Azərbaycan Memarlıq və İnşaat Universiteti Fakültə: Tikinti-iqtisad Kafedra: Biznesin iqtisadiyyatı və menecment


Xarici korporativ sosial məsuliyyət



Yüklə 1,45 Mb.
səhifə67/104
tarix02.10.2022
ölçüsü1,45 Mb.
#64434
1   ...   63   64   65   66   67   68   69   70   ...   104
10.4. Xarici korporativ sosial məsuliyyət

Təşkilatın xarici korporativ sosial məsuliyyəti aşağıdakıları özündə cəmləşdirir.


- Fəal sponsorluq, eləcə də korporativ xeyriyyəçiliyin həyata keçirilməsi;
- Yerli hakimiyyət orqanları və cəmiyyət ilə qarşılıqlı fəaliyyət;
- Müxtəlif böhranlı vəziyyətlərdə fəal iştiraka hazırlıq;
- Ətraf mühitin muhafizəsinə kömək;
- İstehsal olunmuş əmtəə və ya xidmətlərə görə istehlakçılar qarşısında (keyfiyyətli məhsul buraxlışı) məsuliyyətin təmin edilməsi.
Bu istiqamətlər şirkət rəhbərini uşaqlar və gənclər, (istedada eləcə də köməyə ehtiyacı olanlar) təqaüdçülər, eləcə də müharibə veteranları, əlillər üçün xeyriyyəçilik layihələri keçirməyə istiqamətləndirir. Xeyriyyəçilik dəstəyinin əsas hissəsi sosial cəhətdən müdafiəsiz əhali qruplarında həyata keçirilir, bununla da şirkət özünün mövcud olduğu regionlarda yoxsulluq və sosial gərginlik riskini azaldır. Yardım həm uzun müddətli həm də birdəfəlik xarakter daşıya bilər. Şirkətlərdə idarəetməyə olan yanaşmaların dəyişməsi ona gətirib çıxarır ki, xeyriyyəçilik fəaliyyəti daha rəngarəng olur, müasir yanaşmalar adlanan yeni sosial texnologiyalar yaranır. Hal-hazırda korporativ xeyriyyəçiliyi həyata keçirən yeni sosial texnologiyalara uyğun olaraq aşağıdakı uyğun istiqamətlər üzrə bölmək olar:
- qrant müsabiqələri;
- məqsədli və kompleks proqramlar( o cümlədən ən geniş yayılmış növü təqaüd proqramları);
- kompaniyanın əməkdaşlarının xeyriyyəçilik proqram­la­rında iştirakı (könüllülük, birgə maliyyələşdirmə).
İstənilən təşkilat açıq sistemdir və ətraf mühitlə aktiv qarşılıqlı fəaliyyət göstərir. Espertlərin fikrincə sosial məsuliyyətin həyata keçirilməsinin xarici forması, daxili formadan fərqli olaraq kifayət qədər sabitləşmiş anlayışdır. Korporativ sosial məsuliyyətin əsas istiqamətləri arasından əsasən aşağıdakıları ayırırlar:
- ətraf mühitin mühafizəsi;
- vicdanlı iş təcrübəsi;
- yerli icmalara dəstək və onların inkişaf etdirilməsi.
Korporativ sosial məsuliyyətin ekoloji istiqaməti çərçivəsində kompaniyalar tərəfindən müxtəlif proqramlar keçirilir: o cümlədən təbii resuslardan qənaətlə istifadəyə yönəldilmiş tullantılantılardan təkrar istifadə, ətraf mühitin çirklənməsinin qarşısının alınması, ekoloji cəhətdən təhlükəsiz istehsal prosesinin təşkili və s.
Ekoloji məsuliyyətin mütərəqqi istiqamətlərdən biri, ətraf mühitə olan mənfi təsirlərin azaldılmasına imkan verən şəraitin vahid idarəetmə konsepsiyası fəaliyyətinə tətbiq edilməsidir. Bu “yaşıl ofis” adını almışdır.
“Yaşıl ofis2- təbii resurslar, eləcə də kompaniyanın maliyyə resuslarından səmərəli və qənaətlə istifadə edərək, ətraf mühitə olan mənfi təsirləri maksimal dərəcədə azaltmağa istiqamətlənmiş və planetin gələcək nəsillər üçün qorunub saxlanmasına kömək edən texniki və motivasiya yönümlü tədbirlər kompleksidir.
“Yaşıl ofisin” əsas prinsipləri elektrik enerjisi, su, istilik, kağız və s. istehsalının azalmasıdır.
Hər şeydən əvvəl, vicdanlı iş təcrübəsinin mühim aspekti kimi, kompaniyaların istehlakçılar ilə qarşılıqlı münasibətləri çıxış edir. Mövcud istiqamətlər üzrə məsuliyyət aşağıdakıları özündə əks etdirir:
- istehlakçıların həyat və sağlamlığına təhlükə yaratmayan keyfiyyətli əmtəə və xidmətlərin təqdim edilməsi;
- məhsul və xidmətlərin xüsusiyyətləri barədə vicdanla məlumatlandırmaq;
- istehlakçıların şəxsi məlumatlarının məxfiliyinin təmin edilməsi;
- müəssisənin uğuru cəmiyyətin sağlamlığı, sabitliyi və firavanlığı ilə bağlıdır.
Kompaniyalar yerli icmaların həyatında müxtəlif sosial proqramların və aksiyaların həyata keçirilməsi yolu ilə iştirak edirlər: sosial cəhətdən həssas əhali təbəqəsinin dəstəklənməsi, uşaqlara və gənclərə dəstək göstərilməsi, mənzil-kommunal təsərrüfatının inkişafı və qorunmasına dəstək.
Qabaqcıl xarici təcrübələr, kompaniyanın hücumlarından kənarda biznesin sosial fəaliyyətinin aşağıdakı əsas alətlərini ayırmağa imkan verir: xeyriyyəçilik, sponsorluq, korporativ könüllülük və sosial marketinq.
Yerli, beynəlxalq konsaltinq və müstəqil fondlar tərəfindən aparılan təhlillərin nəticələri göstərir ki, kompaniyanın sosial fəaliyyətinə xarici mühit gözləntilərinə biznesin cavabı kimi baxmayacaqlar. Sosial təşəbbüslər işgüzar nüfuzun və müsbət imicin formalaşdırılması üçün əsas olurlar.
Əksər hallarda, sosial məsuliyyətin həyata keçiril­məsində üç sosial prinsipə baxılır:
- iqtisadiyyata təsirinə görə sosial məsuliyyət;
- cəmiyyətə təsirinə görə sosial məsuliyyət;
- ekologiyaya təsirinə görə sosial məsuliyyət.
Kompaniyalarda sosial məsuliyyət bir neçə istiqamətdə aparılır:
- elmin, təhsilin inkişafına, ətraf mühitin mühafizəsinə yardım;
- milli mədəniyyətin inkişafına təkan verən layihələrin dəstəklənməsi şəklində mədəni irsin qorunması və artırılması;
- sosial inkişafa və ictimai təşəbbüsə dəstək;
- sağlamlığın qorunması və insanların rifahı, o cümlədən sosial cəhətdən həssas qrupların;
- ekologiyaya təsirə görə sosial məsuliyyət.
Bu istiqamətlərin normal olması və biznesin davamlılığını təmin etmələri üçün onların fəaliyyətinin maraqlı tərəflərin – dövlət, yerli hakimiyyət, heyət, səhmdarlar investorlar və ıstehlakçıların gözləntilərinə uyğunluğu zəruridir.
Sosial-iqtisadi sistemlər də iki növə ayrılır:
- özünü tənzimləyən, hansı ki, adət, ənənə, norma, əxlaq və dini etiqadan yaranır;
- institusional, iqtisadi, siyasi, sosial, texnologiyaların tətbiqi ilə idarəetmə institutlarının süurli fəaliyyəti əsasında.
Bu iki idarəedici təsirlər bir-birinə qarşılıqlı təsir göstərir. Regional səviyyədə sosial məsuliyyət sosial tərəfdaşlığın müxtəlif formalarında həyata keçirilir.
Böyük ictimai əhəmiyyətə malik irimiqyaslı sosial layihələri kompaniyalar digər kompaniyalarla sosial tərəfdaşlıq formasında həyata keçirməyə çalışırlar. Çünki, bir çox ərazilərdə fəlakətli demokrafik vəziət yaranıb və kadr problemi, mütəxəssislərin çatışmazlığı mövcuddur, korporasiyalar arasında insan resursları uğrunda kəskin mübarizə gedir. Kompaniyalar tərəfdaşlığın inkişaf etməsində, ona biznes və yerli icmalar tərəfindən yeni iştirakçıların cəlb edilməsində maraqlıdırlar. Bundan başqa, əməkdaşlığa sosial layihələrin həyata keçirilməsi ilə məşğul olan müxtəlif ictimai qeyri-kommersiya təşkilatları cəlb olunur.



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin