Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment



Yüklə 1,45 Mb.
səhifə72/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   68   69   70   71   72   73   74   75   ...   104
A sinfi.

Buraya, korporativ menecmentin yüksək səviyyəsinə malik olan, qanunvericiliyin tələblərinə riayət edən, eləcə də nəzərə çarpacaq dərəcədə öz təcrübəsində korporativ davranış ko-deksinin məsləhətlərinə əməl edən şirkətlər aiddir. Bu şirkətlərdə reytinq qiymətləndiməsi anında səhmdarların hüquqlarının pozulması riskləri, şirkətlərin icraedici orqanlarının qeyrivicdanlı fəaliyyəti və keyfiyyətsiz informasiyaların təqdim olunma riski iştirak etmir. Səhmdar cəmiyyətlər “digər maraqlı şəxslərin” maraqlarını nəzərə alır və korporativ-sosial məsuliyyət sahəsində aktiv siyasət həyata keçirirlər. A sinifli şirkətlərin korporativ idarə edilməsinin ümumi səviyyəsi konservant-portfel investorların vəsaitlərinin cəlb edilməsi üçün kifayət edir;

  • B sinfi.

Bu sinfin tərkibinə korporativ menecmentin qənaətbəxş səviyyəsinə malik olan, mövcud qanunvericiliyin əsas tələblərini pozmayan və korporativ davranış məcəlləsinin baza verilənlərini qismən yerinə yetirən şirkətlər daxildir. B sinfli şirkətlərin fəaliyyəti səhmdarların hüquqlarının pozulması riskləri, şirkətin icraedici orqanlarının qeyri-vicdanlı fəaliyyətləri və reytinqinin qiymətləndirilməsi anına keyfiyyətsiz informasiyaların təqdim olunması riskləri ilə müşayət olunur. Öz təcrübələrində səhmdar cəmiyyətlər “digər maraqlı şəxslərin” maraqlarını qismən nəzərə alırlar. Bununla yanaşı B sinfli şirkətlərin korporativ menecment risklərinin məcmusu qısa müddətli investisiyalaşdırma üçün vəsait kimi tətbiq olunur. Resursların səhmlərə investisiyalaşdırılması B sinifli şirkətlərdə investorlara “gəlir-risk” optimal nisbətini təqdim edir.

  • C sinfi.

Korporativ menecmentin aşağı səviyyəli, öz fəaliyyətində bu və ya digər həcmdə mövcud qanunvericiliyin pozulması, korporativ menecment məcəlləsinin baza verilənlərinə riayət etməyən şirkətləri birləşdirir. C sinifli şirkətlərin reytinqinin qiymətləndirilməsinin mənimsənilməsi gedişində, səhmdarların hüquqlarının pozulması, şirkətin icraedici orqanlarının qeyri-vicdanlı fəaliyyəti, keyfiyyətsiz informasiyanın təqdim olun-ması faktları nəzərə çarpır. Reytinq qiymətləndirməsinin mənimsənilməsi anında səhmdar cəmiyyətlər “digər maraqlı şəxslərin” maraqlarını tam olaraq nəzərə almır və korporativ sosial məsuliyyət sferasında siyasət həyata həyata keçirirlər. Şirkətdə investisiyalaşma risklərinin məcmusu yüksəkdir.

  • D sinfi.

Bu sinfə daxil olan şirkətlərin fəaliyyəti korporativ menecmentin qeyri-kafi səviyyəsi ilə xarakterizə olunur. Bu şirkətlərin təcrübəsində mövcud qanunvericilik tələblərinin pozulması, korporativ davranış məcəlləsinin baza verilənlərinin iştirak etməməsi (nəzərə alınmaması) müşahidə olunur. D sinifli səhmdar cəmiyyətlərin səhmlərinin investisiyalaşma riski olduqca yüksəkdir. O, korporativ menecment normalarının, həmçinin səhmdarların və ya digər maraqlı şəxslərin hüquqlarının kobud şəkildə pozulmasını əks etdirir.
Korporativ menecmentin reytinqində “RDİ-Ekspert-RA” konsorsiumu səhmdar cəmiyyətlər tərəfindən təqdim olunan göstəricilərdən, eləcə də aşağıdakı informasiyalardan istifadə edir:

  • səhmdar cəmiyyətin rəsmi internet saytı;

  • son iki rübün heabatı;

  • şirkətin illik hesabatı;

  • səlahiyyətli agentlikərin xəbər lentləri;

  • informasiyanın digər mənbələri, həmçinin ismarıclar, şirkətin nümayəndələrinin açılış nitqlərinin mətnləri.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin