Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə36/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   32   33   34   35   36   37   38   39   ...   98
AMEA-National Philosophy-2019


s.  58-59)  deyə  qacar  sülalə  başçıları  məhz  milli  şüur  zəminində  əfşarlara 

müraciət edib, Azərbaycan dövlətçiliyini bərpa etmək naminə onları birliyə 

dəvət  edirdi.  Lakin  müxtəlif  üsullarla  Rus  imperiyası  qacarlar  sülaləsinə 

mərkəzləşmiş  Azərbaycan  dövlətçiliyini  bərpa  etməyə  imkan  vermədi, 

separatçılığı  gücləndirməklə  Şimali  Azərbaycanın  işğalına  nail  oldu. 

İmperiyanın  Azərbaycanda  birinci  tədbiri  milli  mənlik  şüurunu  öldürmək 

üçün  göstərdiyi  amansızlıq  oldu.  Bu  məqsədlə  milli  özünüdərkin  nüvəsi, 

mənəvi enerjinin əsas istehsalçısı zadəgan zümrəsini məhv etməyə başladı. 

Zadəganlığın  müdafiəsində  radikallıq  göstərən  Cəfərqulu  xan  Simbirskə, 

Sankt  Peterburqa  (1823-1829)  sürgün  edildi.  Sürgündən  Qarabağa  dönən 

Cəfərqulu xan milli varlığın yaşadılması üçün ―güclü zadəgan zümrəsi‖nin 


392 

 

qorunması və yaşadılmasının vacibliyini şüurlara diktə etdi (8, s. 166). 



A.A.Bakıxanovun  elmi  səviyəsi  Rusiya  tarixşünaslığında  yüksək 

qiymətləndirilən  ―Gülüstani-İrəm‖  əsərində  yazılan  ―Tarix  elmi  dünyanın 

təcrübəsini  bizə  kəşf  edir...  hər  bir  ölkənin  tarixi  orada  yaşayan  xalq  üçün 

faydalıdır; çünki, tarix ona öz millətinin təbiət və adətlərindəki xüsusiyətləri 

bildirir,  qonşu  tayfaların  rəftarından  məlumat  verər,  müxtəlif  xalqlarla 

saxlanan  əlaqənin  əsas xeyir  və  zərərini  ona  məlum  edər.  Buna  görə...  yol 

göstərmək  məqsədilə...  bu  kitabı  yazdım‖  (30,  s.  10-11)  deyən,  milli 

zadəganlığın  qorunmasında  fədakarlıq  göstərən,  milli  yaşam  üçün  mənəvi 

dəyərlərin,  əxlaqın  və  elmi  intellektual  səviyənin  yüksək  səviyədə  olması 

zəruriliyinin  xüsusi  vurğulanması,  xələfi  (1;  2;  33)  M.F.Axundovun 

―adamların  damarlarına  təzə  və  isti  qan  dağıtmaq  və  onları  hərəkətə 

gətirmək  lazımdır,  göz  qabağında  olan  bu  əsas  kökündən,  dibindən 

qoparılmalıdır‖ (32, s. 196) müddəaları, tarixi mənbələr, məlumatlar, elmi-

nəzəri  müddəalar  göstərir  ki,  Azərbaycan  xalqının  siyasi  həyatında  çöküş 

olsa da, mənlik şüuru, milli ruh və elmi yaradıcılıq üçün intellektual səviyə 

bütövlükdə  sönməmişdi,  milli-mənəvi,  intellektual  həyatı  qidalandırmaqla 

qorumaq  və  yaşatmaq  üçün  nəzərə  çarpacaq  mənəvi  enerjiyə,  gücə  malik 

idi. Elə bu səbəbdən də Avropa müstəmləkəçiliyinə cavab reaksiyası olaraq 

bu  mənəvi  ocaq  yenidən  alovlanaraq,  Şərqi  Azadlıq  üçün  yenidən 

qidalandırmağa başladı. Odur ki, Ş.C.Əfqaninin istiqlal, azadlıq fəlsəfəsinin 

Azərbaycandan  doğulması,  Şərq  İslam  dünyasına  buradan  yayılması  təbii-

mənəvi, bəşəri bir hadisə kimi qiymətləndirilməlidir.  

Beləliklə, Ş.C.Əfqaninin istiqlal, azadlıq fəlsəfəsi Şərq dünyası müstəmləkə 

əsarətində  olan  xalqların  hələ  milli  mənliyi,  ruhu,  dəyərləri,  zəkası  tam 

sönüb  kölələşməmiş  ziyalı,  zadəgan,burjua  və  mülkədar,  yazar,  şair, 

musiqiçi,  din  xadimi  və  s.  cismində  yaradıcılıq  ruhu  olan  şəxslərin 

mənəviyatını qidalandırıb onları oyadır, canlandırır, insanlığın mahiyətinin 

özünüdərk edən azadlıq olduğunu şüurların yeridirdi. Beləliklə, müstəmləkə 

Şərqində Ş.C.Əfqaninin filosof, yazar, nasir, şair, publisist, naşir, maarifçi, 

burjua  və  tacir    davamçıları  −  yeni  ziyalı,  zadəgan  nəsli,  zümrəsi  yetişir. 

Onlar müxtəlif üsullarla yaratdıqları mətbuat, məktəb, qrup, təşkilat vasitəsi 

ilə  xalqı  milli  özünüdərkə  istiqamətləndirir,  bu  da  təbii  bir  proses  kimi 

onlara  istiqlal,  azadlıq  ideologiyası  aşılayır.  Müstəmləkə  və  diktatura 

əsarətində olan xalqların istiqlal və azadlıq mübarizəsi vüsət aldı. Beləliklə, 

Ş.C.Əfqaninin  milli  vəhdər  fəlsəfəsi  tənəzzülə  uğramış  xalqların  yenidən 

tərəqqi  yoluna  çıxması,  milli  inkişafın  təbii  qanunauyğunluğu  kimi 

doğulmuş  Avropanın  demokratik  həyat  tərzi  məzmun  və  formalı  yaşam 

yolunu  tutması  üçün  fəlsəfi  terapiya  idi.  Odur  ki,  onun  fəlsəfəsinin  əsas 

məzmununu  ifadə  edən  ―Milli  vəhdət  fəlsəfəsi  və  dil  birliyinin  həqiqi 


393 

 

mahiyəti‖  və  başqa  əsərlərindən  hind,  türk,  ərəb,  fars  və  b.  xalqların 



Ş.C.Əfqaninin ideya təsirində olan mütərəqqi ziyalı, burjua, aristokrat və b. 

nümayəndələri  xalqlarının  durumuna  uyğun  istifadə  etməklə  istiqlql  və 

azadlıq yolu tutdular. Yuxarıda göstərdiyimiz kimi, Ş.C.Əfqaninin Osmanlı 

və  Azərbaycan  türk  tələbələri  onun  milli  vəhdət  fəlsəfəsini  ―türkləşmək, 

islamlaşmaq, müasirləşmək‖ formasında milli ideologiya yaratdılar. Tarixin 

göstərdiyi  və  Ş.C.Əfqaninin  tarixə  istinadən  yaratdığı  fəlsəfədə  milli 

özünüdərk  milli  varlığın  yaşamında  birinci  təməl  əsas  olduğu  üçün  türk 

xalqlarının  istiqlal  və  azadlıq  mübarizəsində  də  türkçülük  birinci  başlıca 

əsas kimi götürülmüşdür. Təsadüfi deyil ki, Ş.C.Əfqani fəlsəfəsinin türk və 

dünya xalqlarının tarixindən aldığı əsaslar, Şərqin yeni intibahı prosesində 

gedən  istiqlal  və  azadlıq  mübarizəsindən  aldığı  materiallar  əsasında 

yeniləşən şəraitə müvafiq yenidən işləyən və inkişaf etdiərn M.Ə.Rəsulzadə 

türkçülüyün  yaranma  tarixindən  bəhs  edərkən,  Ş.C.Əfqaninin  milli  fəlsəfi 

ideyalarının türkçülüyün inkişafına təkan verdiyini, ―türkçülük ideologiyası 

siyasi  sistem  kimi  birinci  plana  çıxdı‖ğını,  ―inqilabçı  türkçülüyün 

nəzəriyəsi‖nin də Ş.C.Əfqani olduğunu yazır (5, 9, 28). 

Yuxarıda ictimai fikir tariximizə nəzərən (A.A.Bakıxanov nəzərdə tutulur, 

ziyalı  milli  düşüncə  və  arzunun  barometridir  −  X.X.)  görünür  ki, 

Azərbaycan  xalqı  özünü  rus  imperiyası  əsarətinə  qarşı  qoymuş,  şüurlu  və 

elmi  əsaslarla  əsarətdən  çıxma  yolunu  axtaran  xalq  idi;  ―adamların 

damarlarına təzə və isti qan dağıtmaq və onları hərəkətə gətirmək lazımdır, 

göz  qabağında  olan  bu  əsas  kökündən,  dibindən  qoparılmalıdır‖  −  deyən 

M.F.Axundov  istiqlal  üçün  inqilabi  yol  tutulmasını  tələb  edirdi.  Ondan 

sonra  doğulan,  H.B.Zərdabi  ilə  başlayan  −  doğulan  yeni  milli  ziyalı  nəsli 

milli  özünüdərki  reallaşdıracaq  məsələlərin,  işlərin  həllinə  təşəbbüs 

göstərdilər,  daha  doğrusu  başladılar.  Bu  sahədə  ilk,  ən  böyük  və  təməl  iş 

H.B.Zərdabinin  milli  mətbuat  yaratması  −  ―Əkinçi‖  qəzetinin  nəşrinə  nail 

olması  idi.  Dünya  xalqlarının  təsərrüfat  həyatının  bütün  sahələrindən, 

qabaqcıl  təcrübələr  haqqında  məlumat  və  tövsiyələr  verən  qəzetin  ana 

xəttini Ç.Darvinin ―yaşamaq uğrunda mübarizə‖ nəzəriyəsi və ―öz dilində‖ 

―elm  və  ədəbiyat  meydana  gətirmək‖  ideyası  təşkil  edirdi.  Çarizmin  türk-

müsəlman xalqlara anadilli məktəb və mətbuat yaratmağa icazə vermədiyi, 

sərt  senzura  şəraitində  belə  bir  taktika  dahiyanə  üslub  idi.  Birinci  sayı 

çapdan  çıxanda  naşiri,  yazarı,  mürəttibi  bir  nəfər − H.B.Zərdabidən  ibarət 

olan  qəzetin  ətrafında  tezliklə  yeni-yeni  ziyalılar  səfərbər  olundu.  1877-ci 

ildə  rus-türk  müharibəsi  haqqında  nəşr  etdiyi  məlumatlarda  Osmanlı 

tərəfkeşliyi  ilə  ―Əkinçi‖  qəzeti  bağlansa  da,  Səid  və  Cəlal  Ünsizadə 

qardaşlarının  ―Ziya‖,  ―Ziyayi-Qafqaziyyə‖  və  ―Kəşkül‖  qəzetləri  nəşr 

olundu. Bununla da xalqda milli mənlik şüurunun yenidən canlandırılması, 


394 

 

yaradılması,  intellektual  səviyənin  yüksəldilməsi,  dünya  hadisələri 



fövqündə özünüdərk, siyasi şüurun yaradılmasının ən mühüm vasitəsi, milli 

mətbuatın  əsası  qoyuldu,  yaradıldı.  Bu  hadisə  mütərəqqi  rus  və  Avropa 

mütəfəkkirlərinin  ―əqli  və  mənəvi  inkişafa  qabil‖,  ―Qafqazın 

sivilazsiyaçıları‖ (34, s. 128; 35, s.11) kimi qiymətləndirdikləri Azərbaycan 

türklərinin milli özünüdərk və intellektual səviyəsini bərpa edib, istiqlal və 

azadlıq  yolu  tutması  üçün  ilkin  təkan  oldu.  Bir  az  sonra  bunların  sayı 

getdikcə 

artdı. 


H.B.Zərdabini 

―Azərbaycan 

mətbuatının 

piri‖ 


(M.Ə.Rəsulzadə)  hesab  edən,  onun  demokratik  ənənələrini  davam  və 

inkişaf etdirən böyük bir qələm ordusu yarandı. Onların arasında dörd nəfər 

ən  istedadlı  publisist  meydana  çıxdı:  bunlar  Əli  bəy  Hüseynzadə,  Əhməd 

bəy Ağayev, Məhəmməd Əmin Rəsulzadə və Ömər Faiq Nemanzadə idi (5, 



s. 123).  

―Hər  xalqın  tarixi  ona  öz  millətinin  təbiət  və  adətindəki  xüsusiyətləri 

bildirər‖,  yol  göstərmək  məqsədilə  ―Gülüstani-İrəm‖  əsərini  yazdığını 

deyən  A.A.Bakıxanov,  Azərbaycan  türkləri  arasında  farsca  yazmaq 

ənənəsinə son verən, Azərbaycan türkcəsini şeirdə, nəsrdə, dramaturgiya və 

elmdə  yüksək  səviyədə  işlədən,  Azərbaycan  ədəbiyatına  gətirdiyi 

dramaturgiya  janrı  ilə  xalqı  ilə  üz-üzə  oturub  danışan,  ona  ―qəflət 

yuxusundan oyan  və  zalımın  atasının  goruna od  vur‖ deyən  M.F.Axundov 

toplumundan  sadəcə  olaraq  ―millət‖  deyə  bəhs  edirdilər.  Ş.C.Əfqani 

haqqında Qafqazda məlumat yayan ―Ziyayi-Qafqaziyyə‖ qəzetinin naşirləri 

Ünsizadə  qardaşları  qəzetə  əlavə  kimi  nəşr  etdikləri  ―Kəşkül‖  dərgisində 

XIX    əsrin  80-ci  illərin  ilk  çağlarında  ―türk  milləti‖  anlayışından  istifadə 

etməyə başladılar (36, s. 81; 8, s. 178). Təəssüf ki, ərəb dünyası, Hindistan, 

müasir  İran  hüdudunda  Ş.C.Əfqani  fəlsəfəsinin  maddiləşməsi  prosesini 

təhlil etməyə dil bilgimiz imkan vermir. Odur ki, Türkiyə və Azərbaycanda 

bu fəlsəfənin milli yaradıcılıq təsirindən bəhs etməklə kifayətlənirik. 

XVIII  əsr  Şərq  müsəlman  dünyasının  tənəzzülünü  yaşasa  da,  Azərbaycan 

xalqında  milli  yaradıcılıq  ruhunun  tam  sönməməsi,  köləliyin  ruha  hakim 

olmaması,  toplumun  qürurunu  yaşatması,  şərəfini  qorumaq,  təhsilə,  elmə 

can  atması,  elmi  intellektual  səviyəni  yüksəltmək  və  s.  mənəvi  dəyərləri 

qoruması,  xalq  qarşısında  cavabdehlik  hiss  edən  ziyalının  varlığı  xalqın 

milli  özünüdərki  üçün  bir  ideya  ehtiyacı  aydın  görünürdü.  Bu  ideya 

Ş.C.Əfqani  fəlsəfəsində  doğma  xalqına  təqdim  olundu.  Beləliklə, 

Ş.C.Əfqaninin  milli-vəhdət  fəlsəfəsində  doğma  türkcənin  toplum  üçün 

birinci  birləşdirici,  yaradıcı  təməl  əsas  olmaqla  milli  özünüdərk,  ―Qurani-

Kərim‖dən  doğan  həmin  din,  elmi  bilgilərə  vahid  yaradıcı  impuls  verən 

fəlsəfə,  cəmiyət  qarşısında  öz  borcunu  bilən,  funksiyasını  icra  edən  sosial 

təbəqələrin  olması  və  s.  ideyalar,  bu  ideyaların  həyta  keçirilməsini  təmin 



395 

 

edən  təsisatların  yaradılması  ilk  dəfə  Ş.C.Əfqani  tərəfindən  irəli  sürüldü. 



Ş.C.Əfqani  nəzəriyəçi  ideoloq  olaraq  qalmayıb,  ideyalarının  həyata 

keçməsinə bilavasitə rəhbərlik etməsi, onun fəlsəfəsinin sürətlə yaradıcılıq 

doğurmasının  əsas  səbəblərindən  idi.  Ş.C.Əfqaninin  fəlsəfəsini  birinci, 

sürətlə  mənimsəyən  doğma  vətəni  Azərbaycan  xalqı,  Azərbaycan  türkləri 

idi. Bunun  əsas səbəblərindən biri vətənində milli yaradıcılıq ruhunun tam 

sönməməsi idisə, digər səbəb onun sağlığında Ə.Ağaoğlu, Ə.B.Hüseynzadə 

fəlsəfəsini  yetişməsi,  onların  ardınca  onun  fəlsəfəsini  yüksək  səviyədə 

yenidən işləyən M.Ə.Rəsulzadə kimi dahilərin yetişməsi idi. Ş.C.Əfqaninin 

ideyaları  yalnız  elmi,  fəlsəfi,  siyasi  üslubda  deyil,  çox  yüksək  səviyədə 

obrazı  yaradılaraq  bədii  əsərlər  vasitəsilə  sadə  xalq  dilində,  xalq 

təfəkkürünə  aşılanırdı.  Elə  bu  səbəbdən  də  Ş.C.Əfqaninin  ideyaları  digər 

ölkələrlə  müqayisədə  Azərbaycanda  sürətlə  mənimsənilir  və  yaradıcı 

mənəvi qüvvəyə çevrilirdi (5). Beləliklə, milli problemlərə sistemli yaradıcı 

yanaşma  yolu  tutmağa  nail  olub,  ―Hələ  iyirminci  əsrin  əvvəllərinə  kimi 

Azərbaycan türkləri milli ədəbiyat, teatro, mətbuat və maarif  məsələlərinə 

şüuru etmişlər‖ (38, s. 14). 

XX  əsrin  əvvəllərində  Azərbaycana  milli  həyata  qarşı  yönəlmiş,  Rus 

imperiyasından  daha  təhlükəli,  xəstə,  nekrofil,  cinayətkar  təfəkkürün 

mhsulu  sosialist  ideologiyası  daxil  oldu.  Avropa  təhsilindən,  həyat 

tərzindən, xəstə təfəkküründən doğan xəstə sosialist ideologiyası XIX əsrin 

sonunda  Rusiyaya,  Rusiyadan  XX  əsrin  əvvəllərində  Azərbaycana  keçdi. 

Xəstə  sosialist  ideologiyası  Rus  xalqının  tarixindən  doğub,  onun 

mentalitetinə  çevrilmiş,  keçmişinə  nifrət  psixologiyasına  tam  uyğun 

olduğundan  sürətlə  onun  şüuruna  hakim  olub,  dağıdıcı  rus  bolşevizmini 

doğurdu (40). 

XIX  əsrin  üçüncü  rübündən  Azərbaycan  neftini  talama  siyasəti  yeridən 

Avropa və Rus imperializmi özlərinə milli-sosial baza yaratmaq məqsədi ilə 

Azərbaycana  çoxlu  xristian  fəhlə,  işçi  qüvvəsi  gətirib  yerləşdirmişdi. 

Onların  içərisində  keçmişinə  nifrət  hissindən  doğan  dağıdıcı  ruha  malik 

ruslar,  nekrofil  ermənilər  çoxluq  təşkil  edirdi.  Elə  bu  səbəbdən  də 

Azərbaycan,  onun  sənaye  mərkəzi  Bakı  dağıdıcı  kütlə  ideologiyasının 

mərkəzlərindən  birinə  çevrilmişdi.  Sosialist  insanların  bərabərliyi  şüarı  ilə 

pərdələnən  Avropanın  kriminal  elementləri,  mənsəbpərəstləri,  milli 

satqınlar,  macəraçıları,  anormal  düşüncə  sahibləri  RSD(b)FP-nin 

rəhbərliyində  birləşmişdilər.  Xüsusi  mülkiyəti  və  onun  sahiblərini  məhv 

edərək ictimai mülkiyət təşkil edib, ondan hamının eyni dərəcədə − bərabər 

yararlanması  şüarı  altında  hakimiyyətə,  sahibkarlara  qarşı  mübarizəyə 

başladılar. İnsanların, xalqların bərabərliyi, bütün dünya xalqlarının bərabər 

yaşayacağı, sosializm quracağı şüarı ilə çıxış edən xristian sosial-demokrat 


396 

 

rəhbərləri  və  xristian  fəhlələr  də  türk-müsəlman  fəhlələrini,  bütövlükdə 



xalqını  ikinci  dərəcəli  toplum  kimi  qiymətləndirirdi.  Bu  yanaşma  türk-

müsəlman fəhlələrin heysiyətinə toxunurdu (42, s. 278).  

Vahid  dəyərlərə  malik  xalqı  siniflərə  bölən  xüsusən  onun  ziyalı,  zadəgan 

yaradıcı  təbəqəsini  sinfi  düşmən  kimi  şüurlara  təlqin  edən  RSD(b)FP-nin 

türk-müsəlman fəhlələri xristian fəhlələrlə müqayisədə ikinci dərəcəli hesab 

etməsi bütün Azərbaycanı əhatə edən böyük bir sosial təbəqənin (fəhlələrin) 

milli  və  siyasi  şüurunun  aydınlaşması  və  passiv  kəndli  təbəqəsini  də 

oyatması, milli ideallar uğrunda səfərbər etməsi üçün təkanverici hadisə idi. 

Bu ideologiyanın Azərbaycana gəlişinin ilk 2-3 ilində azərbaycanlı gənclər 

bu ideologiyanın təsirinə düşüb, sosial-demokrat təşkilatlar yaratmağa meyl 

etsələr də, tezliklə ondan uzaqlaşdılar, bu ideologiyadan qəti imtina etdilər. 

XX  əsrin  əvvəllərində  Azərbaycana  daxil  olan  sosial-demokrat  (rus 

bolşevik)  ideologiyasından  qəti  imtina  edilməsi  Mütləq  ruhun  ilk 

doğuşundan Azərbaycanda doğan tarixi yaradıcılıq ruhunun burada zəifləsə 

də, kəsilməz yaşamının nəticəsi idi. Elə bu səbəbdən də Azərbaycan xalqını 

təşkil  edən  bütün  sosial  təbəqələr  vahid  orqanizm  kimi  xəstə  təfəkkürün 

məhsulu  olan  yad  sosialist  ideologiyasından  imtina  etdilər.  Azərbaycanın 

bütün türk-müsəlman əhalisi seçkilərdə ancaq milli qüvvələrə səs verdi (8, 



s. 214, 241).  

1920-ci  il  27  aprel  işğalı  zamanı  N.Nərimanovun  rəhbərlik  etdiyi 

azərbaycanlı  bolşeviklərin  sayı  300  nəfərdən  artıq  deyildi  (39,  92).  Tarix 

aşkarladı  ki,  bunlar  ictimai  əmlakı  talamaqla  eyş-işrət  içərisində  yaşamaq 

arzusunda  olan  ―macəraçılar‖  idi.  İki  milyonluq  xalqın  içində  300  nəfər 

xəstənin olması çox böyük göstərici olmasa da, artıq millət üçün yaşatdığı 

faciədən tarix özü danışdığından, burada əlavə bəhs etməyə ehtiyac yoxdur. 

Rus  imperiyasının  mədəni  həyatında  dərin  izlər  buraxan  1905-ci  il 

inqilabına  qədər  Azərbaycan  xalqına  milli  mənlik  şüuru,  özünüdərk 

doğuran,  dövrün  tələblərini  xalqın  diqqətinə  çatdıran  ədəbiyat,  teatr, 

mətbuat, maarifin əsaslarının yaradılmasının nəticəsi idi ki, inqilabın elə ilk 

günlərində xalq dövlət idarələrində, ictimai yerlərdə onun tatar, dilinin tatar 

dili  adlandırılmasına  qəti  etiraz  etdi,  məhz  Azərbaycan  türkü 

adlandırılmasına nail oldu (37, s. 27).  

İnqilabi  şəkildə  milli  özünü  adlandırma,  milli  mənlik  şüuruna  keçid 

Azərbaycan  xalqının  milli  ideallar  naminə  təşkilatlanmasına  vüsət  verdi. 

Əlbəttə,  bunun  çoxsaylı  səbəbləri  arasında  Ş.C.Əfqaninin  milli  vəhdət 

fəlsəfəsini  milli  ideologiyaya  çevirmiş  tələbələri  Ə.Ağaoğlu  və 

Ə.B.Hüseynzadənin Azərbaycan milli hərəkatına rəhbərlik etməsi idi. Məhz 

onların  1905-ci  ildə  birbaşa  ―Həyat‖  və  ―Kaspi‖,  ―Füyuzat‖  qəzetlərinə 

rəhbərlik  (redaktorluq)  etməklə  Ş.C.Əfqaninin  milli  vəhdər  fəlsəfəsi 


397 

 

əsasında 



yaradılan 

milli-mənəvi 

həyatın 

canlandırılması 

və 

təşkilatlandırılması  idi.  Çarizmin  bütün  müqavimətinə  baxmayaraq,  milli 



mətbuat  vasitəsi ilə  milli  həyatın canlandırılması  elə vüsət  aldı  ki,  1906-cı 

ildən  1918-ci  ilə  qədər  12  il  müddətində  milli  ideologiya  zəminində  60-a 

qədər qəzet və jurnal nəşr olundu (38, s.15). 

Artıq 1905-ci il inqilabı başlayanda aydın milli şüura malik ziyalı, zadəgan, 

fəhlə,  kəndli,  tacir,  doğma  ata  kimi  çıxış  edən  milli  burjuaziyadan  ibarət, 

―türkləşmək,  islamlaşmaq,  müasirləşmək‖  müddəalarından  ibarət  yaradıcı 

milli fəlsəfə zəminində vahid orqanizmə çevrilmiş Azərbaycan türklüyü var 

idi.  Toplumun  idrak  təcəssüm  etdirib  milli  iradə  nümayiş  etdirə  bilməsi 

üçün fəlsəfi, ideoloji və siyasi liderin zəruriliyini nəzərə alsaq, Azərbaycan 

türklərinə  dövrün  Ə.B.Hüseynzadə  və  Ə.Ağaoğlu  kimi  böyük  dahilərin 

rəhbərlik etməsi onun tərəqqi yoluna çıxmasının əsas səbəblərindəndir.  

Təəssüf  ki,  kommunist  Rus  sovet  tarixçiliyinin  tərkib  hissəsi  olan 

Azərbaycan  sovet  tarixçiləri  xalqımızın  mənəvi  və  ərazi  itkilərindən 

məlumat  vermədən  XIX  əsrdə  xalqımızı  tam  tənəzzül  etmiş,  ilk  öncə  çar 

Rusiyasının  əsarətində  bir  qədər  mədəniləşmiş,  XX  əsr  kommunist  Rus 

əsarətində  ―çiçəklənən‖  bir  xalq  olduğundan  bəhs  edirlər.  Hansı  ki, 

Azərbaycan  xalqı  Rus  əsarətinə  qarşı  mübarizə  şəraitində  XIX  əsrdə  milli 

tərəqqi  yolunu  qoruyub  yaşadan  böyük  bir  nəsil  −  şair,  yazıçı,  pedaqoq, 

tarixçi,  filosof  −    yaradıcı  ziyalı  yetişdirmişdir.  XIXəsrin  sonu  XX  əsrin 

əvvəllərində  Azərbaycan  xalqının  milli-mənəvi  yaradıcılığı  nəinki  öz 

tələbatını  ödəmişdi,  bəşər  mədəniyətini  qidalandırıb  zənginləşdirmək 

səviyəsinə  çatmışdı.  Xüsusilə  tənəzzülə  düşmüş  xalqların  mənəvi-sosial, 

ideoloji-siyasi  terapiyası  sahəsində  yaradılmış  elmi,  fəlsəfi,  tarixi,  əsərlər 

bəlkə də dünyanın heç bir xalqı tərəfindən yaradılmamışdır. 1905-ci il Rus 

inqilabı başlayanda tarix özü buna şahidlik etdi. Rus inqilabı Avropa burjua 

inqilablarından  fərqli,  Avropa  dövlətlərinin,  siyasi  xadimlərinin  planlı 

yönəltdiyi  sosialist-proletar  inqilabı  idi  (40).  Belə  ki,  inqilabi  hərəkatı 

demokratik  quruculuq  uğrunda  burjuaziya  deyil,  RSD(b)FP-nin  rəhbərlik 

etdiyi  azadlıq,  demokratiya  haqqında  heç  bir  təsəvvürü  olmayan  rus 

proletariatı  sosial  ədalət  demoqoqiyası  ilə  başladı.  Fəhlə  hərəkatının  təsiri 

altında  çarın  güzəşti  ilə  Rusiyada  burjua  partiyaları  yarandı  və  liberal 

islahatlar  uğrunda  mübarizəyə  qoşuldu.  Çarizmin  bu  güzəştlərindən  rus 

burjuaziyasından əlavə məhdud səviyədə əsarət altına salınmış xalqlara da  

aid edildi. Odur ki, məhkum xalqların burjuaziyası, ziyalı və zadəganı da bu 

güzəştdən cüzi istifadə edə bildi. 

Azərbaycanın  sənaye  mərkəzi  Bakı  Sankt-Peterburqdan  sonra  Rus 

imperiyasının  ikinci  proletar  mərkəzi  kimi  qiymətləndirilsə  də,  inqilab 

1903-cü  ilin  yayında  buradan  başladı,  1904-cü  ilin  dekabrında  burada 



398 

 

―mazut  konstitusiyası‖  adlandırılan  hakimiyətin  güzəştə  məcbur 



ediməsindən  sonra  1905-ci  ildə  bütün  imperiyanı  əhatə  etdi.  İnqilabın 

gedişində dünya proletariatının vahid birliyi şüarı ilə çıxış edən RSD(b)FP 

nəinki  türk-müsəlman  xalqların  fəhlə  və  digər  zəhmətkeş  zümrələri  ilə 

müttəfiqlik  qurur,  onların  sıxışdırılmasında  çarizmlə  müttəfiq  kimi  çıxış 

edirdilər. İnqilabi proses bütün Qafqaz hüdudunda çarizmlə RSD(b)FP-nin 

müttəfiqliyi  şəraitində  milli  qırğınla  müşaiyət  olunurdu.  Ermənilər 

Qafqazda türk-müsəlmanların qırğını üçün çarizmin vasitəçisi olduğu kimi, 

RSD(b)FP-nin də aləti idi. Həyasızlıq o dərəcəyə çatmışdı ki, inqilabın ilk 

günlərində  ermənilər  Bakıda  Ramana,  Balaxanı,  Suraxanı,  Zabrat  və  b. 

ərazilərdən  azərbaycanlı  kəndliləri  doğma  torpaqlarından  köçürülməsi 

tələbi  ilə  çıxış  etməklə  bərabər,  bunun  ardınca  özlərinə  məxsus  qorxu  və 

vahimə  yaratmaq  taktikası  tətbiq  etməyə  başladılar.  Bütün  Qafqazda 

ermənilər  vasitəsi  ilə  kütləvi  milli  qırğın  başladı.  Çarizmin  bu  amansız 

təcavüzü,  irqçiliyi  RSD(b)FP-nin  beynəlmiləlçiliyi  ilə  üst-üstə  düşürdü. 

Təcavüz  o  qədər  amansız  idi  ki,  türk-müsəlmanlar  üçün  vəziyət  çıxılmaz 

görünürdü.  Vəziyəti  dərindən  təhlil  edən  Şərq  və  Qərb  fəlsəfəsinə 

mükəmməl yiyələnmiş, Şərq inqilabı fəlsəfəsinin yaradıcısı, Ş.C.Əfqaninin 

yaradıcı tələbəsi, mənəviyat qanunlarını dərindən bilən Ə.Ağaoğlu bildirdi 

ki,  təcavüzün  qarşısı  alınmasa,  qorxu  xalqın  ruhuna  hoparsa,  bu  millətin 

sonu  olacaq.  Bir  an  gözləmədən  fəaliyətə  keçilməlidir.  Beləliklə, 

Ə.Ağaoğlu  ―öz  həyatından  əl  çəkəcək  dərəcədə‖  (43,  s.  21)  təhlükəyə 

atılaraq,  düşməni  dəf  etmək  üçün  xalqı  səfərbər  etmə  təşəbbüsünə  girdi. 

İlkin olaraq problemi qanun və hüquq çərçivəsində həll etmək üçün Qafqaz 

canişini  Voronsov-Daşkovun  qəbuluna  Ə.Ağaoğlu  başda  olmaqla  millət 

vəkilləri  Kərbəlayı  İsrafil  Hacıyev,  Əlimərdan  bəy  Topçubaşov, 

Məmmədağa  Vəkilov,  Qarabəy  Qarabəyov,  Ələkbər  Xanməmmədov,  Ədil 

xan  Ziyadxanov  və  b.  ibarət  nümayəndə  heyəti  təşkil  olundu.  1906-cı  il  

fevralın 20-də Qafqaz canişini Voronsov-Daşkov erməni nümayəndələri ilə 

birlikdə Azərbaycan nümayəndə heyətini qəbul etdi. Qafqaz canişini etiraf 

edir ki, o, bütün hadisələrdən xəbərdardır, Daşnaksütyunun terror fəaliyəti 

qarşısında rus hökuməti acizdir. Azərbaycan nümayəndə heyəti bütövlükdə 

qətiyətli  idi.  Lakin  Ə.Ağaoğlu  tamamilə  fərqli  idi.  Canişinin  dediklərinə 

cavab olaraq Ə.Ağaoğlu ona bildirdi: ―İndi ki, belədir, indi ki, bir müsəlləh 

partiya on beş ildən bəri təşkil olunub və hökumət adamları bunu bilib və 

nəinki əlac etməyir, bəlkə onunla həməqidədirlər. Bizim istər hökumətdən, 

istər  ermənilərdən  belə  partiyanın  götürülməyini  təmənna  etməyimiz 

faydasızdır.  Biz  ancaq  özümüz  öz  əlacımızı  edək.  Bizim  də  gərək 

mükəmməl  və  müsəlləh  partiyamız  olsun.  Bizim  də  gərək 

daşnasütyunlarımız  olsun.  Bir  hökumət  ki,  bir  tərəfdən  belə  işlərə  dözür, 


399 

 

gərək o biri tərəfdən də dözə, yoxsa ki, hərc-mərclik olar‖ (


Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin