Ədəbiyyat:
1. История философии: Энциклопедия. - Мн.: Интерпрессервис; Книжный
745
Дом. 2002.
2. Гегель Г.В.Ф. Энциклопедия философских наук: В 3 т. - М., 1974-1977.
3. Azərbaycan fəlsəfəsi tarixi. Bakı, 1994.
Mahrux Abbas
AZƏRBAYCAN FƏLSƏFƏSĠNDƏ QADININ REPREZENTASIYASI
Metodologiya
Hazırda Azərbaycanda elmi, siyasi çevrələrdə ―qadın‖ deyəndə, ağla gələn
ilk söz ―gender‖ olur. Gender tədqiqatlarının ölkədə inkişafı isə ilk
növbədə beynəlxalq təşkilatların fəaliyyəti ilə bağlıdır. Qadının yeni
kontekstdə öyrənilməsi də məhz bu anlayışla bağlıdır. Azərbaycanda qadın,
cinslərarası münasibətlərin öyrənilməsi ötən əsrin 90-cı illərinin sonlarından
etibarən qərb feminist nəzəriyyələrindən istifadə etməklə həyata
keçirilməyə başlanır. Amma başqa reallıq, sosial-mədəni kontekst bunun nə
dərəcədə düzgün olması məsələsini qabardır. Bu səbəbdən feminist
diskursda konkret cəmiyyət və stratlarda gender münasibətlərinin empirik
təhlili ilə bağlı məzmun bloku ilə geniş anlamda tədqiqat metodologiyasını
ayırmaq lazımdır. Konkret empirik tədqiqatların nəticələri, sözsüz ki,
fərqlənəcək. Məsələn, cinslər ailədaxili etnik, dini, mədəni və başqa
əlamətlərə görə fərqlənəcək. Mədəniyyətlə şərtlənmiş xüsusiyyətləri bir
xalqdan başqası üzərinə köçürmənin doğru olmayacağı əvvəlcədən bəllidir.
Metodologiyadan geniş planda, yəni epistemologiya, mövzunun seçilməsi
və formalaşdırılması və tədqiqatın metodik təminatı sahəsində qərb
nəzəriyyələrindən faydalanmaq olar.
Qərbdə və keçmiĢ Sovetlər Birliyində qadının öyrənilməsi
Gender münasibətlərinin öyrənilməsində bilik sosiologiyası yanaşmasından
istifadə olunur. «Bilik sosiologiyasının əsas tezisinə görə, təfəkkür növləri
mövcuddur ki, sosial kökləri üzə çıxarılmadan adekvat anlaşıla bilməz...
Biliyin sosiologiyası təfəkkürü, onun tarixi və sosial situasiya ilə konkret
bağlılığını başa düşməyə çalışır» (1).
Bu tezisi qadının öyrənilməsinə tətbiq etsək, tədqiqatın ontoloji, siyasi,
qnoseoloji və koqnitiv faktorlarını ayırd etməli olarıq. Ontoloji faktorlara
gündəlik praktika çərçivəsində cinslərarası və cinsdaxili münasıbətlərin
gender kontraktları kimi razılaşması aiddir. Siyasi faktorlara gender
münasibətlərini problem olaraq ələ alan qadın hərəkatı təcrübısini,
qnoseoloji faktorlara isə gender mövzusunun təhlilində istifadə olunan
dərketmə alətlərini aid edirik. Koqnitiv faktorlar qadın hərəkatında iştirak
746
ilə bağlı gender münasibətlərinin refleksiyası və bilikləri nəzərdə tutur. Bu
faktorların Qərb kontekstində işləməsi 1970-ci illərdın başlayaraq qadın və
gender tədqiqatlarının institutlaşması formasında cərəyan edib. Tədqiqatlar
ikinci dalğa qadın hərəkatının koqnitiv praktikası olaraq inkişaf edib.
Makrososial nəzəriyyənin gender mövzusuna adaptasiyası əsasında 3
tədqiqat istiqaməti formalaşıb: 1). Liberal feminizm- cinsi rollar yanaşması,
2). Radikal feminizm- təkcə qadınların araşdırılması, 3). Konstruktivizm-
gender tədqiqatları. Bu yanaşmalar bir-birilərini inkar və əvəz edərək bu
günədək yanaşı mövcuddurlar.
Liberal feminizmin irəli sürdüyü cins-rol (sex-role theory) yanaşması pablik
sferada kişi və qadınların bərabərliyi məsələsini ön plana çıxarır. Ontoloji
planda qadın hərəkatının liberal qanadı Qərb cəmiyyətində dominant ―evdar
qadın‖ gender kontraktını diqqət mərkəzinə gətirdi. Qadına evdar qadın rolu
verən gender kontraktı qadının belə bir vəziyyətini ön görür ki, onun
iqtisadi müstəqilliyi, müstəqil mövcudluq mənbəyi yoxdu, o, ailədə ana və
arvad rolu oynayır. Bu cür gender konvensiyası tək və uşaqsız qadınları
istisna və deviant qrup durumuna salır. Bu yanaşmada orta sinfə aid ərli ağ
qadının təcrübəsi başqa kateqoriya qadınların üzərinə köçürülmüş olur.
Bu gender ontologiyası müxtəlif cür yozulub. Ən populyar yozumlardan
biri S. de Bovuarın ―İkinci cins‖ kitabında irəli sürdüyü cinsi fərqlərin
ekzistiensialist şərhidi və ―qadın doğulmurlar, qadına çevrilirlər‖ şüarıyla
ifadə olunur. Amma sosioloji nəzəriyyədə əsas mövqe struktur
funksionalizmə aid idi. Bu istiqamətin klassiki T. Parsons ötən əsrin 40-50-
ci illərində amerikan cəmiyyətində evdar qadın statusunu ailə misalında
cinsi rolların bölünməsi konsepsiyası şəklində ifadə etdi. Bu nəzəriyyəyə
görə, qadın sosial sistemdə ekspressiv, kişi instrumental rol oynayır.
Ekspressiv rol ailədə balansı saxlamaq üçündür. Bu, evdar qadındır.
İnstrumental rol ailə və başqa sosial sistemlər arasında nizamlayıcı
funksiyanı yerinə yetirən təminatçı roludu. Ötən əsrin 60-cı illərindən
meydana çıxan ali təhsilli, tək qadınlar bu gender kontraktı ilə razılaşmır,
siyasət və iqtisadiyyat sahəsində bərabərhüquqluluq tələb edirlər.
Liberal feminizmin epistemoloji bazası qadınlar haqda yeni, ―obyektiv‖
biliyə yönəlmə oldu. Qadını ―görünən‖ etmək onu idrakın həm subyekti,
həm obyektinə çevirməkdir. Bu metodologiya ―qadının əlavə edilməsi‖-
adding women adlanır. Qadını idrak subyekti olaraq əlavə etmək qadını
elmi cəmiyyətin faktik iştirakçısına çevirməkdir. Obyekt kimi əlavə etmək
qadın təcrübəsini öyrənməkdir. Liberal feminizm bu ikili strategiyanı
həyata keçirmək üçün müxtəlif statuslu mövqelərdə kvota tətbiqi, eləcə də
qadın tarixi, qadın ədəbiyyatı və qadın əməyini öyrənməyi təklif edir.
Liberal feministlərin təcrübəsi qadını sosial biliyin cisminə daxil etmənin
747
bir neçə yolunu nümayiş etdirir. Birinci üsul ―fiziki‖ hesab oluna bilər.
Xüsusi imkan, güzəştlər tətbiq etməklə, məsələn, kvota sisteminin tətbiqi ilə
müxtəlif sahələrdə qadın təmsilçilərin sayını artırmaq olar. Amma bu
yanaşmayla epistemoloji situasiyanı dəyişmək olmur. ―Əlavə olunan‖
qadınlar əsas sosioloji nəzəriyyənin, mövcud diskursun dilində danışmağa
başlayırlar. Problemin bu nöqtəsinə deyinən S. Hardinq və D. Smit yazırlar:
―Əlavə olunmuş qadınlar magistral metodologiyanın təsəvvürlərini
mənimsəyərək abstrakt, ehtirassız-hissiz, kontekstdənkənar, bədənsiz-
cismsiz düşünən Homo-nu idrak subyekti hesab edirlər. Onlar bu
təsəvvürləri öz tədqiqatçı rolları olaraq mənimsəyərək öz şəxsi təcrübələrini
istisna edirlər. Yeni bilik əldə olunsa da, kartezian idrak sistemində
formalaşmış epistemoloji münasibətlərin əsasları olduğu kimi qalır‖(2, s.29-
63)
Qadınları əlavə etmə strategiyasının ikinci variantı bəzi ənənəvi tədqiqat
sahələrinə cəmiyyətin inkişafında xidmətləri olan qadınların ―qadınlar
ədəbiyyatda‖, ―qadınlar tarixdə‖, ―qadınlar siyasətdə‖, ―ictimai-rəy lideri
qadınlar‖ rubrikaları adı altında qadın mövzuları formalaşdırmaqdır. Amma
qadın mövzularını sosial tədqiqatlara daxil etmək sosial biliyin mövcud
nizamını dəyişə bilməz. Qadının idrak obyekti kimi daxil edilməsi
cəmiyyətdə bərkimiş gender praktikalarını qoruyub saxlayır. Öyrənilən
qadınların ikincili statusları patriarxal nizam tərəfindən təkrar istehsal
olunur.
Qadınları dominant diskursa daxil etmənin üçüncü yolu bəzi spesifik qadın
təcrübələrinin öyrənilməsidir. Bunlar zorakılığa uğramış, ev-eşiyindən
didərgin salınmış qadınların təcrübələri ola bilər.
Radikal feminizmin məhsulu sayılan women studies əmindir ki, cinslər
arasındakı patriarxal münasibətləri hüquqi tədbirlərlə dağıtmaq mümkün
deyil. Patriarxatın gerçək əsasları özəl, intim sferalardadır və onlar
refleksiya sahəsinə gətirilmədikcə qadın istismar obyekti olaraq qalacaq.
Seksuallıq və reproduktiv funksiya kapitalist istehsal münasibətləri ilə
yanaşı qadını istismarın əsasında durur.
Radikal feministlər elmə qadını ―əlavə etməy‖i yetərsiz yox, təhqiramiz
sayır. Qnoseologiyada radikal feminizmin əsas tezisi mövqe yanaşması-
standpoint theory-dir. Bu yanaşmanın məğzi ondadır ki, cinslərlə bağlı
həqiqətləri yalnız birbaşa qadın təcrübəsi ilə bağlı adamlar, yəni hərəkat
iştirakçısı olmuş şəxslər əldə edə bilər. Mövqe yanaşması ümumi mövqedə
dayanmaq anlamındadır.
Mövqe yanaşması çərçivəsində iddia olunur ki, qadın ―münasibətlər‖
kateqoriyası çərçivəsində düşünür, onun yanaşması hissidir, konkretdir.
Feministlər qadın psixologiyası araşdırmaçısı Kerol Gilliqanın ardınca
748
abstrakt maskulinliyi – abtract masculinity- münasibətlərə yönəli
femininlik- relational feminity- yə qaqrşı qoyurlar. Qadınların tədqiqat
predmetinə elə təcrübə və praktikalar gətirilir ki, onlar elmdə kişi maraq
sahəsinə aid deyillər- əzablar, emosiyalar, seksuallıq. Sosial tədqiqatlarda
özəl sfera və gündəlik təcrübə təhlil predmetinə çevrilir. Qadın təcrübəsi
hiss edən və həssas praktikaya aid edilir. Maskulin rasionallaşdırma
qadınların uşaqlarla təcrübəsini anlamaq iqtidrında deyil. Bununçun
tədqiqat sferasına qayğı münasibətlərinin emosional təcrübəsini daxil etmək
lazımdır. Mövqe yanaşması qadının müəyyən növ idrak subyekti kimi
təyinini ön görür.
Sosial konstruktivist mövqe gender tədqiqatları- gender studies-də əksini
tapır. Bu yanaşma genderi- cinsi əlamətə görə bərabərsizlik münasibətlərini
sosial konstruksiya hesab edir. Bu yanaşma gender mədəniyyətinin
kontekstual şərtlənməsini bu mədəniyyələ bağlı elmi və gündəlik biliklərlə
əlaqələndirir. Bu yanaşma tədqiqatçının biliyin ―sosial konstruktoru‖
roluna diqqət çəkərək hər bir halda cinslə bağlı biliyin subyektivliyinə,
obyektiv olmamasına, yəni dəyişməz, həqiqi biliyin mümkünsüzlüyünə
vurğu yapır. Inam simvolu qadınlıq və kişiliyin çoxcalığı və bunlar arasında
münasibətdir. Qərbdə qadının öyrənilməsində tədqiqatlar irəlilədikcə yeni
gerçəklər ortaya çıxdı. Bu, ilk növbədə bütün qadınlar üçün ortaq qadın
təcrübəsi fikrindən imtinaydı. Bu təcrübə din, irq, milli, yaş, sosial
zümrələrdən asılı olaraq dəyişə bilən hesab olundu. Yəni müxtəlif ölkələrdə
gender kontraktları fərqlənə bilər. Hər ölkənin öz dominant maskulinlik və
femininlik anlayışına uyğun gender kontraktı olur. Göründüyü kimi gender
tədqiqatlarının qnoseologiyası konstruktivizm üzərində qərarlaşır. Yəni
sosial quraşdırılmış dünyada ―qadınınkı‖ iddia edildiyi kimi təbii və
dəyişməz deyil.
Ötən əsrin 80-ci illərindən sosial-konstruktivist və poststrukturalist
yanaşmanın inkişafı ilə gender tədqiqatlarının institutlaşması baş verir.
Diqqət mərkəzinə gender bərabərsizliyini doğuran və təkrar istehsal edən
mexanizmlər keçir.
Postmodernist feminist epistemologiya qadının öyrənilməsində alternativ
epistemologiya sayıla bilər. Bu epistemologiya nəzəriyyədən asılı
olmayaraq mövcud olan neytral ―faktlar‖ın mümkünlüyünü inkar edir. Əldə
olunan bilik dərk edənin dəyər və maraqlarından qaynaqlanır. İstənilən
bilik, o cümlədən, sosioloji bilik hakimiyyətin mədəni formada istehsalı
deməkdir. Bu səbəbdən obyektiv biliyə iddia hər bir halda əsassızdır.
Məsələn, Cudit Batlerə görə, idrak subyekti eyni zamanda fəaliyyət
subyektidir, ―Subyekt hakimiyyətlə köklənib...və bu cür subyekt heç vaxt
tam köklənmiş olmayacaq, amma onun təsirinə məruz qalacaq və bu
749
münasibətlər təkrar-təkrar yenidən istehsal olunacaq‖(3, s.99).
İdrakın strukturu olan diskurs təyin edir ki, hansı ideyalar ifadə oluna bilər,
hansılar təkzib olunar və ya tabulaşdırılar. ―Doğruluq, həqiqət rejimi‖ni
təhlil obyektini müəyyənləşdirməklə diskurs qərarlaşdırır. Yəni həmin
düşünüləcək məsələlər, həm də idrak alətləri məcmusu diskursa tabedir.
Burdan görünür ki, diskursun doğru olmağa izin verdiyi şey doğru ola bilər.
Dərk olunan və dərk edən arasında münasibətlərin bu cür müzakirə məntiqi
obyektiv bilik əldə etmənin epistemoloji əsaslarını dağıdır. Postmodernist
epistemologiya bilik və hakimiyyətin ayrılmazlığının tanınmasından çıxış
edir. Tək obyekti öyrənən subyekt yox, ―öyrənən idrak‖ özü də quraşdırılıb.
Bilik həqiqi hesab olunan kimi o, hakimiyyətin imperativinə və ya ―istifadə
qaydası‖na çevrilir. Biliyin həqiqiliyini inkar feminist biliyin başqa bilikdən
―yaxşı‖ və ya ―doğru‖ olmasını da istisna etməkdir. Yəni feminist bilik
sadəcə alternativ baxış verə bilər, şübhə altına ala bilər, sorğulaya, çağırış
edə bilər. Gender nizamı kateqoriyalarını dekonstruksiya feminist
tədqiqatın əsas məsələsinə çevrilir. Cudit Batler, Lüsi İraqare, Elen Siksu,
Yuliya Kristeva kimi müəlliflər bu mövqedə dururlar. Digər tərəfdən,
feminist müəlliflər yeni siyasi hərəkat üçün əsas axtarırlar. Çünki
―Subyektin bu cür Fuko tənqidini gerçəklətmə subyektdən imtina və ya
onun ölümünü iddia etmək deyil, subyektin müəyyən növlərini siyasi
azğınlığın ifadəçiləri saymaqdır‖( 4, s.99), deməkdir.
KeçmiĢ Sovetlər Birliyi və Azərbaycanda qadınin öyrənilməsi
Qərbdən fərqli sosiomədəni kontekst ontoloji, siyasi, qnoseoloji və
koqnitiv fərqlər deməkdir. Ontoloji planda keçmiş birliyin gender sistemi
―həll olunmuş qadın məsələsi‖, ―işləyən ana‖ kontraktlarına dayanırdı.
Birliyə daxil respublikaların milli-mədəni özəllikləri də özünü büruzə verir.
Məsələn, Rusiyaya münasibətdə işlənən ―baş tutmayan maskulinlik‖- failed
masculinity Azərbaycana münasibətdə doğru deyil. Azərbaycanda
patriarxal münasibətlər daha möhkəmdir, maskulinlik əvvəlki ağırlığını
itirsə də, dominant mövqeyini qoruyub saxlayır.
Keçmiş Sovetlər Birliyində qadın məsələsi marksist nəzəriyyə əsasında
qoyulub, həll edilməyə çalışılıb. Məsələnin qoyuluşu da, həlli yolları,
mexanizmləri də dövlətə aiddi. Təbii ki, dövlətin qadın siyasətini
reallaşdıranlarsa kişilərdi. Tədqiqatçılar keçmiş SSRI-də qadın siyasətinin
həyata keçirilməsində 3 dövrü fərqləndirirlər.
1917-ci ildən başlayaraq 30-cu illərədək davam edən birinci dövr qadın
emansipasiyası prosesinin başlanğıcı, formalaşması və inkişaf dövrüdür.
Məhz bu dövrdə cinslərin bərabərliyi tək formal olaraq sənədlər, qanunlar
sahəsində əksini tapmır. Qadınlar həyatda hüquq bərabərliyinin
gerçəkləşdirmə imkanı tapır. Seçici, təhsil hüququ verilir, analıq
750
dəstəklənir. Qadın bölmələri, qadın şuraları, qadın qurultay və
konfranslarının çağırılması ictimai şüurda gender bərabərliyi anlayışını
yaratdı. 30-cu illərin əvvəllərindən qadınların kütləvi cəlb olunduqları
hərəkat dağılsa da, emansipasiya prosesi ardıcıl olaraq davam etdi. Sovet
cəmiyyət və dövlət həyatına qadının qatılımı genişləndi. Istehsalatda,
partiya təşkilatlarında və idarəetmədə təmsil olunan qadınların sayı davamlı
şəkildə artdı. Qadınların təhsil səviyyəsi və ictimai fəallığı yüksəldi, qadın-
ana və qadın-işçinin sağlamlığını qoruma sistemi formalaşdı.
Sovet dövlətinin qadın siyasətinin ikinci dövrü XX əsrin 30-40-cı illərini
əhatə edir. Ikinci dünya müharibəsi illərinə təsadüf edən bu dövr
bütövlükdə ölkə təsərrüfatının dağılması vaxtı kimi xarakterizə edilə bilər.
Cinslərin bərabərliyi məsələsi maksimal formallaşdırılaraq vəzifə və
öhdəlik sahəsində reallaşdırıldı. Hətta qadın sağlığına zərərli deyə qadağan
olunmuş əmək növlərinə qadınlar təzədən cəlb olundu.
Qadın siyasətinin üçüncü dövrü soyuq müharibə illərinə təsadüf edir. Qadın
emansipasiyası ideyasının ən son həddə formallaşması bu mərhələyə aiddir.
Təbliğat aparatı cinslərin tam bərabərliyinin qərarlaşmasını iddia etsə də,
dövlət idarəetməsi və ictimai rəy bu iddianın uydurma olmasının
fərqindəydi. Əslində bu dövrdə qadın məsələsinə istinad beynəlxalq
ictimaiyyətə ideoloji təsir vasitəsinə çevrilir. Bu yolla inkişaf etməkdə olan
ölkələr və sosialist düşərgəsi ölkələri sovet dövlətinin müsbət obrazının
cazibəsinə gətirilir. Bu üçüncü dövr analıq və uşaqların dəstəklənməsi
dövrü olaraq da tarixə düşüb.
Sovetlər Birliyində cinslərə, qadın məsələsinə yönəli həyata keçirilən
tədbirlər, xüsusən, qadın siyasətinin birinci dövrü məsələnin dominant
diskursa tabe tutulmasına ən yaxşı nümunədir. Yeni qurulmuş dövlətin
ideoloji sistemi sosial-iqtisadi islahatları dəstəkləmək istiqamətində
fəaliyyət göstərirdi. Dünyada ilk dəfə 1920-ci ildə Rusiyada abort qanunla
leqallaşdırılır. Həmin il boşanmalar da qanunla leqallaşdırılır.
Yeni dövlətə idelloji baxımdan asan idarə olunan gənclər lazımdı. Bu
məqsədlə nikahdankənar doğumlar təbliğ olunurdu. 1923-cü ildə SSRI-də
doğulan uşaqların 50%-i nikahxarici olmuşdu. «Qadın uşaq dünyaya
gətirən bir maşın kimi sənayeləşmə və kollektivləşmə prosesinə işçi
resursunu təmin etməli, öz fiziki qüvvəsini ucuz işçi qüvvəsi kimi dövlətin
iqtisadi həyatına sərf etməli idi. Yeni sistem «qadın azadlığı» ideyası
altında qadını ailənin və kişinin istismarından xilas edib, dövlətin istismar
alətinə çevirirdi(5, s.531).
Dövlətin cinsi, ailə siyasəti etnik, mədəni, dini özəllikləri nəzərə almadan
yeni diskursun tələblərinə uyğun formalaşırdı. Xalq Komissarlarının
1Yanvar 1918-ci il qərarı ilə17-30 yaşarası bütün (5 uşaq anaları istisna
751
olmaqla) zəhmətkrşlərin intim istifadəsinə verilirdi. 1920-ci ildə yaradılmış
«azad sevgi» büroları müraciət edən kişiləri qadınla təmin edirdilər.
1925-ci ildə Moskvada səslənən «Həyaya son!», «Ailəyə son!», «Nikaha
son!» şüarları yerlərə, Azərbaycana da gəlib çıxmışdı. Avtobusun üstündə
uzanmış çılpaq qadın o illər seksual siyasətinin rəmzi olaraq bu gün də
xatırlanmaqdadır. Bənzəri seksual inqilab dünyanın heç bir ölkəsində
yaşanmamışdı. Stalinin hakimiyyətə gəlməsi ilə dövlətin qadın, ailə, uşaq
siyasəti də dəyişir.
Qərbdə qadın emansipasiyası və keçmiş Sovetlər Birliyində qadın
məsələsinin araşdırılması əsasında bəzi nəticələr çıxarmaq olar:
Çar Rusiyası və onun mənəvi varisi eks Sovetlər Birliyində qoyulan
«qadın məsələsi» daha kompleks xarakterlidir. Ölkənin sosial, siyasi,
iqtisadi problemlərinin kompleks həllinə yönəlidir;
Qərbdə meydana çıxan qadın emansipasiyası ideyası, onun birinci, ikinci
dalğa feminist hərəkatda reallaşması daha dar, əsasən siyasi tələblərlə (ilk
növbədə seçki hüququ) müşayiət olunan yanaşmadır;
«Qadın məsələsi»nin ideya müəllifləri kişilərdir;
Feminist hərəkatın ideoloqları qadınlardır (marksist, sosialist feministlər
ümumi hərəkatın hissələri kimi istisnadırlar );
Qadın məsələsinin qoyuluşu, adding siyasətinə uyğun kvota sisteminin
tətbiqilə yaranan qadın fəallar, məsələn, parlamentdə qadın fraksiyalarının
fəallığı formal xarakterlidir, onlar hakim ideologiya, siyasi kursun qeyd-
şərtsiz təbliğçiləridirlər;
Qərbdə «öz alın təri» ilə mövqe əldə edən qadınlar fəaliyyətlərində
hərəkat,
qrup
maraqlarını
şəxsi
maraqlardan
üstün
tutmaq
məcburiyyətindədirlər;
Adding, kvota sisteminin tətbiqi ilə meydana çıxan qadın-liderlər qadın
maraqlarına biganədirlər, öz aralarında qadın dayanışması nümayiş etdirə
bilmirlər;
Sovet emansipasiya siyasətinin paternalist yönümü aşkardır- bu siyasətin
«yuxarı»-dan gerçəkləşməsi qadını sadəcə bu siyasətin obyektinə çevirdi.
Qadın emansipasiya siyasətinin subyekti ola bilmədi;
Sovetlər birliyinin qadınlara yönəli siyasətinin ikili xarakteri bir tərəfdən,
qadınların bərabər imkan və bərabər hüquq əldə etməsinə yönəli sosial
siyasət, diğər tərəfdən, bütün bu siyasətin epizodik xarakterində idi. Həyata
keçirilən miqyaslı tədbirlərə rəğmən qadına ənənəvi münasibət dəyişməmiş
qalmışdı. Retrospektiv yanaşmada sovet dövlətinin qadın siyasətini
qiymətləndirsək, konstitusiya prinsipi, qanun bazasına rəğmən keçmiş
SSRI-də faktik cinsi bərabərlik olmayıb. Bunun bir səbəbi də
752
qanunvericilikdə
əksini
tapmış
müddəaların
ictimai
rəylə
dəstəklənməməsidir.
Bir daha metodologiya haqda
Yəqin ki, humanitar elmlərin təbiət, texniki, dəqiq elmlərdən əsas
fərqlərindən biri də anlayışların, metodologiyanın qeyri-müəyyənliyidir.
Fəlsəfəni birmənalı humanitar sahəyə aid etmək doğru olmasa da, bu sahədə
işin metodoloji çətinlikləri əslində yaxşı məlumdur. Qadın refleksiyası,
onun fəlsəfə tarixində araşdırılmasını çətinləşdirən başlıca məsələlərdən biri
metodoloji, konseptual bazayla bağlı çətinliklərdir. Hərçənd patriarxal
düşüncə qadının özünün düşüncə qabiliyyətini şübhə altına alır. Bəri başdan
deyək ki, qadın düşüncəsinə münasibətdə ən başlıca əks-arqumentlərdən
biri qadının məntiqli düşünə bilməməsi iddiasıdır. Bütün fəlsəfə tarixini
mizoginiya tarixi olaraq görən feministlər fəlsəfə klassiklərini müzakirə
obyektinə çevirməklə bunun əksini sübut etməyə çalışmışlar. Xüsusən,
müxtəlif elm, incəsənət sahələrinə münasibətdə ―dahi qadın yoxdur‖ fikri
feministlər arasında ən çox rezonans doğuran məsələlərdəndir. Feminist
fikir bu məsələnin qoyuluşunda əslində 3 mərhələ adlamış sayıla bilər. İlkin
etiraz qadın və kişilərin həyat şəraiti, konkret olaraq qadının cəmiyyətdəki
sosial, siyasi statusunu nəzərə almaqla sadəcə özünüifadə imkanı olmaması
yönündəki spekulyasiyalarla bağlıdır. Qadın cəmiyyətdə qul, kölə
durumundaydı, onun təhsil, hər hansı qabiliyyətini inkişaf etdirəcək ixtisas
təhsili almaq imkanı yox idi. Amma filosofların qadın düşüncəsi ünvanına
səsləndirdikləri etimadsız fikirlər yanında azad (məhz ailə, məişət
öhdəliklərindən azad qadın) qadın fenomeni də görünməkdədir. Yunan
heteraları, yapon geyşaları, saraylarda xüsusi məqsədlə yetişdirilən qızların
ədəbiyyat, sənət və hətta elm sahəsində sərbəst mühakimə yürüdüb kişi
alim, sənətkarlar üçün ilham pərisi olmaları yaxşı məlumdur. Problemin
qoyuluşuna yanaşmada ikinci mərhələ tarixdə iz qoymuş qadınların axtarışı
ilə bağlıdır. Bu məsələ ədəbiyyat, elm, incəsənət sahəsində unudulmuş
qadın-müəlliflərin axtarışı formasında ifadə olunub. Bu sahədə görülən
işlərlə Qərbdə, eləcə də bəzi Şərq ölkələrində tarixin yadda saxlamadığı
qadın-müəlliflər aşkar edilərək ümumi tarixə qazandırıldı. Amma bu
məsələyə münasibətdə əsl dönüş nöqtəsi ―dahilik‖ anlayışının özünün
yenidən mənalandırılmasıyla bağlıdır.
Dostları ilə paylaş: |