12.4. Korporasiyanın dəyərinin və səmərəliliyinin idarə edilməsi
Korporasiya aşağıdakıların hesabına dəyər yaradır:
güclü brend;
kapitalın aşağı dəyəri;
biznes vahidləri arasında sinergiya;
imtiyazlı münasibətlər və ya nadir resuslara malik olmaq;
əməliyyatların miqyası hesbına.
Kompampiyanın uğurlu biznes modeli əməli fəaliyyətdən meydana gələn artan pul axınlarının yaranmasını nəzərdə tutur (şəkil 12.2).
Şəkil 12. 2. Şirkətin dəyərinin idarə edilməsinin tərkib hissəsi
Şirkətin dəyərinin idarə olunması menecerlərin fəaliyyət nəticələri haqqında relevant informasiya ilə təmin edən göstəricilər sisteminin işlənməsindən başlayır. Ancaq dəyər heç də həmişə menecerlərin fəaliyyət nəticələrini əks etdirmir, ona xarici amillər də təsir edir.
Dəyərin bütün maliyyə amillərini şərti olaraq dörd göstəricilər qrupuna bölürlər:
Şirkətin səmərəli strategiyasını əks etdirən göstəricilər.
Əməli fəaliyyətin səmərililiyini əks etdirən göstəricilər.
İnvestisiya fəaliyyətini əks etdirən göstəricilər.
Maliyyə fəaliyyətini əks etdirən göstəricilər.
Qeyd olunan göstəricilərin qarşılıqlı əlaqəsi şirkətin strateji səmərililiyini əks etdirir (şəkil 12.3).
Şəkil 12.3. Şirkətin dəyər amilləri
Dünya praktikasında dəyərin idarə olunması üçün iqtisadi səmərəliliyə əsaslanan göstəricilərdən istifadə olunur. Bu konsepsiyasının müəllifi Stüart, şirkətin dəyərinin iqtisadi əlavəsi kimi kapitalın cəlb olunmasına xərclərlə vergitutulma-lardan sonra yerdə qalan xalis gəlir göstəricisini müəyyənləş-dirmişdir.
EVA = [NOPAT-WACC]*NA
Burada:
EVA-iqtisadi əlavə olunan dəyər göstəricisi;
NOPAT-vergitutulmalardan sonra yerdə qalan xalis gəlir;
WACC-kapitın orta ölcülü (ortaçəkili) dəyəri;
NA-investisiya kapitalı.
Qeyd olunan göstərici tələb olunan gəlirlik dərəcəsi halında real iqtisadi gəliri qiymətləndirməyə imka verir.
Texnoloji zəncirinin inteqral səməriliyini müəyyənləşdir-mək üçün aşağıdakı düsturdan istfadə oluna bilər:
Si = XGi / ÜAi
Burada:
XGi - texnoloji zəncirin məcmu xalis gəliri;
ÜAi -texnoloji zəcirini ümumi aktivləri.
n n
XGi = ∑ XG, ÜAi = ∑ ÜA
i=1 i=1
Burada:
XG-i-saylı müəssənin xalis gəliri;
ÜA-i-saylı müəssənin ümumi aktivləri.
Beləliklə, korporasiyanın texnoloji zəncir fəaliyyətini inteqral səmərəliyi məcmu xalis gəlirin məcmu aktivlərinə nüsbətinə bərabərdir.
Dostları ilə paylaş: |