Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Korporativ menecmentin monitorinq sistemi



Yüklə 1,45 Mb.
səhifə76/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   72   73   74   75   76   77   78   79   ...   104
Korporativ menecmentin monitorinq sistemi. Korporativ menecmentin monitorinq sisteminin prinsipial fərqi odur ki, monitorinq şirkətləri korporativ menecment səviyyələrinə və onların kütləvi differensiasiyasına görə sıralamaq məqsədi güdmür. Monitorinq hər şirkətdə tətbiq olunan korporativ menecment standartlarına riayət olunması və yerinə yetirilmə-sinə müşahidəni nəzərdə tutur.
Hal-hazırda Rusiyada məşhur monitorinq sistemləri iki orqanla həyata keçirilir: informasiya və maliyyə analitikləri gildiyası (İMAG) və Rusiya istehsalçıları və sahibkarları şurası (RİSŞ).
Hər iki sistem German Corporate Govermance Score Card metodikasına əsaslanır. Bu sistem Almaniya və digər ölkələrdə geniş istifadə olunur. Ancaq korporativ menecment təcrübəsinin qiymətləndirilməsi üzrə anketlər bir qədər fərqlənir.
Cədvəl 11.1
Brunswick UBS Warburg” reytinq sistemində korporativ idarəetmə üzrə risklərin qiymətləndirilməsi metodikası





Mənbə: “Brunswick UBS Warburg”.
İMAG korporativ menecment monitorinq sistemi İMAG ekspert qrupu tərəfindən korporativ davranış məcəlləsi əsasında Scorecad alman metodikasından istifadə olunması əsasında işlənib hazırlanmışdır.
Monitorinqin verilən sistemi şirkət tərəfindən korporativ menecment standartlarına əməl olunmasına nəzarət edir. Qiymətləndirmənin nəticəsi ayrı-ayrı meyarların cəmidir. Müvafiq olaraq, hər meyarın əhəmiyyəti və ümumi məbləği nə qədər maksimal olsa, korporativ menecment standartlara daha adekvat hesab olunur.
Monitorinqin digər sistemi RİSŞ tərəfindən həyata keçirilir.
Qeyd olunan monitorinq sistemi şirkətin korporativ menecment təcrübəsinin müvafiqliyini həm WEF/RİSŞ-nin ayrıca prinsipləri, həm də bütövlükdə müəyyənləşdirməyə imkan verir. Monitorinqin nəticələrinə görə şirkətlər iki qrupa bölünür: WEF/RİSŞ prinsiplərinə müvafiq olanlar və müvafiq olmayanlar. Bununla yanaşı, monitorinq məqsədlərindən irəli gələrək şirkətdə WEF/RİSŞ prinsipləri üzrə korporativ menecmentin müvafiq dərəcəsi nəşr olunmur, yalnız şirkət ilə RİSŞ arasında korporativ menecment üzrə dialoqlar üçün istifadə olunur. Kütlə üçün açıqlanan informasiyalar aşağıdakılar hesab olunur:

  • WEF/RİSŞ korporativ menecment prinsiplərinə sadiqliyini elan edən şirkətlərin siyahısı (siyahı RİSŞ-nın internet saytında açıqlanır);

  • Monitorinq üzrə korporativ menecment təcrübəsi WEF/RİSŞ prinsiplərinə uyğun olan şirkətlərin siyahısı;

  • WEF/RİSŞ prinsiplərinə tərəfdaşlığını elan etmiş və ilkin monitorinq keçirməsindən on iki ay ərzində korporativ menecment təcrübəsi bir dəfə də olsun WEF/RİSŞ prinsiplərinə uyğun qəbul olunmayan şirkətlərin siyahısı.

Təsdiq olunmuş qrup və meyarlara müvafiq tərtib olunmuş anket komapniyalara göndərilir ya da şirkətlər özləri anketi komitənin (RİSŞ) internet saytından yükləyirlər. Daha sonra anketlər şirkətin məsuliyyətli şəxsləri tərəfindən doldurulur. Doldurulmuş anketlər korporativ menecment üzrə RİSŞ komitəsinin koordinasiya mərkəzi tərəfindən işlənir və RİSŞ komitəsinin və RİSŞ-in internet saytında ümumi əldə olunmuş nəticələri yerləşdirir, fərdi nəticələr isə şirkətə birbaşa göndərilir.
Qeyd olunan monitorinq sisteminin fərqləndirici cəhəti ondadır ki, şirkətin təşəbbüsü üzrə tamamlana və mükəmməlləşdirilə bilər. Monitorinq sistemində dəyişikliklər və ya prinsiplərin xülasəsi korporativ menecment üzrə RİSŞ komitəsi tərəfindən baxışdan keçirilir və RİSŞ idarəetmə bürosunun qərarı ilə təsdiq olunur.

Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin