Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ menecmentin səmərəliliyinin qiymətləndirilməsinin “RDİ-Ekspert RA” reytinq sistemi



Yüklə 1,45 Mb.
səhifə71/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   67   68   69   70   71   72   73   74   ...   104
11.2. Korporativ menecmentin səmərəliliyinin qiymətləndirilməsinin “RDİ-Ekspert RA” reytinq sistemi

Korporativ menecmentin səmərəliliyinin qiymətləndiril­məsinin mövcud metodları arasında bu və ya digər şirkətlərin korporativ idarə edilməsinin analitik reytinq və monitorinq sistemlərini fərqləndirirlər.


Korporativ menecmentin analitik reytinqi maliyyə və statistik göstəricilər əsasında tərtib edilməklə ekspertlər tərəfindən təhlil olunur. Məsələn, Rusiyada korporativ menecmentin ilk keyfiyyət reytinqinin hələ 1999-cu ildə meydana gəlməsinə və bu reytinqlərin həcminə görə dünyada lider mövqelərdən birini tutmaq hüququnun olmasına baxmayaraq, investorları hələ də tam olaraq qane etmir. Bir qayda olaraq, reytinqlər 10-30, maksimum 40 şirkəti əhatə edir. Bu isə, ikinci eşalon səhmlərlə fəaliyyət göstərən investorlar üçün kifayət deyil. Bu investorların informasiya himayədarlığına ehtiyac var. Bundan başqa, əksər reytinqlər ya idarəetmənin dar aspektinə istiqamətlənir, ya da ölkən şərtlərində az tətbiq olunan ideal modelini əks etdirir.
Rusiya direktorlar institutunun (RDİ) və “Ekspert RA” konsorsiumu reytinq agentliyinin korporativ menecment üzrə Milli Şuranın himayəsi altında milli reytinqin yaradılması təşəbbüsünü qəbul etmişdir. Bu metodika milli qanunvericilik-dən, korporativ davranış məcəlləsinin rəyləri və işgüzar dövriyyənin ən yaxşı təcrübi nümunələrinin hesaba alınmasından irəli gələrək təşkil edilmişdir. İlk mərhələdə reytinqdə 137 səhmdar cəmiyyət təmsil olunmuşdur.
“RDİ-Ekspert RA” korporativ menecment reytinqi dörd göstərici qrupu üzrə inteqral qiymətləndirməni əks etdirir:

  1. Səhmdarların hüquqları (cəmiyyətin idarə olunmasında, gəlir və payın əldə olunmasında mülkiyyət hüququnun reallaşdırılması, hüquqların pozulması risklərinin səviyyəsi, səhmdarların hüquqlarının müdafiəsi üzrə cəmiyyətin əlavə öhdəliklərinin mövcudluğu).

  2. İdarəetmə və nəzarət orqanlarının fəaliyyəti (direktorlar şurası və icaraedici orqanların tərkib və fəaliyyəti, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarət sistemi, idarəetmə və nəzarət orqanları arasında qarşılıqlı əlaqə).

  3. İnformasiyanın açıqlanması (maliyyə və qeyri-maliy­yə informasiyasının nəşr edilmə səviyyəsi, informasiyanın təş­kil edilməsinin ümumi intizamı, informasiyanın bərabər əldə olunma imkanı).

  4. Digər maraqlı şəxslərin maraqlarının gözlənməsi və korporativsosial məsuliyyət (digər marağı olan qrupların ma­raqlarının uçotu və sosial məsuliyyət siyasəti, əmək mübadilələri, heyət və yerli əhali üçün layihələr, ekologiya).

Korporativ menecmentin keyfiyyətindən asılı olaraq reytinq iştirakçıları olan şirkətlər aşağıdakı reytinq siniflərindən birinə aid edilə bilər:
1   ...   67   68   69   70   71   72   73   74   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin