Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Bakı – 2021 11.1. Korporativ menecment standartlarının tətbiqinin iqtisadi səmərəliliyi



Yüklə 1,45 Mb.
səhifə70/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   66   67   68   69   70   71   72   73   ...   104
Bakı – 2021
11.1. Korporativ menecment standartlarının tətbiqinin iqtisadi səmərəliliyi

Əvvəlcədən qeyd etdiyimiz kimi, korporativ menecment bütövlükdə biznes-prosesləri optimallaşdırır və nəticədə şirkətin mənfəətinin artmasına səbəb olur. Ancaq, belə bir sual yaranır. Korporativ menecment standartlarının tətbiqini hansı xərclər müşayət edir və bütün şirkətlər müvafiq məsrəfləri etmək vəziyyətindədirlərmi?


Bir çox iri və orta şirkətlərdə idarəetmə stadartları zərurət hesab olunur. Onların ilkin vəzifəsi korporativ menecment sahəsində fəaliyyətdə olan qanunvericiliyə riayət olunmasının yaxşılaşdırılmasıdır. Qeyd etmək lazımdır ki, korporativ menecment məcəlləsində yazılan standartların tətbiqi, müəssisələr tərəfindən səhmdar cəmiyyətlərin idarəetmə orqanlarının işini təmin edən və onlara nəzarət edən bir sıra komitələrin yaradılmasını, ştat cədvəlinə korporativ katib vəzifəsinin daxil edilməsini, direktorlar şurasının tərkibinə müstəqil direktorların daxil edilməsini və s. tələb edir.
Buna görə də, heç də bütün müəssisələr iri komapniyalar kimi böyük miqyasda standartları tətbiq etmək imkanına malik deyillər. Kiçik və orta müəssisələr üçün belə məsrəflər iqtisadi əlverişli sayılmır, beləki, xidmət üçün sərf olunan xərclər məcəllənin tələb etdiyi idarəetmə orqanlarının fəaliyyətlərinin gəlirləri ilə uyğunlaşmır.
İri korporasiyalar standartların tətbiqində daha çox ona görə maraqlıdırlar ki, onlar birjalarda yerləşdirilmiş qiymətli kağızların hesabına maliyyələşdirilir və xarici investorları cəlb edirlər (kiçik və orta şirkətlər hələ də birbaşa investorları axtarır və ya banklarla kreditləşirlər). Belə şirkətlərdə korporativ menecmentin spesifikliyi qalmaqda davam edir. Başqa sözlə, şirkətin təsisçiləri operativ idarəetmədə iştirak edir və mülkiyyətin konsentrasiyasında maraqlıdırlar. Bu vəziyyət yalnız Azərbaycan üçün xarakterik deyildir. Korporativ menecment təcrübəsi və onun iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə fəaliyyət göstərən kiçik və orta şirkətlərdə tətbiqi dərəcəsi bu nisbəti əks etdirir.
Beləliklə, qeyd edək ki, korporativ menecment standart-larının tətbiqinin iqtisadi əlverişliliyi bir qayda olaraq, iri kompaniyalarda və ya öz fəaliyyət miqyasını inkişaf etdirən, geniş-ləndirən şirkətlərdə mövcud olur. Ancaq bazar mexanizminin, rəqabətin inkişafı, yeni investorların axtarışı kompani-yanın daxili yüksəlişini və müvafiq olaraq özünə bərabər mühitdə adekvat fəaliyyət göstərməsini stimullaşdıran xaric amillər hesab olunur.
Buna baxmayaraq, standartların tətbiqi problemləri artıq tətbiq olunmuş standartlara riayət olunması problemləri ilə üstü örtülür və dövlət, dövlətlərarası və transmilli statusa malik iri korporasiyalar gündəlik təcrübənin gedişində külli miqdarda çətinliklərlə qarşılaşırlar. Öz mənşəyinə görə, korporativ menecment təcrübəsi üçün zəruri təkmilləşdirmə mübarizəsi öz əksini iri şirkətlərin korporativ menecmentin ayrı-ayrı meyarları, həm də şirkət fəaliyyətinin ümumi səmərəliliyi üzrə reytinqinin hazırlanmasında tapır.
Qeyd etmək lazımdır ki, korporativ menecment meyarları olduqca müxtəlifdir.
Korporativ menecmentin ümumi səmərəlilik meyarlarına aşağıdakılar daxildir:

  1. Kapital bazarına giriş. Səmərəli idarə olunan kompani-yalar investorlar tərəfindən dostcasına qəbul olunur, belə ki, səhmdarlar üçün gəlirlərin təmin olunmasına inam yaradırlar. İnvestorlar arasında investisiya qərarlarının qəbul olunması prosesində tətbiq olunan əsas meyarlar siyahısında korparativ menecment təcrübəsini daxil edilən meyllər müşahidə olunur. Koporativ menecment təcrübəsi və onun strukturu nə qədər yaxşı olarsa səhmlərin səhmdarların maraqları üçün istifadə olunması ehtimalı yüksək olur.

  2. Kapitalın dəyərinin azaldılması və şirkət aktivlərinin dəyərinin yüksəldilməsi. Korporativ menecment standartlarına tam ölçüdə riayət edən şirkətlər xarici resurslarının dəyərinin azaldılmasına nail ola bilərlər. Ölkələrarası səviyyədə aparılmış araşdırmalar göstərir ki, Azərbaycanda borc kapitalının dəyəri digər ölkələrdən olduqca yüksəkdir. Qeyri stabil iqtisadi mühitdə pul vəsaitlərinin investisiyalaşması vençur investisiya-laşmasına bərabərləşdirilir və bu halda bank faiz dərəcəsi daha yüksək olur. Eyni zamanda korporativ menec-ment təcrübəsi və şirkət dəyərinin qiymətləndirilməsi arasında birbaşa propor-sional əlaqə mövcuddur. Bir qayda olaraq, korporativ menec-ment standartlarının tətbiqi bazarda şirkətin səhmlərinin dəyə-rini nəzərə çarpacaq dərəcədə yüksəldir.

  3. Şirkətin idarə edilməsinin mütəşəkkil sistemi. İdarəet-mə keyfiyyətinin yüksəldilməsi nəticəsində hesabatlılıq sistemi daha mütəşəkkil olmağa başlayır, menecerlərin işinə nəzarət dəqiqləşir və fəaliyyət nəticələri ilə mükafatlandırıl-ması sistemi arasındakı əlaqə güclənir. Bundan başqa vaxtında və tam təqdim olunan informasiyanın əldə olunması imkanı və maliyyə şəffaflığının artırılması hesabına qərarların qəbul olunması prosesi yaxşılaşır. Rəhbərlərin varisliyinin planlaş-dırılması üçün şərtlər yaradılır ki, bu da şirkətin uzunmüddətli mərhələdə müvəffqiyyət qazanmasına səbəb olur. Qeyd olunan vəziyyətdə iqtisadi səmərəliliyə şirkət fəaliyyətinin böhran müddətində top menecerlərin və ya onların xidmətlərinin əldə olunması üçün zəruri kapital qoyuluşları həcminin azaldılması vasitəsilə nail olunur. Bu həmdə fırıldaqcılığın və səhmdarların maraqları ilə ziddiyyət təşkil edən şəxsi maraqların güdülməsi riskini azaltmağa imkan verir. Korporativ menecmentin zəruriliyi onda ifadə olunur ki, investorlar üçün şirkətin bütövlükdə şəffaflığı yüksəlir və onlar şirkət əməliyyatlarının maliyyətinə daxil olma imkanını əldə edirlər. Hətta, əgər informasiya mənfi olsa belə şəffaflığın yüksəldilməsi qeyri-müəyyənlik riskini ixtisar edir. Beləliklə, direktorlar şurası tərəfindən risklərin sistemli təhlili və qiymətləndirilməsinin aparılmasına stimul formalaşır.

Sadalanan meyarlar səmərəli korporativ menecmentin bir sıra üstünlüklərini yaradır:

    1. Strateji qərarların qəbulunun mükəmmələşdirilməsi.

    2. Maliyyə resurslarının cəlb olunması.

    3. Şirkətin hökumət orqanları ilə qarşılıqlı əlaqələrinin yaxşılaşdırılması.

    4. Menecerlərlə səhmdarlar arsında qarşılıqlı əlaqələrin yaxşılaşdırılması.

    5. Korporativ münaqişələrin qarşısının alınması.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin