Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ vergi menecmenti idarəetmə fəaliyyətinin xüsusi növü kimi



Yüklə 1,45 Mb.
səhifə85/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   81   82   83   84   85   86   87   88   ...   104
13.2. Korporativ vergi menecmenti idarəetmə fəaliyyətinin xüsusi növü kimi
Ümumi menecment nəzəriyyəsində idarəetmə daxili və xarici amillərin təsirindən asılı olmayaraq idarə edilən obyektin əvvəlcədən müəyyən edilmiş vəziyyətə gətirilməsi kimi müəyyən edilir.
Korporativ vergi menecmentinin idarəetmə obyekti müəssisə və təşkilatların öz vergi öhdəliklərinin yerinə yetirməsi zamanı yaranan, həm müəssisədaxili, həm dövlətlə olan vergi münasibətləri sisitemidir.
Müəssisə və təşkilatlar səviyyəsində vergitutmanın idarə edilməsi prosesinin əsas elementi idarəetmə obyekti üçün məqsədlərin müəyyənləşdirilməsidir.
Korporativ vergi menecmentinin məqsədlərinin müəyyənləşdirilməsi maliyyə menecmenti sistemində həm idarəetmə obyektinin özü, həm də müəssisə və təşkilatın idarəedilməsi sisitemində onun yeri barədə hərtərəfli biligilərə malik olmağı tələb edən mürəkkəb və məsuliyyətli bir prosesdir.
Vergitutma sistemi özünə çoxsaylı məqsədlərin xas olduğu mürəkkəb bir sistemdir. Korporativ vergi menecmentinin məqsədləri ilk növbədə dövlətin ümumi sosial-iqtisadi strategiyası ilə müəyyənləşən dövlətin vergi doktrinasından asılıdır. Bundan başqa bu məqsədlər müəssisə və təşkilatın iqtisadi strategiyası, onun qarşısında duran strateji və taktiki məsələlərlə müəyyənləşir.
Bu cür problemlərin mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqədar olaraq korporativ vergi menecmentinin müəssisələrin təsərrüfat fəaliyyəti təcrübəsində tətbiqi getdikcə daha geniş vüsət alır.
O, həm müəssisə və təşkilatlarda müvafiq təşkilati strukturların yaradılması, həm də müqavilə əsasında vergi ödəyicilərinə vergitutma sahəsində xidmət göstərən auditor və məsləhətçi şirkətlərin yaradılması yolu ilə inkişaf edir.
Dövlətə maliyyə münasibətlərinin, müəssisə və təşkilatların məcburi və əvəzsiz ödəniş şəklində həyata keçirilməsi qaydası vergi qanunvericiliyi ilə ciddi surətdə reqlamentləşdirilən pul vəsaitlərinin hərəkətinin idarə edilməsi prosesi korporativ vergi menecmentinin predmetini təşkil edir.
Müəssisə və təşkilatın miqyasından, onun təşkilat-hüquqi formasından, fəaliyyət sahəsindən asılı olmayaraq onun korporativ vergi menecmenti vasitəsilə reallaşdırılan aşağıdakı kimi mühüm məqsədlərini sadalamaq olar.

  • vergi qanunvericiliyinə əməl edilməsi, vergilərin dəqiq hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;

  • vergi ödənişlərinin optimallaşdırılması;

  • müəssisənin fəaliyyəti, vergitutma nöqteyi-nəzərindən qəbul edilən idarəetmə qərarlarının mötədilliyinə xatircam olmaq üçün sabit şəraitin yaradılması;

  • müəssisə və təşkilatın vergi orqanları tərəfindən həyata keçirilən yoxlamadan sonra ortaya çıxa bilən problemləri həll etmək zərurətindən azad edilməsi.

Təsərrüfat subyektləri öz fəaliyyətlərində öz gəlir və mənfəətlərinin məbləğini maksimallaşdırmağa çalışırlar. Bu isə vergi ödənişlərinin məbləğinin minimallaşdırılması ilə üst-üstə düşə bilər. Ümumiyyətlə subyektləri ödənilən vergilərin məbləği deyil, son maliyyə nəticəsi maraqlandırır. Bu nöqteyi-nəzərdən əsas məsələ verginin ödənilməsinin vergitutmanı optimallaşdırılmağı imkan verən variantin seçilməsidir.
Sabit vergi qanunvericiliyinin olması korporativ vergi menecmentinin təşəkkül tapması və inkişafı üçün əsas şərtdir.
Korporativ vergi menecmentinin təşkili kifayət qədər xərclər hesabına başa gəlir. Buna görə də bu fəaliyyətin səmərəliliyinin qiymətləndirilməsi zərurəti ortaya çıxır.
Korporativ vergi menecmentinin səmərəliliyinin bir sıra əmsallarla müəyyənləşdirilir. Bu əmsallar aşağıdakılardan ibarətdir.

  1. Vergitutmanın səmərəliyinin ümumi əmsalı:

F=M:X
Burada M- xalis mənfəət, X- məcmu vergi xərcləri.


Məcmu vergi xərclərinə həm dolayı vergilər, həm də müəssisənin xərclərinin tərkibinə daxil edilən vergi məbləğləri daxildi.

  1. Satışa vergi tutumu əmsalı:

S=X:H
Burada H- satışın həcmi
Satışın həcminə dolayı vergi məbləğləri də nəzərə alınmaqla məhsul satışından, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği daxil edilir.

  1. Gəlirin vergitutma əmsalı:

G=D:V
Burada D- dövriyyə vergi xərcləri, V- məhsul satışından, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləği.
Dövriyyə vergi xərclərinə ümumi dövriyyəyə hesablanan vergilər aid edilir (məsələn sadələşdirilmiş vergi ödəyiciləri üçün). Məhsul satışından, işlərin yerinə yetirilməsindən və xidmətlərin göstərilməsindən əldə olunan vəsaitin məbləğində isə ümumi dövriyyəyə hesablanan vergi məbləği nəzərə alınmır.

  1. Xərclərin vergitutma əmsalı:

K=L:Z
Burada L- xərclərin tərkibinə daxil edilən vergilər, Z- məcmu xərclər.

  1. Mənfəətin vergitutma əmsalı:

N=P:W
Burada P- mənfəətin aid edilən vergi xərcləri (məsələn ƏDV), W- ümumi mənfəət.
Qeyd olunan göstəricilər müəssisə və təşkilatlarda vergi menecmentinin səmərəliliyini hərtərəfli xarakterizə edirlər. Bu əmsalların konkret bir müəssisə üçün məqbul hesab edilən qiymətləri həmin müəssisənin fəaliyyət sahəsindən daha çox asılıdır. Buna görə də bu əmsalları konkret bir müəssisənin inkişaf tendensiyasını müəyyənləşdirməyə imkan verən dinamika sıraları əsasında qiymətləndirmək daha məqsədəuyğundur.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin