Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment



Yüklə 1,45 Mb.
səhifə13/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   9   10   11   12   13   14   15   16   ...   104
Transsəhmdar xərclər nəzəriyyəsi. Transsəhmdar xərclər-bu xarici müqavilələrin yerinə yetirilməsinin təmin olunması üzrə xərclərdir (aşkar və qeyri-aşkar xərclər). Transsəhmdar xərclərinə işgüzar əməliyyatların aparılmasına, eləcə də, işgüzar tərəfdaşların axtarışına sərf olunan vaxtın maddi dəyəri, danışıqların aparılmasına, müqavilələrin imzalanmasına müvafiq olaraq, həmin müqavilələrin yerinə yetirilməsinin təmin olunması da daxil olmaqla xərclər daxildir.
Transsəhmdar xərclər əsasən aşağıdakı hallarda yüksək olur:

  • nadir məhsul istehsalında;

  • qeyri-müəyyən tələb və ehtimal olunmayan qiymət hərəkəti olan bazarda;

  • bazarda informasiyaların assimetriyası halında.

Transsəhmdar xərclərin azalması təşkilatların inteqrasiyası vasitəsilə mümkün ola bilər.
Müqavilələr nəzəriyyəsi. Göstərilən nəzəriyyə korporasiyasının təşkilinin daxili strukturuna diqqət yetirir, bu zaman onun təşkilini müqaviləyə əsasən ehtimal edir. Korporasiya işçilər, idarəedicilər və sahibkarlar arasındakı münasibətlərin məcmusunu əks etdirir. Bir qayda olaraq, bu münasibətlər formal müqavilələrdə əks olunur. Hətta bu münasibətlər formal müqavilələrlə tənzimlənməsə belə malsatanlar və istehlakçılarla qarşılıqlı əlaqələr mövcuddur, işçilər və idarə edənlər arasındakı subordinasiya sistemi qeyri-formal müqavilələr sistemidir. Buna baxmayaraq, bu münasibətlər hansısa bir dövr ərzində kifayət qədər stabildir və onların pozulması digər iştirakçılara qarşı müəyyən sanksiyalar tətbiq olunmasına gətirib çıxarır.
Nəzəriyyə çərçivəsində üç tip müqavilə fərqləndirilir:

  • klassik, tərəflər müstəqilliyi qoruyub saxlayır və dəyişkənlikdə fərqlənirlər. Klassik müqavilə sərt hüquqi sənəddir, müqavilə mətnində təsbit olunmayan heç bir razılaşmaları qəbul etmir.

  • neoklassik, bu zaman tərəflər arasında ortamüddətli və uzunmüddətli əsaslar üzrə yüksək qarşılıqlı asılılığa nail olunur. Bu müqavilə sərt hüquqi sənəddən daha çox gələcəkdə baş verə biləcək vəziyyətləri istisna edilməklə hər şeyi nəzərə alan əməkdaşlıq prinsipləri haqqında müqavilədir. Bu zaman şifahi müqavilələr yazılı müqavilələr siyahısında nəzərdən keçirilir.

  • əlaqəli, bu müqavilə uzunmüddətli, qarşılıqlı faydalı müqavilədir. Bu zaman müqavilə iştirakçılarının qarşılıqlı asılılığının mümkün maksimal dərəcəsi təmin olunur və qeyri formal şərtlər formal şərtləri üstələyir. Müqavilənin üçncü tipi iri biznes sahəsində getdikcə daha çox tanınmağa başlayır.

Korporasiyaların inkişafının sonrakı mərhələsi XX əsrin 80-90-cı illərinə təsadüf edir. Bu dövr korporasiyanın orqanizm kimi qəbul olunmasını rədd etməklə xarakterizə olunur. Öncə təsərrüfat həyatında dövlət tənzimlənməsinin güclənməsi korporasiyanın fəaliyyətinə orta yanaşmanın inkişafı zəruriliyinin dərk olunmasına gətirib çıxarmışdır. Hər bir korporasiya öz-özlüyündə xüsusiləşməmişdir, digər bazar institutları ilə birgə fəaliyyət göstərir. Bu dövrdə korporasiyanın təşkilat konsep-siyası tamamilə təsdiq olunur və korporasiyanın idarə olunması getdikcə çətinləşirdi. İlkin olaraq səhmdarların tələbatlarının təmin olunmasına tələblər irəli sürülür, bu isə korporativ mədəniyyətin və korporativ menecmentin prinsiplərinin formalaşdırılması zəruriliyinin vacibliyini əks etdirirdi. Qeyd olunan mərhələyə aşağıdakı nəzəriyyə xarakterikdir.

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin