10.5. Korporativ sosial məsuliyyətin standartlaşdırılması
Korporativ sosial məsuliyyət konsepsiyasının geniş yayılması bu prosesin standartlaşdırılmasını tələb edir. 2001-ci ildə İzrail təşkilatı standartlaşdırma üzrə Beynəlxalq təşkilata (İSO) yeni standart - təşkilatın yeni standartını işləyib hazırlamaq haqqında müraciət etdi. Müasir dövrdə bu məsələ ilə bağlı qeyri hökumət təşkilatları tərəfindən işlənib hazırlanmış bir sıra standartlar mövcuddur. Bu standartlar korporativ sosial məsuliyyət sahəsində rəsmi beynəlxalq İSO standartı deyillər, amma buna baxmayaraq yenə də dünyada geniş yayıla bilirlər. Belə sənədlər sayına aşağıdakıları aid edə bilərik:
Standart AA 1000:1999 “məsuliyyət”. Böyük Britaniyanın sosial və etik məsuliyyət institutu tərəfindən işlənib hazırlanıb. Standart etik mövqedən kompaniyanın fəaliyyətini ölçülməsi üçün nəzərdə tutulub və sosial sahədə müəsissənin fəaliyyətində bir sıra meyarlar əsasında aparıla biləcək auditi ifadə edir.
Standart SA 8000:2001 “Sosial məsuliyyət”. Sosial məsuliyyət üzrə beynəlxalq təşkilat tərəfindən işlənib hazırlanıb.
Standart sosial müdafiə, işçi hüquqlarına riayət olunması, uşaq əməyini nizama salınması, əməyin mühafizəsi üzrə tələbəri müəyyənləşdirir .
Standart OHSAS 18001:1999 “Peşəkar təhlükəsizliyin və sağlamlığın qiymətləndirilməsi sistemi”. Standart Britaniya, İspaniya, Norveç, Cənubi Afrika və standartlaşdırılma üzrə digər milli təşkilatlar tərəfindən işlənib hazırlanmışdır. Standart təşkilatın hər bir səviyyəsində hər bir funksional vahid üçün, sənaye təhlükəsizliyi və sağlamlıq sahəsində məqsədlərə nail olmağı nəzərdə tutur.
Standart OHSAS 18002:2000 “Əmək mühafizəi sahəsində menecmen sistemləri və peşə xəstəliklərinin qarşısının alınması OHSAS 18001 tətbiqi üzrə rəhbərlik təlimatı”. Standart OHSAS 18001:1999 standartının tətbiqi üzrə ehtiva edir.
1997-ci ildə beynəlxalq standart olan SA 8000:1997 “Sosial məsuliyyət” (Social Accontability 8000) işlənib hazırlandı. Bu standarta sosial məsuliyyətin tələblərinə baxılır və aşağıdakı problemlərin həlli çərçivəsini əhatə edir:
- uşaq əməyi;
- icbari əmək;
- sağlamlıq və təhlükəsizlik;
- iş vaxtı;
- əməyin ödənilməsi;
- idarəetmə sistemi;
- birləşmək azadlığı və kollektiv müqavilə bağlanması haqqında danışıqlar hüququ;
- hüquqi bərabərliyinin pozulması;
- cəza tədbirləri.
SA 8000:1997 əmtəə və xidmətlərin istehsalında etik meyarların qaydaya salınmasına yönəldilmişdir. Standart mahiyyət etibarı ilə biznesdə işlərin aparılmasının düzgünlüyünə zəmanət verirdi. Standartın işlənib hazırlanmasında Beynəlxalq Əmək Təşkilatının və BMT-in insan haqqları üzrə beynəlxalq sənədlərindən istifadə olunub.
- Beynəlxalq Əmək Təşkilatının 29 və 105 bəyənnaməsi (icbari və məcburi əmək);
- Beynəlxalq Əmək Təşkilatının 87 bəyamnaməsi (birləşmə azadlığı);
- Beynəlxalq Əmək Təşkilatının 98(kollektiv müqavilənin bxağlanmasında danışıqlar hüququ);
- Beynəxaq Əmək Təşkalatının 100 və 111 bəyamnaməsi (eyni işə görə işçilər və qadınların əməyinin bərabər ödənilməsi );
- Beynəlxalq Əmək Təşkilatının 135 bəyamnaməsi (işçiləri təmsil edən konfrans);
- Beynəlxalq Əmək Təşkilatının 138 bəyamnaməsi və Tövsiyə 16 (minimal yaş həddi və tövsiyə);
- Beynəlxalq Əmək Təşkilatının 155 bəyamnaməsi və Tövsiyə 164 (əmək təhlükəsizliti və sağlamlığın qorunması;
- Beynəlxalq Əmək Təşkilatının 159 bəyəmnaməsi (peşəkər bəraət və şəxslər, muzdla işləyənələr/əmək qabiliyyəti olmayanlar);
- Beynəlxalq Əmək Təşkilatının 177 bəyamnaməsi (evdə görülən iş);
- BMT-nin uşaq haqqları üzrə insan haqqları bəyamnaməsinin ümumi deklarasiyası.
Standart kompaniyaya aşağıdakı imkanları vermək üçün sosial məsulliyət üzrə tələbləri müəyyənləşdirirdi:
-nəzarət və təsir edə biləcəyi problemləri idarəetmə məqsədi ilə inkişaf etdirmək, dəstəkləmək, siyasət və üsulları həyata keçirmək, maraqlı tərəflərə siyasətin, üsulların və gerçəkliyin bu standartın tələbləri ilə uyğunluğunu nümayiş etdirmək.
SA8000:1997 standartı və onun 2001-ci ildə irəli sürülən ikinci nəşri SA8000 8 oktiyabr 2010-cu ildə nəşr olunan və 1 noyabr 2010-cu ildən beynəlxalq standart İSO 26000:2010 “osial məsulliyət üzrə rəhbərlik” kimi nəşr olunan beynəlxalq standart İSO 26000 yenidən işlənib hazırlanması üçün zəmin yaratdı. Bu standartın layihəsi beynəlxalq ictimaiyyətdə geniş müzakirə olundu. 2010-cu ilin iyulunda keçirilən işçi qrupunun iclasında (İSO/WG SR) 99 iştirakçı ölkənin 450 iştirakçı ekspertləri, 210 müşahidəçisi və 42 hüquqi təşkilat iştirak edirdi.
Standart təkcə kompaniyaların istifadəsi üçün deyil, həm də digər sahələrin, təşkilatları, o cümlədən dövlət və qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulub. Standart ondan ötürü nəzərdə tutulub ki:
- davamlı inkişafda təşkilatın töhfəsinə (yatırımına) kömək etsin;
- sosial məsuliyyət sahəsində qarşılıqlı anlaşılman; artırsın;
- korporativ sosial məsuliyyət sahəsində digər alətlər və təşəbbüslər onları əvəz etmədən əlavə etsin.
Standart sertifikatlaşdırma məqsədləri üçün nəzərdə tutulmayıb, onun tətbiqi könüllüdür və bütün ölkələrdə bütün növ təşkilatlara yayılır.