11.4. Korporativ menecmentin səmərəliliyinin qiymətləndirilməsinin “PRAYM-TASS” və “Standard & Poor´s” reytinq sistemi
“PRAYM-TASS” analitikləri tərəfindən işlənib hazırlanmış reytinq metodologiyası reytinq olunan şirkətlər üzrə kütləvi informasiyanın təhlilinə əsaslanır. “PRAYM-TASS”-ın fikrincə belə informasiyanın mövcudluğu şirkətin şəffaflığının qiymətləndirilməsinin başlıca meyarlarından biridir. Reytinq üçün seçilən meyarlar korporativ menecmentin əsas risklərini qiymətləndirir, onlar arasında mülkiyyətin konsentrasiyası, səhmdar kapitalının qeyri-şəffaf strukturu, şirkətin menecment və direktivlərinin mövcud sistemi, eləcə də korporativ menecmentinin səviyyəsini müəyyənləşdirən digər riskləri nəzərdə tutur.
Mövcud reytinqlərdən bu reytinqi aşağıdakı üç vəziyyət fərqləndirir:
Reytinqin mənimsənilməsi üçün müəssisələr sahə prinsipi üzrə qruplaşdırılır.
Reytinqlərin mənimsənilməsi “PRAYM-TASS”-ın şəxsi metodiki bazası əsasında aparılır.
İnformasiyanın açıq mənbələrinə əsaslanır.
Reytinqdə iştirak sənaye qrupları və müəssisələr üçün könüllü sayılmır, onların seçimi agentliyin ekspert rəyinin qərarı üzrə həyata keçirilir.
Korporativ menecmentin risklərinin sahədaxili təhlili investisiyalaşma üçün istehsalın bu və ya digər sahəsini nəzərdən keçirən investorlar üçün xüsusi maraq kəsb edir. Reytinqin aparılması üçün seçilən əlamətləri, mülkiyyətin yüksək konsentrasiyası kimi risklər qiymətləndirir, bu isə səhmdarlar arasında maraqların mübahisəsinə və siyasi motivlər üzrə qərarların qəbul olunmasına gətirib çıxarır.
Bütövlükdə korporativ menecment riskləri, hər biri öz növbəsində bir neçə alt kateqoriyadan ibarət olmaqla beş kateqoriyada qruplaşır. Hər alt kateqoriya üzrə şirkətə beş ballıq şkala üzrə reytinq tətbiq olunur, orta göstərici hər kateqoriyada əks olunur. Yekun reytinq beş kateqoriya üzrə rey-tinqlərin orta göstəricisi hesab olunur.
Birinci əlamət kimi şirkətin maliyyə şəffaflığı və şirkətin maliyyə şəffaflığı ilə bağlı olan informasiyanın aşkarlığı çıxış edir. İkinci əlamət səhmdar kapitalının strukturunu və şirkətin səhm bazarını təhlil edir. Metodologiyanın üçüncü əlaməti şirkətdə səhmdarların hüquqlarını və korporativ menecment riskələrini təhlil edir. Metodologiyanın dördüncü əlaməti şirkətin direktorlar şurası və menecmentinin fəaliyyətini qiymətləndirir. Korporativ menecment reytinqinin metodologiyasının sonuncu əlaməti korporativ menecment sahəsində təşəbbüskarlıq və informasiya aşkarlığıdır.
Xarici reytinqlər arasında daha geniş yayılmış reytinq “Standard & Poor´s” korporativ menecçent reytinqidir.
“Standard & Poor´s” beynəlxalq şirkəti korporativ menecmentin reytinqləri metodologiyasının işlənib hazırlanma-sına 1998-ci ilin əvvəllərində başlamışdır. Metodologiyanın sınaqdan keçirilməsindən sonra pilot layihələrin gedişində “Standard & Poor´s” şirkəti ixtisaslaşmış korporativ menecment reytinq xidmətinin yaradılması qərarını qəbul etdi və 2000-ci ildən korporativ menecment sahəsində reytinq xidmət-ləri göstərməyə başladı. Hal-hazırda, “Standard & Poor´s” həm şirkət, həm də ayrıca ölkələr səviyyəsində korporativ menecmentin qiymətləndirilməsi konsepsiyasını əks etdirir. Onun istifadə etdiyi yanaşma maliyyə nöqteyi-nəzərdən maraqlı şəxslərin-səhmdarlar və kreditorlar nöqteyi nəzərdən vəziyyətin araşdırılmasını nəzərdə tutur.
Məntiqi müsahibələrin gedişi mənimsənilmiş reytinq haqqında hesabatda analitik tərəfindən ifadə olunur.
Hesabatın strukturu aşağıdakı şəkildə olur:
Qısa xülasə. Burada şirkətin korporativ menecmentinin ümumi reytinqi, eləcə də, şirkətlərin əsas vəziyyətlərinin qısa ifadəsi öz əksini tapır, hər kompanent üzrə qeyd olunan güclü və zəif tərəflər burada müəyyən olunur.
Şirkət haqqında arayış: istehsal fəaliyyəti, maliyyə vəziyyəti, mülkiyyət strukturu və menecmentə aid əsas informasiya.
Metodoloji hissə: ballar və növbəti kompanentlərin təhlili:
mülkiyyətin strukturu və xarici təsir;
səhmdarların hüquqları, maliyyə baxımından maraqları olan şəxslərlə münasibətlər;
şəffaflıq, informasiyanın nəşr olunması və audit;
direktorlar şurasının səmərəliliyi və strukturu.
Korporativ menecmentin reytinqinin (KMR) səviyyəsi KMR 1-dən (aşağı qiymət) KMR 10-a (yüksək qiymət) qədər olan şkala üzrə tətbiq olunur.
Dostları ilə paylaş: |