Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment



Yüklə 1,45 Mb.
səhifə16/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   12   13   14   15   16   17   18   19   ...   104
Təşkilat nəzəriyyəsi. Bu nəzəriyyə təşkilati strukturların böyük əksəriyyətinin ali menecerlərin davranışı nəticəsində zəifləməsini nəzərdə tutur. Korporasiyaların menecerləri nəzarətdən (idarəetmənin nəzarətdən ayrılmasının nəticəsi kimi) aşağıdakı fərdi faydanı əldə edirlər:
- müvəffəqiyyət, iri layihələrin həyata keçirilməsindən mənəvi məmunluq;
- menecerin şəxsi reputasiyası, karyera perspektivi;
- imtiyazlar;
- hamilik (dostların və qohumların əsas və xüsusi əhəmiyyət kəsb edən vəzifələrə təyin edilməsi);
- korporasiyadan aktivlərin birbaşa çıxarılması.
Bir qayda olaraq, fərdi fayda hər bir vəzifəyə görə spesifikdir.
İdarə edənlər istehsala yaxın olduqları üçün daha çox informasiyaya malikdirlər, odur ki, öz məqsədlərinə nail olmaq üçün mülkiyyət sahiblərinə (səhmdarlara) təqdim olunan informasiyanı təhrif edə bilərlər (dəyişdirə bilərlər).


2.5. Korporativ menecment sistemi, onun təşkili prinsipləri və iqtisadi subyektlər üçün əhəmiyyəti

Korporativ menecment sistemi (şəkil 2.3) elə bir təşkilati modeli əks etdirir ki, onun köməyi ilə korporasiya öz səhmdarlarının maraqlarını təmsil və müdafiə edir.







Şəkil 2.3. Korporativ menecment sisteminin sxemi

Bu sistem mövcud qanunvericiliyə riayət olunması və beynəlxalq standartların nəzərə alınması əsasında gəlirlərin artırılması məqsədilə direktorlar şurası, menecerlər və digər maraqlı şəxslərin (işçilər, kreditorlar, malsatanlar, yerli orqanlar, ictimai təşkilatlar) qarşılıqlı fəaliyyəti və hesabatlılığı sistemidir.Verilən sistemdəki istiqamətlər aşağıdakı şəkildə bölüşdürülmüşdür:



    • səhmdarlardan baş direktor və menecmentə kapital haqqında informasiya daxil olur, baş direktor və menecment isə səhmdarlara şəffaf maliyyə hesabatı təqdim etməlidirlər;

    • səhmdarlardan direktorlar şurasının fəaliyyətinə nəzarət həyata keçirilir, direktorlar şurası isə səhmdarlara məlumatları və şəxsi hesabatları təqdim edirlər;

  • baş direktor və menecment strategiyanın reallaşdırılması gedişində operativ verilənləri və məlumatları direktorlar şurasına təqdim edir, o isə öz növbəsində şirkət və baş direktorun fəaliyyətinə nəzarəti həyata keçirir.

Korporativ menecment və şirkətin fəaliyyətinin səmərəliliyini əlaqələndirən kifayət qədər tədqiqatlar mövcuddur. Bununla yanaşı, korporativ menecmenti daxil etmək üçün fərqli stimullar mövcuddur, başqa sözlə, şirkətlərin korporativ menecment standartlarının tətbiqindən əldə edə biləcəkləri üstünlüklər (şəkil 2.4).



Korporativ menecmentin yüksək standartları-xarici şirkətlərin potensial tərəfdaşlara məcburi tələbləridir. McKinsey beynəlxalq konsaltinq şirkətinin tədqiqatları göstərir ki, investorlar yüksək səviyyəli korporativ menecmentə malik müəssisələrin səhmlərinə əhəmiyyətli dərəcədə yüksək məbləğ ödəməyə hazırdırlar.


Harvard biznes məktəbinin professoru Pol Qompers 1500 korporasiyanın fəaliyyətinin tətqiq edərək belə qənaətə gəlmişdir ki, korporativ menecmentin yüksək standartlarını tətbiq edən şirkətdə səmərəlilik və kapitallaşma göstəriciləri digər firmalardan yüksəkdir. Səmərəli korporativ menecment kapitalın dəyərini azaldır.
“Pricewaterhouse Coopers” audit firması tərəfindən aparılmış araşdırmalar səkkiz Asiya ölkəsi nümunəsində göstərdi ki, qeyr-şəffalıq kapitalın dəyərini 700 bazis punktu qədər yüksəldir. Belə ki, səmərəli korporativ menecmentin mahiyyəti ayrıca şirkətin səhmdarlarının hüquqlarına riayət olunması məsələsi çərçivəsindən çıxır. İqtisadi artım investisiyaların cəlb olunmasını, güclü xüsusi sektorun yaradılmasını ön plana çəkir.
Korporativ menecment sisteminin inkişafının müasir aşağıdakılar daxildir:

  1. Başlıca olaraq, müstəqil direktorlardan (Nyu-York birjasının yeni tələblərinə əsasən direktorların yarıdan çoxu müstəqil olmalıdır) ibarət direktorlar şurasının yaradılmasının zəruriliyi.

  2. Direktorlar şurasının üzvlərinə münasibətdə müstəqillik meyarlarının sərtləşdirilməsi.

  3. Top menecerlərin mükafatlandırılması haqqında infor­masiyanın nəşr edilməsi.

  4. Yeni texnologiya və kommunikabelli texnologiyaların aktiv tətbiqi.

  5. Korporativ menecmentin mükəmməlləşdirilməsi üzrə xidmətlər bazarının inkişafı.

  6. Səhmdarların fəaliyyətinin aktivləşdirilməsi, həmkarlar ittifaqlarının idarəetməyə cəlb edilməsi.

  7. Korporativ hesabatlılığın hormonizasiyası (Avropada 2005-ci ilin sonunda bu günə kimi bütün korporasiyalar unifikasiya edilmiş standartlar əsasında hesabat təqdim edirlər).



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin