12. 3. Ümumi tələblər və korporasiyaların maliyyə hesabatları
Konsolidasiyalı hesabatlılıq “Konsolidasiyalı hesabatlılıq və uçot” anlayışı dedikdə tə-sərrüfat subyektlərinin fəaliyyətlərində aşağıdakı göstəricilərin inteqrasiyası başa düşülür:
Konsolidasiyalı hesabatın hazırlanması zəruriliyi iştirakçıların kapitalda iştirakı və ya digər üsulla qarşılıqlı asılılığı vəziyyətində inteqrativ koorporativ strukturun yaradılması zamanı yaranır. Konsolidasiyalı hesabatlılıq korporativ strukturun maliyyə və sosial-iqtisadi idarəedilməsini yüksəltməyə və bütövlükdə fəaliyyətinin portretini görməyə imkan verir.
Konsolidasiyalı hesabatın məqsədi-koorporasiya çərçivəsində təsərrüfat subyektlərinin fəaliyyəti haqqında ümumi təsvvür əldə etməkdir.
Konsolidasiya prosesində istənilən daxili qruplarla maliyyə təsərrüfat əməliyyatları istisna edilir, yalnız aktiv və passivlər, üçüncü şəxslərlə əmliyyatlardan gəlir və xərclər əks olunur.
Maliyyə-iqtisadi xarakterli informasiya məqsədləri üçün zəruridir:
Korporasiyanın regionun və dövlətin iqtisadi inkişafındakı yeri və rolunun müəyyənləşdirilməsi, xüsusi ilə iqtisadi inkişaf proqramlarının reallaşdırılmasında dövlət və korporasiyanın idarəetmə orqanlarının maraqlarının üst-üstə düşmə dərəcəsinin müəyyənləşdirilməsi.
Koordinasiya olunmuş maliyyə-iqtisadi siyasətinin aparılması məqsədilə, korporasiyanın daxili tələbatları üçün ümumi səmərəli inkişaf strategiyasının işlənib hazırlanması, korporasiya iştirakçılarının yüksək idarə edilməsi.
Korparasiyanın cari fəaliyyəti haqqında gözlənilən gəlirlə bağlı risklər, məbləğlər, müddət haqqında, eləcədə korporasiyanın təsərrüfat resursları, onun vəzifələri, vəsaitlərin tərkibi və mənbələri, dəyişilmə səbəbləri haqqında geniş cəmiy-yətə mövcud və potensial investorlara fikir söyləmək imkanı verən informasiyanın təmin olunması.
Beləliklə, konsolidasiyalı maliyyə hesabatı bir-birinin kapitalında iştirak edən və vahid iqtisadi strategiya çərçivəsində fəaliyyət göstərən təsərrüfat subyektləri qrupunun fəaliyyətini xarakterizə edən informasiyanı əks etdirir.
Şirkətin xaricdə maliyyə hesabatının formalaşdırılması və sonrakı təhlilin sadələşdirilməsi üçün mühasibat uçotu və maliyyə hesabatının standartları sistemi işlənib hazırlanmışdır. Azərbaycanda bu beynəlxalq maliyyə hesabatı standartları adlandırılır (BMHS), onun başlıca məqsədi müxtəlif kompaniyaların sənədləşmələrini müqayisə etməyə imkan verən maliyyə hesabatlarının strukturlaşdırılmasıdır.
Konsolidasiyalı hesabatlılığın tələbləri:
hesabatların mərhələliyi-maliyyə hesabatı bərabər zaman fasiləsilə dövri olaraq hazırlanmalıdır;
əhatə tamlığı-korporasiya öz maliyyə sənədlərinə hesabatda qeyd olunan gəlirlərin əldə olunması üçün zəruri olan bütün xərcləri daxil etməlidir.
mühafizəkarlıq-hesblamaların qeyri-müəyyənliyi dəqiq ehtimal olunan gəlirləri əmələ gətirməkdə korporasiya hesabatında ən kiçik rəqəmi göstərməlidir. Bununla yanaşı korporasiya bütün mümkün xərcləri nəzərə almalı və dəqiq əsaslandırılma olmadan gəlirlər haqda məlumat verməməlidir.
aşkarlıq-hesabatlarda əks olunan informasiya elə səviyyədə qeyd olunmalıdır ki, biznes problemlərini orta səviyyəli başa düşən oxucu onu anlaya bilsin.
zərurilik-qərarların qəbul olunması və istifadəçilərə istiqamətlənməsi üçün əhəmiyyətli informasiyanı əks etdirməlidir.
etibarlılıq-təqdim olunan informasiya tam və doğru olmalıdır.
ardıcıllıq-korporasiya maliyyə hesabatının müqayisəli metodlarından istifadəyə səy göstərməlidir ki, zamanın müxtəlif dövrlərində hesabatların müqayisəsi imkanı təmin olunsun.
Korporasiya hesabatda dövrün sonuna maliyyə vəziyyəti, dövr üzrə gəlirlər, sahibkarların investisiya qoyuluşları və onlara ödəmələri göstərməlidir.