Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi


“Millət”  və  “milli  fəlsəfə”  iĢığında:  Azərbaycanda  fəlsəfi-elmi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə63/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   59   60   61   62   63   64   65   66   ...   98
AMEA-National Philosophy-2019


“Millət”  və  “milli  fəlsəfə”  iĢığında:  Azərbaycanda  fəlsəfi-elmi 

təfəkkürün bir transformasiyası haqqında 

Biz,  bir  sıra  tədqiqatçının  mili  fəlsəfə  kateqoriyasına  aid  etdiyi  təlimlərin 

qısa xarakteristikası üzərində məqsədli şəkildə dayandıq. Təbii, onların hər 

birinin  daha  geniş  və dərin  kontekstdə  fəlsəfi refleksiyası  vacibdir.  Ancaq 

burada  başlıca  məqsədimiz  ―Azərbaycan  milli  fəlsəfəsi‖  ideyasının 

yuxarıda  vurğulanan  özəlliklər  işığında  necə  görünməsindən  ibarətdir. 

Öncə,  bir  məqama  aydınlıq  gətirməyə  çalışaq.  ―Milli  fəlsəfə‖  ifadəsinin 

konkret  fəlsəfi  ölçülməsi  lazımdır.  Burada  ―milli‖  sözü  şərtidirsə,  onda 

tarixin  bütün  mərhələlərində  hər  bir  etnosun  (o  cümlədən,  xalqın) 

təfəkkürünün  özünün  həyat  tərzini  refleksiya  etməsi  ilə  bağlı  formalaşan 

(əgər  varsa)  fəlsəfi  təsəvvürlər  sistemini  bura  aid  etmək  olar.  Həmin 

meyarla  qədim  romalıların  fəlsəfəsini  (məsələn,  yuxarıda  vurğuladığımız 

K.Sekstiyin  fəlsəfəsi)  ―milli‖  hesab  etmək  olar.  Ancaq  bu  bölgünün 

bütövlükdə  fəlsəfi  təfəkkür  üçün  hansı  faydanı  verəcəyinin  fəlsəfi  anlamı 

elə də aydın deyil.  


651 

 

Başqa  mövqedən  yanaşaraq,  ―milli‖  sözünə  tarixi-siyasi  və  mənəvi-əxlaqi 



kateqoriya  kimi  baxsaq,  onda  ―milli  fəlsəfə‖  ifadəsi  hər  bir  etnosun 

təkamülünün  ancaq  konkret  mərhələsinə  aid  ola  bilər.  Yəni  Avropa 

sosioloji-fəlsəfi  fikrində  formalaşmış  ―millət‖,  ―milli‖  anlayışları  işığında 

―milli  fəlsəfə‖  tamamilə  fərqli  məzmun  kəsb  etmiş  olur.  Burada  tarixin 

müəyyən  mərhələsində  etnosun  (daha  dəqiq,  cəmiyyətin)  sosial-mədəni 

inteqrasiyasının  xüsusi  forması  olan  millətin  kollektiv  şüurunun 

özrefleksiyasından  bəhs  etmək  olar.  Lakin  bu  refleksiya  da  birbaşa  həyat 

tərzinin  fəlsəfi  dərkini  təşkil  edər.  Yəni  milli  fəlsəfə  adlandırılan  idraki 

prosesin başlıca hədəfi konkret cəmiyyətin milli kimliyi ilə şərtlənən həyat 

fəlsəfəsi  olar.  Burada  dövlət  anlayışı  da  açar  rolunu  oynayan  faktorlardan 

birinə  çevrilir,  çünki  Avropa  təcrübəsində  millətlə  dövlət  bir-biri  ilə  sıx 

bağlıdır, hətta birinin varlığı digərinin mövcudluğu ilə şərtlənir.  

Deməli,  milli  fəlsəfədən  ikinci  anlamda  danışmaq  lazım  gəlirsə  hər  bir 

cəmiyyətin  millətləşməsi  mərhələsinə  baxmaq  gərəkdir.  Onda  sualı  belə 

qoymaq doğru olardı: Azərbaycan milləti nə zaman formalaşıb? (eyni qayda 

ilə alman, rus, fransız, ingilis, italyan, yunan və digərlərini nəzərdə tutmaq 

olar).  Və  bu  məsələni  Azərbaycan  dövlətçiliyi  ilə  sıx  bağlılıqda  götürmək 

daha  uyğun  olardı.  Müqayisə  üçün  deyək  ki,  Avropa  millətləri  müasir 

anlamda XVII-XVIII əsrlərdən başlayaraq formalaşıblar. Milli dövlətlər isə 

əsasən  XVIII-XIX  əsrlərdə  formalaşıb.  Ancaq  bu  proses  iki  istiqamətdə 

gedib: bir qrup xalqlar dövlətdən millətləşməyə  keçid ediblər, digərləri isə 

millətləşib  dövlətə  keçiblər.  Məsələn.  ingilislər  və  fransızlar  millətdən 

dövlətə,  almanlar  və  italyanlar  isə  dövlətdən  millətə  keçid  ediblər.  XIX 

əsrdə İtaliya və Almaniyada dövlət formalaşandan sonra onların əsas şüarı 

belə  olub:  ölkəni  yaratdıq (məsələn,  İtaliyanı), indi  də  milləti  yaratmalıyıq 

(yəni italyanları). ―Millət‖ anlayışının özünün də Avropada təkamül özəlliyi 

olub. Öncə, o, cəmiyyətin yalnız seçilmiş təbəqəsinə aid edilib (əsasən Orta 

Əsrlərdə),  sonralar  isə  bütün  əhaliyə  aid  olunub.  1789-cu  ildə  fransızların 

―üçüncü təbəqəsi‖ özünü millət elan edib. Bu keçidin nəzəri platformasını 

Maarifçilik  filosofları  hazırlamışdılar.  XVIII  əsrin  başlanğıcında  Fransa 

Akademiyası  milləti  eyni  dövlətdə,  eyni  ölkədə,  eyni  qanunlara  görə 

yaşayan və eyni dildən istifadə edən əhalinin toplumu kimi tərif etmişdi (5, 



s. 33-34).   

Azərbaycanda  fəlsəfi  təfəkkürün  təkamülünə  yuxarıda  vurğulanan 

məqamların işığında nəzər salsaq, maraqlı qənaətlər əldə edə bilərik. Öncə 

qısaca baxılan problemin tarixi aspekti üzərində dayanaq.  

Heydər Əliyev Yeni əsr və III minilliyin gəlişi ilə bağlı Azərbaycan xalqına 

etdiyi  müraciətdə  vurğulamışdı:  ―...Yunan-Roma  mədəniyyətinin,  bütün 

antik  sivilizasiyasının  güclü  təsiri  altında  inkişaf  edən  elm,  ədəbiyyat  və 


652 

 

incəsənətimiz çox erkən dövrlərdə özünəməxsus forma və məzmuna malik 



olmağa  başlamışdır‖.  Yəni  Azərbaycanda  fəlsəfi-elmi  təfəkkürün 

təkamülünün  ideya-mənəvi  stimulu  ölkənin  müxtəlif  mədəniyyətlərin 

kəsişmə  sahəsi  olması  ilə  şərtlənib.  Məhz  həmin  təməl  üzərində  ictimai, 

humanitar və təbiət elmləri qarşılıqlı əlaqədə və vahid elmi mühitdə tərəqqi 

edib.  Hələ  IV-VII  əsrlərdə  Azərbaycanda  əsas  elmi  istiqamətlər  mövcud 

olub. ―Tənsarın məktubu‖ adlı mənbədə bu barədə yazılıb.  

Daha əhəmiyyətli məqam ondan ibarətdir ki, Azərbaycan qədim dövrlərdən 

vahid  fəlsəfi-elmi-mədəni  məkanın  tərkibində  olub.  Bu  prosesdə  V-VI 

əsrlərdə  Bizansın  Akademiyaları  ləğv  etməsi  xüsusi  rol  oynadı.  Orada 

çalışan  alimlər  Şərqə  üz  tutmağa  məcbur  qaldılar.  Onların sırasında  Afina 

Akademiyasının  rəhbəri  suriyalı  Damask  VI  əsrdə  indiki  İran  ərazisində 

yerləşən  Cündişapur  Akademiyasını  yaratdı.  IX  əsrdə  məşhur  Bağdad 

Akademiyası  (―Beytül-hikmət‖  –  ―Hikmət  evi‖)  meydana  gəldi.  Həmin 

Akademiyanın  öz  dövrü  üçün  yüksək  səviyyəli  elmi  kadrları  vardı.  Orada 

riyaziyyat,  tibb,  biologiya,  astronomiya,  həndəsəni  öyrənirdilər  (6,  s.  10). 

Bağdad  Akademiyasının  tarixi  xidmətlərindən  biri  fəlsəfi-elmi  ədəbiyyatı 

ərəb dilinə tərcümə etməsindən ibarətdir. Bunun sayəsində İslam aləmində 

vahid  elmi  mühit  formalaşdı.  Eyni  zamanda,  geniş  məkanda  kadrların 

qarşılıqlı  mübadiləsi  baş  verdi.  Bu  da  öz  növbəsində  bütöv  elmi  mühitin 

formalaşmasına ciddi təkan verməli idi. Həmin dalğa üzərində  Azərbaycan 

ərazisində  çoxlu  sayda  sanballı  elmi  tədqiqat  ocaqları  -    akademiyalar 

yarandı.  Bütövlükdə  Akademiya  təsisatı,  Azərbaycanda  elmi  fəaliyyətin 

təşkilinin əsas forması oldu. Akademik A.Əlizadə bu bağlılıqda vurğulayıb: 

―Tarixi  Azərbaycan  ərazilərində  IX-XIV  əsrlərdə  yaranan  Akademiyalar 

elmlərin  strukturlaşması,  fəaliyyətin  təşkili,  elm  sahələrinin  inkişaf 

etdirilməsi  və  ümumilikdə  yaradıcılıq  qabiliyyətinin  yüksəldilməsi 

prosesində ciddi rol oynadı‖ (6, s. 10-11). O cümlədən, İsfahan, Həmədan, 

Ərdəbil,  Təbriz,  Xoy,  Naxçıvan,  Şamaxı,  Marağa,  Urmiyə  və  digər 

şəhərlərdə  yaradılan  elmi-tədqiqat  mərkəzləri  vahid  Azərbaycan  elmi 

mühitinin formalaşmasına ciddi təkan verdi. Həmin mərkəzlər arasında sıx 

fəlsəfi,  elmi  və  ideya  əlaqələrin  mövcud  olması  barədə  tutarlı  qaynaqlar 

mövcuddur.   

Azərbaycanın  elm  ocaqlarının  fəaliyyəti  ancaq  müsəlman  fəlsəfi-elmi 

məkanı ilə məhdudlaşmırdı. Akademiyalar geniş xarici  əlaqələrə malik idi. 

Müxtəlif ölkələrdən, o cümlədən Çin, Hindistan, Misir və Yunanıstan kimi 

güclü fəlsəfi-elmi ənənəyə malik ölkələrdən Azərbaycanda elm öyrənməyə 

gələnlər  az  deyildi.  Məsələn,  Azərbaycanda  ilk  akademiya  sayılan  Şamaxı 

akademiyasında  çoxlu  əcnəbi  alimlər  çalışırdılar.  Həmin  akademiyanın 

əsasını məşhur Azərbaycan həkimi və alimi Ömər Osman oğlu qoymuşdu. 


653 

 

N.Tusinin  rəsədxanasında  Dəməşqdən  Müvəidəddin  Ordini,  Mosuldan 



Fəxrəddin Marağayini, Tiflisdən Fəxrəddin İxlatini, Qəzvindən Nəcməddin 

Dəbiranini,  Buxaradan  Cəmaləddin  əz-Zeydi  Buxari,  Hindistandan 

Kəmaləddin  Əflatun  əl-Xindi  və  digərləri  də  çalışıblar.  Pekin 

rəsədxanasının  əsasını  qoyanlardan  olan  Fao  Mun  Çi  Marağa 

rəsədxanasında astronomiya elmini öyrənib.  

XIII  əsrdə  Azərbaycan  tarixçisi  və  həkimi  Fəzlullah  Rəşidəddin  Təbrizdə 

böyük  akademiya  təşkil  etdi.  Bu  elm  ocağı  Təbriz  yaxınlığındakı  ―Rəbi-

Rəşidi‖ (―Rəşidi kvadratı‖) adlanan ərazidə yerləşirdi. Akademiyanın izləri 

indi  də  həmin  yerdə  qalmaqdadır.  Dünyanın  müxtəlif  guşələrindən  Təbriz 

Akademiyasına  elm  öyrənməyə  gəlirdilər.  Onların  sırasında  Çin,  Misir, 

Hindistan və hətta Qərb ölkələrini təmsil edənlər olub.  

Maraqlıdır ki, Təbriz Akademiyasında müasir anlamda şəhərcik salınmışdı. 

Orada  alimlər  küçəsi,  alimlər  evi,  alimlərin  işləməsi  üçün  geniş 

laboratoriyalar  mövcud  olub.  Akademiyanın  yaxınlığında  ―Fəxrabad‖  adlı 

yerdə böyük botanika bağı salınıb. Tarixi məlumatlara görə, F.Rəşidəddinin 

Akademiyasında  1000  yerli  tələbə  yetişdirilib,  xaricdən  gəlmiş  6000  gənc 

elm  öyrənib.  Bunların  gündəlik  tələbatları  dövlət  tərəfindən  ödənilirdi. 

Deməli,  həmin  dövrdə  fəal  Azərbaycan  elmi  mühiti  mövcud  idi.  Bunlar 

göstərir  ki,  Təbriz  Akademiyası  dövrünün  qabaqcıl  elm  ocaqlarından  idi. 

Maraqlıdır  ki,  burada  sadəcə  elm  öyrənməyirdilər,  elmi  tədqiqatlar 

aparmırdılar,  həm  də  alim  həyatının  müxtəlif  aspektlərini  əhatə  edən  elmi 

mühit formalaşdırırdılar.  

N.Tusinin  özü  Təbrizdə  akademiya  təşkil  etmişdi.  Bu  alimin  özünün 

fəaliyyəti  müxtəlif  elm  sahələrini  əhatə  edirdi.  Onu  tibdə  statistik  metodu 

ilk  olaraq  tətbiq  edən  alim  kimi  də,  məşhur  ―Əxlaqi-nasir‖,  ―Fərəcnamə‖, 

―Cavahirnamə‖  əsərlərinin  müəllifi  kimi  də  tanıyırlar.  Bunlarla  yanaşı, 

Azərbaycanda 

Akademiyanın 

bir  elmi  struktur  olaraq  ənənəyə 

çevrilməsində  ciddi  rol  oynamış  iki  özəlliyi  vurğulamaq  lazımdır. 

Bunlardan  biri  Tusinin  Alimlər  Yığıncağını  təşkil  etməsi  idi.  Bu,  müasir 

anlamda  Akademiyanın  Rəyasət  Heyəti  deməkdir.  Hələ  XIII  əsrdə 

Azərbaycanda  elm  sahəsində  idarəetmənin  və  yeni  elmi  kəşfləri  kollegial 

müzakirənin  xüsusi  modeli  mövcud  idi.  Digər  özəllik  N.Tusinin  yaratdığı 

Akademiyanın  Azərbaycanın  müxtəlif  bölgələrində  hissələrinin  olması  ilə 

bağlıdır.  Marağa  rəsədxanası  bunun  gözəl  nümunəsidir.  Bu  elm  məbədi 

Savalan  dağındakı  bir  düzənlikdə  12  ilə  tikilib.  Orada  laboratoriyalarla 

yanaşı,  400  minə  qədər  fondu  olan  böyük  bir  kitabxana  da  vardı. 

Rəsədxanada 100-ə qədər alim işləyirdi.  

Marağada  tətbiq  edilən  10  cihazdan  5-i  yeni  idi.  Burada  yeni  astronomik 

cihazlar  da  yaradılmışdı.  Onlardan  göy  cisimlərinin  müəyyən  anda  üfüqi 


654 

 

koordinatlarını  təyin  edən  aləti,  günəşin  meridianda  hündürlüyünü  təyin 



edən aləti, yer və göy (ulduz) qlobuslarını və göy cisimlərinin istənilən anda 

üfüqi koordinatlarını dəqiq təyin edən fırlanan kvadratı göstərmək olar.  

Bütün  bunların  həmin  dövrdə  Azərbaycanda  görkəmli  elm  adamlarının 

yetişməsində  ciddi  rol  oynadığını  inkar  etmək  olmaz.  Xaqani  Şirvani, 

Nizami  Gəncəvi,  Fələki  Şirvani,  Mahmud  Şəbüstəri  dünyada  tanınmış 

simalardandırlar.  Həmin  dövrün  görkəmli  Azərbaycan  mütəfəkkirlərinin 

―...əsərlərində olduqca dəyərli elmi və bədii-fəlsəfi fikirlər öz əksini tapıb. 

Bu bəii-fəlsəfi ideyalar...qloballaşan...müasir dünyanın xilas yollarına cavab 

vermək iqtidarına malikdir‖ (6, s. 11).  

Həmin dövrdə riyaziyyatçı Übeyd Təbrizi ―Risalət ül-hesab‖ (―Hesab üzrə 

kitab‖)  əsərini  yazdı.  Nəcməddin  Əhməd  Naxçıvani  İbn  Sinanın  tibb  və 

fəlsəfə  üzrə  əsərlərinə  şərhlər  və  əlavələr  yazıb.  Hinduşah  Naxçivani  XIV 

əsrdə  farsca-türkcə  ―Sihahül-əcəm‖  lüğətini  tərtib  edib.  Əbu  Əbdulla 

Məhəmməd  ibn  Nəmvar  Təbrizin  ―Ədvar  ül-həmmiyyat‖  (―Ən  mühüm 

dərmanlar‖)  adlı  kitabı  məşhurdur.  Yusif    İbn  İsmayıl  Xoylunun  (o,  ―İbn 

Kəbir‖  təxəllüsü ilə  yazıb)  1311 ildə  yazdığı  ―Cameyi-Bağdadi‖ (―Bağdad 

toplusu‖) isə dövrünün ən mükəmməl əsərlərindən sayılır. 

Burada  bir  məqamı  vurğulamağa  ehtiyac  duyuruq.  Orta  Əsr  Azərbaycan 

alimləri haqqında əcnəbi mənbələr çoxlu məlumatlar verirdilər. Onların bir 

qismi  tarixi  Azərbaycan  ərazisində  olmuş,  bəziləri  isə  azərbaycanlı  elm 

adamlarından  dərs  alırdılar.  Bu  sırada  Əbu  Tahir  Əhməd  əs-Süləfi 

İsfəhaninin (1083-1181) ―Mu‘cəmü‘s-Səfər və Ərbəinü‘l-Büldaniyyə‖, Əli 

ibn  Əsakirin  (1105-1175)  ―Tarixu-Mədinəti-Diməşq‖,  Elmi  dairələrdə 

İbnü‘l-Fuvati kimi tanınan Kəmaləddin Əbü‘l-Fəzl Əbdürrəzzaq ibn Əhməd 

əş-Şeybaninin  (1244-1323)  ―Təlxis  Məcməü‘l-Adab  fi  Mu‘cəmü‘l-Əlqab‖ 

və  başqa  əsərləri  göstərə  bilərik.  Bu  mənbələrdə  həmin  dövrdə  yaşayıb-

yaratmış Azərbaycan alimləri haqqında qiymətli informasiyalar mövcuddur. 

Bunlar  onu  sübut  edir  ki,  Orta  Əsr  Azərbaycan  alimləri  bütün  İslam 

dünyasında  tanınırdı  və  onlardan  bilik  öyrənməyə  can  atanların  sayı  az 

deyildi. 

Beləliklə, IX-XIV əsrlərdə Azərbaycanda humanitar və dəqiq elmlər (tibb, 

riyaziyyat,  fizika,  astronomiya,  həndəsə  və  s.)  pərakəndə  halda  və  fərdi 

olaraq  deyil,  vahid  idarəetmə  mexanizminə  malik,  konkret  struktur-

funksional özəlliklərə sahib olan təşkilati formada inkişaf edirdi. Bu, ölkədə 

yaradıcı insanların yetişdirilməsində və elmi ənənənin sistemlilik məzmunu 

kəsb  etməsində  böyük  rol  oynayırdı.  Bu  kontekstdə  onu  vurğulamaq 

gərəkdir  ki,  həmin  dövrdə  elm  iki  kateqoriyaya  bölünürdü.  Birinci,  dini 

elmlər.  Bura  dinləri  araşdıran  ilahiyyət  elmi,  dilçilik,  ədəbiyyat  və  tarix 

daxil idi. İkinci, ―fəlsəfə‖ adı altında nəzəri və praktiki elmlər cəmləşmişdi. 


655 

 

Bura  təbiətşünaslıq,  riyaziyyat,  yunan  fəlsəfəsi,  etika,  evdarlıq  elmi  və 



siyasət aid idi.  

İslam  mədəniyyətinin  çiçəklənmə  dövrünün  başa  çatması  ilə  müsəlman 

ölkələrində elm və təhsilin inkişaf dinamikası dəyişdi. Ancaq Azərbaycanda 

akademiyalar  fəaliyyətini  davam  etdirirdilər  (6,  s.  11).  Məktəblər  və 

mədrəsələr  mövcud  idi.  XV  əsrdə  Əbdürrəşid  Bakuvi  Azərbaycanın  insan 

sağlamlığına  müalicəvi  təsir  edən  təbii  sərvətlərini  öyrənirdi.  O,  həmçinin 

ölkənin  coğrafiyası  və  təbiəti  ilə  bağlı  qiymətli  məlumatlar  toplayırdı. 

Ə.Bakuvi Bakıdakı neft ehtiyatlarından yazırdı (6, s. 11-12).  

Həmin  yüzillikdə  Azərbaycanda  əsasən  sufilik  inkişaf  edirdi.  Şəms 

Məqribi,  Şah  Qasım  Ənvar,  Seyid  Yəhya  Bakuvi,  Yusif  Miskuri  tanınmış 

sufilər idilər. Yəhya ibn Bəhaəddin Bakuvinin «Əsrar ət-talibin» («Həqiqət 

axtaranların  sirləri»)  adlı  fəlsəfi  əsəri  ilə  yanaşı,  astronomiyaya  və  tarixə 

dair  kitabları  da  vardır.  İmadəddin  Nəsimi  Şərq  fəlsəfəsini  dərindən 

mənimsəyirdi. O, dövrünün məşhur mütəfəkkirlərindən biri idi.  

XVI  əsrdə    təbabət  sahəsində  Əlaəddin  Həkim  Təbrizi  öz  yeri  olan  alim 

hesab  edilirdi.  Riyaziyyat  sahəsində  Abdulla  Şeyx  Şəbüstəri  tanınmış  elm 

adamı  idi.  Həmin  dövrdə  Həsənbəy  Rumlu  və  İsgəndər  bəy  Münşi 

əhəmiyyətli tarixi əsərlər yazırdılar. Həsənbəy Rumlunun ―Əhsənüt təvarix‖ 

/  ―Tarixlərin  ən  yaxşısı‖/,  İsgəndər  bəy  Münşinin  isə  ―Tarixi-aləmarayi-

Abbasi‖  (―Aləmi  bəzəyən  Abbasın  tarixi‖)  əsəri  öz  elmi  qiymtələrini  indi 

də saxlamaqdadırlar. XVI əsr Azərbaycan elmində Sadiqbəy Əfşarın /1533-

1610/  öz  yeri  vardır.  Onun  ―Məcməül-xəvas‖  əsəri  məşhurdur.  Sadiqbəy 

Əfşar əsasən rəssamlıq və qrafika ilə məşğul olub. 

Burada  Azərbaycanda  elmi-fəlsəfi  təfəkkürün  təkamülü  baxımından  vacib 

sayıla  bilən  bir  məqamı  vurğulamaq  gərəkdir.  IX-XVI  yüzilliklərdə 

Azərbaycan alimləri konkret bir elm sahəsi ilə yanaşı, əsaslı fəlsəfi biliyə də 

sahib idilər. Bu, təbii ki, Orta Əsrlərin xüsusiyyəti ilə bağlı olan haldır.  

Eyni  zamanda,  ayrıca  Azərbaycanda  fəlsəfi-elmi  təfəkkürün  konkret 

məzmunu  aspektində  ciddi  elmi  məna  kəsb  edən  xüsusiyyətdir.  Çünki 

Azərbaycanda  fəlsəfi  təfəkkür  bir  tərəfdən  yunan  rasionalizmi,  digər 

tərəfdən  isə  dini  dünyagörüşünün  qarşılıqlı  əlaqəsi  müstəvisində 

formalaşmışdı.  Həmin  özəllik  Azərbaycan  elm  adamlarının  fəaliyyətində 

birbaşa əks olunurdu. Onlar eyni dərəcədə müxtəlif elm və sənət sahələrinin 

biliciləri  idilər.  Buna  görədir  ki,  həmin  dövrdə  azərbaycanlı  alimləri  hətta 

uzaq  Hindistana  və  Çinə  işləməyə  dəvət  edirdilər.  Hökmdarlar  isə 

memarlıq, miniatür sənəti və digər sahələrdə alim biliyindən yararlanırdılar. 

XVII əsrdə Mirzə Məhəmməd Təbrizi, Molla Mömin İman, Molla Əliqulu 

Xalxali, Nəcibəddin Rza Təbrizi tanınmış alimlərdən idilər. Mövlana Mirzə 

Məhəmməd  bin  Həsən  Şirvani  fəlsəfə  ilə  yanaşı,  riyaziyyat  və 


656 

 

astronomiyaya  dair  traktatların  müəllifidir.  O,  «Hikmətül-eyn» 



(«Mahiyyətin  hikməti»),  «Mətləül-ənvar»  («Şüaların  çıxması  yeri»)  kimi 

əsərlərə  əlavələr,  izahlar  və  şərhlər  yazıb.  Yusif  Qarabağı 

Ş.Y.Sührəvərdinin  işraqilik  fəlsəfəsini  inkişaf  etdirıb.  Mirzə  Abdulla 

Əfəndi Təbrizi 10 cildlik «Riyazül-üləma» əsərini yazıb. 

Yusif  Məhəmmədcan  oğlu  Qarabaği  XVII  əsrdə  Şərqdə  məşhur 

məntiqşünaslardan  idi.  O,  Mərkəzi  Asiyada  da  elmi  fəaliyyət  göstərirdi. 

Şərəfəddin  Hüseyni  Təbrizi-Laləvi  1617-ci  ildə  ―Ənfəsül-əxbar‖  (―Ən 

dəyərli  xəbərlər‖)  adlı  əsər  yazıb.  Bu  əsər  həmin  dövrdə  məşhurlaşmışdı. 

Hüquqşünas  alim  Məhəmməd  Əmin  ibn  Sədrəddin  Şirvani  ―Fəvaidül-

Xaqaniyyə‖ adlı əsərində İlsam aləmində ilk dəfə elmlərin təsnifatını verib. 

Həmin  dövrdə  Rəcəbəli  Təbrizi  və  Məhəmməd  Hüseyn  ibn  Xələf  Təbrizi 

tanınmış elm adamları idilər. 

XVIII  əsr  Azərbaycan  dilində  müxtəlif  elm  sahələrinə  aid  əsərlərin 

meydana  gəlməsi  ilə  xarakterizə  olunur.  Hesaba  aid  ―Üsul  asaba‖ 

(―Yeddiliklər üsulu‖), astronomiyaya dair ―Kitabi-ruznamə‖ buna misaldır. 

―Kitabi-ruznamə‖də  astronomik  cədvəllər  də  yer  almışdı.  Həmin  yüzildə 

təbabət  üzrə  ―Kitabi-tibbi-mənafeül  nas‖  (―Təbabətə  dair  faydalı  kitab‖), 

tarix  problemləri  üzrə    ―Təvarixi-zamani  Şah  Abbas  ibn  Xudabəndə‖  və 

―Səfəviyyə padşahları‖ əsərləri işıq üzü gördü.  

XVIII  əsrin  II  yarısında  Azərbaycan  dilində  lüğətlər  tərtib  edildi.  Ölkədə 

memarlığın  yüksəlişi  davam  etdi.  Bu  sırada  Bakıdakı  böyük  xan  sarayı 

kompleksini,  Şamaxıdakı  ―Bakıxanov  evləri‖ni,  Şuşadakı  ―Qara 

Böyükxanım‖ qəsrini, İrəvandakı ―Göy məscid‖i və başqalarını göstərmək 

olar.  Bu  əsrdə  milli  dekorativ-tətbiqi  sənət  də  inkişaf  edib.  Azərbaycan 

xalçaları dünyada məşhur idi. 

XV-XVIII  əsrlər  Azərbaycanın  sosial-siyasi,  iqtisadi  və  mədəni  sahələrdə 

əhəmiyyətli  transformasiyalar  dövrü  olduğundan  elmi  fəaliyyət  sferasında 

da  dəyişikliklər  müşahidə  edilirdi.  Akademiyaların  həmin  dövrdə  elmi 

mühitdə təşkilati aspektdə mövqeyi zəifləyir və sonra, ümumiyyətlə, sosial-

mədəni  səhnədən  çıxır.  Ancaq  yenə  də  bəzi  yerlərdə  elmlərin 

öyrədilməsində  Akademiya  ənənəsi  saxlanırdı.  Məsələn,  Şamaxıda 

akademiya  qaldı.  Ümumilikdə  isə  Akademiyalarda  əsası  qoyulmuş  elmi 

mühit bütövlüyünü qoruya bildi.  

Müəyyən  mərhələlərdə  Azərbaycan  alimləri  vətəni  tərk  etməyə  məcbur 

qalsalar  da,  onların  fəaliyyətində  Təbriz,  Marağa,  Şamaxı,  Ərdəbil, 

Naxçıvan  və  başqa  elmi  mühitin  qaydaları  qalmaqda  idi.  O  cümlədən, 

Sührəvərdi,  Bəhmənyar,  Miyanəci  və  digər  filosofların  ideyaları  inkişaf 

etdirilirdi.  Azərbaycan  məktəb  və  mədrəsələrində  Orta  Əsrdə  formalaşmış 

elmi  ruh  saxlanmaqda  idi.  Əsrlərin  keşməkeşlərində  intellekt  çırağını 


657 

 

sönməyə qoymayan azərbaycanlılar XIX-XX əsrdə fəlsəfə və elm sahəsində 



öz dəst-xəttlərini inkişaf etdirdilər.  

Akademik A.Əlizadə vurğulayır ki, XIX əsr Azərbaycan tarixində bir neçə 

aspektdə dönüş nöqtəsi sayıla bilər. Vətən coğrafi, siyasi və mədəni olaraq 

ikiyə  bölündü.  Tarixi  torpaqlar  fərqli  geomədəni  mühitlərə  düşdülər  (6,  s. 



12).  Ölkənin  şimal  hissəsi  Rusiya  və  Avropa  elmi-mədəni  mühitinə 

inteqrasiya  olmağa  başladı.  Bu  dəyişiklik  başqa  məqamlarla  yanaşı, 

Azərbaycanda  Maarifçiliyin  meydana  gəlməsinə  təkan  verdi.  Bir  neçə  əsr 

müsəlman fəlsəfi-elmi və  mədəni mühitində ciddi yer tutmuş Azərbaycan, 

yeni şərtlər daxilində fərqli sosial-mədəni mühitdə özünə yer tapmalı idi. 

Azərbaycan mütəfəkkirləri bütövlükdə sosial-mədəni sahədə yeniləşmələrin 

həyata  keçirilməsini  tam  dərk  edirdilər.  Bu  bağlılıqda  A.A.Bakıxanov, 

Həsənbəy  Zərdabi,  M.F.Axundzadə,  Qasımbəy  Zakir,  Mirzə  Kazımbəy, 

Mirzə  Cəfər  Topçubaşovun  fəaliyyətini  xüsusi  vurğulamaq  gərəkdir.  Eyni 

zamanda,  Azərbaycanın  təhsil  ocaqlarında  və  elmi  mərkəzlərdə  dünyəvi 

elmlərin  öyrənilməsinə  üstünlük  verildi  (6,  s.  12).  Maarifçilərin  bu 

addımları  elmi  təfəkkürün  müasirləşməsində  böyük  rol  oynadı.  Tədricən 

aydın  olurdu  ki,  tamamilə  yeni  təhsil  sisteminə  keçid  zəruridir.  Bu 

kontekstdə  alimlərin  də  vurğuladığı  kimi  əhəmiyyətli  məqamlardan  biri 

XIX  əsrdə  Azərbaycanda  ictimai-humanitar  fikrin  inkişafı  ilə  fundamental 

elm  sahələrinin  mənimsənilməsi  və  inkişaf  etdirilməsinin  paralellik  təşkil 

etməsi ilə bağlıdır (6, s. 12).  

Həmin dövrdə Azərbaycanda biologiya və aqrar elmlərin inkişafında Həsən 

bəy  Zərdabi  ilə  Nəcəf  bəy  Vəzirov  müstəsna  rol  oynadılar.  Nəcəf  bəy 

Vəzirov Qafqazın bitki örtüyünü ilk öyrənən alimlərdən idi. Tibb sahəsində 

araşdırmalar Bakı Həkimlər Cəmiyyətində aparılırdı. Burada M.M.Vəkilov, 

Ə. Axundov, Ə.M.Mehmandarov və başqaları çalışırdı.  

XIX  əsrdə  tarix  üzrə  Azərbaycanda  bir  neçə  əsər  yazıldı.  Onlardan 

Qarabağa  həsr  edilmiş  Mirzə  Adıgözəl  bəyin  yazdığı  ―Qarabağnamə‖ni, 

Mir  Mehdi  Xəzaninin  ―Kitabi-tarixi  Qarabağ‖ını,  Rzaqulu  bəy  Mirzə 

Cavanşir  oğlunun  ―Tarixi-Qarabağ‖ını  göstərmək  olar.  Bu  əsərlərdə 

gətirilən  faktlar  Qarabağın  tarixi  Azərbaycan  torpaqları  olduğunu  bir  daha 

təsdiq edir. 

XIX əsr Azərbaycan alimləri Rusiyanın şərqşünaslıq elmində hiss ediləcək 

rol  oynayıblar.  Mirzə  Kazımbəy,  Əbu  Turab  Vəzirov,  Mirzə  Məhəmməd 

Şəfi,  Sadıx  bəy  Cəfərov,  Mirzə  Abdulla  Vəzirov,  Mirzə  Həsən  Tahirov, 

Mirzə  Abdulla  Qaffarov,  Mirzə  Cəfər  Rizayev  və  başqaları  şərqşünaslıq 

sahəsində  tanınan  alimlər  idilər.  Azərbaycan  alimləri  Rusiyanın  müxtəlif 

universitetlərində dərs deyirdilər. 

Azərbaycan  elmi  XIX  əsrdə  yeni  səviyyəyə  qalxdı.  Humanitar  və  təbiət 


658 

 

elmlərinin  demək  olar  ki, bütün  sahələrində  elm  adamları  yetişdilər.  Onlar 



yeni təhsil sisteminin tələblərinə uyğun bilik sahibləri idilər. Eyni zamanda, 

azərbaycanlı alimlər əhalinin dünyəvi elmlər üzrə maariflənməsi üçün ciddi 

çalışırdılar.  Azərbaycan  maarifçiləri  faktiki  olaraq  tarixi  missiya  yerinə 

yetirirdilər.  Bununla  Azərbaycan  elmi  mühitinin  təkamülündə  yeni 

mərhələnin  –  rus-avropa  elmi  mühitinə  inteqrasiyanın  XIX  əsrdə  konkret 

məzmun  kəsb  etdiyini  demək  olar.  Bu  məqam  Azərbaycanda  elmi 

fəaliyyətin  təşkilində  də  islahatların  aparılması  zərurətini  diqtə  edirdi.  O 

cümlədən, orta və ali təhsilin və elmi tədqiqatın yeni tələblərə uyğun təşkili 

böyük  aktuallıq  kəsb  etməyə  başladı.  XX  əsr  bu  istiqamətdə  ciddi 

yeniliklərin meydana gəldiyi yüzil oldu.  

Keçən  əsrin  əvvəllərində  Azərbaycanda  dünya  elminin  inkişaf 

dinamikasının  tələblərinə  cavab  verən  ali  təhsil  məktəbləri,  elmi 

cəmiyyətləri  və  elmi-tədqiqat  qurumları  yaradılmasına  ciddi  ehtiyac 

meydana gəldi. Lakin çar hökuməti bu istiqamətdə əsaslı addımlar atmadı. 

Həmin  dövrdə  zəngin  azərbaycanlıların  mesenatlığı  sayəsində  cəmiyyətdə 

yüksək  təhsilli  intellektuallar  fomalaşdı.  Tarixi  təcrübə  göstərdi  ki,  məhz 

həmin adamlar ölkənin siyasi taleyində əhəmiyyətli yer tutdular. O dövrün 

azərbaycanlı  mesenatları  –  ―Hacı  Zeynalabdin  Tağıyev,  Ağa  Şəmsi 

Əsədullayev,  Ağa  Musa  Nağıyev,  İsa  Bəy  Hacınski,  Ağa  Musa  Muxtarov 

və başqaları milli mədəniyyətin və oyanışın intişarında ciddi rol oynadılar‖ 

(6, s. 13). Cəmiyyətin böhran dövründə bu cür insanlar yetişdirməsi xalqın 

tarixən elmə, təhsilə, yüksək mədəniyyətə meylli olmasının göstəricisidir.  



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin