Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 10.1. Sosial məsuliyyətin mahiyyəti və məzmunu



Yüklə 1,45 Mb.
səhifə63/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   59   60   61   62   63   64   65   66   ...   104
Bakı – 2021
10.1. Sosial məsuliyyətin mahiyyəti və məzmunu

Sosial məsuliyyət dedikdə isə-cəmiyyətdə yaranan problemlərə könüllü şəkildə reaksiya başa düşülür.


Bildiyimiz kimi,təşkilatın sosial cəhətdən məsu­liyyətli olmasını təsdiq etmək üçün ictimai mühitə münasibətdə onun özünü necə aparması haqqında əsasən 2 nöqteyi nəzər mövcuddur. Birinci nöqteyi-nəzərə görə (I qrup mene­cerlərə görə) təşkilat mənfəəti maksimum artırdığı halda sosial məsuliyyətli hesab olunur. Bu halda o qanunların tələblərini və dövlət tənzimlənməsi norma­larını pozmur. Başqa sözlə desək,sırf iqtisadi məqsədlər güdməməlidir. İkinci nöqteyi-nəzərə (II qrup menecerlərə) görə isə təşkilat yalnız iqtisadi məqsədlər güdməməlidir, həm də öz işguzar fəaliyyətlərində işçilərə,istehlakçılara və yerli icmalara təsir edən insan və sosial amilləri nəzərə almalıdır.
Bizə aydındır ki, sosial məsuliyyət probleminin qarşısında şəxsi dəyərlər durur. Cəmiyyətdə biznesin rolu haqqındakı mübahisələr soial məsuliyyətin lehinə və əleyhinə olan çoxlu sayda arqumentler yaratmışdır.
Sosial məsuliyyətin lehinə olan arqumentlər:
1)qısa müddətli zamanda sosial proqnozlara pul ayrılması mənfəətin azal­ması­na gətirib çıxartdıqda məhz bu cür davranış təşkili haqqında müsbət fikrin yaradıl­ması yolu ilə orta yaxud uzun müddətli perspektivdə onun mənfəət potensialının artmasına kömək göstərəcəkdir;
2)sosial baxımdan məsuliyyətli olmaq üçün hər bir təşkilatın kifayət qədər maliyyə resursları mövcuddur. Söhbət sadəcə sosial proqnozlara pul ayrılması istəyindən gedir;
3)keçən əsrin sonlarından etibarən cəmiyyətin sosial nöqteyi-nəzərdən zəif olan təbəqələrində sosial ümidlər yaranmışdır.
Sosial məsuliyyətin əleyhinə olan arqumentlər:
1)Sosial proqnozlara pul ayrılması mənfəətin azalması yolu ilə təşkilatın rəqabət qabiliyyətliyinin azalmasına gətirib çıxartdığı üçün bir çox təşkilatlar bu vəziyyəti bərpa etmək üçün məhsulun qiymətini artırmağa cəhd edirlər və alıcılara zərbə vururlar;
2)Nə qədər ki cəmiyyət “yaxşı ilə pis arasında fərq qoymur” mən də sosial baxım-dan bir o qədər məsuliyyətli olmayacam;
3)Milli sahibkarlarımız istehsalın,kommersiya fəaliyyətinin və digər fəaliyyət növlərinin idarə olunmasını yaxşı mənimsədikləri halda,sosial proqnozlara pul ayrılması və sosial funksiyanın yerinə yetirilməsi ilə bağlı bir sıra məsələləri hələ zəif mənimsəmişlər. Ona görə də onlar iqtisadi riskə getmək istəmirlər.
Biznes etikası yalnız sosial cəhətdən məsuliyyətli davranış problemini əhatə etmir.O,menecer və ida­rəedicilərin davranışlarının geniş aspektli variantlarını özündə əks etdirir.Bundan əlavə bu və ya digərinə nail olmaq üçün istifadə etdiyi məqsədlər və vəsaitlər də onun diqqət mərkəzindədir.Məs:demək olar ki,bütün iş adamları müqavilə bağlamaq xatirinə məmurlara rüşvət verilməsini qeyri-etik hesab edirlər. Müəssədə rəhbərləri işin gedişində istifadə edilən qeyri-etik tədbirlərin genişləndiriməsi səbələrinə aşağıdakılar aid edilir:
- etik mülahizələri kənara sıxışdıran rəqabət mübarizəsi;
- hər 3 aydan bir başqa sözlə rüblük hesabatlarda mənfəət səviyyəsini göstərməyə cəhd edilməsi;
- rəhbərlərin etik davranışa görə lazımi mükafatlandırmanı təmin etməkdə uğursuz-luğu;
- Azərbaycan cəmiyyətində etik normaların əhə­miyyətinin ümumən aşağı düşməsi. Bunun nəticəsidir ki, iş yerlərindəki qeyri etik davranışları adətən bağış­layırlar.
- işçilərin özlərinin şəxsi mənafeləri ilə idarəedicinin mənafeləri arasında kompro-misə daxil olmaq məqsəd ilə təşkilatın xeyrinə sıravi işçilərə təzyiq göstərilməsi.
Təşkilat rəhbərlərinin və sıravi işçilərin etik davranış xarakteristikalarını yüksəltmək məqsədilə müxtəlif tədbirlər nəzərdə tutulur. Belə tədbirlərə etik normativlərin hazırlanması, etika üzrə komitələrin yaradılması, sosial təftişlərin keçirilməsi və etik davranışların öyrədilməsi aid edilir.
Vəzifəli şəxsin məsuliyyətli - onun qəbul olunmuş idarəetmə qərarlarına və fəaliyyətinin nəticələrinə görə cavab verməyə hazır olmasıdır. Məsuliyyət “yuyulmuş əsaslar” anlayışına aid edilməlidir. O, konkret vəzifəli şəxs üçün ünvanlı təsbit edilmiş olmalıdır, sənədlərdə xüsusi qeyd olunmalı və onu o təkbaşına daşımalıdır. Hər bir əməkdaşın fərdi məsuliyyəti ümumi korporativ sosial məsuliyyətə toplanır.
Korporativ sosial məsuliyyətin rolu vacib və əhəmiyyətlidir, çünki müəssisənin, təşkilatın, korporasiyanın mülkiyyətində və digər birliklərdə, icmalarda olan böyük pul vəsaitləri, əsas və dövriyyə fondları, maddi, informasiya, əmək resursları vardır ki, bu da onlara tərəfdaşlar, cəmiyyət və dövlət üçün mühüm olan məsələlərin həllinə imkan verir. Öz fəaliyyətlərindəki nəticələrə görə onlar məsuliyyət daşıyırlar. Korporativ sosial məsuliyyət - hamının özü, cəmiyyət və dövlət qarşısındakı məsuliyyətidir. Bu cəmiyyətin cəmiyyət qarşısında məsu­liy­yətidir.
Sosial məsuliyyət cəmiyyətə və kompaniyanın özünə daha çox qayda verər: əgər sosial məsuliyyətli işin istiqaməti kompaniyanın strategiyasına məntiqi şəkildə uyğundursa; əgər kompaniya sosial məsuliyyətli işə resursları ayırmağa hazırdırsa və əgər kompaniya bilirsə, bu sahədə öz nailiyyətləri barədə ictimaiyyəti necə məlumatlandırmaq. Korporativ sosial məsuliyyət sisteminə nə qədər ki, biznesin bütün daxili prosesləri cəlb olunub, onda bu sistemin korporativ strategiyanın bir hissəsi olması haqqında danışa bilərik. Daxili və xarici mühitdən diqqəti özünə cəlb edərək kompaniyalar strateji perspektivdə onun dəyərinin artırılması kimi vacib məsələni həll edirlər.
Korporativ sosial məsuliyyət sferasında prioritetlər hər bir korporasiya üçün fərdi olaraq müəyyənləşdirilir. Bu da bütövlükdə korporasiyanın strateji inkişaf məqsədlərindən asılıdır.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin