Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment



Yüklə 1,45 Mb.
səhifə75/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   71   72   73   74   75   76   77   78   ...   104
KMR 10 və ya 9. Çox güclü korporativ menecment fəaliyyəti və təcrübəsi olan şirkət. Bu kateqoriyadan olan şir-kətlər təhlilin əsas sahələrindən bəzilərində nəzərə çarpmayan həcmdə zəif tərəflərin mövcudluğuna malikdirlər.
KMR 8 və ya 7. Komapaniya güclü korporativ menec-ment təcrübəsi və proseslərinə malikdir. Bu kateqoriyalı kom-paniyalar təhlilin müəyyən əsas sahələrində zəif tərəflərə ma-likdirlər.
KMR 6 və ya 5. Korporativ menecmentin orta prosesləri və təcrübəsini əks etdirir. Bir neçə əsas təhlil sahəsində bəzi zəif tərəflərə malikdir.
KMR 4 və ya 3. Zəif proseslər və korporativ menecment təcrübəsinə malik şirkət, təhlil sahələrində nəzərə çarpan zəif tərəflərə malikdir.
KMR 2 və ya 1. Çox zəif korporativ menecment təcrübəsi və proseslərə malik, əksər təhlil sahələrində nəzərə çarpan zəif tərəfləri olan şirkət.


11.5. Korporativ menecmentin səmərəliliyinin qiymətləndirilməsinin “Brunswick UBS Warburg” reytinq sistemi və müasir monitorinq sistemləri

Korporativ menecmentin səmərəliliyinin qiymətləndiril-məsinin digər məşhur xarici reytinq sistemi “Brunswick UBS Warburg” reytinqidir. Bu reytinqin təşkil olunması metodikası real olaraq, mövcud olan və korporativ menecment ilə əlaqədar olan potensial risklərin 8 kateqoriyası və 20 alt kateqoriyasını nəzərdə tutur. Onlardan hər biri aydın müəyyən olunmuş risk əmsalı və onun tətbiqi üzrə göstəricilərə müvafiqdir. Reytinq səviyyəsini şirkətə tətbiq olunan cərimə balları təşkil edir. Buna görə də, bu və ya digər şirkətin yığılan balların cəmi üzrə reytinqi nə qədər yüksək olarsa o riskin daha böyük dərəcəsini əks etdirir. “Brunswick UBS Warburg”-un fikrincə, onların modellərinin köməyi ilə əldə olunan nəticələr bazarın korporativ menecment risklərinin qəbul olunması ilə üst-üstə düşür. 35 cərimə balı almış şirkətlər son dərəcə riskli, 17-dən aşağı olanlar isə təhlükəsiz şirkətlər hesab olunur.


Cədvəl 11.1-də korporativ menecment riskinin müvafiq həcmdə cərimə balları ilə kateqoriyaları və alt kateqoriyaları əks olunmuşdur.
Cədvəldə qeyd olunan cərimə balları sıfıra kimi azala bilər. Bu və ya digər amil üzrə risk səviyyəsi şirkətin təhlilini həyata keçirən ekspert tərəfindən qiymətləndirilir.

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin