Hüseyn Ġbrahimov. Dialoq mühiti multikulturalizm tarixinə fənlərarası
yanaşma tələb edir.......
811
Elmira Təhməzova. Azərbaycan milli fəlsəfəsində dəyərlər
problemi........
815
Фарида Багирова. Эволюция понятий «этнос» и «нация» в
истории европейской философии.......
821
Xalidə Nəzərova. Fəlsəfədə mifologiya və din...........................
826
Asya Əhmədova. Azərbaycanda qadınların maariflənməsində
―
Müqəddəs Nina‖ gimnaziyasının rolu.....
832
V
Rauf Məmmədov. Avropada milli şüuru və milli fəlsəfəsini şərtləndirən
sosial-tarixi amillər........
841
Əhməd QəĢəmoğlu. Ahəngyol elmi və onun müasir elmi düşüncə üçün
əhəmiyyəti……………….
893
Валентина Мирзаева. Востребованность философии в XXI
веке………….
899
Азер Гасанли. «Танмаядарлыг» - философия грядущей
посткапиталистической формации....
910
Мир-Фарадж Абасов. Диджитализм – философия и практика
грядущей политико-экономической системы...
928
Xülasələr – Аннотации – Summary’s .........................................
941
Müəlliflər haqqında məlumat – Сведения об авторах – Information about
authors.................................................................................................................
989
12
Ön söz
İctimai şüurun xüsusi forması olan fəlsəfə öz idraki və refleksiya fəzasına
görə bütün elmlərdən köklü surətdə fərqlənir. Tədqiqat obyektlərinin
çoxçeşidliyi və əhatəliyi baxımından fəlsəfəni universal elm kimi
fərqləndirə bilərik. Təsadüfi deyildir ki, bəzən fəlsəfəni hər şey haqqında
elm kimi səciyyələndirirlər. Onun təbiət və ictimai hadısələrindən tutmuş
idraki proseslər, psixoloji və tarixi təfərrüatlar barədə açıqlamalar verməsi,
fikir söyləməsi təbii sayılır. Mübahisə doğuran başqa məsələdir – fəlsəfə
milli ola bilərmi? Hətta bilavasitə fəlsəfə sahəsində çalışanlar arasında elə
şəxslərə rast gəlmək olur ki, ―milli fəlsəfə‖ifadəsinin özünü belə qəbul
etmirlər. Onların qənaətinə görə, fəlsəfə həmişə ümumbəşəri xarakter
daşıyıb, heç vaxt milli olmayıb və fəlsəfəni milli kontekstdən
səciyyələndirmək, deməli, onu dar çərçivəyə salmaq, təyinatını və statusunu
təhrif etmək deməkdir. Əlbəttə ki, belə mövqe ilə barışmaq düzgün
olmazdı.
Fikrimcə, fəlsəfənin təyinatı və statusu elə ilk növbədə onun milliliyi təkzib
ediləndə, nəzərə alınmayanda təhrif olunur. Milli özəyi-özəli, milli koloriti
olmayan ―fəlsəfə‖ heç vaxt bəşəri əhəmiyyət daşıya bilməz, o, nə lokal və
regional, nə də universal təqdimatda bir fayda gətirməz, əksinə, şərə və
ziyana yol açar. Habelə, milli köklərdən məhrum, öz tarixi ənənələrindən
xaric fəaliyyət göstərən ―fəlsəfə‖ müasirliklə ayaqlaşa bilməz; müasir
olmaq üçün çarpışar, ancaq ortaya dəyərli məhsul qoymaqda aciz qalar.
Fəlsəfənin milliliyi onun beynəlmiləl, bəşəri olmasını zəiflətmir, əksinə,
gücləndirir. Yalnız milli ruhlu fəlsəfə bəşəri əhəmiyyətli, kamil və
valehedici ola bilər, mütərəqqi inkişaf üçün dəyərli töhfə verər.
Milli-irsi qidadan məhrumluq – anadangəlmə şikəstlik əlamətidir, reallıqlar
aləmində batıb-boğulmamaq naminə keçici dəblər, məcburi çırpıntılar,
kənardan diktə edilən impulslarla yaşamaq deməkdir. Belə yaşamaq
mənasız, deqradasiyalara yol açan həyatdır ki, çox vaxt müasirləşmə,
modernləşmə, liberallaşma görüntüləri ilə ört-basdır edilir. Bəzən bu
görüntüləri ekstravaqant hərəkət-davranışlarla, geyimlərlə, danışıq tərzi və
leksikası ilə bəzəyirlər – təki başqalarından fərqlənəsən, özünə diqqət
çəkəsən. İndi bu cür yaşamaq bizim elm və mədəniyyət, ədəbiyyat və
incəsənət, habelə fəlsəfəmiz üçün, bir növ, aparıcı həyat düsturuna çevrilib
ki, doğurduğu çirkabda, üfunətli gölməçələrində həqiqi elmi də, mədəniyyət
və mənəviyyatı da məhv etməkdədir.
Xüsusi sübuta ehtiyacı olmayan bir həyati həqiqət var: milliliyi olmayan
adam özünə hökm edərək kamilləşə bilməz, onun sosiallaşması durmadan
artan qüsurlar vektoru üzrə cərəyan edər. Özünə hökm etməyi bacarmayan
13
başqalarına da hökm etməkdə, təsir göstərməkdə aciz qalar. Fəlsəfə də
belədir. Məsələn, Hegel fəlsəfəsi ona görə böyük təsir gücünə malikdir və
bəşəri əhəmiyyətlidir ki, onun yaradıcısı və bu fəlsəfənin özü alman
milliliyinin, alman ruhunun müfəssəl, parlaq ifadəsidir. Belə fəlsəfənin
hökmdarların və yaxud hansısa siyasi düşərgənin köməyinə, sədəqəsinə,
onların uzatdıqları qoltuq ağacına ehtiyacı olmur. Əsl fəlsəfənin qüdrəti
Herkulesin dəmir əmudunun gücündən üstün olur.
Bəli, möhtəşəm fəlsəfə ilk növbədə milliliyin məhsuludur və bu mahiyyətdə
cəmiyyətin bütün həyat və fəaliyyət sahələrinə (siyasətə, iqtisadiyyata,
mədəni-mənəvi və sosial həyata) yüksək dərketmədən, inteqrativ fikir
generasiyasından keçmiş millilik anlamı gətirir. Millilik, xüsusən siyasət və
idarəetmədə, yalnız dərin fəlsəfi təqdimatda gözəldir və xeyirə işləyir.
Fəlsəfi dərketmədən keçməyən, fəlsəfə tərəfindən yoğurulmamış milliliyin
olmasından olmaması yaxşıdır. Fəlsəfəsiz millilik kal, cır, cılız, özündən
müştəbeh olur. Həqiqi qərarlaşma bloklarının, sütün və nöqtələrin yoxluğu
səbəbindən belə millilik daxili tarazlıqdan, harmoniyadan məhrum olur,
qeyri-adekvat, zəruri norma və ölçülərlə hesablaşa bilməyən fəaliyyətin
mənbəyinə çevrilir. Aydındır ki, bu cür millilik, siyasətə və idarəetməyə
gətirilərsə, böyük fəsadların, hətta fəlakətlərin baş verməsinə səbəb olar.
Tarix dəfələrlə bunu sübut edib. Analoji qənaətləri biz din və fəlsəfə
münasibətləri barədə söyləyə bilərik. Fəlsəfəsiz din, son nəticədə,
fanatizmə, cəhalətə, tənəzzülə aparır.
Həmin dahi filosof Hegel vaxtilə elə bu mövzuda da dəyərli fikirlər
söyləyib, xəbərdarlıqlar edib. Məsələn, tarix fəlsəfəsi üzrə mühazirələrində
islamı ətraflı nəzərdən keçirən Hegel islam monoteizmini alqışlayır və
―Şərqin inqilabı‖ adlandırır. Onun fikrincə, ―sadə vahidlik prinsipini‖
tərənnüm edən radikal islam monoteizmi poeziyanın və elmliliyin yüksək
səviyyələrinə aparır. Sonralar isə islam monoteizmi tədricən fanatizmə və
fatalizmə transformasiya edir, bu da ona görə baş verir ki, həmin vahidlik
prinsipi içi boş formalizmə çevrilir və öz potensialından inanclı insanların
azadlığı üçün istifadə etmir. Yəni, üzücü durumun dərin səbəbi sadə
vahidlik prinsipinin fəlsəfi dərketmənin nəzarətindən çıxmasında, məzmun-
mahiyyət konkretikasını itirməsindədir.
Bu günün mənzərəsinə nəzər salsaq görərik ki, həqiqətən də, müsəlman
dünyası üzücü bir durumdadır və bunun mühüm səbəblərindən biri aparıcı
həyat və fəaliyyət sahələrinin, o cümlədən din, siyasət və idarəetmənin
nəinki milli fəlsəfədən, ümumiyyətlə, professional fəlsəfədən uzaq
düşməsindədir. Professional fəlsəfənin, sanki, ictimai həyat sahələrinə
girişinə, müdaxiləsinə qadağa qoyulub. Təsadüfi deyildir ki, son onilliklər
ərzində ali məktəblərimizdə fəlsəfənin tədrisi olduqca zəiflədilib, elə bil ki,
14
fəlsəfəyə qarşı hərtərəfli səlib yürüşü təşkil edilib. Hazırda, demək olar ki,
ən sayğısız-qayğısız qalan sahə – fəlsəfədir, adam isə – filosofdur (söhbət,
sadəcə, fəlsəfə üzrə dərəcə, diplom daşıyıcılarından getmir!).
Artıq siyasətimiz də çoxdandır ki, bu mənfur ―fəlsəfəsiz həyat düsturu‖ ilə
yaşayır. Daha dəqiq desək, bu düsturun törətdiyi fəsadlar, iyrəncliklər
içərisində sürünür, milli maraqların ödənilməsi məcrasında heç bir fayda
verməyən, durumu daha da dramatikləşdirən çırpıntılarla özünü nümayiş
etdirir. Taleyüklü məsələlərə münasibətdə reallıqların mahiyyətilə, həqiqi
səbəblərlə uzlaşan metodoloji yanaşmaların, qnoseoloji zəmin və vasitələrin
yoxluğu tam çılpaqlığı ilə özünü göstərir. Siyasi diskussiyaların aparılması
üçün idraki-təhlil müstəviləri adekvatlıq və obyektivlik tələblərini ödəmir,
siyasi mülahizələrin generasiyası etibarlı fəlsəfi refleksiyaya və
ümumiləşdirmələrə söykənmir.
Ümumiyyətlə, deyərdim ki, siyasi fəaliyyət peşəkar fəlsəfədən kənar,
konkret olaraq, hansısa epistemoloji paradiqmanı, zəruri fəlsəfi ideya və
prinsipləri rəhbər tutmadan həyata keçirilir. Fəlsəfənin nə millisinə, nə də
qeyri-millisinə müraciət belə sezilmir. Bu səbəbdən də fəlsəfənin və
filosofların ictimai-siyasi proseslərdə iştirakı olduqca cüzi və zəifdir.
Əlbəttə ki, belə vəziyyətin yaranmasında fəlsəfə sahəsində çalışan
tədqiqatçıların da öz günahları az deyil. Onların əksəriyyətini cərəyan edən
ciddi proseslər, baş verən ictimai və qlobal hadisələr, sanki, heç narahat
etmir, düşündürmür. Nəticədə də fəlsəfəsiz bir siyasi mühit, fəlsəfəyə
ehtiyac duymayan siyasətçilər və politoloqlar konqlomeratı formalaşır. Belə
olduqda, kim zəmanət verə bilər ki, çıxarılacaq qərarlar, irəli sürüləcək
təkliflər milli maraqlarımızın həyata keçirilməsinə, xalqın və dövlətin
etibarlı gələcəyinə xidmət edəcək? Fəlsəfəsiz siyasət, görəsən, indiyə qədər
hansısa xalqı bəlalardan qurtarıb, ona xoşbəxtlik gətiribmi?! Məgər
fəlsəfəsiz dərin mətləblərə, çox vaxt alt qatlarda gizlənən səbəblərə varıb,
mürəkkəb problemləri həll etmək mümkündürmü? Birmənalı deyərdim ki,
yox! Bu qənaəti sübuta yetirmək üçün elə bizim öz tariximizdən, ictimai
praktikamızdan kifayət qədər dəlillər gətirmək, misallar göstərmək olar.
Vurğulamaq istərdim: fəlsəfəsiz fəaliyyət, o cümlədən siyasi fəaliyyət o
deməkdir ki, insan nəzəri və praktiki hərəkət müstəvilərində dünyagörüşü,
metodoloji, qnoseoloji-məntiqi, aksioloji cəhətdən kamil deyil və deməli,
varlıqların mahiyyətini dərk edib doğru-düzgün ontoloji mənzərəni
yaratmaqda acizdir. Hansısa ontoloji təsəvvür varsa da belə, çox qüsurlu,
qeyri-obyektiv, real həqiqətlərlə uzlaşmayan ola bilər. Təhrif olunmuş
ontoloji müstəvi üzərində isə heç vaxt məhsuldar fikir generasiyası,
problemlərin həllinə dair düzgün əqlinəticələrin çıxarılması mümkün deyil.
Vəziyyətin belə olmasını biz bu gün bir sıra ciddi, gündəlikdə duran aktual
15
məsələlərə, o cümlədən, Avropa İttifaqı ilə əməkdaşlıq və müttəfiqlik
probleminə münasibətdə də görürük. Sözün düzü, bu mövzuda aparılan
debat və diskussiyaların məzmun-mahiyyəti, başlıca vektorunun özü belə
qaneedici deyil. Narahatçılıq üçün əsaslar çoxdur. Belə davam edərsə, yaxın
gələcəkdə dövlətimiz ağır problemlərlə üzləşə bilər. Hətta, deyərdim ki,
mövcudluğu təhlükə altına düşər.
Avropa İttifaqı ilə sazişlə bağlı siyasilərimizin təşkil etdikləri müxtəlif
formatlı müzakirələr (səsləndirilən fikirlər, sərgilənən mövqelər
baxımından) bunu deməyə əsas verir. Yenə də, sanki beyinlərə hakim
kəsilmiş təfəkkür ətalətliyi üzrə, müzakirələrin ana xəttini ―demokratiya‖,
―insan haqları‖, ―liberal dəyərlər‖, ―siyasi məhbuslar‖ barədə əhəmiyyətsiz
söz-söhbətlər təşkil edir. Əsas və başlıca hədəflər, yəni, millətin və dövlətin
taleyi məsələsi, ərazilərimizin qeyd-şərtsiz işğaldan azad olunması,
sərhədlərimizin toxunulmazlığı, dövlətimizin möhkəmləndirilməsi kimi
problemlər lazımınca müzakirələrin gündəliyinə gətirilmir. Hətta Qarabağın
işğaldan azad olunmasına dair vaxtilə qəbul edilmiş BMT qətnamələrinin
birmənalı surətdə yerinə yetirilməsi imperativ bir şərt-tələb kimi qarşıya
qoyulmur. Belə olan halda, Avropa Birliyi ilə bağlanacaq saziş bizə bir ölkə
və dövlət olaraq nə verə bilər? Düşünürəm ki, heç nə, konkret olaraq isə,
yeni-yeni ziyanlar, gözlənilən və gözlənilməyən təhlükələr, hətta faciələr
gətirər!
Sağlam düşüncəli, vicdanlı hər bir kəs insan azadlıqlarına və ümumi rifaha
təminat verən demokratiyaya, etibarlı və ədalətli dövlət idarəetmə
formalarına qarşı deyil, lakin ―yaxşı olan‖ın hamısını yalnız Qərbdən
ummaq, fikrimcə, ən böyük səhvlərdən biridir. Son onilliklərin acı təcrübəsi
də bunu açıqca göstərir: biz Qərbə doğru daha çox cəhd etdikcə, bir o qədər
normal həyat tərzindən, ədalətli ictimai münasibətlərdən uzaqlaşırıq.
Faktiki, əməkdaşlıq və müttəfiqlik adı ilə Qərblə siyasi və geosiyasi
oyunlara girərək, irəliyə doğru yox, geriyə gedirik, üstəlik, olub-qalan milli
ənənə və dəyərlərimizi, təbii və insani-intellektual sərvətlərimizi də itiririk.
İtkilərimiz o qədərdir ki, artıq həyacan təbili çalmağın vaxtı çoxdan çatıb.
Nəzərə almırıq ki, Qərbin hədəflər sistemində Azərbaycanı xöşbəxt etmək
kimi məqsədi yoxdur və heç vaxt da olmayıb.
Bəlkə, bir az düşünək, milli müqəddaratımızı, bütün gələcəyimizi xoş
vədlərlə, şirnikləndirici başaldatmalarla öz yüzsifətli, yüzstandartlı
siyasətini həyata keçirən Qərbin, dünyaya divan tutan qlobal kapitalist
oliqarxatının sərəncamına verməyək. Dərk edək ki, transmilli korporasiya
və şirkətlər vasitəsilə bəşəriyyətin qanını-iliyini soran, dünya xalqlarının
sərvətlərini sümürən həmin bu sələmçi-spekulyativ kapital oliqarxatı
həmişə alverçi-qarətçi psixologiyası ilə yaşayıb və birdən-birə mərhəmətə
16
gəlib, rəhmdillik göstərib məzlum xalqlara, istismar altında inildəyən
bəndələrə xoşbəxtlik gətirəsi deyil. Anlayaq ki, bu bədnam oliqarxatın
dünyaya hesablanmış bir dəyişməz fəailiyyət proqramı var: bir tərəfdən,
durmadan başqa xalqları qarət və istismar etmək, digər tərəfdən,
neomaltusçuluq ideallarını həyata keçirərək (bütün vasitələrdən istifadə
etməklə) həmin bu xalqların sayını azaltmaq, bir sözlə, ―qızıl milyard‖
naminə ―artıq ağız‖ları ölümə məhkum etmək – minimum yaşayış
imkanlarını əllərindən almaqla, hər cür xəstəliklər yaymaqla, daxili
münaqişələr törətməklə, qanlı müharibələrə yol açmaqla və s.
Məgər bəlli deyilmi ki, hələ ―soyuq müharibə‖ illərində kapital
oliqarxatının məkrli planında bu üç hədəf başlıca yer tuturdu: birincisi –
SSRİ-ni çökdürmək, ikincisi – müsəlman dünyasını dağıtmaq (burada türk
arealına, o cümlədən azərbaycan türklərinə qarşı həyata keçiriləcək
həmlələrə və onların tərkib hissəsi olan erməni amilindən istifadəyə, habelə,
müxtəlif mənşəli etno-milli, dini ziddiyyətlərin kəskinləşməsinə və
münaqişələrin yaranmasına xüsusi yer ayrılmışdır!), üçüncüsu – köklü
islahatlar hesabına ciddi sosial-iqtisadi, mədəni-mənəvi inkişafa və
günbəgün artan geosiyasi mövqelərə sahiblənən Çin Xalq Respublikasına
mümkün zərbələr endirməklə onun yüksəlişinin qarşısını almaq, bununla da
Britaniyanın patronajlığı altında ABŞ-ın (yəni, Qərbin və onun
təqdimatındakı avroatlantik kapitalizmin) davamlı hegomonluğunu təmin
etmək.
Mənəvi-intellektual, ideya-siyasi, fəlsəfi refleksiya cəhətdən başdan xarab
olmuş SSRİ, gördüyümüz kimi, çökdü və parçalandı, dalınca və müəyyən
qədər də parallel surətdə Qərb kapitalizmi zəngin təbii sərvətlərdən məst
olmuş, ayıqlığını itirmiş müsəlman dünyasını sökməyə girişdi. Müsəlman
ölkələrini viranə qoymaq üçün SSRİ-nin sürətlə zəifləyib çökməsi kapital
oliqarxatına əlavə imkanlar və güc yaratmışdır. Bu gün artıq bir sıra
müsəlman ölkələri formal olaraq siyasi-coğrafi xəritədədir. Türk arealının
elm, mədəniyyət, ədəbiyyat və incəsənət məbədi, fəlsəfi fikir
generasiyasının nüvəsi olan Azərbaycan hər iki hədəfin (SSRİ-nin və
müsəlman dünyasının çökdürülməsi!) kerçəkləşməsində xüsusi bir yer
tutmuşdur. Ölkəmizin özü, faktiki, Qərb kolonializmininin, avroatlantik
güclərin böyük ustalıqla və məkrlə sərgilədiyi səlib yürüşünün mühüm
hədəfinə çevrilmişdir.
Anqlosakslar yaxşı anlayırdılar ki, Azərbaycanı zəiflətmək – bütün türk
arealını zəiflətmək, taqətdən salmaq deməkdir. Üstəlik də, beynəlxalq irtica
qüvvələr onu da gözəl anlayırdılar ki, Cənubi Qafqazda vəziyyəti
qarışdırmaq, qanlı-qadalı toqquşmalara yol açmaq, xalqları üz-üzə qoymaq,
qarşılıqlı nifrət və düşmənçilik alovunu şiddətləndirmək – SSRİ-nin ciddi
17
zədələnməsi və dağılması üçün mühüm amil və vasitədir. Əlbəttə ki,
mənfur işlərini həyata keçirmək üçün Qərbin neoimperialist dairələri,
erməni separatçılarına hərtərəfli maddi-texniki, maliyyə, mənəvi-ideoloji və
informasiya dəstəyi verməklə yanaşı, ilk növbədə, elə Azərbaycana qonşu
olan ölkələrin, o cümlədən Rusiya, Türkiyə və İranın müxtəlif siyasi
dairələrinin, kəşfiyyat və media orqanlarının, agentura şəbəkələrinin
gücündən məharətlə istifadə etmişlər. Qarabağ uğrunda mübarizədə
Azərbaycan, sözün əsl mənasında, təklənmiş və amansızcasına mühasirəyə
alınmışdır.
Həmçinin, 1987-ci ilin oktyabr ayında böyük ağıla. siyasi təcrübəyə,
idarəçilik ustalığına malik Heydər Əliyevin artıq Qərbin maraqlarına
işləyən və mahiyyətcə ermənipərəstliklə fərqlənən (Qorbaçov, Yakovlev,
Yeltsin, Şahnazarov, Aqanbegyan və b.) bəzi yüksək səlahiyyət sahiblərinin
əli ilə SSRİ KP MK-nın Siyasi Bürosu üzvülüyündən və SSRİ Baş nazirinin
birinci müavini vəzifəsindən uzaqlaşdırılması, habelə, Azərbaycanın yerli
hakimiyyətinin məqsədyönlü surətdə içəridən zəiflədilməsi, Azərbaycanın
siyasi səhnəsinə xeyli sayda kəmsavad, naşı, səriştəsiz, primitiv düşüncə və
emosiyalar əsasında hərəkət edən hay-küyçülərin, məsuliyyətsiz və
vicdansız qaragüruh topasının çıxarılması – bütün bunlar ölkəmizə,
xalqımıza qarşı təşkil olunmuş mənfur planın tərkib elementləri, dəqiqliklə
hesablanmış amil-hissələri idi. Nəticə olaraq, Azərbaycanın mərd oğul və
qızlarının rəşadətli müqavimətinə, igidliyinə baxmayaraq, torpaqlarımızın
əhəmiyyətli bir hissəsi işğal edilmiş və bu gün də düşmən tapdağı
altındadır.
Həqiqətin bundan ibarət olduğunu bilərək və yaxud da onu müxtəlif
səbəblərdən pərdələyərək, yenidən Avropanın, qəddar və hiyləgər kapital
oliqarxatının qapısını kəsdirmək, demokratiya və torpaqların işğaldan azad
olunması ilə bağlı hansısa dəstək gözləmək, ədalətli münasibət ummaq bizə
nə verə bilər? Bu, sadəcə, siyasi mazoxizmlə məşğul olmaq deyilmi?!
Uzunmüddətli, davamlı belə məşğuliyyət ayrı-ayrı siyasilərə, politoloqlara,
ola bilsin ki, keçici bir məşhurluq və az-çox maddi divident gətirsin, ancaq
əvəzində Azərbaycan deyilən bir məmləkət, dövlət çox şey itirər, hətta, açıq
deyirəm, əlavə ərazilərin işğalına da öz əlləri ilə yol açmış olar.
Bu məcrada düşünərkən, Avropa İttifaqı ilə bağlanacaq sazişin müzakirə
predmetinin önünə, daha doğrusu, mərkəzinə demokratiya, insan haqları,
liberal dəyərlər, siyasi məhbuslar kimi məsələlərin çəkilməsini düzgün
hesab etmirəm. Ümumilikdə isə, prinsipial olaraq, belə sazişin, yəni,
Avropa İttifaqına müxtəlif öhtəliklərlə pərçimlənmə xəttinin əleyhinəyəm.
Əks tərəfin daxili həyatla bağlı tələb-şərtləri altında sazişə gedmək (özü də
məkri-hiyləsi məlum tərəflə və dünyanın belə bir sərt dönəmində!)
18
əvvəlcədən dövlətin əl-qolunu bağlamaq, siyasi hakimiyyəti şantaj etmək,
ona qarşı təhdidlər və hədələr ortaya qoymaqdır ki, son nəticədə dövlətin
də, millətin də xeyrinə işləmir. İndiyə qədər belə bir nümunəyə rast
gəlməmişəm ki, kimsə (uzaq və yaxın qonşuluqdan) gəlib başqasının evində
qayda-qanun yaratsın, hansısa zorakılığa, özbaşınalığa və yaxud haqsızlığa-
ədalətsizliyə son qoysun. Nizamın, qayda-qanunun etibarlı qaynaqları,
insani münasibətlərin ocaqları kənardan transver edilə bilməz, bu fəzilətlər
daxili potensiya, özəl determinatlar hesabına formalaşır və bilavasitə xalqın
xarakterini, düşüncə tərzini, mədənilik səviyyəsini və həyat fəlsəfəsini ifadə
edir.
Ruslar çoxdan, hələ sovetlər dönəmindən, ailədaxili qayda-qanun
məsələsini öz rəşadətli milisinə həvalə etmişdi (indi isə polis məşğuldur).
Di gəl ki, nə ailələrdə nizam-intizam yarandı, nə də, üzr istəyirəm,
alkaşlığa, xəyanətə-şortuluğa son qoyuldu. Əksinə, kənardan müdaxiləyə
vərdiş etmiş rus ailəsi ağlasığmaz destruksiya və deqradasiyaya uğradı.
Üstəlik, bu yoluxucu xəstəliyi (hiyləgər Avropanın məstedici liberal
dəyərlərinin alqışlanması və təbliği fonunda!) kənar ölkələrə, o cümlədən
Azərbaycana da yaya bildi. Təsadüfi deyildir ki, son onilliklər ərzində
―gender bərəbərliyi‖, ―qadına qarşı zorakılıqla mübarizə‖, ―qadın
hüquqları‖ mövzusunda (milli fəlsəfəmizin, güya ki, inkişafı naminə!)
yüzlərcə dissertasiyalar yazılıb və yazılmaqdadır. Bu bihuşedici ―elmi‖
dəbin təntənəsi altında isə gündə bir kişinin başı ―azad sevgi aşıqləri‖nin
baltasına tuş gəlir. Mən heç bu bədnam müasirliyin və sivilliyin, bu şiddətli
azad sevginin nəticələrindən, acı meyvələrindən – anadangəlmə bədbəxt
uşaqlardan, milli genofondun zədələnməsindən danışmıram. Dahilərin,
qəhrəmanların, millətə və bəşəriyyətə yararlı oğul və qızların təməli-
mənşəyi biclikdən, pozğunluqdan törəyə bilməz!
Qərbin onilliklər öncə öz qarşısına qoyduğu üç başlıca hədəfdən ikisinin
asanlıqla reallaşmasının mühüm səbəblərindən biri ondan ibarət idi ki, artıq
nə SSRİ, nə də müsəlman dünyası tarixi zamanın tələblərinə cavab verən
milli fəlsəfəyə malik deyildilər. Elə fəlsəfəyə ki, ölkədaxili miqyasda
ümumi mənəvi-psixoloji, ideya-nəzəri inteqrasiyaya, əqidə və əməl
birliyinə xidmət etsin, xalqların vahid məkanda birgə mövcudluğuna və
fəaliyyətinə əsas olsun. İ. Stalindən sonra SSRİ-də ―inkişaf‖ etmiş sosial-
siyasi fəlsəfə qətiyyən göstərdiyim bu təyinata cavab vermək iqtidarında
deyildi. Onun nə milli səciyyəsi, nə ümumdövlət gücü vardı, artıq hər şey
tükınmişdir. Hökmranlıq mövqeyindən sərgilənən marksist-leninçi fəlsəfə,
faktiki, heç bir təsir gücünə qadir olmayan ehkamlar sisteminə, mənasız
hökmlər yığımına çevrilmişdir. SSRİ-nin bir dövlət olaraq fəlsəfi-siyasi
beyini, sözün əsl mənasında, çürümüş, hansısa çevik, adekvat reaksiya
19
vermək qabiliyyətində deyildi. Aydındır ki, məntiqi olaraq, belə dövlət
birləşmiş imperialist güclərin düşünülmüş həmlələri qarşısında duruş
gətirib, yaşaya bilməzdi.
Eyni mənzərə, yəni, milli-dövlətçilik fəlsəfəsinin yoxluğu və yaxud bu
təqdimatda çıxış edən donuq, cansız, evristik məzmun-mahiyyətdən
məhrum ―fəlsəfə‖nin mövcudluğu, ümumən, müsəlman dünyasına xas idi.
Ayrı-ayrı müsəlman ölkələrinə məxsus hakim fəlsəfi-siyasi düşüncə
platformaları əslində elə də daxili elmi-intellektual gücə, yaradıcı inkişaf
qabiliyyətinə, zəmanənin tələblərini ödəmək iqtidarına malik deyildilər. Bu
fəlsəfi-siyasi platformalar, mahiyyət etibarilə, daha çox xüsusi subyektivlik
amilləri, despotik rejim təfərrüatları ilə determinasiya olunan və müəyyən
qədər də xaricdən transfer edilmiş hökmverici imperativlərdən, ehkamlar
yığımından ibarət idi. Bir sıra müsəlman ölkələrində ―ərəb sosializmi‖
deyilən fəlsəfi-siyasi trend fəaliyyətdə idi ki, müxtəlif fərqləndirici
modifikasiyalarına baxmayaraq, vaxtilə SSRİ-dən transfer edilmişdir və
yaradıcı, mütərəqqi inkişaf baxımından elə əvvəlcədən qaneedici deyildir.
Üstəlik də, ―ana mənbə‖nin özü, qeyd etdiyim kimi, ciddi tənəzzül
yaşamaqda və tükənməkdə idi.
Qlobal kapitalizmin lokomativi-nüvəsi rolunu daşıyan Qərb imperializmi,
gördüyümüz kimi, üçüncü hədəfə – Çinin inkişafının qarşısını almaq, onu
zəiflətmək, çökdurmək arzusuna nail ola bilmədi. Və bəribaşdan bildirim
ki, heç vaxt nail olmayacaq, çünki Çin Xalq Respubliyasının qibtəedici
ümummilli mahiyyətli fəlsəfi-siyasi platforması, olduqca ağıllı,
məsuliyyətli və çevik, sosial və tarixi zamanın tələblərinə müvafiq fəaliyyət
göstərən dövlət beyni var. Bu beyin geosiyasi və geostrateji, iqtisadi, elmi-
texniki və texnoloji, milli ruh gümrahlığı və gücü, mənəvi-psixoloji
yetkinliyi və vahidliyi baxımından kifayət qədər Çini irəli aparmaqdadır.
Tam əsasla deyə bilərəm ki, Çinin növbəti dünya liderinə çevrilməsi nəinki
mümkündür, hətta artıq çox gözləniləndir. Bəllidir ki, belə gediş
dinamikası, başda ABŞ və Britaniya olmaqla, Qərbi narahat etməyə bilməz.
Bu mövzuda zəruri bildiyim bəzi açıqlamaları, təhlil və ümumiləşdirmələri,
təklif və tövsiyələri 2019-cu ilin əvvəllərində nəşr olunmuş ―Yeni dünya
nizamı: siyasət və idarəetmə‖ adlı kitabımda hörmətli oxucularımıza təqdim
etmişəm. Burada onları bir daha təkrarlamaq istəmirəm.
Beləliklə, ictimailəşdirmək istədiyim fikir bundan ibarətdir: milli fəlsəfəsi
olmayan xalq gələcəyə vəsiqə alıb, dövlət statusunda yaşaya bilməz.
Etibarlı dövlətçilik, qaneedici ictimai həyat, kamil sosiallaşma və
müasirləşmə milli fəlsəfəsiz mümkün deyil. Milli fəlsəfəsiz yaşamaq –
köksüz, dayaqsız və qidasız qalmaq, sərsəm-səfeh hərəkətlərə yol vermək,
daha çox özün yaratdığın bataqlıqlarda batmaq deməkdir. Belə yaşayış
20
məhsuldar, ləyaqətli və şərəfli ola bilməz, həmişə mənəviyyatı, daxili
azadlıq ruhunu boğar, yaradıcılığın və tərəqqinin qarşısını alar, bütövlükdə
xalqın və ayrılıqda hər bir fərdin özünəgüvənini söndürər. Aydındır ki, belə
mövcudluq daxilində kənardan imdad diləmək, ələbaxımlıq etmək bir
mənfur vərdişə, xəstəliyə çevrilər. Xəstəlik, əqli şikəstlik o dərəcədə qana-
iliyə yeriyir ki, xalq, məğrurluğunu, simasını itirmiş fərdlər yığımına
çevrilir – aqressiyası, qaragüruhçuluğu, bicliyi və hiyləsi bol, rəşadəti və
casərəti isə az, iradəsi və dəyanəti zəif kütləyə! Kütlə ―yer üzünün əşrəfi
mənəm!‖ bağırtısı ilə qulaqları batıra bilər, ancaq sağlam bir cəmiyyət
quruculuğu yolunda qara qəpiklik iş görə bilməz.
Milliliyi olmayan fəlsəfə – axtalaşdırılmış, ―Mən‖siz, cansız-qansız
nəsnədir, simasız və mənəviyyatsız bir şeydir. Belə ―fəlsəfə‖ alovlandırıcı-
yaradıcı ruh daşıyıcısı, idraki zirvə nümunəsi ola bilməz. Fəlsəfə, ən qədim
dövrlərdən indiyə qədər, məhz milli özəlliklərinə, etno-psixoloji yükünə
görə, daşıdığı və ifadə etdiyi xalq ruhu hesabına mədəniyyət sisteminin
mühüm atributu, ictimai şüurun xüsusi forması kimi qərarlaşıb və inkişaf
edib. Təsadüfi deyildir ki, biz, məsələn, ―alman fizikası‖ ifadəsini qeyri-
məqbul, ancaq ―alman fəlsəfəsi‖ anlayışını məqbul sayırıq. Eləcə də, ―çin
fəlsəfəsi‖, ―ingilis fəlsəfəsi‖ və yaxud ―fransız fəlsəfəsi‖ deyəndə
əndişələnib, narahatçılıq keçirmirik, onları yerində işlədilən, adekvat mənalı
ifadələr kimi qəbul edirik. Bu kontekstdə düşünərkən, biz öz milli
fəlsəfəmizdən söhbət açmağı da nəinki məqbul, hətta zəruri hesab edə
bilərik.
Əzəl-axır,
fəlsəfəmizin
genetik-tarixi,
təşəkkül-təkamül
müstəvisində nəzərdən keçirilməsi, onun yaddaş kodlarının, dil-təfəkkür
özəlliklərinin açılması, elmi-mədəni təsir gücünün öyrənilməsi yalnız
fəlsəfə tarixi üzrə mütəxəssislərin deyil, bizim hamımızın üzərinə düşən
vəzifə, böyük yükdür.
Bir də ki, milli köklərə qayıdış, öz simasına sahiblənmək qətiyyən dar,
məhdud çərçivələrə sığınmaqdan, ətraf aləmdən uzaqlaşmaqdan, başqa
xalqların əldə etdiyi zəngin elmi, fəlsəfi, mədəni xəzinəyə laqeydlikdən
ibarət ola bilməz. Əksinə, milliliyə qayıdış və ondan bəhrələnmək, öz kökü
üstündə formalaşaraq yeniliklərə imza atmaq, birmənalı olaraq, başqa
xalqların tarixi nailiyyətlərini, onların təcrübəsini yaradıcı surətdə
öyrənməkdən keçir. Milli olmaq – dünya xalqlarını tanımaq, bilmək,
onlardan öyrənmək və onlara hörmət bəsləmək, sayğılı olmaq deməkdir.
Aləmə nifrət püskürməklə yaxşı nəyisə öyrənmək, qarşılıqlı fayda
götürmək, yeni bəşəri əhəmiyyətli nümunələr yaratmaq, millətləşmənin və
müasirləşmənin növbəti yüksək səviyyəsinə sahiblənmək mümkün deyil.
Milli ləyaqət hissi, milli mənlik şüuru və milli fəlsəfə, dil, ədəbiyyat,
incəsənət bir-birini şərtləndirən, doğuran, tamamlayan və kamilləşdirən
21
fenomenlərdir. Burada səbəb-nəticə əlaqələri olduqca dinamik və
mürəkkəbdir. Elə, ən azından, bu əlaqələrin doğru-düzgün açılması və
öyrənilməsi məhz milli fəlsəfənin varlığı, işgüzarlığı hesabına mümkündür.
Bu mənada da fəlsəfə millətləşmənin həm ən vacib vasitəsi, həm də
nəticəsi-məhsulu hesab olunmalıdır. ―Millətləşmə, ilk növbədə, milli fəlsəfə
vasitəsilə reallaşır‖ fikrini söyləmək üçün, düşünürəm ki, əlavə dəlilə,
təfsilə hacət yoxdud. Bu həqiqəti dərindən anlamaqla və ona əməl etməklə
biz xroniki qənim kəsilmiş şərq qaranlığından, şərq istibdadından, şərq
ətalətindən azad ola bilərik. Və bu azadlığa sahiblənmək üçün müticəsinə
Avropanın, ABŞ-ın müəmmalı strukturlarından işıq çırağı, mərhəmət
diləməli deyilik. İmdad diləmək əvəzinə, yaxşı olar ki, Qərbdən transfer
edilən entropiyanın qarşısını alaq, özümüzə məxsus olan ictimai zəmin və
daşıyıcıları sağlamlaşdıraq.
Bəli, hörmətli oxucular, qarşımızda həll olunası, çözüləsi xeyli ağıryüklü
məsələlər durur. Milli fəlsəfə mövzusuna həsr olunmuş bu elmi məcmuə də
məhz həmin məsələlərin həlli istiqamətində hazırlanmış və təqdim edilmiş
bir kollektiv əsərdir. İndiyə qədər, 2010-cu ildən başlayaraq, buraxdığımız
tematik elmi məcmuələr silsiləsində onuncu olan bu kitab bizim üçün
xüsusi yer tutur və əhəmiyyət daşıyır. Onun gələcək taleyi, necə
qarşılanması, fərdi və ictimai şüura nə kimi təsir göstərəcəyi, əlbəttə ki, bizi
ciddi düşündürür. Gözləntilərimiz çoxdur. Şübhəsiz, istərdik ki, bu ümumi
yaradıcılıq məhsulu dərin və hərtərəfli müzakirə predmetinə çevrilsin,
insanlarda yeni bir impuls yaratsın, ictimai fikrin inkişafına xeyir gətirsin,
tərəqqi yolunda bir töhfə olsun. Nəhayət, haqq-ədalət tələblərinə uyun
olaraq, bu kitabın ərsəyə gəlməsində hamıdan çox əməyi olan dəyərli alim,
fədakar insan, professor Əli Abasova bütün müəlliflər adından dərin
minnətdarlığımı bildirirəm.
Dostları ilə paylaş: |