Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporasiyaların maliyyə risklərinin idarəedilməsi



Yüklə 1,45 Mb.
səhifə82/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   78   79   80   81   82   83   84   85   ...   104
12.5. Korporasiyaların maliyyə risklərinin idarəedilməsi

Risk əsasən nəzərdə tutulmuş son nəticələrə (mənfəət, gəlir) nail olmaq üçün əvvəlcədən planlaşdırılmış xərclərdən çox gözlənilməz xərclərin ortaya çıxmasını ifadə edir və o, müəyyən zaman kəsiyində biznes fəaliyyətinin həyata keçirilməsindəki qeyri-müəyyənlik anlayışı ilə əlaqədardır.


Şirkətin maliyyə risklərinə kredit, bazar riski və likvidlik riskini aid edirlər. Şəkil 12.4-də şirkətin maliyyə risklərinin nümunəvi təsnifatı təqdim edilmişdir.
Şirkətin fəaliyyətində ən əsas risklərdən biri kredit riski hesab edilir. O, şirkət tərəfindən investorlar qarşısında üzərinə düşən maliyyə öhdəliklərini yerinə yetirməməsi və nəticədə şirkətin fəaliyyətinin maliyyələşdirilməsi üçün xarici borcdan istifadə edilməsinin mümkünlüyü ilə bağlıdır. Beləliklə, kredit riski şirkətin öz kreditroları (banklar və başqa maliyyə-kredit təşkilatları; kontragentlər, malgön-dərənlər və vasitəçilər və s.) ilə işgüzar ünsiyyəti zamanı ortaya çıxır.
Bazar riski-şirkətin məhsulularının qiymətlərinin valyuta kurslarının, maliyyə vasitələrinin və ya faiz dərəcələrinin, arzu-olunmaz dəyişiklikləri zaman şirkətin mövqeyinin dəyərinin azalması nəticəsində zərər görmək imkanıdır.
Bazar riskinə aiddir:

  • qiymət riski-şirkət məhsullarına mənfi qiymət dəyişikləri ilə əlaqədar itki ehtimalı;

  • valyuta riski-şirkətin öhdəlikləri və maliyyə tələblərinə valyuta kurslarında dəyişikliklərlə əlaqədar olan zərər ehtimalı;

  • faiz riski-bazarda faiz dərəcələrinin mənfi hərəkəti nəticəsində mümkün zərər riski;

  • fond riski-şirkətin udulmaya (qovuşmaya) qədər saxlamaq istəmədiyi qiymətli kağızlar portfelinin mövcudluğu halında qiymətli kağızlar bazarında qiymətlərin mənfi hərəkəti ilə əlaqədar zərər ehtimalı.




Likvidlik riski-şirkətin ödəmə qabiliyyətliyi ilə əlaqədar gözlənilən risklərdir.


Şirkətin maliyyə risklərinin idarə edilməsi üzrə fəaliyyəti risk siyasəti adlanır. Risk siyasəti dedikdə, qərarın qəbul edilməsi anında onun səhv olacağı barədə təhlükəni azaltmaq və bu idarəetmə qərarlarının mümkün mənfi nəticələrini ixtisar etmək məqsədilə müxtəlif tədbirlər sisteminin həyata keçirilməsi başa düşülür. Şirkətin maliyyə risklərinin idarə edilməsi prosesi şəkil 12.5-də göstərilmişdir.

  1. Riskin identifikasiyası-şirkətin biznes-proses anlaşmalarından irəli gələcək maliyyə itkilərinin mümkünlüyünü meydana çıxarır.

  2. Riskin qiymətləndirilməsi-pulla ölçülə bilən riskin kəmiyyət qiymətləndirilməsi.

  3. Riskin monitorinqi-şirkət mütəxəssislərinin kont-ragentlərin mal, pul, valyuta və fond bazarlarının maliyyə vəziyyətinin dəyişikliklərinə nəzarət üzrə fəaliyyətinin məcmusu.

  4. Riskin nəzarəti-təyin olnmuş məhdudiyyətlərə riayət olunmasının daimi yoxlanılması və müvafiq idarəedici hesaba-tın hazırlanmasının həyata keçirilməsi.

  5. Riskin tənzimlənməsi-risk vəziyyətlərinin hədlərinin təyin olunması, risklərin hedcləşdirilməsi, əvvəlcədən stress-ssenari ilə işlənib hazırlanmış qərarların qəbulu daxil olmaqla maliyyə risklərinin tam və ya qismən aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlər.













Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin