Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ menecmentin səmərəliliyinin qiymətləndirilməsinin “CORE” reytinq metodu



Yüklə 1,45 Mb.
səhifə73/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   69   70   71   72   73   74   75   76   ...   104
11.3. Korporativ menecmentin səmərəliliyinin qiymətləndirilməsinin “CORE” reytinq metodu

Korporativ menecmetin səmərəliliyinin qiymətləndirilməsinin daha bir metodu tarixi “CORE”-keyfiyyət reytinqdir. Korporativ menecmentin bu keyfiyyət reytinqi “Blue Ribbon Panel” korporativ hüquq və idarəetmə institutunun mütəxəssisləri tərəfindən işlənib hazırlanmış orijinal metodika əsasında hesablanır. Bu reytinq “CORE”-reytinq şkalası əsasında mənimsənilir: CORE 100-dən (ən yüksək reytinq) CORE 0-a (iflas etmiş müəssisələr, ən aşağı reytinq) kimi.


Bu metod vasitəsilə reytinqin hesabalanması zamanı üç qrup göstəricilərdən istifadə olunur:

  • kütləvi (nəşr edilməsi məcburi olan) infomasiya;

  • könüllü açıqlanan informasiya;

  • qiymətli kağızlar bazarının analitiklərinin sorğu nəticələri.

Şirkətin səmərəliliyinin qiymətləndirilməsi aşağıdakı vacib aspektləri üzrə həyata keçirilir:

  • informasiyasının nəşr olunması vəziyyəti;

  • səhmdar kapitalın strukturu,

  • korporativ menecmentin strukturu;

  • səhmdarların deklorativ hüquqları;

  • korporativ mühit.

Metodikanın əsasında aşağıdakı prinsiplər dayanır:

    1. Müstəqillik. İnstitutut qiymətləndirməni şirkətin birbaşa sifarişi və ya istəyindən asılı olmayaraq, öz təşəbbüsü üzrə həyata keçirir. Bu halda şirkət reytinqin hazırlanması xərclərini ödəmir.

    2. Obyektivlik. Reytinqin hesabalanması metodikası sub­yektivliyi minimallaşdırır. Ekspert baxılan məsələ üzrə öz şəxsi fikrini bildirmir, müəyyən amilin mövcudluğu və ya iştirak et­məməsini təsdiq edir.

3. Adi minoritar səhmdarın əldə edə biləcəyi informasiyadan istifadə. İnstitut reytinqinə daxil olan bütün kompaniyaların minimal səhm paketinə sahib olur və araşdırma üçün yalnız adi minoritar səhmdarların əldə edə biləcəyi informasiyadan istifadə edirlər.
Korporativ menecmentin reytinqini hesablayan zaman aşağıdakı iki qrup əsas göstəricilərdən istifadə olunur:

  1. Məcburi qaydada açıqlanan informasiya (şirkət tərəfindən əlavə olaraq kütləvi nəşr olunan). Tənzimləmə orqanları tərəfindən nəşr olunan informasiya qanuni yolla fəaliyyət göstərən səhmdar şirkət tərəfindən kütləvi nəşr olunan və ya digər informasiya mənbələrindən (mətbuat, bazar analitiklərinin xülasələri və s.) əldə olunan məlumatlar əsasında qərar qəbul etmək imkanına malikdirlər. Bundan irəli gələrək, reytinqin hesablanması zamanı investorlar üçün qapalı olan informasiyadan istifadə olunur.

  2. Səhmdar kimi institut adından yanlış tələblər və telefon zənglərinə şirkətin cavabları. Təcrübə göstərir ki, az sayda səhm paketinə malik səhmdarlar şirkət haqqında informasiya əldə etməyə cəhd edərkən real problemlərlə qarşılaşırlar. Bu problemlərin həlli isə vaxt və maliyyə xərcləri ilə əlaqədardır. Şirkətdə səhmdarlara yönəlmiş real münasibəti qiymətləndirmək üçün insitut özü səhmdar olaraq şirkətə müxtəlif sorğular göndərir və müvafiq monitorinq aparır.

Şirkətlər korporativ menecmentin müxtəlif yönümlərini əks etdirən aşagıdakı altı parametr üzrə qiymətləndirilir:

  • informasiyanın açıqlanması (səhmdarların tələbi ilə nəşr olunan sənədlərin tamlığı və nəşrin müddəti);

  • səhmdar kapitalın strukturu (nəzarətedici qruplar, mül­kiyyət strukturunun aydınlığı və s.);

  • direktorlar şurası və icraedici orqanlar (affilləşmə, mü­kafatlandırma, iclasların protokolları və s.);

  • səhmdarların əsas hüquqları (şirkətin idarə edilməsində iştirak hüququ, dividentlər əldə etmək hüququ və s.);

  • risklərin səviyyəsi (aktivlərin çıxarılması, transfert qiymətləri, səhmdar kapitalının yuyulması və s.);

  • korporativ menecmentin tarixi (keçmişdə səhmdarların hüquqlarının pozulması faktları, maliyyə hesabatlılığı problemləri, audit nəticələri və s.).

İnstitutun metodikası şirkətdə korporativ menecment sahəsində işlərin real vəziyyətini görməyə, investorların qarşılaşa biləcəyi problemləri aşkara çıxarmağa imkan verir.
Şirkətin korporativ idarə edilməsinin keyfiyyətinin qiymətləndirilməsi hər rüb üzrə həyata keçirilir. Reytinqə daxil olan şirkətlər iqtisadiyyatın əsas sahələrinə mənsubdurlar və bazarın kapitallaşmasının 90%-dən çoxunu əhatə edir.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin