindən biridir. Sahibkarın qarşısında duran mühüm vəzifələrdən biri, korporativ məsuliyyət ideyalarının əməkdaşlar arasında yayılmasını və təcrübədə onun həyata keçirilməsində heyətin cəlb edilməsidir. Korporativ mədəniyyət və daxili kommunikasiya sisteminin elementləri olaraq, bu konsepsiya heyətin idarə olunması üzrə maneələrin tabeliyində olan məsələlərin daha uğurlu həlli üçün zəmin yaradır.
Korporativ sosial məsuliyyətin konkret proqramı haqqında qərar qəbul edərkən, menecerlər özlərinin şəxsi maraqlarına və əqidəsinə deyil, təşkilat qarşısında duran məqsədlərə yönəlməlidirlər. Biznesin sosial məsuliyyətinin artırılması motivləri, təşkilatın məqsədlərinə çatması ilə yaxşı uzlaşır və korporativ sosial məsuliyyət tədbirlərinin aşağıdakı nəticələri ola bilər;
1. Şəxsi heyətin inkişafı təkcə kadr axıcılığından qaçmağa deyil, həm də bazarda ən yaxşı mütəxəssisləri cəlb etməyə imkan verir;
2. Kompaniyada əmək məhsuldarlığı artır;
3. Kompaniyanın imici yüksəlir, nüfuzu artır;
4. Əmtəə və xidmətlərin əlavə reklamı keçirilir;
5. Şirkətin fəaliyyətinin işıqlandırılması KİV-də baş verir;
6. Uzunmüddətli perspektirdə şirkətin (kompaniyanin) inkişafının stabilliyinə və davamlığına nail olunur;
7. Sosial-məsuliyyətli kompaniyalar üçün investisiya kapitalının cəlb edilməsində əlavə imkanlar yaradılır;
8. Bütövlükdə cəmiyyətdə sosial stabilliyin qorunmasi təmin olunur;
9.Təşkilat vergi güzəştləri alır.
Dostları ilə paylaş: |