Ədəbiyyat:
1.Adamson P. Philosophy in the Islamic World. Oxford University Press, 2018.
2.Braudel F. A History of Civilizations. Trans. By R.Mayne, NY.: Penguin Books,
1993, p.73.
3. Alfarabi. The Political Writings. ―Selected Aphorisms‖ and Other Texts. Ed.
and trans. by Butterworth Ch.E., Ithaca and London: Cornel University Press, 2001,
pp.115-167.
4.Classical Arabic Philosophy. An Anthology of Sources. Ed. and trans. by
McGinnis J., Reisman D.C. Hackett Publishing Company, 2007, pp.295-308.
5.Суфии. Собрание причт и афоризмов. М.: ЭКСМО-Пресс, с.191.
6.Корбен А. История исламской философии. М.: Прогресс-Традиция, 2010,
с.206.
7.Fischel W.J. Ibn Khaldun and Tamerlane. Berkeley: University of California
Press, 1952, pp. 70-71.
8.Koller J.M. Asian Philosophies. New Jersey: Pearson Prentice Hall, 2007,
pp.182-183.
9.Рахманалиев Р. Империя тюрков. Великая цивилизация. Тюркские народы в
мировой истории с Х в. до н.э. по ХХ в. н.э. М.: Рипол Классик, 2009, c.10.
10.Oğuznamə. Çapa hazırlayan: Samət Əlizadə. Bakı, Yazıçı, 1987, s.43.
11.Гердер И.Г. Идеи к философии истории человечества. М.: Наука, 1977,
c.313.
12.Корбен А. История исламской философии. М.: Прогресс-Традиция, 2010,
с.246.
13.Huntington S.P. The Clash of Civilizations and the Remaking of World Order.
N.Y.: A Touchstone Book, 1997.
14. Oborne P. 25 Years on, Huntington's ―Clash of Civilisations‖ Theory has been
Refuted // https://www.middleeasteye.net/columns/twenty-five-years-huntington-s-
clash-civilisations-theory-has-been-refuted-308271749
Faiq Ələkbərli
ÇAĞDAġ AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSĠNĠN BAġLICA
PROBLEMLƏRĠ
XIX-XX əsrlər Azərbaycan türk fəlsəfi və ictimai fikri bu günümüzlə,
gələcəyimizlə birbaşa bağlı olduğu üçün onu araşdırmaq və təhlil etmək çox
446
vacib və məsuliyyətli məsələdir. Ona görə ki, bu dövrdə Azərbaycan
türklərinin ictimai-siyasi həyatı və mədəni-fəlsəfi mühiti yeni bir
mərhələnin başlanğıcına təsadüf edir. Yeni mərhələyə baxışın müsbət ya da
mənfi çalarlar daşımasından asılı olmayaraq bir şey həqiqətdir ki,
Azərbaycan xalqı bir tərəfdən yeni ictimai-siyasi və elmi-fəlsəfi həyata
bütöv şəkildə daxil ola bilməmiş, digər tərəfdən isə Qərb mədəniyyətinin
ciddi təsirinə məruz qalmışdır.
Hər iki amil son iki əsrdə Azərbaycan türk fəlsəfəsinin, tarixinin,
mədəniyyətinin, ədəbiyyatının, siyasətinin başlıca problemləri sırasında
qalmaqdadır. Əgər son iki əsrdə Azərbaycan xalqı maddi və mənəvi
anlamda bütövlüyünü itirmişdirsə, bu, dolayısıyla onun tarixinin,
ədəbiyyatının, dilinin, mədəniyyətinin və fəlsəfəsinin yazılmasında yarım-
çıqlıq kompleksinin ortaya çıxmasına səbəb olmuşdur. Etiraf edib-
etməməyimizdən ya da bunun fəlsəfə ilə nə qədər bağlı olub olmamasından
asılı olmayaraq, bu, bir həqiqətdir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi,
ədəbiyyatı yarımçıqlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin
xalqın, sözün həqiqi mənasında, milli ruhunu əks etdirə biləcək fəlsəfədən,
tarixdən, ədəbiyyatdan, mədəniyyətdən söhbət gedə bilməz. Yəni
natamamlıq kompleksi şərtləri altında yazılan hər hansı millətin tarixi,
fəlsəfə tarixi, ədəbiyyat tarixi, mədəniyyət tarixi milli ruhdan başqa nə
varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən
ya da gözlə görünməyən saysız-hesabsız sədlər çəkilir, divarlar hörülür.
Son iki əsrdir ki, Azərbaycan türk xalqı da məhz maddi-fiziki və milli-
mənəvi parçalanma nəticəsində natamamalıq kompleksinə doğru
sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad
tədqiqatçılar onun tarixini, fəlsəfəsini, mədəniyyətini, hüququnu,
ədəbiyyatını yazmışlar və yazmaqdadırlar. Bir sözlə, XIX əsrin əvvəllərində
Azərbaycan türklərinin ictimai-siyasi və fəlsəfi həyatında yeni mərhələyə
qədəm qoyması onun maddi-fiziki və milli-mənəvi parçalanması fonunda
baş vermiş, bununla da onlarla, bəlkə də yüzlərlə problemlərin təməli
qoyulmuşdur. Hər halda Səfəvilər Türk dövlətinin süqutundan sonra onun
yerində yeni imperiya quran Əfşarlar Türk dövlətinin az bir müddət ərzində
uğursuzluğa düçar olması Azərbaycan türkləri üçün, bu günə qədər
çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problem-
lərə yol açmışdır. Doğrudur, XVIII əsrin sonlarına doğru keçmiş Səfəvilərlə
Əfşarlar dövlətlərinin qalıqları üzərində Qacarlar Türk dövlətinin meydana
çıxması türklər, o cümlədən Azərbaycan türkləri üçün yeni bir ümid işığı
olub, bəlkə də bu günə qədər yaşadığımız və yaşamaqda olduğumuz
problemlərin xeyli qisminə son verə bilərdi. Ancaq Qacarlar dövləti çar
Rusiyası ilə Böyük Britaniyanın hərbi-siyasi oyunları nəticəsində keçmiş
447
Səfəvilər Türk dövlətinin bütün ərazilərinə, o cümlədən Güney Qafqaza,
eyni zamanda Azərbaycanın quzey hissəsinə sahib ola bilmədi. Bununla da
Azərbaycan türk xalqının, Azərbaycan türk torpaqlarının bir hissəsi çar
Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi,
onun yalnız gələcək ictimai-siyasi həyatında deyil, elm-mədəniyyət və
fəlsəfə sahəsində də xeyli fərqliliklərə, problemlərə yol açdı. Hər halda
Azərbaycan türk torpaqlarının, Azərbaycan türk xalqının çar Rusiyasının
işğalı altında qalan bir hissəsi ilə, Qacarların tərkibində qalan böyük hissəsi
arasında baş verən maddi-fiziki və milli-mənəvi ayrılıqlar, antitürk ideya-
ların da birbaşa təsiri ilə onların mütəfəkkirlərinin dünyagörüşündə
yarımçıqlığa, natamamlığa, hətta, bəzən qeyri-milli düşüncələrə yol açmış
oldu.
Bu gün, Azərbaycan alimlərinin boynuna düşən əsas vəzifə bir tərəfdən
təxminən XIX əsrin əvvəllərindən çar Rusiyasının işğalı altında yaşamağa
məcbur olan Azərbaycan türk xalqının dünyagörüşü ilə, Qacarların
tərkibində, ancaq onun ana sütununu təşkil edən Azərbaycan türklərinin
dünyagörüşündəki oxşarlıqları və fərqlilikləri çox həssaslıqla tədqiq edib
obyektiv qiymətini vermək, digər tərəfdən bütövlükdə fəlsəfi və ictimai
fikrimizin əsas inkişaf yollarını, onun mahiyyətini ortaya qoymaqdır. Bu
anlamda son iki əsrdə ayrı-ayrılıqda yaşamağa məcbur edilmiş Quzey
Azərbaycan türkləri ilə Qacarlar dövlətinin ana sütununu təşkil etmiş
türklərin bu dövr ərzində yaşadıqları ictimai-siyasi, ədəbi-mədəni, elmi-
fəlsəfi mühiti ayrı-ayrılıqda ələ almaqdan daha çox bir bütünün, vəhdətin
tərkib hisssi kimi tədqiq etmək lazımdır. Yəni çar Rusiyası ilə Qacarlar
arasında bağlanmış 1828-ci il Türkmənçay müqaviləsindən sonra, bəlkə
məcburiyyətdən bir çox hallarda vahid Azərbaycan türklərinin deyil də,
Quzey Azərbaycan xalqının və Güney Azərbaycan xalqının tarixindən,
iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən bəhs etmişik ya da
etməyə davam edirik. Bizcə, artıq bu ənənəyə birmənalı şəkildə son
verilməli,
yəni
vahid
Azərbaycan
türk
xalqının
tarixindən,
iqtisadiyyatından, mədəniyyətindən, fəlsəfəsindən kitablar, əsərlər
yazılmalıdır. Əlbəttə, bu, o demək deyil ki, biz XIX əsrin başlarından
etibarən çar Rusiyasının işğalı altında qalan Azərbaycan xalqının bir
hissəsinin ya da Qacarlar dövlətinin ana sütununun təşkil etmiş Azərbaycan
türklərinin böyük hissəsinin məcburən ayrı-ayrılıqda yaşamalı olduğu tarixi,
fəlsəfəni, mədəniyyəti, ədəbiyyatı da mütləq şəkildə, heç bir məntiq
olmadan vahidləşdirməli, bütövləşdirməliyik. Əsla belə bir şeyə yol
verilməməlidir. Sadəcə, burada əsas məqsəd Azərbaycan türk xalqının
parçalanmadan sonra yaşadığı tarixi, fəlsəfəni, ədəbiyyatı, mədəniyyəti
oxşarlıqları və ziddiyyətləri ilə yanaşı, vahid bir çatı altında
448
ümumiləşdirməyi, bütöv şəkildə görməyi bacarmaq, yəni natamamlıq
kompleksindən qurtulub 50 milyonluq vahid xalqın fəlsəfəsini, tarixini,
ədəbiyyatını, mədəniyyətini yazmaq olmalıdır. Bu anlamda Azərbaycan da
daxil olmaqla, böyük bir tarixi ərazidə hökm sürən Qacarlar dövlətinə və
həmin dövrün türk mütəfəkkirlərinə diqqətlə yanaşılmalıdır.
Burada öz əksini tapmış ən önəmli məsələlərdən biri də, çar Rusiyasının
işğalı altında qalan Azərbaycan türklərinin bundan sonarkı həyatının hansı
formada davam etməsi ilə bağlı problemlərin, yəni bütün sahələrdə (sosial,
iqtisadi, təhsil, mədəni və s.) baş vermiş dəyişikliklərin, müsbət ya da mənfi
anlamda olsun, mümkün olduğu qədər obyektiv şəkildə qiymətləndirilmə-
sidir. Yəni bizlər bu məsələni, Azərbaycanın quzey torpaqlarının çar Rusi-
yasının işğalı altında qalmasını SSRİ dövründəki olduğu kimi, nə birmənalı
şəkildə mütərəqqi hadisə kimi qələmə verməli, nə də bu məsələdə həddən
artıq ifrata vararaq, o dövrdə hər hansı bir müsbət məsələ olubsa onu da
görməzdən gəlməməliyik. Ancaq bütün hallarda çar Rusiyasının işğalı
altında ya da SSRİ-nin tərkibində birgə yaşamağa məcbur olduğumuz
dövrdə baş vermiş istənilən ―müsbət məsələ‖yə də həssaslıqla
yanaşılmalıdır. Şübhəsiz, bir tərəfdən Rusiyaya münasibətdə həssaslıq
nümayiş etdirmək, digər tərəfdən isə milli maraqlarımızı qorumaq bir çox
hallarda böyük quzey qonuşumuzun mənafeləri ilə üst-üstə düşmür ki, bu
zaman isə bizim üçün önəmli olan obyektivliyin özündən çıxış etməliyik.
Bütün hallarda bizlər tariximizi, ədəbiyyatımızı, fəlsəfə tariximizi
millətimizin bu günü və gələcəyi üçün qələmə alırıqsa, o zaman ilk
növbədə, milli maraqlarımızın hər şeydən bir addım öndə olması bir an
olsun unudulmamalıdır. Bir sözlə, Azərbaycan xalqının fəlsəfə tarixi
qələmə alınarkən rus-sovet metodologiyasından və həmin dövrün
təfəkküründən uzaq durulmalı, Qərb metodologiyasına isə həsaslıqla
yanaşılmalıdır. Çünki birinci metodologiya qədər Qərb metodologiyası da
İslam-Şərq mədəniyyəti və Türk mədəniyyəti ilə xeyli dərəcədə uzlaşmır.
Bizcə, yalnız çar Rusiyasının, Sovet Rusiyasının işğalı altında qalmış
Azərbaycanın quzey hissəsindəki xalqımızın, onun mütəfəkkirlərinin deyil,
eyni zamanda Qacarlar dövlətinin əsas sütunu kimi uzun müddət təsir
gücünü qoruyub saxlamış Azərbaycanın güneyindəki xalqımızı, onun
mütəfəkkirlərinin dünyagörüşünün də obyektiv və milli maraqlarımız
baxımından ciddi tədqiqatlara ehtiyacı vardır. Hər halda Təbriz mərkəzli
Azərbaycan vilayəti Qacarlar dövlətinin ictimai-siyası həyatında əsas rol
oynadığı kimi, Azərbaycan türk mütəfəkkirləri elm-mədəniyyət və fəlsəfi
mühtin formalaşmasında da öncüllər sırasında olmuşdur. Yəni çar
Rusiyasının işğalı altında olan Azərbaycanın quzeyində yaşayan
mütəfəkkirlərimiz kimi, Azərbaycanın güneyində öz soydaşlarının
449
qurduqları Qacarlar dövlətinin tərkibində yaşayan aydınlarımız da elm-
mədəniyyət və fəlsəfi mühitdə ön cərgədə olmuşlar.
Eyni zamanda unutmamalıyıq ki, fərqli dövlətlərin, yəni doğma və yad
dövlətlərin tərkiblərində yaşamalarına, yaratmalarına baxmayaraq bütün
Azərbaycan türk mütəfəkkirləri əsasən, vahid amala, vahid ideyaya xidmət
etmişlər. Burada vahid amal, vahid ideya deyə bəhs etdiyimiz, Azərbaycan
türklərinin birləşməsi və dövrün şərtləri altında yeniləşməsidir. Biz görürük
ki, Azərbaycan türklərinin, onun mütəfəkkirlərinin dünyagörüşündə milli
bütövlük məsələsi, yeniləşmə və Azərbaycan milli ideyası ətrafında
birləşmə daima əsas siyasi-fəlsəfi və ictimai məsələlərdən biri olmuşdur.
Buna ən bariz örnək 1918-ci ildə Böyük Azərbaycanın bir parçasında
qurulan yeni bir Türk Cümhuriyyətinə Azərbaycan adının verilməsidir.
Əslində 90 illik çar Rusyasının işğalına son verə bilən Azərbaycan
türklərinin başda milli ideoloq Məhəmməd Əmin Rəsulzadə olmaqla
Azərbaycan adının üzərində dayanılmasında milli birlik fəlsəfəsi həlledici
rol oynamışdır. Bununla da Azərbaycanın birləşməsi məsələsi siyasi-
ideoloji foramada yeni bir mərhələyə qədəm qoymuşdur. Digər tərəfdən
Azərbaycan türklərinə aid mədəniyyət, fəlsəfə, ədəbiyyat və digər sahələrdə
də milli bütövlük, milli birlik şüuru əsas istiqamətlərdən biri olmuşdur.
Ümumiyyətlə, 19-20-ci əsrlərdə yaşamış Azərbaycan türk mütəfəkkirlərinin
yaradıcılıqlarında fəlsəfənin hansı şəkildə öz əksini tapması daima
mübahisə ya da müzakirə obyekti olmuşdur. Belə ki, xeyli qisim
tədqiqatçılara görə bu dövrdə Azərbaycanda sırf fəlsəfəyə aid əsərlər çox az
olmuş, dolayısıyla da Azərbaycanda fəlsəfədən və filosoflardan çox az bəhs
etmək olar. Bu düşüncələrdə ilk baxışda müəyyən həqiqətləri ifadə etməklə
yanaşı, onu da bildirməliyik ki, birincisi, Azərbaycan xalqı ancaq bugünkü
Azərbaycan Respublikasından ibarət deyil. Bu anlamda A.A.Bakıxanov,
M.F.Axundzadə,
H.B.Zərdabi,
M.Ə.Rəsulzadə,
Ə.b.Hüseynzadə,
Ə.b.Ağaoğlu qədər S.Ə.Nəbati, M.Ə.Talıbzadə, M.Xiyabani, M.Şəbüstəri,
C.Əfqani, S.C.Pişəvəri, C.Heyət də Azərbaycan türk mütəfəkkirləridir.
Ġkincisi, yeni dövrdə bütün dünyada mütəfəkkirlərin əsas fəlsəfi
yaradıcılıqları ontoloji və qnoseolojidən çox sosial fəlsəfə, tarixin fəlsəfəsi,
sosial psixologiya, sosiologiya, politologiya, antropologiya, demokratiya,
liberalizm və buna uyğun məsələlər olmuşdur. Bu anlamda Bakıxanov,
Zərdabi, Əfqani, Hüseynzadə, Rəsulzadə, Şəbüstəri, Heyət və başqa
Azərbaycan türk mütəfəkkirləri Şopenhaur, Nitsşe, Marks, Engels, Freyd,
Ceyms, Toynbi, Haydegger və başqa Qərb mütəfkkirləri qədər filosof adına
layiqdirlər. Demək istədiyimiz odur ki, Azərbaycan türk mütəfəkkirlərini
düşüncələrində ümumiləşdirmələr aparıb, sonra da bu fəlsəfə deyil, fəlsəfə
yalnız ontoloji və qnoseoloji məsələlərə həsr edilmiş əsərlərlə bağlıdır,
450
deyib mənasız iddialar irəli sürmək kökündən yanlışdır. Çünki fəlsəfə
dediyimiz, ən azı hərfi mənada müdriklik ya da müdrikliyə sevgidirsə,
hikmətsevərlikdirsə, o zaman insan, cəmiyyət, millət, dövlət, siyasi
əqidələr, mənəvi dəyərlər, sosial münasibətlər və digər məsələlər də
ümumilikdə ontologiya və qnoseologiyanın tərkib hissəsidir.
Bizcə, XIX-XX əsrlərdə yaşamış Azərbaycan türk mütəfəkkirlərinin
yaradıcılığında klassik anlamdakı ontoloji və qnoseoloji məsələlər nə qədər
az müşahidə olunsa da, ancaq qeyri-klassik fəlsəfəyə aid insan, cəmiyyət,
dövlət, millət, dini inanclar, siyasi əqidələr, mənəvi dəyərlər, sosial
münasibətlər və bu kimi fəlsəfi problemlər kifayət qədərdir. Bu, o deməkdir
ki, Azərbaycan türk mütəfəkkirlərini Azərbaycanın quzeyində yaşayan
xalqla məhdudlaşdırmaq qədər, onların klassik anlamdakı ontoloji və
qnoseoloji məsələlərlə məşğul olmadığını iddia edib fəlsəfədən uzaq tutmaq
da anlamsızdır. Bu baxımdan Qərb mütəfəkkirlərini mənalı ya da mənasız
düşüncələrinə görə, göylərə qaldırıb ağızdolusu ―filosof‖ adlandırdığımız
halda, öz mütəfəkkirlərimizə həddən artıq yuxarıdan aşağı baxmaq
prinsipindən də əl çəkməliyik. Əlbəttə, bu, o demək deyil ki, bütün
Azərbaycan türk mütəfəkkirləri də yeri gəldi-gəlmədi dağın başına qoyulub
―filosof‖, ―müdrik‖, ―mütəfəkkir‖ adlandırılmalıdır. Sadəcə, onların hər
birini də haqq etdiyi yerə görə obyektiv qiymətini verməliyik.
Burada əsas məqsədlərimizdən biri də Şərq-İslam mədəniyyəti ilə Qərb-
Avropa mədəniyyətinin sintezi fonunda meydana çıxan Azərbaycan
Cümhuriyyətinin milli fəlsəfi dərkini ortaya qoymaqdır. Başqa sözlə,
Azərbaycan Cümhuriyyətinin varlığının həm qədim və orta əsr türk
dövlətçilik ənənələri üzərində qurulmasının fəlsəfə tarixi anlamda izahları,
həm də bu yolda böyük əmək sərf etmiş Azərbaycan türk maarifçilərinin və
onların davamçılarının fəlsəfi, ictimai-siyasi dünyagörüşlərinin ifadəsi çox
vacibdir. Demək istədiyimiz odur ki, Azərbaycan Cümhuriyyətinin əsas
mahiyyətini təşkil edən ―Azərbaycan ruhu‖nun, ―Azərbaycan məsələsi‖nin
yalnız tarixi deyil, fəlsəfi mahiyyətinə (tarixin fəlsəfəsi) də varılmalıdır.
Məhz ―Azərbaycan məsələsi‖ni doğru idrak edərsək, o zaman istər Sovetlər
Birliyi dövründə, istərsə də torpaqlarımızın bir hissəsində müstəqilliyimizi
bərpa etdikdən sonra ortaya çıxan bir çox tarixi, mədəni, fəlsəfi, siyasi
suallara da cavab tapmış olarıq.
Burada izah olunan əsas məsələlərdən biri də ―Azərbaycan məsələsi‖ və
onunla bağlı meydana çıxmış müsbət ya da mənfi anlamda, ―Azərbaycan
tarixi‖, ―Azərbaycan fəlsəfəsi‖, ―Azərbaycan dili‖, ―Azərbaycan
mədəniyyəti‖, ―Azərbaycan ədəbiyyatı‖ və buna oxşar digər anlayışların
mahiyyətinə, mənasına obyektiv şəkildə işıq tutmaqdır. Xüsusilə də bizi
burada ən çox maraqlandıran bir məsələ ―Azərbaycan fəlsəfəsi‖ ya da
451
―Azərbaycan fəlsəfə tarixi‖ anlayışlarıdır ki, 1918-ci ildə yeni bir türk
dövlətinə verilən adın, yəni ―Azərbaycan‖ məfhumunun çox keçmədən
bilərəkdən ya da bilməyərəkdən həmin dövlətin qurucusu olan millətin
adıyla eyniləşdirilməsinin də elmi-fəlsəfi izahları olmalıdır. Hər halda bu
gün millətimizin adından (azərbaycanlı), dilindən (Azərbaycan dili) tutmuş
onun fəlsəfəsi (Azərbaycan), tarixi (Azərbaycan tarixi), ədəbiyyatı
(Azərbaycan ədəbiyyatı), mədəniyyəti (Azərbaycan mədəniyyəti) artıq türk
milli kimliyindən çox Azərbaycan dövləti kimliyi üzərində oturuşmuşdursa,
o zaman bu ―Azərbaycan məsələsi‖nin hərfi mənadan ya da tarixi aspektdən
daha çox, elmi-fəlsəfi, tarixi-fəlsəfi şərhinə ethiyac vardır. Əks təqdirdə
1918-ci ilin 28 mayında yeni bir türk dövlətinə Azərbaycan Cümhuriyyəti
adı verilməsindən sonra meydana çıxmış ―Azərbaycan milləti‖nin ya da
―azərbaycanlı‖ millətinin tarixindən, fəlsəfəsindən, mədəniyyətindən,
dilindən, ədəbiyyatından bəhs etmək də məntiqsiz görünə bilər.
Deməli, burada ən incə məsələ yeni bir türk dövlətinə verilmiş Azərbaycan
Cümhuriyyəti adıyla (―Azərbaycan məsələsi‖ ilə), onun qurucusu olduğu
türk xalqının müstəsna rolunu obyektiv şəkildə dəyərləndirməkdir. Başqa
sözlə, yeni bir türk dövlətinə verilmiş ―Azərbaycan‖ adının həmin dövlətin
qurucusu olan Azərbaycan türklərinin milli varlığının, milli kimlik adının
üstündən xətt çəkilərək yeni bir ―xalq‖ kimi yozulması bir şey, ancaq
―Azərbaycan‖ anlayışının qədim dövrlərdən günümüzədək keçdiyi yolu
izləməklə bərabər bütün Azərbaycan türklərini daima vahid xalq kimi bir
arada tutub gələcəkdə də vahid dövlətin çətiri altında yenidən birləşdiril-
məsini hədəfləmək tamamilə başqa bir şeydir. Ona görə də, bu gün
―Azərbaycan fəlsəfəsi‖, ―Azərbaycan tarixi‖, ―Azərbaycan dili‖,
―Azərbaycan ədəbiyyatı‖ dedikdə, birmənalı şəkildə onu türk kimliyindən
uzaq tutub ―mələz‖ləşdirilmiş, yəni qarışıq bir ―xalq‖a aid etmək kökündən
yanlışdır. Çünki birincisi, ―Azərbaycan‖ anlayışı nə çoğrafi, nə də əhali
baxımından yalnız Azərbaycan Respublikasından ibarət deyil ki, onun
fəlsəfəsini, tarixini, ədəbiyyatını, dilini, milli kimliyini də qismən çar
Rusiyası, əsasən də Sovetlər Birliyi dövründə planlı şəkildə müəyyənləş-
dirilmiş və hələ də həmin siyasəti davam etdirənlərin antitürk,
antiazərbaycan siyasəti ilə qarışıq ―xalq‖ çərçivəsində dəyərləndirək!
―Azərbaycan‖ anlayışı ən azından Dərbənddən Kəngər körfəzinə, Bakıdan
Kərkükə qədər uzanan bir coğrafiya olduğu qədər, eyni zamanda bu
coğrafiyada yaşayan on milyonlarla Azərbaycan türkünün qədim dövrlərdən
günümüzədək ortaya qoyduqları tarixin, fəlsəfənin, ədəbiyyatın,
mədəniyyətin bir sözlə, ona məxsus olan hər bir şeyin ifadəsidir. Belə
olduğu
təqdirdə,
bizlər
tariximizi,
fəlsəfəmizi,
ədəbiyyatımızı,
mədəniyyətimizi qələmə alarkən rusun, ingilisin, amerikalının, fransızın,
452
farsın, ərəbin bizi görmək istədikləri yad metodologiyalarla deyil,
özümüzüm özümüzə biçdiyimiz milli bir üsulla hərəkət etməliyik.
Çox yazıqlar olsun ki, tarixi-coğrafi Azərbaycanımızın çox az bir hissəsində
müstəqilliyimizi bərpa etdikdən (1991) sonra da milli metodologiyaya
əsaslanan milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyət
yazmaqdan çox mələz (qarışıq), kosmopolit ―Azərbaycan‖ kimliyi
çərçivəsində kitablar, dissertasiyalar yazmaqda davam edirik. Ən
acınacaqlısı da odur ki, bunu edənlərin xeyli bir qismi də ―Azərbaycan
məsələsi‖nin əsil mahiyyətinə varmadan, ―Azərbaycan‖ anlayışını antitürk,
antiislam ideolqlarının planlı şəkildə ortaya atdıqları siyasətlərə uyğun
olaraq türklüyə, Azərbaycan türklüyünə zidd olaraq təbliğ edirlər. Bunun da
nəticəsində ―Azərbaycan tarixi‖ (1; 2), ―Azərbaycan fəlsəfə tarixi‖ (3; 4),
―Azərbaycan mədəniyyət tarixi‖, ―Azərbaycan ədəbiyyatı tarixi‖ (5; 6; 7)
və buna oxşar kitablarda əsasən Azərbaycan türk xalqının tarixi, fəlsəfəsi,
mədəniyyəti, ədəbiyyatı bir çox hallarda naməlum, ya da qarışıq bir xalqın
məhsulu kimi ortaya çıxmaqda davam etməkdədir.
Azərbaycan xalqının fəlsəfə tarixində nəzərə alınmalı mühüm məqamlardan
biri çar Rusiyası, Sovetlər Birliyi, ―Pəhləvilər‖ və ―İran İslam Respublikası‖
dövrlərinə aid məsələlərdən bəhs edərkən ―dövrün şərtləri belə idi‖
prizmasını də nəzərə almaqla yanaşı, onu mütləqləşdirmək də doğru
deyildir. Demək istədiyimiz odur ki, dövrün şərtlərini nəzərə almaqla yanaşı
hər bir mütəfəkkirin fəlsəfi dünyagörüşlərində kim hansı mövqe tutubsa onu
da olduğu kimi yazmaq, şərh etmək lazmdır. Əks təqdirdə Azərbaycan
xalqının fəlsəfə və ictimai fikir tarixinə obyektiv yanaşma söz olaraq qala
bilər. Bizim burada əsas məqsədimiz nə o dövrün şərtlərinə görə nəticə
çıxarmaq, nə də indiki zamanın praqmatist şərtləri altında mülahizələr
yürütmək olmamalıdır. Bizcə, bir xalqın tarixini ya da fəlsəfə tarixini
yazarkən göz önündə tutulmalı olan başlıca məsələ onun milli, dini və
bəşəri ruhunun bütöv şəkildə cəmiyyətə çatdırılması bacarığıdır. Başqa
sözlə, müstəmləkə və azad məmləkətdə yaşamaqdan, eyni zamanda milli və
beynəlmiləl, milli və dini ideyalardan hər hansının təsiri altında olmasına
baxmayaraq bir tarixçi ya da fəlsəfə tarixçisi ilk növbədə, millətinin tarixini
ya da fəlsəfə tarixini yazdığını bir an olsun unutmamalıdır. Çünki bir
toplumu var edən öncə onun milli, daha sonra dini və bəşəri kimliyidir.
Yeri gəlmişkən, tədqiqatımızla birbaşa bağlı olan 19-20-ci əsrlərdə
Azərbaycan türk fəlsəfi və ictimai fikir tarixini ümumi kontekstdə ilk
yazanların başında akademik Heydər Hüseynov gəlir ki, onun dünyagörüşü
də yuxarıda qeyd etdiyimiz problemlərdən xali olmamışdır. Sovetlər Birliyi
dövründə yaşamış H.Hüseynov, 1949-cı ildə işıq üzü görmüş ―Azərbay-
canda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən‖ əsərində Azərbaycan türk
453
mütəfəkkirlərindən A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundzadə, Mirzə
Kazım bəy, H.Zərdabinin dünyagörüşlərini hərtərəfli şəkildə tədqiq etməklə
yanaşı, dövrün şərtləri altında onların türk və islami kimliyini deyil, antitürk
Sovet ideologiyasına uyğun olaraq daha çox ―mələz‖, ya da qarışıq bir
―Azərbaycan‖ kimliyini, üstəlik də bolşevizm ideologiyasına uyğun olaraq
da ―ateist‖, ―materialist‖ dünyagörüşlü baxışlarını ön plana çıxarmağa
çalışmışdır (8, s.30-49). Sovetlər Birliyi dövründə H.Hüseynovla başlayan
―Azərbaycan fəlsəfəsi tarixi‖ni bu yöndə yazmaq ənənəsini davam etdirən
Ziyəddin Göyüşov da Quzey Azərbaycanın ―sovetləşməsi‖ndən sonrakı
dövrə aid yazdığı «Sovet Azərbaycanında fəlsəfi fikir» (1979) kitabında
fəlsəfə tariximizi araşdırarkən eyni müddəalardan çıxış etmişdir (9, s.47-
Dostları ilə paylaş: |