483).
M.Ə.Rəsulzadənin milli konsepsiyasında milli vicdan və milli iman mühüm
yer tutur. Bu dəyərlərin yaranması və milli dirilikdə funksiyasından bəhs
edən M.Ə.Rəsulzadə yazır: ―Milli vicdan və yaxud milli iman milli
dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və
bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir
əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun
firəngcəsi ―ideal‖ gəliyor. Osmanıcada son zamanlarda buna ―məfkurə‖
deyə tərcümə edənlər də var‖.
Milli əməl və milli vicdanın yaranıbda milli mənəviyyatda yer tutmasından
bəhs edən M.Ə.Rəsulzadə yazır: ―... Fəqət bir fərd öz mühitinin faydasını
düşünərək şəxsi deyil, qövmi və yaxud millət üçün bir əməl bəslərsə, buna
böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvər, yaxud
məfkurəçi ismi verərər. Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov,
firənglərdə Jan Jak Russo... Bir millət arasında bu kimilər məhdud, ya
məfruq olarsa, o millət müstəqil və sağlam bir vücud üzü görməz və
başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə
mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət
böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar?
− Əsli arasında yaşadıqları mühitin özündən‖.
M.Ə.Rəsulzadənin şərhindən aydın görünür ki, milli məfkurəçi şəxsiyətlər
millətin vicdan və imanından doğulurlar (53, s. 70-71).
Tarixdə çoxsaylı faktları nümunə gətirən M.Ə.Rəsulzadə məfkurəçi böyük
şəxslərin milli diriliyin mühüm ünsürü olduğunu əsaslandırmaq üçün
məfkurəçi milli şəxsiyətlərin haqqında ölü xalq kimi bəhs olunan Bolqar
xalqının tarixini yazıb, buradan gələn ruhu yeni nəslin mənəviyatına
aşılamaqla onları tarixə qaytarmalarını ətraflı şərh edir (53, s. 472).
425
Milli varlığın milli diriliyin yaranması üçün əsas müddəalarının
təqdimindən sonra millətə aşağıdakı kimi tərif verir: ―Milli mədəniyyət və
yaxud millət, dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət
etiqadi diniyyə birliklərinin məcmusundan mütəşəkkil bir məhsuldur‖ (53,
s. 486).
Nəticə olaraq diriliyə tərif verərək yazır: ―Dirilik − dünyanı sevməkdən və
öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan
ibarətdir‖ (53, 463). Son olaraq millətin və gələcəyin əsas qurucusu
gənclərə müraciət edərək deyir: ―Ey millətin istiqbalını təmin edəcək türk
gəncliyi, haradasan?!‖ (53, s. 479).
Etnosun həyati qabiliyətinin fəlsəfi əsasları haqqında ―Milli dirilik‖
əsərində M.Ə.Rəsulzadə milli həyatın maddi tərəfinin mənəvi tərəflə
həmahəng olmasını xüsusi vurğulayıb diqqətə çəkərək yazırdı: ―Dirilik isə
elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir...
dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassi dünyapərvərlikdir‖ (53,
s. 462).
Lakin onun ilk məqaləsində, söykəndiyi Ş.C.Əfqani fəlsəfəsində, həmişə
diqqət mərkəzində saxladığı düny mütəfəkkirlərinin yaradıcılığında milləti
hərəkətə gətirən qüvvə mənəviyat, mənəvi güc, arzu və ideyalar olduğu
xüsusi vurğulanır, milli ideologiyanın yaradılmasına fövqəladə həssaslıqla
yanaşaraq, bu işdə hətta xalıqn gizli hiss və arzularının nəzərə alınmasını
vacib bilərək göstərir ki, ―iştə millətin ümumən də mövcud olan hakim bir
əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlüd
ediyorlar‖, ―fəqət onlar bu arzulara bir şəkil və surət verməkdə acizdirlər‖
bu işin öhdəsindən ancaq ―ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin
olunan, başqa təbirlə, ehzar olunan milli əməllər layihəsi xalqın əsl düşünüb
də hiss və arzu etdiyi ilə təvafüq edərsə, məzkur əməl əsri bir surətdə xalq
arasında iktişar edər və bollu tərəfdarlar qazanar. Yoxsa məxsus bir dairədə
intişar tapıb nəhayət, nisyan bucağına atılıb qalar‖ (53, s. 470-471).
Beləliklə, ―Milli dirilik‖ əsərində Ş.C.Əfqaninin ―milli vəhdət‖ fəlsəfəsini
yenidən işləyən, milli özünüdərkdən sonra demokratiya və milli dövlət
quruculuğu uğrunda mübarizənin fəlsəfi əsaslarını yaradan M.Ə.Rəsulzadə
bu mübarizədə hər bir sosial təbəqənin göstərməli olduğu əməli fəaliyyəti
xüsusi vurğulayaraq real üzləşilən I Dünya müharibəsinin dəhşətləri
içərisində tutulacaq yoldan, millət olaraq çıxılmasının şərtlərini
müəyyənləşdirdi.
1915-ci il oktyabın 2-də Bakıda M.Ə.Rəsulzadənin redaktorluğu ilə
fəaliyətə başlayan ―Açıq söz‖ qəzeti ilə onun fəlsəfi və istiqlal
mübarizəsinin yeni mərhələsi başlayır. Qəzetin adının altındakı ―Siyasi-
ictimai və ədəbi Türk qəzetəsi‖ təqdimindən göründüyü kimi,
426
M.Ə.Rəsulzadə Azərbaycanı yeni məzmunda − ―Türk yurdu, Türk vətəni‖
kimi dünyaya təqdim edir. Bu sözə qədər qəzetlərin, kitabların, məktəblərin,
teatr binalarının üzərindəki ―tatar‖, ―müsəlman‖ sözündən heç vaxt
xoflanmamış rus hərbi senzoru nə rus-yapon müharibəsində, nə də alman
cəbhəsində rus qoşunlarının məğlubiyət xəbəri belə həyəcanlandırmamışdır.
Beləliklə, milli həyatı xalqa verəcək milli özünüdərk, milli mənlik şüurunu
ifadə edən ―Türk‖ sözünün canlandırdığı mənəvi dəyərlərin, həyatı gücün
bir andaca üzə çıxardığı istiqlal mübarizəsinin yeni mərhələyə daxil
olduğunu göstərdi. ―Açıq söz‖ qəzetinin birinci sayındakı ―Tutacağımız
yol‖ adlı baş məqaləsində M.Ə.Rəsulzadə yazırdı: ―Dəhşətlərinə şahid
olduğumuz bu yol bir həqiqəti-əsrimizin milliyyət əsri olduğunu isbat etdi.
―Dünyanın xəritəsi hərbə dəyişəcək‖ − deyə heyrətlə qarışıq bir cümlə indi
bir çox ağızlardan eşidilməkdədir‖ (61, s.171). O, xəbərdarlıq edirdi ki,
―Dünya xəritəsinin alacağı şəklə vətəndaşların fədakarlığı, dövlətlərin
təşkilatı və orduların əzəməti ilə bərabər, heç şübhə yoxdur ki, vüzuh və
rüsuh peyda etmiş milliyyət məfkurələrinin də böyük bir təsiri olacaqdır‖
(61, s. 171). Xüsusi vurğulayırdı ki, ―yalnız əsasında milli başlanğıcın
durduğu və ya idarəetmə sistemində həmin başlanğıca xüsusi verildiyi
dövlətlər bu tarixi sınaqdan üzüağ çıxacaqlar (61, s.171). M.Ə.Rəsulzadə
böyük uzaqgörənliklə göstərirdi ki, müharibədən sonrakı Avropanın siyasi
meydanında ―özlərini kifayət qədər tanıtmış və istiqlal üçün müəyyən bir
ideal məfkurə yaratmış millətlər real qüvvə təşkil edəcəklər (61, s.171).
Bununla da o, bir qədər örtülü formada olsa da, milli dövlətin
yaradılmasının zəruriliyini qeyd edirdi (48, s.43).
M.Ə.Rəsulzadə xüsusi xəbərdalıq edirdi ki, ―Yeni əsaslar üzərində
qurulacaq həyat vahid bir ruh və müştərək bir qayəyə malik olmayan
millətlərlə hesablaşmayacaq və belə bir silahdan məhrum olan cəmiyyətlər
kimsəyə söz eşitdirə bilməyəcəklər‖. O, həmvətənlərinə bir daha
xəbərdarlıq edirdi ki, ―Söz eşitdirmək, milli varlığını qorumaq haqlarını,
hürriyyətlərini əldə etmək üçün milliyyət məfkurəsi ətrafında birləşməyə və
müştərək bir hala gəlməyə‖ səsləyirdi (61, s.171).
Tarixin bütünlüklə təsdiq etdiyi bu uzaqgörənliyi söyləyəndə
M.Ə.Rəsulzadənin 31 yaşı vardı. İkinci Dünya müharibəsi, faşizmin Karl
Yaspers kimi dahiləri bədbinliyə uğradıb, özünəqapılmaya məcbur etdiyini
nəzərə alsaq, 31 yaşlı, texniki peşə məktəbini sona qədər oxumamış bir
gəncin Birinci Dünya müharibəsinin dəhşətləri içərisində bir əjdahanın
(imperiyanın) ağzında olan və digər əjdahaların onun ağzından alıb udmaq
istədiyi amansız müharibə (döyüş) şəraitində olan xalqın önünə düşüb
istiqlal davası açması, onun mənəvi güc və zəka mənbəyi ancaq Mütləq
ruhdan doğan fəlsəfə ola bilər.
427
Beləcə, A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi əməlləri ilə canlanan,
Ş.C.Əfqani yaradıcılığı ilə fəlsəfi ruh qazanıb yaradıcılıq göstərən
(Ə.B.Hüseynzadə, Ə.Ağaoğlu) Azərbaycan türk mənəviyatı M.Ə.Rəsulzadə
yaradıcılığı ilə fəlsəfi mahiyət qazanaraq müstəqil yaradıcılıq göstərdi.
―Müsavat‖ partiyasını lideri və ideoloqu səviyəsinə yüksəlməsi, ―Açıq söz‖
qəzetinin partiyanın orqanına çevrilməsi M.Ə.Rəsulzadə ideyalarının
müxtəlif sosial təbəqlər arasında sürətlə mənimsənilməsinə şərait yaradırdı.
M.Ə.Rəsulzadə ―Açıq söz‖ qəzetində nəinki Azərbaycan türklərinin istiqlal
mübarizəsi yollarından, eləcə də rus imperiyası əsarətində olan türk və
müsəlman xalqların mənəviyatına imperiyanın təcavüzündən bəhs edir,
onların istiqlal təşkilatları ilə əlaqələrinin qurulmasını, istiqlal
mübarizələrini istiqamətləndirirdi. Odur ki, ―Açıq söz‖ qəzeti
Azərbaycandan kənarda da oxunur, onda qoyulan ideyalar başqa xalqlar
arasında da mənimsənilirdi. Beləliklə, M.Ə.Rəsulzadə fəlsəfəsi rus
əsarətində olan türk və müsəlman xalqların müstəqillik ideologiyası kimi də
təsir gücü qazanmaqda idi.
Romanovlar sülaləsinin bütün hakimiyəti dövründə türk və müsəlmanlara
qarşı amansızlıq ardıcıl yüksəldi. İmperiyanın Qafqazı əsarət altına saldığı
elə ilk gündən burada türk və müsəlmanların müxtəlif formada, üstü örtülü
didərgin salınması siyasətinə 1905-1907-ci illər inqilabı zamanı ermənilər
vasitəsi ilə milli qırğınlar törədilməsi, Birinci dünya müharibəsinin
başlanması ilə rus ordusu və bu orduda iştirak edən erməni hərbi
birləşmələri müxtəlif bəhanələrlə türk müsəlman yaşayış məskənlərini
xarabazara çevirib, əhalisini didərgin salmaq adi hal almışdı. Müharibə
zamanı Cənubi Qafqaz cəbhəyanı zona hesab olunurdu. Odur ki, ən kiçik
etiraz hərbi qanunlar əsasında amansızlıqla məhv edilirdi. Odur ki, bütün bu
ağır şəraitdə xalqın ruhuna istiqlal hissləri aşılasa da, ən kiçik siyasi
addımını atmaqda belə xalqı amansızlıqla üzləşdirib, ruhuna qorxu hissi
düşməsinə imkan vermirdi. Hər addımının siyasi şəraitini nəzərə alırdı.
M.Ə.Rəsulzadə istiqlal duyğusunu xalqın ruhuna nə qədər yoğursa da,
dövlət müstəqilliyi ideyasını məqamı çatana qədər elan etmədi. ―Milli
dirilik‖ məqaləsində ―milli istiqlaliyyət millətlərin xüsusiyyətlərinin
mühafizəsini təmin etmək‖ iqtidarındadır, ―Azıq söz‖ qəzetinin ilk sayında
―milliyyət millət səviyyəsinə keçid etmək üçün milli dövlətin
yaradılmasının zəruri olduğunu‖ desə də, yalnız Fevral inqilabından sonra
―millət − dövlət olmaq əzmində israr edən bir milliyyətdir‖ − dedi (48, s.45)
və xalqı bu işə səfərbər etdi.
Fevral burjua inqilabından sonra gələcəyin siyasi yolu məsələsində yenə
M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi ―Müsavat partiyasının baxışı
Azərbaycan siyasi elitası üçün məqbul mövqe olduğu açkar oldu. 1917-ci il
428
aprelin 15-20-də Bakıda Birinci Ümumqafqaz müsəlmanlarının qurultayı
keçirildi. Ölkənin siyasi gələcəyi haqqında M.Ə.Rəsulzadə məruzə etdi.
Onun məruzəsində təklif olunan formada Azərbaycan türklərinin milli ərazi
muxtariyəti formasında milli dövlətçiliyin yaradılması zərurəti
əsaslandırıldı və qəbul edildi. Həmçinin qurultayda birmənalı şəkildə milli
tərkibli hərbi strukturların yaradılması haqqında qərar qəbul edildi. Bu,
dövlət müstəqilliyi yolunda atılan praktik addım idi. Qurultay ictimai-
siyasi, mədəni, maarif və digər qarşıya qoyulan vəzifələrin icrasına
başlamaq üçün milli fond yaratdı. Qurultayın fəxri qonağı H.Z.Tağıyev elə
oradaca fonda 50 min rubl verdi (50, s. 138).
Qurultayda M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi ―Müsavat‖ partiyası
ətrafında milli elitanın, siyasi qüvvələrin birləşməsi baş verdi. Gəncədə
N.Yusifbəylinin rəhbərlik etdiyi ―Türk Ədəmi-Mərkəziyyət Xalq Partiyası‖
ilə ―Müsəlman Demokrat Partiyası Müsavat‖ın birləşməsi haqqında razılığa
gəlindi. 1917-ci il 17 iyunda partiyaların birləşdirici qurultayı keçirildi.
N.Yusifbəylinin təklifi ilə birləşmiş partiya ―Türk Ədəmi Mərkəziyyət
Firqəsi Müsavat‖ adlandırıldı. Bu partiyaların birləşməsi Azərbaycanın türk
və müsəlman əhalisinin milli, dini, siyasi və ideoloji birliyinin daha da
güclənməsində həlledici hadisə oldu. Qurultayda M.Ə.Rəsulzadə ―Milli
istiqlala malik olmayan bir mir millət, hürriyyət və mədəniyyətini də hifz
edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal!‖ sözləri ilə müstəqil
dövlətçilik uğrunda mübarizəni rəsmi elan etdi.
Bakıda Qafqaz müsəlmanlarının qurultayı başa çatan kimi Azərbaycan
siyasi liderləri milli azadlıq hərəkatını Rus imperiyasının digər türk və
müsəlman xalqlarının hərəkatı ilə uzlaşdırmaq üçün Ümumrusiya
müsəlmanlarının
qurultayının
keçirilməsinin
təşkilinə
başladılar.
Ümumrusiya müsəlmanlarının qurultayı 1917-ci il mayın 1-dən 11-ə kimi
Moskvada Şəmsi Əsədullayevin Moskva müsəlmanlarına hədiyyə etdiyi
binada keçirildi. Qurultaya 600 nəfər nümayəndə dəvət olunduğu halda, 900
nəfər iştirak edirdi. Qurultaya müzakirə üçün tatarların nümayəndəsi
Əhməd Salikovun milli-mədəni muxtariyat, M.Ə.Rəsulzadənin təqdim
etdiyi milli ərazi federasiya prinsipləri əsasında yaradılmış demokratik
respublika layihələri təqdim olunmuşdu (41, s.140).
M.Ə.Rəsulzadənin təklif etdiyi federasiya təklifinə Ə.Salikov irad tutaraq
iddia etdi ki, federasiya idarə şəkli türk-müsəlman qövmlərini parçalayacaq.
M.Ə.Rəsulzadə türk xalqlarının tarixi, dili, ədəbiyatı, məruz qaldığı
mənəvi-ideoloji, siyasi təzyiq və sarsıntılarından ətraflı bəhs edərək, hazırkı
şəraitdə federasiya idarə şəklinin lazım gəldiyini əsaslandırdı. Qurultay
təkliflərin müzakirəsinə uzun vaxt sərf etdi. M.Ə.Rəsulzadə bir neçə dəfə
kürsüyə çıxmalı oldu. M.Ə.Rəsulzadənin çıxışı və ətraflı izahlarından sonra
429
onun irəli sürdüyü Rusiyanın gələcək idarə şəkli milli muxtariyat ideyası
qurultayda 271 səsə qarşı 446 səs çoxluğu ilə qəbul edildi ( 50, s.39).
Qurultayda iştirak etmiş görkəmli tarixçi Zəki Vəlidi Toğan Azərbaycan
nümayəndələrinin qurultaydakı fəaliyətini xatırlayaraq yazır: ― Moskvada
toplanan Ümumrusiya müsəlmanları qurultayına azərbaycanlı Əlimərdan
bəy Topçubaşov rəyasət ediyordu. Emin bəy qonuşuyordu. Bütün konreyə
azərbaycanlıların hakim olduğu görünür, Azərbaycan liderlik edirdi. Əgər
700 kişi içərisində Emin bəy və arkadaşları olmasaydılar, konfrans istiqlal
muxtariyyət tezisinə rəy verməzdi‖ (56, s. 61).
Qurultayın digər iştirakçısı, mühacir tatar istiqlal mübarizi Abdulla Taymas
M.Ə.Rəsulzadənin qurultaydakı rolunu xatırlayaraq yazır: ―Bu parlaq fikri
sayəsində Məhəmməd Əmini bütün Rusiya türklüyü tanımış, artıq o, sadəcə
Azərbaycan türkçülüyünün deyil, bütün Rusiya türkçülüyünün əzizi
olmuşdur‖ (41, s.146).
Qurultaya
azərbaycanlıların
―rəyasət etməsi‖, ―bütün kongreyə
azərbaycanlıların hakim olması‖, kongredə ―parlaq fikir‖ sahibinin 33 yaşlı
gənc azərbaycanlının olması adi, təsadüfi hadisə deyildi. Mütləq ruhdan
Ş.C.Əfqaninin yaradıcı fəlsəfəsinin yaşamı, gələcəyə can atması idi. Məhz
yaradıcı fəlsəfi ruha malik olmanın nəticəsi idi ki, Azərbaycan türkləri
bütün rusiya imperiyası türk-müsəlman xalqların milli-azadlıq hərəkatının
lideri səviyəsinə yüksəlmişdir.
Romanovlar sülaləsinin devrilməsindən sonra hakimiyəti üzərinə götürən
Müvəqqəti hökumət Zaqafqaziyanı idarə etməsi üçün Transqafqazdan olan
deputatlardan ibarət Zaqafqaziya Komitəsini yaratdı. Lakin komitə
Zaqafqaziyada intizam yaratmaq nüfuzunda deyildi. Həqiqətdə türk-
müsəlman əhaliyə qarşı məğlub rus ordusunun, erməni hərbi birləşmələrinin
təcavüzünün qarşısını almaqda maraqlı kimi də görünmürdü.1917-ci ilin
oktyabrında dövlət çevrilişi ilə bolşeviklərin hakimiyəti ələ alması ilə
Qafqazda türk-müsəlman xalqlara qarşı yeni − bolşevik-daşnak təcavüzü də
əlavə olundu.
―Müsavat‖ partiyası Peterburqdakı bolşevik hakimiyətini tanımaqdan
imtina etdi. Həqiqətdə bu dövrdə rus imperiyası əsarətində olan polyak və
fin xalqı istisna edilərsə, imperiyanın məhkum xalqlarından kimsə siyasi
müstəqillik tələb etmirdi. Hətta ―özlərini Qafqaz demokratiyasının mürşidi
mövqeyində görən gürcülər də istiqlalçı deyildilər‖ (48, s. 62).
Müəssislər Məclisinə seçkilərdə ―Müsavat‖ partiyası xalqın dəstəyini
qazandı. 1918-ci il yanvarın 6-dan 7-nə keçən gecə bolşeviklərə məxsus
ÜRMİK Müəssislər Məslisini buraxmaq haqqında dekret qəbul etdi. 1918-
ci il fevralın 23-də Zaqafqaziya Seymi Tiflisdə işinə başlayanda
M.Ə.Rəsulzadə təklif etdi ki, Seym Müəssislər Məclisi kimi tanınsın,
430
Zaqafqaziyanın konstitusiyasını hazırlasın. M.Ə.Rəsulzadənin təklifiin
qəbul edilməsi ilə Peterburq bolşevik hakimiyətinin tanınmasından imtina
edildi. Zaqfqaziya Seyminin 1918-ci il 1 mart iclasında M.Ə.Rəsulzadə
Seymdə müstəqilliyin tanınması tələbi ilə çıxış etdi. Bu zaman Bakıda
hakimiyəti ələ keçirən bolşeviklərin rəhbəri S.Şaumyan Bakını
Azərbaycanın paytaxtına çevirmək istəyənlərə xarabazar verəcəyi ilə
hədələyərək, Bakı şəhəri və Bakı quberniyasında kütləvi türk-müsəlman
qığınına başlayaraq 30 min nəfər insanı məhv etdi. Bakının mədəniyət
mərkəzi, küçələri, kəndləri xarabazara çevirdi. Qırğın o qədər dəhşətli və
amansız idi ki, rus artilleriyasının Allahı kimi qiymətləndirilən general
Ə.Şıxlinski vəziyəti ―çıxılmaz‖ kimi qiymətləndirirdi. Belə bir ağır şəraitdə
Azərbaycan partiyaları fraksiyasının lideri M.Ə.Rəsulzadənin təklif və
təkidi ilə 1918-ci 22 apreldə Zaqafqaziya Federativ Respublikasının
müstəqilliyi elan edildi. Lakin Seym ardıcıl olaraq Zaqafqaziyada olan
təsirini itirirdi. Nəhayət 1918-ci il mayın 26-da Almaniya və digər xristian
dövlətlərin gizli təsiri ilə gürcülər Seymdən çıxıb müstəqilliklərini elan
etdilər. Qafqaz federasiyası ideyası M.Ə.Rəsulzadə başda olmaqla
Azərbaycan milli liderlərinin taktiki gedişi deyil, Azərbaycanın əbədi
müstəqilliyini Qafqaz xalqlarının birliyində görürdülər. Lakin bu birlikdə
olan xalqlardan hər birinin hər hansı imperiya ilə müttəfiqlik meylinin
onların birliyini pozacağı Azərbaycan milli liderləri üçün gözlənilən idi və
gözlənilirdi. Odur ki, milli liderləri Qafqaz federasiyasını qorumaqla yanaşı,
parçalanacağı anda Azərbaycanın Müstəqil idarəsi və müdafiəsi
istiqamətində tədbirlər görürdülər (8, s. 279).
Beləliklə, yaranmış şəraiti nəzərə alan Zaqafqaziya Seyminin Azərbaycan
millət vəkilləri mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış şəraitdə
Qafqazda və Azərbaycanda siyasi prosesləri tənzimləmək, Azərbaycanı
idarə etmək üçün legitim hakimiyət orqanı yaradılmasının zəruriliyini
nəzərə alaraq hakimiyəti öz üzərinə götürəcək Milli Şura yaradılmasını
qərara aldı. Zaqafqaziya Seymindəki bütün müsəlman fraksiyalarının
nümayəndələrindən ibarət Mili Şura və onun rəyasət heyəti yaradıldı.
Batum danışıqlarında olan M.Ə.Rəsulzadə Milli Şuranın sədri, H.Ağayev və
M.Seyidov sədrin müavinləri seçildilər. Milli Şuranın 9 nəfər üzvündən
ibarət icraiyyə orqanı yaradıldı. F.X.Xoyski yekdilliklə icraiyyə orqanının
sədri seçildi.
1918-cil Mayın 28-də Milli Şuranın ilk iclası keçirildi. Milli Şura
beynəlxalq vəziyəti, Qafqazda və Azərbaycanda yaranmış siyasi şəraiti,
Bakıdan hərəkət edən bolşevik-daşnak qoşunlarının Yevlağı tutub Gəncəni
təhlükə altına alması və s. məsələləri dərindən təhlil edib, təxirə
salınmadan Azərbaycanın müstəqil Respublika elan olunmasının zəruriliyi
431
əsaslandırıldı. Məsələ Mili Şura üzvlərinin səs verməsinə çıxarıldı. Milli
Şura üzvləri 24 səslə, 2 nəfər bitərəf qalmaqla Azərbaycanın müstəqilliyinin
elan edilməsi haqqında qərar qəbul etdi və 6 bənddən ibarət “İstiqlaliyyət
bəyannaməsi”ni elan etdi ( 50, s. 47-50).
1918-ci il mayın 30-da isə Nazirlər Şurasının sədri F.X.Xoyskinin
imzaladığı radiotelqrafla dünya dövlətlərinin xarici işlər nazirlərinə, onların
paytaxtı − İstanbul, Berlin, Vyana, Paris, London, Roma, Vaşinqton,
Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev,
Xristaniya (Oslo) və Kopenhagenə bu haqda xəbər göndərildi (57, s. 34).
Beləcə, Azərbaycan xalqının fiziki varlığına yaranmış təhlükənin aradan
qaldırılmasının “çıxılmaz” kimi göründüyü bir şəraitdə M.Ə.Rəsulzadə
dahi, mütəfəkkir, ideoloq, filosof, uzaqgörən siyasətçi kimi mümkünsüz kimi
görünəni mümkün olana − həqiqətə çevirdi.
Azərbaycan Xalq Cümhuriyətini − Azərbaycanın dövlət müstəqilliyini elan
edib onu düşməndən təmizlədi. Azərbaycanın müstəqillik istəyənlərinə
Bakını ―xarabazar‖ kimi verəcəyini deyənlərə cavab olaraq Bakını bütün
―Azərbaycanı və bütün türklüyü daimi işıqlandıran‖, hər bir azərbaycanlının
―bismilləsi‖ (58, s. 30, 49) olan müqəddəs şəhərə çevirdi.
M.Ə.Rəsulzadənin ideoloqu və qurucusu olduğu Azərbaycan Cümhuriyəti
Şərqdə türk-müsəlman xalqları arasında Azərbaycan türklərinin qurduğu ilk
demokratik dövlət olmaqla bərabər, o, Avropa və ABŞ demokratiyasından
da irəli gedib onların demokratiyasının ikili xarakterindən qəti imtina etdi.
Avrop dövlətləri, o cümlədən ABŞ öz xalqı üçün demokratik olub, digər
xalqlar üçün, xüsusilə türk və müsəlmanlara qarşı irqçi olduqları halda,
Azərbaycan Xalq Cümhuriyəti daxili və xrici siyasətində irqindən,
cinsindən, milliyətindən asılı olmayaraq, bütün millətlərin hüquq
bərabərliyinin real təminatçısı kimi çıxış etdi.
Rus xalqının tarixindən doğan, təbiətindən çıxan, intiqamlar və acıqlar,
dağıdıcı vulkan − bolşeviklik (59, s.42) bəşəriyətin ən mütərəqqi, ən
demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyətini tariximizdən
gələn bütün yaradıcı fəlsəfi, ictimai-siyasi ideyalarımızı, adət-ənənələrimizi,
milli vicdan və imanımızı məhv edib, bizi mənəvi təməlimizdən ayıracaq
dərəcədə zəiflətdi.
Lakin göründüyü kimi, ölmədik, tarixi şəraitdən istifadə edib dövlət
müstəqilliyimizi bərpa etdik. Təəssüf ki, kiminsə etiraf etməsi və
etməməsindən
asılı olmayaraq 30 ilə yaxın müddətdə dövlət
müstəqilliyimizi bərpa etsək də, milli-mənəvi durumumuzu bərpa edə
bilmirik. Ümumən mənəvi köklərə bağlanmağımız tövsiyə edilsə də,
mətbuatımız, ilk növbədə də televiziya kanallarımız nəyi necə göstərməyi
demədən hər şeyi Avropadan mənimsəməyi tövsiyə edirlər. Ancaq yaxşı və
432
vacib şeyləri nəinki Avropadan, bütün qitələrdən mənimsəmək vacibdir.
Xalqımızın, vətənimizin bəşəri inkişafına təkan verən filosofu
Ş.C.Əfqaninin − əgər bir millətin hamısı alim olsa belə onun fəlsəfəsi
yoxdursa, o millət heç vaxt yaradıcılıq göstərə bilməz − müddəasını təqdim
etmişik. Tarix onun bu müddəasını bütünlüklə təsdiq etmişdir. Varlığın
maddi, mənəvi, sosial bütün formalarının fəlsəfədə ehtiva olunan vahid
qanunu var. Məsələn, insanın bütün qan qrupları bir-biri ilə uyğunlaşmayıb
bütün insanın qan tələbatını ödəyə bilmədiyi, bir-birinə uyuşmayan qan
qrupunun birinin digərini öldürdüyü kimi bütün mədəniyətlər də bir-biri ilə
uyğunlaşıb, bir-birini çiçəkləndirə bilmir. Təməl əsası uyğun olmayan
mədəniyətin qəbulu son nəticədə ilkin əsasları öldürməklə onun daşıyıcısını
köklərindən ayırıb, assimilyasiya edərək yox edir. Bütün hallarda insanlıq
tarixi mənəviyat tarixidir. Mənəvi dəyərlərin ən yüksəyi fəlsəfi ruhdur,
milli-mənəvi dəyərləri vahid sistemə salmaqla, yaradıcılıq ruhu verməklə
yaşamını təmin edir.
Yuxarıda gördüyümüz kimi, türk-müsəlman dünyasının bütün qabaqcılları
İstanbula toplaşaraq, onu türk-müsəlman dünyasının xilaskarı kimi bərpa
etmək istəsələr də buna nail ola bilmədilər. ―Osmanlı imperiyası türk
dünyasının istiqlal və tərəqqi proseslərinin lokomotivi rolunu oynaya‖
bilmədi (48, s.25).
Bu missiyanı Azərbaycan, məhz M.Ə.Rəsulzadə yerinə yetirdi. ―... Əski
Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var. Yeni
Turanın açarı ondadır‖. Xatirəsinə davam edən M.Ə.Rəsulzadə yazır:
―Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə və Azərbaycanı bir-birinə
bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi
doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasyon formalarını
çıxarmış, sosiologiyada da ―Türkləşmək, İslamlaşmaq, Müasirləşmək‖ kimi
üç ayaqlı bir şüar ortaya atılmışdı. İstanbul yurdçuları bu şüarları nəzəri
şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi
qəbul edərək, qurduqları milli siyasi partiyaların prinsipi elan etdilər‖ (60,
Dostları ilə paylaş: |