Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə38/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   34   35   36   37   38   39   40   41   ...   98
AMEA-National Philosophy-2019


s. 95).  

Sosialist  ideologiyasını  bütün  incəliyinə  qədər  şərh  edən  M.Ə.Rəsulzadə 

yazır: ―Əcəba! Yarım arşınlıq xətlə, tam iftizarla öz adlarına ―İctimaiyun‖ 

sözünü  də  əlavə  edən  bizim  (Qacarlar  monarxiyası  −  X.X.) 

―etidaliyunumuzun‖ fəlsəfi nəzəriyələri mütərəqqi dünyanın sosialistləri ilə 

eynidirmi?  Bizim  mühafizəkarlarımız  kapitalistlər  əleyhinə  mübarizə 

aparırlarmı?  Onların  fikri  hakimiyəti  proletariata  verməkdirmi?  İran 

qadınlarını çadradan çıxarıb Milli Məclis kürsüsündə oturtmaq istəyirlərmi? 

Onlar mülkədarlarln torpaqlarını zəbt edib, əkinçilər arasında bölüşdürməyə 

razılıq verirlərmi? Ölkə qanunlarını fəhlələrə yazdırmaq istəyirlərmi?‖ 



414 

 

Şərhinə  davam  edən  M.Ə.Rəsulzadə  yazır:  ―Onların  məramnaməsinə 



baxmayaraq,  hərəkətlərindən  bizə  məlumdur  ki,  onlar  yuxarıdakı  fikirlərə 

heç yaxın da deyillər və ola da bilməzlər. Çünki,  əvvələn İranda Amerika 

və  Avropa  kapitalizmi  yoxdur  ki,  sosialistləşib  kapitalizm  əleyhinə 

mübarizə  edəsən,  kapital  və  kapitalizm  olmadığı  üçün  proletariatizm  də 

yoxdur  və  mövcud  olmayan  bir  sinfin  hakimiyəti  haqqında  danışmaq  da 

qeyri-mümkündür‖. 

Sosialist  ideologiyasını  dərindən  təhlil  edən 

M.Ə.Rəsulzdə  birmənalı  nəticə  çıxararaq  yazır:  ―Sosializmin  həqiqətə 

çevrilməsi yalnız boş bir xəyaldır‖ (53, s. 97). 

Tarixin təcrübəsinə, fəlsəfəsinə istinad edən M.Ə.Rəsulzadə yazır: ―Amma 

biz  heç  vaxt  siyasi  hürriyyətin  iksir  gücünə,  yəni  ictimai  və  iqtisadi  

ziddiyyətləri  məhv  edərək  bütün  milləti  müttəhid  bir  partiyaya  çevirmək 

gücünə malik olduğunu güman etmirik. Dünyanın ilk azad məmləkəti və bir 

neçə  yüz  il  öncə  parlamenti  olan  İngiltərə  hələ  indi  də  bir  partiyalı  ölkə 

deyildir.  Əksinə,  hürriyət  və  azadlıq  bir-birinə  zidd  olan  partiyaların 

təşkilinə  səbəb  olmuşdur.  Bütün  Avropa  millətlərinə  inqilab  və  azadlıq 

nümunəsi  olan  Fransada  da  müxtəlif  firqələr  mövcuddur.  Azadlıq  olan 

ölkələrdə və fikirlərini açıq-aşkar mübadilə edən cəmiyyətlərdə aydındır ki, 

müxtəlif  əqidə  və  fikirlər  meydana  çıxır.  Azadlığın  ilk  günlərindən  biri 

digərinə  zidd  partiyaların  əsası  qoyulur.  Çünki,  təbiət  müxtəlif  və  fikirlər 

qarışıqdır‖ (53, s. 101). 

Beləliklə,  təbiətin,  insanlıq  tarixinin  fəlsəfəsinə  söykənən  M.Ə.Rəsulzadə 

qəti  əminliklə,  ilahi  uzaqgörənliklə  doğma  xalqının,  o  cümlədən  bütün 

dünya  xalqlarının  iqtisadi  və  azadlıq  mübarizəsinin  gələcəyi  haqqında 

qənaətini  belə  ifadə  edir:  ―Bəli,  təkamül  qanunu  kainatın  ən  güclü 

qüvvəsidir.  Onun  tələbi  ilə  tarixin  təkərləri  sabit  və  müəyyən  bir  nizamla 

hərəkət  edir.  Onu  öz  hərəkətindən  saxlaya  biləcək  bir  qüvvə  yoxdur.  Bu 

təkərlərin  fırlanmasına  mane  olmaq  istəyənlər  məğlubiyyətdən  başqa  bir 

nəticə əldə etməyəcəklər‖ (53, s. 86).  

Yaradıcılığından göründüyü kimi, bu  əsərə qədər məqalələrində insanlığın 

müəyyən  hadisələrindən,  mənəvi-ideoloji,  sosial-siyasi  və  s.  sahələrinin 

element,  hissə  və  yarımsistemlərindən  bəhs  edən  M.Ə.Rəsulzadə 

―Mühafizəkar  və  sosial-mühafizəkar  partiyaların  tənqidi‖  əsərində  tarixə 

fəlsəfi  sistem  kimi  yanaşmaqla  azadlıq  və  istiqlalı  millətlərin  yaşayacağı 

təbii-milli qanun kimi qiymətləndirməklə bəşəri filosof kimi çıxış edir. Elə 

bu  mənəvi  zəka  gücü  ilə  də  milli  həyatın  canlandırılması  və 

təşkilatlandırılmasının 

üsul 


və 

vasitələrini 

yaratmağa 

başlayır. 

M.Ə.Rəsulzadə  1909-cu  ilin  avqustunda  xalq  həyatının  canlandırılması  və 

təşkilatlandırılmasının birinci dərəcəli vasitəsi, aləti ―İrani-Nou‖ (Yeni İran) 

qəzetini  təşkil  edir.  Bu  qəzetin  həyatından  yazan  müəlliflər  bildirirlər  ki, 


415 

 

―İrani-Nou‖  qəzetinin  imtiyaz  sahibi  Seyid  Məhəmməd  Şəbüstəri  (Əbu 



Ziya), Baş redaktoru isə M.Ə.Rəsulzadə idi (51, s. 46). 

