Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporasiyanın maliyyə strategiyası və əsas maliyyə alətləri



Yüklə 1,45 Mb.
səhifə79/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   75   76   77   78   79   80   81   82   ...   104
12.2. Korporasiyanın maliyyə strategiyası və əsas maliyyə alətləri

Korporativ maliyyənin idarəedilməsinin müvəffəqiyyəti korporasiyanın özünün idarəetmə strategiyası və taktikasından bilavasitə asılıdır. Maliyyə strategiyası korporasiyanın ümumi strategiyasına daxil olmalı və məqsəd və vəzifələrinə görə ona adekvat olmalıdır (şəkil 12.1).


Koorporasiyanın inkişafı birbaşa olaraq düzgün təşkil olunmuş maliyyə fəaliyyətindən və ilk növbədə onun kredit və investisya fəaliyyətindən asılıdır. Nəzərə alsaq ki, korporasiyaların yenidən strukturlaşdırılması və mürəkkəb korporativ strukturların yaradılması çoxlu sayda hüquqi şəxslərin qarşılıqlı təsirinə gətirib çıxarır, yüksək menecment maliyyə siyasətinin aşağdakı prinsiplərini nəzərə almalıdır:

  • vergilərə münasibətdə korporasiyalarınin struktur bölmələrinin konsolidasiyası;

  • qovuşma və diversifikasiya prosesinin sürətləndirilməsi nəticəsində əlavə istehsal güclərinin yaradılması;

  • digər təşkilatların kapitalında iştirakın mərkəzləşdirilməsi;

  • təşkilatın bütövlükdə vəzifələrinə vahid nəzarət siya­sətinin aparılması.





Şəkil 12.1. Korporasiyanın idarə edilməsinin ümumi strategiyası


Korporasiyanın əsas maliyyə alətləri. Korporasiyaların mülkiyyətinin və deməli hakimiyyətin bölüşdürülməsinin həyata keçirildiyi qiymətli kağız səhm hesab olunur. Bundan başqa, səhm təkcə mülkiyyət münasibətlərinin dəyişdirilmə aləti deyil, həm də investisya mənbəyidir. Səhmləri yalnız səhmdar cəmiyyətlər buraxa bilər.
Səhm-öz sahibinə (səhmdara) səhmdar cəmiyyətin gəlirinin bir hissəsinin əldə edilməsi, səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və onun ləğv olunmasından sonra qalan əmlakın bir hissəsinə sahib olmaq hüququnu möhkəmləndirən emissiya qiymətli kağızdır.
Səhmlərin nominal (ilkin) və məzənnə (bazar) dəyəri mövcuddur.
Məzənnə dəyəri aşağdakı amillərdən asılıdır:

  • səhmlərin kateqoriya və tiplərindən. Bazarda adi səhmlər imtiyazlı olanlardan daha yüksək qiymətləndirilir. Belə ki, adi səhmlər səhmdarların ümumi yığıncağında səs hüququ sayılır;

  • səhmdar cəmiyyətin iqtisadi vəziyyəti və onun dividentlər ödəmək qabiliyyətindən;

  • sahədə ümumi iqtisadi vəziyyətdən.

  • infilyasiya meyllərindən. İnfilyasiya nə qədər yüksək olarsa, səhmlərin məzənnə dəyəri bir o qədər yüksələcəkdir;

  • suda faizi normasından. Səhmlərin alışı o vaxt məna kəsb edir ki, vəsait qoyuluşundan əldə olunan gəlir, bank depozitlərinə pul qoyuluşlarından daha az olsun.

Səhm paketlərini korporasiyaya təsir dərəcəsinə görə aşa­ğıdakı kimi sıralamaq olar:

  1. 75% + 1 səhm paketi öz sahibinə səhmdar cəmiyyətinin fəaliyyətinin bütün əsas məsələləri üzrə qərarlar qəbul etmək imkanını təmin edir.

  2. 50% + 1 klassik nəzarət səhm paketi səhmdarların ümumi yığıncağını keçirmək, nizamnamənin dəyişdirilməsi, cəmiyyətin ləğv edilməsi və yenidən təşkil olunmuş istənilən iri sazişlərin imzalanması ilə əlaqədar məsələlər istisna olmaqla bir çox vacib məsələlərlə bağlı SÜY-da qərarların qəbul olunması imkanını verir (hüququnu verir).

  3. 30% +1 səhm paketi (təcridedici) baş tutmayan SÜY-nı yenidən çağırmaq, səhmdar cəmiyyətinin idarə olunması ilə bağlı bütün əsas məsələlərin bağlanması imkanını verir (nizam­namənin dəyişdirilməsi vəziyyətin ləğv olunması və yenidən təşkil edilməsi istənilən iri sazişlərin imzalanması başqa sözlə, SÜY-nın ¾ səs çoxluğunun razılığını tələb edən məsələlər üzrə).

  4. 25% + 1 səhm paketi əvvəlki paketin bütün imkanlarını verir, baştutmayan SÜY - nın əvəzinə yenisinin çağrılması tələbi hüququ istisna edilməklə.

  5. 10 % səhm paketi öz sahibinə növbədənkənar yığıncağı çağırmaq tələbi, SÜY-nın iştirakçılarının siyahısı ilə tanış olmaq, cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasını təmin etmək hüququnu verir.

  6. 2 % səhm paketi öz sahibinə SÜY-nın gündəliyinə iki məsələ daxil etmək və DŞ-a namizəd irəli sürmək hüququnu verir.

  7. 1% səhm paketi cəmiyyətin səhmdarların reysterində əks olunan informasiya ilə tanış olmaq, DŞ-nın təqsirkar üzvlərinin fəaliyyəti nəticəsində yerinə yetirilmiş işlərin əvəzinin ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmaq hüququ verir.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin