Bakı – 2021
12.1. Korporativ maliyyənin mahiyyəti
Korporativ maliyyə dövlətin maliyyə sistemi çərçivəsində fəaliyyət göstərir və onun əsasını təşkil edir. Korporativ maliyyə anlayışı dedikdə müəyyən şirkət çərçivəsində kapitalın hərəkətinin idarə olunması başa düşülür. “Korporativ” sözü idarəetmənin korporativ formasını göstərir. Korporativ maliyyə-korporasiyaya daxil olan iştirakçıların-müəssisələrin pul resurslarının formalaşdırılması və onların bölüşdürülməsi, bu pul resurslarından korporasiyanın iştirakçıları qarşısında vəzifələrin yerinə yetirilməsi üçün istifadəsi, maliyyə-kredit siyasəti və dövlət, eləcə də ayrı-ayrı iştirakçılar və həmçinin bütövlükdə korporasiyanın fəaliyyət göstərməsinin təmin olun-masına istifadəsi ilə əlaqədar pul münasibətləridir.
Korporasiyanın (səhəmdar cəmiyyətin) maliyyə münasibətləri aşağıdakı təsərrüfat subyektləri ilə yaranır:
Təsisçilərlə-nizamnamə kapitalının formalaşdırılması zamanı.
Səhmdarlarla-emissiyalı qiymətli kağızlar üzrə dividentlərin və faizlərin ödənilməsi, eləcə də, vaxtından əvvəl ödənilməsi məqsədi ilə şəxsi səhmlərinin girovdan azad edil-məsi.
Kreditorlarla-istiqrazların (borcların) və öhdəliklərin ödənilməsi zamanı.
Banklarla-ssudaların və onlara faizlərin alınması və ödənilməsi zamanı.
Qeyri-dövlət maliyyə vasitələri ilə, məsələn, sığortaçılarla, investisiya fondları və şirkətləri ilə, fond birjaları ilə profil əməliyyatların həyata keçirilməsi zamanı.
Qız və asılı cəmiyyətlərlə-əsas cəmiyyət tərəfindən onlara dəymiş zərərlərin ödənilməsi və asılı cəmiyyətlərin səhmlərinin alışı zamanı.
Dövlətlə-büdcə sisteminə vergi və yığımlar üzrə, büdcədənkənar fondlara ödəmələr, büdcədən ayrı-ayrı xərc növlərinin maliyyələşdirilməsi zamanı: kapital qoyuluşları, elmi tədqiqat və təcrübə-konstruktor işləri və s.
Korporasiyanın kapitalı müxtəlif əlamətlərinə görə təsnifləşdirilir:
1. Mənsubiyyətinə görə:
2. İstifadə istiqamətinə (məqsədlərinə) görə:
4. İnvestisiyalaşma formasına görə:
pul formasında;
maddi formada;
qeyri-maddi formalarda.
5. İnvestisiyalaşma obyektinə görə:
6. Mülkiyyət formasına görə:
7. Fəaliyyətin təşkilati-hüquqi formalarına görə:
8. istehsal prosesində iştirakın xarakterinə görə:
fəaliyyətdə olan;
fəaliyyətdə olmayan.
9. Sahibkarların mənsubiyyətinə görə:
Kapitalın strukturunun optimallaşdırılması prosesi aşağıdakı ardıcıllıqla həyata keçirilir:
Mərhələlər üzrə kapitalın tərkibinin dinamik təhlili, elecə də onun strukturunun dəyişdirilməsi meyllərinin təhlili prosesində maliyyə müstəqilliyi əmsalları, borc, uzunmüddətli və qısamüddətli öhdəliklər arasındakı qarşılıqlı münasibətlər kimi parametrlər araşdırılır. Daha sonra aktivlərin və şəxsi kapitalın rentabellik və dövriyyə göstəriciləri öyrənilir.
Kapitalın strukturunu müəyyənləşdirən əsas amillərin qiymətləndirilməsi. Bunlara daxildir:
təsərrüfat fəaliyyətinin sahə xüsusiyyətləri;
şirkətin həyat tsiklinin mərhələləri;
məhsul və maliyyə bazarının konyukturu;
cari fəaliyyətin gəlirlilik səviyyəsi;
şirkətə düşən vergi yükü;
səhmdar kapitalının konsentrasiyası.
Sadalanan amilləri nəzərə alaraq, kapitalın strukturunun idarə olunması iki məsələnin həllini nəzərdə tutur:
şəxsi və borc kapitalından istifadənin optimal proporsiyalarının təyin olunması;
zərurət halında əlavə daxili və ya xarici kapitalın cəlb olunmasının təmin olunması;
Şəxsi kapitalın gəlirliliyi meyarı üzrə kapitalın strukturunun optimallaşdırılması.
Dostları ilə paylaş: |