‖İrani-Nov‖  qəzetinin  23  avqust    birinci  sayında  qəzetin  gücündən  bəhs 

edərək  ―Qəzetin  qüvvəsi  qala  dağıdan  və  qranit  deşən  toplardan  çoxdur. 

Qəzet  millətin  danışan  dilidir.  Bir  millətin  ki,  qəzeti  yoxdur,  elə  bil  ki,  o 

millətin dili yoxdur. Dili olmayan isə dilənçi və möhtacdır. Biz insanlar ki, 

qəzetimiz  yoxdur,  beynəlxalq  aləmdə  cənub  və  şimal  qonşuların 

informasiya tör-töküntülərini yeyirik. Hər sahədə ehtiyac olub, əlimizi ona-

buna  açırıq.  Məgər  bu  sahədə  dilənçi  deyilik?‖  −  deyə  yazan 

M.Ə.Rəsulzadə təşkil etdiyi bu qəzetin İran xalqının mənəviyatında boşluq 

yaradılmış  bütün  sahələrdən  ayrıca  bəhs  edir,  onun  qidalandırılmasını 

qəzetin qarşısında duran əsas vəzifə olaraq seçildiyini bildirir (53, s. 7-9). 

Qacarlar  monarxiyasında  xalqların  azadlıq,  istiqlal  mübarizəsinin  sistemli, 

səmərəli mübarizəsinin təşkili məqsədilə S.H.Tağızadə, H.Nəvvab, S.Mirzə, 

S.M.Rza  və  b.  ilə  birlikdə  İran  Demokrat  Partiyasını  yaradır  və  Mərkəzi 

Komitəsinin  üzvü  seçilir.  Təsadüfi  deyil  ki,  partiyanın  məramnaməsini 

M.Ə.Rəsulzadə yazmışdır, partiyanın bir çox iclaslarını o idarə etmişdir. Bu 

partiyanın  fəaliyətindən  bəhs  edən  dövrün  yazarları  göstərirlər  ki,  onun 

təşkilatçısı  Heydər  Əmioğlu  olmuşsa,  partiyanın  əsas  nəzəriyəçisi 

M.Ə.Rəsulzadə  idi.  Göründüyü  kimi,  artıq  25  yaşlı  M.Ə.Rəsulzadədən 

müasirləri nəzəriyəçi kimi bəhs edirlər (51, s. 45).  

Vətənini  əsir  etmiş,  millətinin  ruhuna  təcavüz  etmiş,  özünü  yurdundan 

didərgin salmış rus imperiyası M.Ə.Rəsulzadənin ürəyinə sancılan, qəlbini 

ağrıdan, mənini sarsıdan şər ruh idi. Fövqəl qəhrəmanlığı ilə ona bu ağrını 

unutduracaq  qədər  qürurlandıran,  gələcəyə  ruhlandıran  insanlığın  idealı 

uğrunda  Səttarxan  hərəkatının  ordu  deyil,  pozqun  küçə  toplantısı  rus 

kazakları  vasitəsilə  məhv  edilməsi  M.Ə.Rəsulzadə  ruhunu,  iradəsini 

zədələyəcək,  əlindən  alacaq  dərəcədə  yeni  sarsıntıya  məruz  qoydu.  O, 

çətinliklə də olsa, bu sarsıntıdan çıxıb özünü psixoloji cəhətdən bərpa edə 

bildi,  inqilabi  fəaliyəti,  insan  ruhuna  fəhmi  yeni  vüsət  aldı.  Fəaliyətinin 

inqilabi  mövqe  tutmasında  ―İrani-Nou‖  qəzeti  mühüm  rol  oynadı.  Artıq 

onun ―İrani-Nou‖ qəzetində nəşr etdirdiyi məqalələrində yeni səviyə, təsir 

gücü  aydın  görünür.  Yazılarının  mənəvi  təsir  gücü  insan  ruhunun  ən  incə 

məqamlarına  qədər  işləyir.  Artıq  o,  bütünlüklə  ruh  adamı,  yaradıcı  filosof 

kimi təcəssüm edir. Bu cəhətdən 1910-cu il 14 yanvar tarixdə ―İrani-Nou‖ 

qəzetində  nəşr  olunan  ―Şər  arvadlar‖  məqaləsi  son  dərəcə  təsirlidir. 

M.Ə.Rəsulzadə  düzgün  olaraq  yazır  ki,  spirtli  içki  şərin  anasıdır.  Övlad 

verən ananın deməli əri də var, o da şərdir. Axı, şərin anası tək şərab deyil. 

―Beləliklə, mən o fəlsəfəyə inanıram ki, xəbisliyin anaları vardır. Bunlardan 

biri  də  çox  barlı-bəhrəli  olan  işsizlikdir.  Bəli,  işsizlik  şərin  birinci,  beş 


416 

 

hərəmidir,  ―öz  qadıncığazlarını  İranda  tapmışdır...  Bu  qədər  gördüyünüz 



rəngarəng  dilənçi  və  müxtəlif  cinsli  gədaların  hər  biri  cürbəcür  oyun  və 

hoqqabazlıqla  alçaqcasına  hər  kəsə  əl  açırlar,  rəzalət  dilini  hamının 

hüzurunda  işə  salır  və  rüsvayçılıqla  dolanırlar.  Bunların  hamısı  şərin 

sevimli övladlarıdır, işsizlik anasından doğulublar. Bəziləri söz gəzdirmək, 

fitnəkarlıq, casusluqla məşğuldurlar. Bunlar Tehranda o qədər artmışlar ki, 

hətta  bir  qismi  xarici  səfirlərin  siyasi  məqsədlərinə,  o  birisi  ―ruhani‖lərin 

dığdığına, üçüncüsü şeytanpərəstlərə qulluq edirlər, dördüncüsü isə qorxulu 

yalan xəbərlərlə aləmi bir-birinə vurub, meydan qızışdıranlara alət olublar. 

Bunlar  hamısı  hiyləgər  işsizliyin  əziz  balalarıdır‖...  Şəri  aradan  qaldırmaq 

üçün M.Ə.Rəsulzadə yazır: ―Şəri məğlub etmək və ailəsini dağıtmaq üçün 

arvadlarının  sayını  azaltmaq  lazımdır.  İlk  aradan  götürüləsi  qadın 

işsizlikdir. Onun çarəsi nə qədər tez olsa, bir o qədər yaxşıdır‖ (53, s. 34-



35).  

Beləcə,  M.Ə.Rəsulzadə  Qacarlar  monarxiyasında  hamının  gözü  qabağında 

olan,  lakin  bu  həyata  vərdiş  etdiklərindən  hər  kəsin  görüb  qiymətləndirə 

bilmədiyi  işsizliyin  böyük  mənəvi  faciələri  ilə  bərabər  eyni  ilə  hamının 

gördüyü,  lakin  dəyərləndirə  bilmədiyi  bəşəriyətin  böyük  hadisələri 

haqqında  cəmiyətə  xəbərdarlıq  edib  yazırdı:  ―Belə  görünür  ki,  bütün 

dünyanın  işləri  bir-birinə  dəyib,  əlaqələr  kəsilir.  XX  əsrdə  dinclik  və 

rahatlıq  barədə  düşünmək  olmayacaq.  Bir  qovğa  qurtarmamış,  ayrı  bir 

inqilab başlayır, siyasət aləmi günbəgün dəyişir. Siyasət səmasının qaranlıq 

üfüqündən sabah hansı ulduzun parlayacağını və teatr pərdəsinin arxasından 

aktyorların hansı birbaşa bu oyun səhnəsinə daxil olacağını heç kəs bilmir‖. 

Şərhinə  davam  edən  M.Ə.Rəsulzadə  dünya  dərdləri  içərisində  Qacarlar 

monarxiyasının vəziyətindən bəhs edərək yazır: ―Lakin hər nə olursa-olsun, 

bizim  ulduzların  üfüqləri  qaranlıqdır...  Əcnəbi  qoşunlar  heç  bir  səbəb 

olmadan hələ də bizim ölkədə qalmaqdadır və getmək xəyaında deyillər. Nə 

vaxt ki, bu barədə müzakirə olur, bizim dost və düşmənlərimiz yekdilliklə 

deyirlər ki, ―ruslar İranı boşaldacaqlar‖ (53, s. 12-13).  

Qacarlar  monarxiyasının  daxili  və  xarici  həyatının  hansı  sahəsinə  nəzər 

saldıqda burada yaranmış rəzalətdə Rus imperiyasının izi görünürdü. Odur 

ki, M.Ə.Rəsulzadə hansı mövzuda yazır-yazsın, rus rəzalətindən bəhs edir, 

Şimali  Azərbaycanda  sətiraltı  dediyi  sözləri  burada  bütün  çılpaqlığı  ilə 

deyirdi. Rus qoşunlarının nəzarətində olan bütün Qacarlar monarxiyası kimi 

M.Ə.Rəsulzadə  də  burada  onun  nəzarətində  idi.  Odur  ki,  ―İrani-Nou‖ 

qəzetində  M.Ə.Rəsulzadənin  fəaliyəti  uzun  sürmür,  az  vaxtdan  sonra  bir 

gün  hərbi  nazirliyin  əmri  ilə  bir  zabitin  rəhbərliyi  ilə  10  nəfər  əskər  onu 

nəzarətə  götürmək  üçün  redaksiyaya  gəlirlər.  Beləliklə,  M.Ə.Rəsulzadə 

―İrani-Nou‖  qəzetinin  redaktorluğundan  istefa  verib,  1911-ci  ilin  mayında 


417 

 

İstanbula  getməyə  məcbur  olur.  M.Ə.Rəsulzadənin  ―İrani-Nou‖  qəzetində 



fəaliyətini dayandırıb, bu ölkəni tərk etməyə  məcbur edilməsində Qacarlar 

rejimi,  Rus  imperiyası  ilə  bərabər  Böyük  Britaniya  imperiyasının  da 

yetərincə təzyiqi onun yaradıcılığının, siyasi fəliyətinin böyük təsir gücünün 

nəzərə  alınmasının,  qiymətləndirilməsinin  nəticəsi  idi.  M.Ə.Rəsulzadənin 

İstanbula  getməsindən  sonra  ―İran  Demokrat  Firqəsinin  fəaliyətinin 

büsbütün  pozulmuş  və  nizam-intizama  əməl  olunmamasından‖,  həmçinin 

―İrani-Nou‖  qəzeti  mövqeyini  qoruyub  saxlaya  bilmədiyindən  hər  ikisinin 

fəaliyətini dayandırmağa məcbur olması M.Ə.Rəsulzadənin böyük mənəvi-

ideoloji, siyasi  təsir  gücünə  malik  olmasının  göstəricisidir. M.Ə.Rəsulzadə 

tarixdə  bəlkə  də  heç  kimlə  müqayisə  olunmaz  zəka  gücünə  malik 

şəxsiyətdir.  Texniki-sənət  məktəbini  başa  vurmağa  imkanı  olmayan,  Bakı 

mühitində  fars  və  rus  dillərini  öyrənən  20-25  yaşlarında  bir  gəncin  dünya 

tarixinə,  ictimai  və  fəlsəfi  fikrinə  son  dərəcə  yüksək  bələdlik,  lazımi  anda 

onlar  üzərində  müqayisələr  aparmaqla  yeni  ideyalar  yaratmaq,  nəticələr 

çıxarmaq,  ictimai  elmlərdə  bir  insanın  nail  olması  heyrət  doğurur.  Gənc 

M.Ə.Rəsulzadə  mənəvi  həyatı  Hegel  kimi  fəhm  edən  nadir  filosoflar 

səviyəsində  zəka  gücünə  malik  idi.  Elə  bu  səbəbdən  də  Şimali 

Azərbaycanda  1905-1907-ci  illər  rus  inqilabının  ardınca  Qacarlar 

monarxiyasında məşrutə hərəkatında iştirakı, burada mənəvi-sosial həyatın 

çöküşünün, mənəvi durumun canlı şahidi olması talant sahibinə bir insan və 

ya  heyvan  skeletində  əzaların  yerini,  formasını,  funksiyasını  öyrənən 

zooloq  kimi  insanı  bir  fərd  və  toplum  olaraq  mənəvi  varlıq  kimi  yaradan 

mənəvi  element  və  hissələrin  hər  birinin  ayrılıqda  funksiyasını,  vəhdətdə 

yaratdığı  yeni  keyfiyətləri,  eləcə  də  bu  dəyərlərdən  hər  hansı  birinin 

itirilməsi,  bütövlükdə  bu  sistemin  pozulmasının  yaratdığı  mənəvi 

dəyişikliyi  canlı  müşahidə  etmək  şəraiti  qazanmaqla  mənəvi  varlıq,  onun 

müxtəlif  durumu  və  səviyələri  haqqında  zəngin  real  biliklər  qazandı. 

Qacarlar monarxiyası kimi İstanbul mühiti də M.Ə.Rəsulzadənin insanlığın, 

toplumun  yaranma  və  yaşam  qanununun  dərki  üçün  təkanverici  imkana 

malik  idi.  Qacarlar  monarxiyası  türk  və  müsəlmanlığın  ölüm  vəziyətinə 

çatana qədər tənəzzülü, mənəvi durumun, əxlaqın, dinin əcaib məzmun və 

forma almış durumunun müşahidəsi insanda məyusluq doğurmaqla bərabər, 

bu  şəraiti  yaradan  səbəblərin  axtarışına  da  sövq  edirdi.  İstanbulda  bu 

xəstənin xilasına can atan, həyatını bu yolda qurban verməyə hazır düşüncə 

sahiblərinin  ideyaları  həqiqəti  aşkar  etmək  üçün  intellektual  qida  mənbəyi 

idi. Rusiya imperiyası  əsarətində olan, istiqlal mübarizəsi aparan xalqların 

təqib  olunan  lider  və  fikir  adamlarının,  o  cümlədən  Qacarlar 

monarxiyasının  təsirindən  bura  sığınan  məşrutəçi  və  demokratik  ideyalı 

şəxslərin  türk  və  müsəlmanlığın  xilası  yolunda  ardıcıl  polemika  və  fikir 


418 

 

mübadiləsi  gedirdi  ki,  fəlsəfi  düşüncə  bu  mülahizələr  arasında  ortaq 



məxrəci  tapmaqla,  türk  və  müsəlman  xalqların  mənəvi  müalicəsinin 

üsulunu  aşkarlamaqla  onların  gələcək  yaşam  yolunu  müəyyən  edə  bilərdi. 

Bu  mühit  26  yaşlı  gənc  M.Ə.Rəsulzadənin  milli-mənəvi  həyatı  −  millətin 

yaranma  və  yaşam  qanununun  sistem  halında  obyektiv,  elmi  fəlsəfi 

düşüncəyə yiyələnməsi üçün çox əlverişli mühit idi. 

Türkiyəyə gələndə M.Ə.Rəsulzadənin maddi durumu çox ağır olmuş, hətta 

ayaqqabısı belə yox imiş. İki ilə yaxın S.H.Tağızadənin mənzilində yaşayan 

M.Ə.Rəsulzadə ayda bir lirə əmək haqqı ilə fars dili dərsi deməyə məcbur 

olmuş, bu vəsaitlə yaşamışdır (51, s. 49). 

M.Ə.Rəsulzadə  Türkiyəyə  gələndə  türkçülüyün  ilk  azərbaycanlı  baniləri, 

demokratik  islahatçı  liderləri  Ə.B.Hüseynzadə,  Ə.Ağaoğlu  burada 

məskunlaşıb,  rus  imperiyasından  mühacirətə  məcbur  olmuş  türkçülərdən 

Y.Akçura,  osmanlıdan  Z.Göyalp  kimi  fikir  nəhənglərinin  üzvü  olduğu 

―Cəmaləddinin  ruhu  məndə  yaşar‖  −  deyə  hayqıran  Məmməd  Əmin 

Yurdagilin  rəhbərlik  etdiyi,  1908-ci  ilin  sonunda  yaradılan  ―Türk  Yurdu‖ 

dərnəyində,  osmanlının,  bütövlükdə  türklüyün  nicatını  axtarırdılar. 

M.Ə.Rəsulzadə  bu  cəmiyətə  daxil  olanda  mənəviyatını,  ruhunu, 

təfəkkürünü qidalandıran, arzu etdiyi, axtardığı bir həyata qovuşdu. Burada 

təmasa  girdiyi  ―Gənc  türklər‖  təşkilatının  liderləri  və  üzvləri, 

―Cəmaləddinin  ruhu  məndə  yaşar‖  −  deyə  hayqıran  Məmməd  Əmin 

Yurdaqul,  ―Azadlıq  nəğməkarı‖  kimi  ad  çıxarmış  Məmməd  Akif  Ərsoy, 

türkçülüyün başqa poetik yaradıcıları ilə təmas ona yaradıcılıq ruhu verirdi. 

Bir  sözlə  bütövlükdə  yaradıcı  vətən,  millət  fədailəri  mühiti  türkçülüyün 

fikir  istehsalçıları  mərkəzində  idi.  Əslində  bu  dərnək  Ş.C.Əfqani  fəlsəfəsi 

zəminində  yaradılan  bir  fəlsəfə  cəmiyəti  idi  ki,  onun  aparıcı  üzvləri  də 

bilavasitə onun tələbələri idilər. Ş.C.Əfqani ilə bağlı əsas xatirələr də, onun 

ən  mühüm  əsərləri  də  elə  burada  toplanmışdı.  Deməli,  fəlsəfi  ruhun 

mövcudluğu burada mütləq gələcəyə aparan yaradıcı ideyalar doğurmalı idi. 

Bu  mühit  27  yaşlı  gənc,  zəka  çevikliyi  ilə  həmişə  diqqəti  cəlb  edən 

M.Ə.Rəsulzadə  üçün    yeni  yaradıcılıq  impulsu  verəcəyi  gözlənilən  idi. 

Beləliklə,  M.Ə.Rəsulzadə  burada  türkçülüyün  elmi  mərkəzi  funksiyasında 

olan  ―Türk  yurdu‖  dərnəyində  fəaliyətə  başlayır  və  onun  1911-ci  ilin 

payızında fəaliyətə başlayan ―Türk yurdu‖ jurnalı ilə əməkdaşlıq edir. 

Yaradıcılığından  göründüyü  kimi,  M.Ə.Rəsulzadə  özü  də  yetərli  bədii, 

poetik  qabiliyətə,  bu  sahədə  əsərlərə  malik  olsa  da,  kütlə,  bütövlükdə  xalq 

üçün  daha  cazibədar  olan  bu  üslubu  deyil,  Türkiyədə  bədii-poetik, 

publisistik, elmi-nəzəri, fəlsəfi formada çulğaşıq türkçülük ideologiyasında 

çıxış etməyin elmi-fəlsəfi formasını seçdi. Hətta bu fikir axınları içində onu 

―vəcdə  gətirənlər‖  olsa  da  (53,  s.  28)  Vətəninin  və  Millətinin  əsarətdən 


419 

 

gördüyü  acılar,  məhrumiyətlər,  mənəvi  alçaltmalar  27  yaşlı  gənc 



M.Ə.Rəsulzadəni  soyuqqanlılığa  məcbur  edir,  bu  fikir  axınları  içərisində 

istiqlala yönəldən fikirləri tapmağa və ya onların vəhdətindən həqiqəti ifadə 

edəcək yeni bir fikir istehsal etmək istəyinə düşürdü. Dinlədiyi fikir axınları 

içərisində  Ş.C.Əfqaninin  istiqlal  mübarizəsi  haqqında  xatirələr  onu  birinci 

olaraq  Əfqaninin  yaradıcılığı  ilə  ciddi  tanışlığa  sövq  etdi.  Əsərləri  ilə  ilk 

tanışlıqda  Ş.C.Əfqaninin  milli  fəlsəfəsinin  əsaslarını  əks  etdirən  ―Milli 

vəhdət  fəlsəfəsi  və  dil  birliyinin  həqiqi  mahiyyəti‖  əsərini  farscadan 

türkcəyə  tərcümə  edib  ―Türk  yurdu‖  jurnalında  nəşr  etdirdi.  Onun  bu 

addımı  Ş.C.Əfqaninin  milli  fəlsəfəsini  yüksək  qiymətləndirdiyindən,  onun 

türk  xalqları  arasında  sürətlə  kütləvi  yayılması  istəyindən  doğurdu. 

Tədqiqatçıların  qənaətinə  görə  ―Şeyx  Cəmaləddin  Azərbaycan  ziyalıları 

arasında ən çox qiymətlənlərdən və əsərlərini tərcümə edib yayanlardan biri 

M.Ə.Rəsulzadədir.  Onun  nəzərində  Şərqdən  bu  böyük  mütəfəkkiri  İslam 

dünyasının əvəzsiz mücahidlərindən və fədailərindən biri olmaqla bərabər, 

həm  də  ―Şərqin  inkişaf  və  tərəqqi  bayrağını  yüksəklərə  qaldıranların‖ 

önündə dayanan bir dahidir‖ (5, s. 147).  

Beləliklə,  biz  M.Ə.Rəsulzadənin  İstanbulda  Ş.C.Əfqaninin  əsərləri  ilə 

tanışlıq və onun doğma türkcəyə tərcüməsi və türkçülük ideyası mühitində 

bir  qədər  yaşamasından  sonra  yazdığı  əsərlərdə,  ciddi  dünyagörüş  fərqi, 

daha  doğrusu  bitkin  bir  fəlsəfi  təfəkkürün  formalaşmasının  şahidi  oluruq. 

Bu  cəhətdən  onun  dünyagörüşünün    formalaşması  haqqında  Azərbaycan 

türk  tədqiqatçılarından  Aydın  Balayevin  ―Əvvəlcə  Rusiya,  sonra  isə 

İrandakı  inqilabi  fəaliyətinin  nəticələrindən  dərin  məyusluq  hissi  keçirən 

M.Ə.Rəsulzadə  məhz  türkçülük  ideyaları  və  Ş.C.Əfqaninin  yaradıcılığının 

təsiri altında milli məfkurə və ideallara doğru həlledici addımlar atmış oldu.  

İstanbulun həmin dövrdəki siyasi mühiti bütün bu illər ərzində Azərbaycan 

türkləri  üçün  ―milli  nicat  yolu‖  axtarışında  olan  M.Ə.Rəsulzadənin  siyasi 

baxışlarının qəti olaraq formalaşmasında həlledici rol oynadı‖ (48, s. 23-24

qənaəti  ilə  tam  razıyıq.  Deyilənlər  M.Ə.Rəsulzadənin  əsərlərində  bütün 

aydınlığı ilə görünür. M.Ə.Rəsulzadə İstanbulda olduğu müddətdə Osmanlı 

imperiyası  və türkçülüklə bağlı  siyasi hadisələr  o  qədər sürətlə  gedirdi  ki, 

Osmanlının  İtaliya  ilə  müharibədə,  Balkan  müharibələrində  ardıcıl 

məğlubiyəti  imperiyada  etnik  və  dini  mənsubiyəti  fərqli  etnosların  vahid 

millət kimi ―qovuşması‖ ideyası süqut edib turançılığı bir qədər canlandırsa 

da,  Osmanlı  imperiyasının  rəhbərliyi  altında  məhkum  türk  xalqlarının 

qurtuluş hərəkatı ideyası da iflasa uğradı, bir illüziya olduğu aşkarlandı (48, 



s. 24-25).  

Bütün  bunlar  M.Ə.Rəsulzadənin  yaşadığı,  onu  mənən  və  təfəkkürən 

qidalandıran  türkçülük  mühitində,  onun  gözü  qabağında  baş  verirdi. 


420 

 

Türklüyün  ardıcıl  məğlubiyəti  M.Ə.Rəsulzadənin  qəlbini  nə  qədər  incitsə 



də,  türklüyün  gələcəyini  düşünən  və  düşüncələrinə  inanan  kiçik  bir  mühit 

M.Ə.Rəsulzadəni  yaradıcılığa,  türklüyün  xoşbəxt  gələcəyinə  yolların 

axtarışına  sövq  edirdi.  Sözsüz,  M.Ə.Rəsulzadə  türklüyün  ağır  məğlubiyəti 

günlərində ―İran türkləri‖ əsərini türkçülərin türklüyün xoş gələcəyinə olan 

ümidlərinin, arzularının təsiri altında yazmışdır. Belə ağır şəraitdə,nikbinlik 

duyulmayan  mənəvi  təsirlər  altında  yazılmasına  baxmayaraq,  bəlkə  də  elə 

bu  səbəbdən  əsərdə  M.Ə.Rəsulzadə  yaradıcılığında  yeni  mərhələ  başlayır, 

elmi-fəlsəfi  prinsiplərinin  əsasları  qoyulur.  Əsərdən  göründüyü  kimi, 

burada nə türkçülüyün eyforiyası, nə də reallığın doğurduğu məyusluq var. 

Sırf  fəlsəfi  üslubda  yazılmış  əsərdə  türk  tarixində  ilk  dəfə  ―İran 

(Azərbaycan − X.X.) türklərinin nümunəsində milli həyatı yaradan və məhv 

edən mənəvi əsaslardan sistem halında bəhs olunur, onların müxtəlif tarixi 

vəziyətini  müəyyən  edən  mənəvi  sistemlərin  təsirindən  ayrı-ayrılıqda  bəhs 

olunur.  Beləliklə,  milli  həyatın  təbii-coğrafi  şəraiti,  iqtisadi-siyasi,  sosial 

həyatının  hər  bir  sahəsindən  aydın,  dəqiq  bəhs  edən  M.Ə.Rəsulzadə  milli 

həyatın mənəvi əsasları üzərində xüsusi dayanaraq, onu mənəvi varlıq kimi 

dərindən  təhlil  edir,  milli  tərəqqi  və  tənəzzül  hadisələrinin  məhz 

mənəviyatla 

bağlılığını  tarixi  faktlarla  əsaslandırır,  dünyagörüşü 

formalaşmış, hadisələrə obyektiv yanaşan filosof kimi çıxış edir (53, s. 86-



166).  

Artıq  məşəqqətli  hadisələr  içərisində  bərkiyən,  həyata  göz  açdığı  gündən 

fövqəladə şəraitdə yaşamağa və fövqəladə vəziyətlərdən düşüncəsi ilə çıxış 

yolu  tapmağa  alışmış,  fəlsəfi  təfəkkürə  malik  M.Ə.Rəsulzadə  türklüyün 

xilası ideyasının türkçülərin ideyaları arasında olacağına inanırdı. Çünki, bu 

ideyaların hamısı doğma olmaqla bərabər, həm də bəşəri idi. Həyatı boyu 

heç  vaxt  bilgi  eqosu  göstərməyən  M.Ə.Rəsulzadə  zəkavi  gücünü 

qiymətləndirirdi.  O,  türkçülər  arasında  fikir  fərqini,  onların  fikirlərindəki 

məqbul cəhətləri və hazırkı şərait üçün fayda verməyəcək tərəflərini bütün 

aydınlığı ilə görürdü. Turançılıq − türk birliyi ideyasına xələl gətirməmək 

üçün (48, 36) bu fikirlərdən hansının tərəfində olduğunu qabartmadan şəxsi 

mövqeyini  özünəməxsus  üslubda  bildirirdi.  İstanbul  türkçüləri  arasında 

hakim olan turançılığa da belə incə bir üslubda yanaşdı.  

Nəhayət  ki,  M.Ə.Rəsulzadə  axtarışına  nail  oldu.  Həqiqətən  türkçülüyün 

xilası  turançılıqda  idi.  Dünya  hadisələrini,  ayrı-ayrı  türk  xalqlarının 

durumunu  dərindən  təhlil  edən  M.Ə.Rəsulzadə  göstərdi  ki,  türk  birliyinə, 

turançılığa  nail  olmaq  üçün  hazırkı  şəraitdə  ümumidən  xüsusiyə  deyil, 

xüsusidən  −  ―real  və  konkret  milli  məqsədlər  güdən‖  türkçülükdən  − 

ümumi məqsəd − milli istiqlal uğrunda mübarizədə onların bərabər hüquqlu 

ittifaqının  yaradılması  ilə  türk  birliyinin,  onun  xoşbəxtliyinə  nail  olmaq 



421 

 

ideyasını irəli sürdü (48, s. 27).  



Məhz elə bu ideyası əsasında türkçülük ideyalarına əsaslanaraq Azərbaycan 

türklərinin  milli-istiqlal  mübarizəsi  taktikasını  yaratmağa  başladı.  Hələ 

İstanbula  gələndən  bir  az  sonra  burada  cəmləşən  türkçülük  ideoloqlarının 

təsiri  ilə  Bakı  və  Tehranda  çəkdiyi  acıların  təsirindən  çıxmağa  müvəffəq 

olan  M.Ə.Rəsulzadə  1911-ci  ildə  Bakıdakı  arkadaşlarına  milli  partiyanın 

yaradılması  zərurətini  anlatdı.  Onlardan  Məhəmməd  Əli  Rəsuloğlu, 

Abbasqulu  Kazımzadə  və  Tağı  Nağıoğlu  1911-ci  ilin  oktyabr  ayında 

―Müsəlman  Demokratik  ―Müsavat‖  Partiyası‖nı  yaratdılar.  1913-cü  ildə 

Romanovlar  sülaləsi  hakimiyətinin  300  illiyi  ilə  əlaqədar  verilmiş  əfvi-

ümumidən  istifadə  edərək  M.Ə.Rəsulzadə  vətənə  döndü.  Qısa  müddətdə 

―Müsavat‖  partiyasının  ideoloqu  və  liderinə  çevrildi.  Vətənə  dönən 

M.Ə.Rəsulzadənin yazdığı ilk əsər iki şeir kitabına yazdığı ―Təzə kitablar‖ 

adlı  rəydir.  Birinci  kitabın  məzmunundan  bəhs  edən  M.Ə.Rəsulzadə 

göstərir ki, ―Bu əfəndi şu vacibi kitabında əvvəla elmi, saniyən məhəbbəti, 

salisən  tərbiyəni  kəndi  millətinə  təlqin  etmək  istəmiş  və  bunları  da  şeirlər 

hüsula gətirmiş!‖. 

Şeirdən  nümunələr  göstərən  M.Ə.Rəsulzadə  kitab  haqqında  belə  nəticəyə 

gəlir  ki,  ―İştə  şairimiz  nə  demək  istədiyini  kəndisindən  başqa  bilən 

olmayacaqdır‖... (53, s. 178). 

İkinci  kitabın  müəllifi  Bakı  ticarət  məktəbinin  şagirdidir.  M.Ə.Rəsulzadə 

kitab  haqqında  təəssüratını  belə  ifadə  edir:  ―Binaən  əleyh  məzkur  kitabı 

oxuyan  zaman  şagird  əfəndinin  türk,  fars  və  ya  ərəb  −  hankısından 

olduğunu  anlamaq  mümkün  deyildir.  Düşündükcə  bunları  hər  birindən 

olmadığına  hökm  etmək  lazım  gəliyor.  Zira  kitabı  türkcə  yeni  qiraətə 

başlamış  uşaqlar  üçün  yazmaq  istəmiş,  lakin  təkcə  imla  nədir?  −  əsla 

bunları bilməyə ehtiyac hiss etməmişdir‖ (53, s. 178-179). 

M.Ə.Rəsulzadə  Azərbaycan  gənclərinin  camaatın  marağına  səbəb  olan 

kitabların yazılmasından doğan sevincini belə ifadə edir: ―Az bir zamandan 

bəri  bir  çox  gənclərimiz  və  ürafamızın  həmiyyətilə  vücuda  gələn  əsərləri 

görüb  də  şad  olmamaq  qabil  deyildir.  Məəmaftun,  bu  əsərlər  mütaliə 

edildiyi  zaman, insanı bir çox nöqtələr düşünməyə məcbur ediyor. 

Məsələn, bir əsərin mütaliəsində, əcaba, bunu yazan nə məqsədlə yazmış və 

yazdığı  zaman  kəndi  iqtidarını  düşünmüşmü?  Əgər  bunu  yazdısa,  yazdığı 

əsərin  əfkari−ümumiyyə  üzərində  nasıl  bir  təsir  buraxacağını  aramış  və 

anlamışmı?  Yazdıqlarını  kimlər  oxuyacaq  və  nasıl  bir  iqtidara  (savada) 

malik olan kimsələr mütaliə edəcək. Mütaliə edənlərə nə surətlə fayda verə 

biliyorum − deyə təsirlənmişmi?.. və ilaxır kimi suallar mütaliə əsasında hər 

kəsin  xatirinə  gəlir  zənnindəiz‖  −  deyə  yazarları  gənclik,  xalq  qarşısında 

məsuliyətə dəvət edir (53, s. 176). 


422 

 

M.Ə.Rəsulzadənin  bəzi  tədqiqatçıları  ―Milli  dirilik‖  əsərini  onun  ―bu  dövr 



yaradıcılığında...  xüsusi  yer  tutduğunu‖,  digəri  ―Milli  dirilik‖  başlığı  ilə 

maraqlı yazılar çap etdirdi‖ yazır. Lakin onların şərhində ―xüsusi yerin‖ və 

―maraqlı‖  olanın  nədən  ibarət  olduğu  deyilmir.  Tədqiqatçılardan  Aydın 

Balayev  ―Milli  dirilik‖  əsərini  ciddi  araşdırmış,  məzmununu  aydın  şərh 

etmişdir. 

M.Ə.Rəsulzadənin  1911-ci  ildə  farsca  nəşr  olunan  ―Bəşərin  xoşbəxtliyi‖ 

(təəssüf  ki,  əsər  hələ  tapılmamışdı)  əsəri  istisna  edilərsə,  ―İran  türkləri‖ 

əsəri  milli-mənəvi  varlığın  yaranması,  onun  tərəqqi  və  tənəzzül  səbəbləri, 

ümumiyətlə milli həyatın mənəvi tərəfləri haqqında yazdığı ilk elmi-nəzəri-

fəlsəfi  əsərdir.  Bu  gün  də  bu  əsər  səviyəsində  Qacarlar  monarxiyasında 

(indiki İran) obyektiv olaraq türk və fars qarşılıqlı mənəvi təsirindən, onun 

nəticələrindən  bəhs  edən ikinci  bir  əsər  yoxdur.  Demək  olar  ki,  orta  əsrlər 

Şərq-İslam  alimləri,  xüsusən  N.Tusi  istisna  edilərsə,  ümumtürk  tarixində 

mənəvi  dəyərlərin    yaranma  və  məhv  olma  səbəbləri,  onun  funksiyaları 

haqqında belə bir əsər yazılmamışdı. Artıq bu əsərlə M.Ə.Rəsulzadə milli-

mənəvi  həyatın  bütün  elementlərini  ehtiva  edən  elmi-nəzəri  sistem 

yaratmaq  istəyinə  düşür.  Bir  inqilabçı  olaraq,  milli  arzulara  malik  siyasi 

liderin  milli-mənəvi  həyatı  tam  təsəvvür  etmədən,  onu  yönəltmək  və  arzu 

olunan  istiqamətə,  hədəfə  aparmağın  mümkünsüzlüyünü  M.Ə.Rəsulzadə 

dərk  etdi.  Milli  əməlsizlikdən  doğan  mənəviyatdakı  boşluğu  görür  və  bu 

haqda  yazırdı:  ―Bizdə  işlərimizin  ruh  və  mənəviyatına  aid  olmaq  üzrə 

böyük  bir  boşluq  var:  Əməl  (ideal)  boşluğu,  bu  boşluq  hər  tərəfdən  hiss 

olunuyor.  Bunun  mürəvvici  olmaq  məcburiyyətində  olan  mətbuat  demək 

olar  ki,  hakkdan  ziyadə  idealsızdır...  Məlumdur  ki,  mağazaların 

caməkanlarını  dolduran  yazılar  əksəriyyətlə  cavanlarımızın  qələmindən 

çıxyor. Cavanlar içərisində bəzi xudpəsəndləri olmaqla bərabər − çox kərə 

də  səmimiyyət  və  hüsniyyətlə  qələmə  sarılıyorlar.  Arzu  olunan  nəticəni 

verə  bilmiyorlarsa,  qüsur  özlərində  deyil,  mühitimizin  əməl  nöqteyi-

nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin 

olunuz  ki,  fövqəladə  və  müasir  bir  əsər  gözləmək  xatadır.  Binaən  əleyh 

böyük  əməllər  nəşrinə  xidmət  edəlim  ki,  bütün  nöqsanlarımızı  ancaq  bu 

islah  edə  biləcək.  Ancaq  budur  ki,  işlərimizə  bir  ruh  verəcək,  diriliyimizə 

milli bir dirilik bəxş edəcəkdir‖ (53, s. 475-476). 

Artıq Şimali Azərbaycanda, Qacarlar monarxiyasında, Osmanlı imperiyası 

həyatında  gördüyü  mənəvi  çırpıntılar  və  durum,  İstanbul  türkçülüyündən 

aldığı fərqli canatmalar, Ş.C.Əfqaninin ―Milli vəhdət‖ nəzəriyəsi və dünya 

fəlsəfəsindən  aldığı  elmi-nəzəri  bilgilər  M.Ə.Rəsulzadə  türk  milli-mənəvi 

həyatını obyektiv əks etdirən milli-fəlsəfi sistemi yaratmağa imkan verirdi. 

Odur ki, millətin − mənəvi olaraq dirilik obrazını sistem halında yaratmağa 


423 

 

təşəbbüs  etdi.  Əsərindən  göründüyü  kimi,  M.Ə.Rəsulzadə  ―Milli  dirilik‖ 



deyəndə  toplumun  normal,  yaradıcı  mənəvi  durumunu  nəzərdə  tuturdu. 

Beləliklə,  M.Ə.Rəsulzadə  ―Milli  dirilik‖  əsərində  toplumu,  onun 

özünəməxsusluğunu  yaradan,  ona  mənəvi  yaradıcılıq  enerjisi  verən 

yarımsistem,  hissə  və  mənəvi  dəyərlərin  vəhdətdə  bir-birini  hərəkətə 

gətirən,  vahid  sistem  kimi  fəaliyət  göstərən  sistemini  müəyyən  etdi, 

fəlsəfəni yaratdı.  

Beləliklə,  M.Ə.Rəsulzadə  ―Milli  dirilik‖  əsərində  milli  fəlsəfənin  təməl 

əsaslarını  yaratdı.  M.Ə.Rəsulzadə  yaradıcılığından  göründüyü  kimi,  bu 

sistem ―Milli dirilik‖ əsərində ilkin olaraq o qədər dəqiq, düzgün müəyyən 

edilmişdir ki, onun sonrakı yaradıcılığı dövründə əsaslara deyil, ancaq üst 

sistemə cüzi əlavələr edilmişdi. 

M.Ə.Rəsulzadənin millət konsepsiyası Şərq intibahı doğuran Ş.C.Əfqaninin 

milli  vəhdət  fəlsəfəsinin  yenidən  işlənib,  yeni  daha  yüksək  səviyəyə 

qaldırılması olaraq yaradıcı davamıdır, XX  əsrdə dünyada millət haqqında 

yaradılmış  ən  mükəmməl,  ən  yüksək  səviyəli  fəlsəfi  konsepsiyalar 

sırasındadır.  M.Ə.Rəsulzadənin  ―Milli  dirilik‖  əsərindəki  millət 

konsepsiyasının  əsas  müddəa  və  mülahizələrini  qısaca  oxucuya  təqdim 

edirik.  O,  yazırdı:  ―Hər  millət  yaşadığı  mövqe,  keçdiyi  tarix,  mənsub 

olduğu irq nəticəsi olaraq bəzi xüsusiyyətləri vardır ki, o xasiyyətlər onlara 

məxsusdur.  Ondakı  bu  xüsusiyyətlər  aləmi-mədəniyyətdə  xüsusi  bir  taqım 

ibda  və  ixtiralar  vücuda  gətiriyor  ki,  onların  əsillikləri  (orijinalnost) 

müdəqqiqlər  nəzərində  fövqəladə  qiymətlərə  dəyər  şeylərdir.  Diqqət 

olunmuşsa,  hər  millətin  bir  şeydə  mahir  olduğu  görülmüşdür.  Almanlar 

sənətdə, fransızlar zarəfətdə, ingilislər gəmiçilikdə‖... (53, s. 463-464). 

M.Ə.Rəsulzadə  etnik  birliyin  üç  inkişaf  mərhələsi  və  bu  mərhələləri 

müəyyən edən keyfiyət, xarakter xüsusiyətlər haqqında yazır: ―Qövmiyyət 

− narodnost‖ yalnız nəsil və dil birliyi; milliyət − natsyonalnost‖ − dil və 

mədəniyət  birliyi  və  ―millət  −  natsiya‖  da  mədəniyət  və  milli  birliyi  dərk 

etməklə‖ − yəni mədəni və milli diriliyini dərk etdiyi, milli mənlik şüuruna 

malik olması ilə yaranır (53, s. 468).  

Milli  birliyi  yaradan  əsaslardan  bəhs  edən  M.Ə.Rəsulzadə  göstərir: 

―Milliyyətin ümidə rükünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin 

hansı  bəşər  dəstəsinə  mənsub  olduğunu  göstərən  bir  lövhədir.  Dil 

milliyyətin  hamısını  təşkil  etməsə  də,  yüzdə  doxsanını  vücuda  gətirən 

böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan 

siyasətçilər  də  əsil  bunun üçündür  ki...  Ən  əvvəl  bir millətin  dilini  yaddan 

çıxarmağa  səy  edərlər.  ―Milli  əsaslardan  ―din  daha  qüvvətli  bir  ictimai 

amildir‖ (53, s. 476) yazan M.Ə.Rəsulzadə müəllimi Ş.C.Əfqani kimi onu 

dildən  sonra  ikinci  əsas  hesab  etsə  də,  tarixin  bəzi  məqamlarında  ondan 


424 

 

təsirli olduğundan bəhs edərək yazır: ―Din nə qədər dildən sonra gələn bir 



amil isə də, bəzi şərait daxilində ondan daha müəssər bir qüvvət şəklini də 

ala bilir‖ (53, s. 480). 

―Bir millətin öz tarixini bilməsi qədər qüvvətli bir ittihad və təməddün amili 

təsəvvür  oluna  bilməz‖  −  yazan  M.Ə.Rəsulzadə  şərhinə  davam  edərək 

göstərir: ―Milliyyət amillərindən birisi də tarix ilə adət və ənənədir. İllərdə 

bir  miknət  və  qüvvət  tapa  bilmək  üçün  millətlər  həman  tarixlərindən 

istimdad  edərlər.  Zəif  düşdükləri,  əzilib,  inqiraza  tərəf  çəkildikləri,  hətta 

inqiraz bulub, hər bir iqtidar və qüvvətdən düşmüş olduqları zamanda belə 

keçmişin  qüvvətli  və  parlaq  dəmlərini  xatirə  salmaqla  istiqbal  üçün  bir 

ümid  bəslərlər.  Keçmişini  iyicəsinə  tədqiq  etmiş  olan  millətlər  daima 

mazinin  ölüb topraqlar  altında  çürümüş  olan  qəhrəmanlarından  birər  ideal 

modeli yapıb da onu gələcəyin bir nümunüyi− həmasəti kəsdirərlər‖ (53, s. 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin