Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi


Azərbaycan fəlsəfəsində qadın identikliyi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə73/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   69   70   71   72   73   74   75   76   ...   98
AMEA-National Philosophy-2019


Azərbaycan fəlsəfəsində qadın identikliyi 

Qadın  identikliyinin  fəlsəfi  konsepsiyalarını  Qərbdə  feministlər  işləyib 

hazırlayıb.  Bu  məsələyə  iki  cür  yanaşma  esensialist  və  qeyri-esensialist 

yanaşma  uyğun  olaraq  fərqlər  nəzəriyyəsi  nümunəsində  fransız  feminist 

məktəbi və ingilis-amerikan feminist məktəbi misalında təqdim olunur (bu 

haqda ətraflı bax- 21). Son konsepsiyalar postmodernist əsaslı olduğundan 

kifayət  qədər  çevik-flexible  hesab  olunur,  qloballaşmanın  dünyanı  böyük 

kənd  halına  gətirdiyi  günümüzdə  dünyanın  hər  yerində  özünü  doğru 

göstərmə ehtimalını artırır. 

Bununla belə, yuxarıda feminizm haqda söylədiklərimizi də nəzərə almaqla 

Azərbaycana  münasibətdə  fərqli  qadın  identikliyi  konsepsiyası  işləyib 

hazırlamaq ehtiyacını dilə gətirməliyik. 

Əvvəla, feminizm (marksizm də bu kritikadan geniş istifadə edir) patriarxat 

haqda  təsəvvürləri  çox  universallaşdırır.  Hər  yerdə,  hər  zaman  hər  şeyi 

patriarxal  münasibətlər  prizmasından  qiymətləndirməyə  çalışır  və  dolayısı 

ilə  kişi  düşmənçiliyi  doğurmuş  olur  ki,  bu  da  bizimki  kimi  ənənəvi 

cəmiyyətlərdə  haqlı  etiraz  yaradır.  Oysa  daha  geniş  yanaşmada  kişilər  də 

tarixin  (patriarxatın  yox)  qurbanlarlarıdır.  Müharibələrdə  ən  çox  kişilər, 

xüsusən,  gənc,  cavan  kişilər  kütləvi  şəkildə  qırılır,  qadınlar  daha  çevik 

olmaları  səbəbinə  dəyişik  mühit  və  dövrə  daha  tez  uyğunlaşa  bilirlər. 

Ümumiyyətlə,  daha  geniş  yanaşmada  patriarxat  dövrün  dominant 

diskursunun  tələblərini  yerinə  gətirən  münasibətlər  toplusudur  ki,  onun 

kişilərlə, hələ fərd halında kişi ilə elə bir bağlantısı yoxdur. Dil, mədəniyyət 



761 

 

bu münasibətləri özü yaradır və təkrar istehsal edir.  



Başqa bir məsələ qadınlara qarşı zorakılığın universallaşdırılması məsələsi 

ilə  bağlıdır.  Bu  məsələdə  də  feminizmin  xidmətləri  danılmazdır. 

Reduksionist, dualist yönümlü Qərb təfəkkürü hər yerdə istismar, ayrılıqlar, 

fərqlər arayışına rəvac verir. Feminizm Qərb təfəkkürünün bu xüsusiyyətini 

bir tərəfdən, qeydə alıb tənqid edir, diğər tərəfdən, özü də bu tələyə düşür.  

Qadına  qarşı  zorakılıq,  əlbəttə,  bütün,  o  cümlədən,  ənənəvi  cəmiyyətlərdə 

mövcuddur.  Sadəcə,  o, feministlərin  iddia etdiyi  kimi  məhz  qadına  yönəli 

deyil.  Zorakılıq,  şiddət  dövrümüzün  əsas  bəlasıdır  və  sadəcə  etik,  hüquqi 

məsələ  deyil.  Bütün  problemləri  sosial  kontekstə  bağlamağa  meyl, 

məsələnin  arxasında  duran  ekzistensial,  qnoseoloji  əsasları  görməzə, 

danmaza gətirib çıxarır. Maraqlıdı ki, Azərbaycanda qadına qarşı zorakılığa 

həsr  olunan  elmi  işlər,  məsələn,  sosial-fəlsəfi  kontekstdə  işlənən 

dissertasiya  işləri  durmadan  artır.  Bunu  AAK  yanında  Fəlsəfə  üzrə 

Koordinasiya Şurasının verilərinə dayanaraq sübut etmək mümkündür. 

Zorakılıq  bütövlükdə  cəmiyyətin,  dünyanın,  zamanın  bəlasıdır  və  ondan 

kişilər  də  qadınlar  qədər  əziyyət  çəkir.  Suisidin  artması  insanın 

mürəkkəbləşən  dünya-insan-cəmiyyət  münasibətləri  qarşısında  acizliyinin 

göstərgəsidir  və  reduksionist,  ayrımçı,  rasionalist  təfəkkür  bu  problemin 

həllini tapa bilməz.  

Milli  fəlsəfədə  qadın  identikliyinin  fəlsəfi  əsaslarına  gəlincə,  bu,  sözsüz, 

ənənəyə, onun ilkin mənbəyi mif və folklora dayanmalıdır.  

Qərb  feminist  fikri  qadının  yarımadam  (bax,  21,  s.247)  hesab  olunması 

tezisindən  çıxış  edir  və  qadının  identiklik  konsepsiyaları  bu  müddəanı 

sıradan  çıxarmaq  yönündə  spekulyasiyalar  üzərində  qərar  tutur.  Türk  mif, 

folklor  nümunələrinə  əsaslanaraq,  bizim  mədəniyyətdə  tək  qadının  yox, 

kişinin  də  yarımadam  hesab  olunması  tezisini  irəli  sürmək  mümkündür. 

Məhz  bu  iki  cinsin  bir  tamda-  ailədə  birləşməsi  hər  iki  cinsi  tam,  bütöv 

adama  çevirir.  Mədəniyyətimizdə  evlənməmiş,  ailə  qurmamış  erkəyi  kişi 

hesab    etməmək  bu  görüşdən  qaynaqlanır.  Ümumiyyətlə,  Haydeggerüsulu 

dekonstruksiya  tək  sözlərə,  onların  etimologiyasına  münasibətdə  yox, 

ənənəyə münasibətdə də çox maraqlı material verə bilər. 

Azərbaycan mədəniyyətinin, fəlsəfəsinin ən qabarıq xüsusiyyətlərindən biri 

bu mədəniyyətdə «örtü», «pərdə» (Əli Abasov) məsələsidir. Gizlilik sadəcə 

mədəniyyətin  özünüqoruma  vasitəsi,  etik  prinsip  yox,  eyni  zamanda 

qnoseoloji  prinsipdir.  Bu  mədəniyyətin,  ümumiyyətlə,  reflekiyaya  qapalı 

olması  anlamında  yox,  bu  refleksiyanın  dilə  gətirilməməsi,  yad  gözlərdən 

gizlədilməsi  mənasındadır.  Yeri  gəlmişkən,  yapon  fəlsəfəsi araşdırmaçıları 

da bu fəlsəfənin belə bir xüsusiyyəttindən söz açır. Yaponların, bir tərəfdən, 

müasir dünyanın elmi-texnoloji çağırışlarına cavab verib, digər tərəfdən, öz 



762 

 

milli-mədəni kimliklərini qoruya bilmələrində bu gizliliyin payı böyükdür. 



Azərbaycanlıları mərasimçilikdə (toy, yas mərasimlərinə, göstəriş xarakterli 

əşyalara  böyük  pullar  xərcləmək)  günahlandırmaq  əsassız  sayıla  bilməz. 

Amma ənənəyə münasibətdə dekonstruksiya milli birlik, həmrəyliyin məhz 

bu  bayram  və  mərasimlərdə  formalaşmasından  xəbər verir.  Ənənəylə  ilkin 

bağlılığını  itirən,  nəyi  niyə  etməsini  yaddan  çıxaran  xalq  mərasimlərə 

sadiqliklə öz mili-mənəvi birliyini qoruyub saxlamağa çalışır.  

Bütün  bu  söylənənlər  milli  fəlsəfə  zəminində  identiklik  (istər  qadın,  istər 

kişi) konsepsiyası işləyib hazırlamanın önəmini üzə çıxarır. 

Milli  fəlsəfəni  xalqın  ruhani  arayışları  fenomeni  olaraq  tanımlasaq,  burda 

mentalitet, 

psixologiya,  özünüdərk  və  milli  yaddaş  intellektual 

dünyagörüşün mənbəyi olaraq çıxış edəcək. Intellektuallığın konsentrasiya 

və ya gərginlik səviyyəsi rasionallıq göstəricisidir. Fəlsəfə ilkin formasında, 

yunan ənənələrinə görə rasional yönümlüdür. Məhz bu rasionallıq dərəcəsi 

milli  fəlsəfələrin  mümkünlük  diskussiyalarını  doğuran  səbəbdir.  «Qərb, 

Şərq  fəlsəfəsi  məsələsi  dünyagörüşündə  rasionalizm  kriteriyasını  seçmək 

məsələsidir»(22).  Amma  Şərqdə  ruhani  aləmin  fəlsəfədən  daha  geniş, 

fəlsəfənin bu dünyanın bir hissəsi olması rasionallıqdan başqa düşüncələrin 

milli  fəlsəfə  məsələlərində,  o  cümlədən,  milli  qadın,  kişi  identikliyi 

məsələlərinin işlənməsində zəruri qılır.  

 

Mənbə və qeydlər

1.  Манхейм К. Диагноз нашего времени. М, 1994; 

2.  Sandra  Harding,  Introduction/  Is  there  a  feminist  method,  pp.1-14,  Смит  Д. 

Социологическая  теория.  Методы  патриархатного  письма//  Хрестоматия 

феминистских текстов,СПб.:2000; 

3.  Батлер  Д.  Случайно  сложившиеся  основания:  феминизм  и  вопрос  о 

«постмодернизме»// Гендерные исследования.1999, №3; 

4.  Батлер  Д.  Случайно  сложившиеся  основания:  феминизм  и  вопрос  о 

«постмодернизме»// Гендерные исследования.1999, №3; 

5.  Rauf Məmmədov. Tarixdə qadının  yeri  və rolu// Tarixin  fəlsəfəsi: retrospektiv 

və perspektiv, Bakı, Azərbaycan, 2018; 

6.  G. Pollock. What‘s wrong with Images of Women, Betterton, ed/, Looking on: 

Images of Feminity in the visual Arts and media (London and New York: Pandora 

Press, 1987; 

7.  Gouma-Peterson Th., Mathews P. «The Feminist Critique of Art History», The 

Art Bulleten LXIX, Sept. 10987; 

8.  Эвола  Ю.  Оседлать  тигра  (  перевод  с  итальян.  В.  Ванюшкиной),  СПб.: 

Владимир Даль, 2005; 

9.  Cəlal  Bəydili  (Məmmədov).  Istiqbal  xalq  ədəbiyyatınındır  (seçmə  yazılar), 

Bakı, 2005; 

10.  Səlahəddin Xəlilov. Cavid  və Cabbarlı. Müxtəlifliyin vəhdəti (fəlsəfi etüdlər), 


763 

 

Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2001; 



11.  Ахмед бек Агаев. Женщина по исламу и в исламе// Азербайджан в мире, 

н.4(6), октябрь 2006, с. 98-182; 

12. Arayış.  Qadın  sözünü  ifadə  edən  ləfzlər  türkçə  ―xatun‖,  farsca  ―zən‖,  azəri 

ləhcəsində ―övrət‖ və Krımda ―apaxay‖dır. Xatun yüksək sinif qadınlara verilən bir 

ünvandır  ki,  osmanlı  türkcəsində  ―x‖-nin  ―k‖  hərfinə  dəyişməsilə  ―kadın‖ 

olmuşdur.   Zən Avesta dilindəki ―Les denas‖ın yeni bir şəkli olmalıdır. Professor 

Harle  bu  sözü  belə  təfsir  eləyir:  ―Jena  ya  sadə  qadın  mənasını  ifadə  edir,  yaxud 

doğruluq,  din,  pərəstiş,  şəfqət,  zəka,  nemət  kibi  məfhumları  təmsil  edən  rümuzu 

şəxsiyyətlərdən ibarətdir‖. Övrət ərəbcə bədəni-insanın görünməsi və  göstərilməsi 

eyib  sayılan  və  haram  olub,  namazda  örtülməsi  şərt  olan  yerləridir.Apaxay-abla 

ağay  ―abla  ağa‖dan  zəbanzədi  olmuş  bir  ləfzdir  ki,  yalnız  Krım  tatarı  arasında 

istemal olunur. ―Böyük bacı ağa‖- deməkdir. Bu kiçik filoloji təhlil bizə böyük bir 

tarix  açır:  Xatun  və  abla  ağa  sözləri  türk  irqinin  qadına  qarşı  bəslədiyi  hörməti 

göstərir;  Zən  arilərin  bidayətdə  qadını  təqdir  etməsinə  işarədir.  Övrət  isə  ərəb 

istilasıyla  Azərbaycanda  və  Şərqi  Anadoluda  istemala  başlanmış  sözdür  ki,  islam 

ehkamını  açıqcasına  anladır.  (Yusif  Vəzir  Çəmənzəminli.  Biz  kimik?  Məqalələr, 

Bakı, Nurlan- 2004, s. 110)   

13. Akimova Elnarə Seydulla qızı. Müstəqillik dövrü Azərbaycan poeziyası müasir 

ədəbi təmayüllər kontekstində. Filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq 

üçün təqdim edilmiş dissertasiya, Bakı-2017 

14. Elnaz Eyvazlı 

Səhərəcən buz kimi yataqda  

 İt kimi ulayıram. 

 Qonşum deyir ki,  

 Bu gecə bir köpək bizi yatmağa qoymayıb. 

 Qayıt, məni saçlarımla yuvama zəncirlə. 

 Həsrətindən köpək olduğumu  

 Biləcəklərindən qorxmuram. 

 Bu gec-tez hamıya çatacaq.  

 Sahibsiz olduğumu bilsələr,  

 Hərə bir daş atacaq. (Eyvazlı Elnaz. Kişi etirafı, Bakı, Qanun, 2011, s.56) 

15. Xuraman Hüseynzadə  

Ah, Azad qadın... 

Bu məhbəs məmləkətdə  

Elə  heykəl  olaraq  qalacaqsan...  (Hüseynzadə  Xuraman.  Ağ  atlı  Avropa.  Bakı, 

Qanun, 2011, s.15) 

16. Sevinc Pərvanə 

qadınlığıyla barışanları  

heç sevmədim 

daha sonra yazığım gəldi onlara, çünki uşaq kimidirlər lap 

ovcunda ağlayır qadınlar 

gözləri ovuclarının içindədi...(Pərvanə Sevinc. Uçuş məsafəsi. Bakı, Qanun, 2006, 

s.12) 


764 

 

17. Günel Mövlud  



bağışla məni, ana 

mən qürbətdə anladım 

vətən qadınları necə mənasizdır. (Mövlud Günel. 5XL, Bakı: Qanun, s.19) 

18. Sevinc Çılğın 

Adam kimi yaşamaq üçün  

Özündən qaç 

Lazımsa  

Özünə yox deməyi məşq et.. 

Süpür keçmişini 

Üflə hisslərinin tozunu 

Yaşamağa davam! (Çılğın Sevinc. Mən @2006, Bakı: Qanun , 2007, S. 39) 

19. Aqşin. Sizin eradan əvvəl 

Qadınlara elə gəlir ki, qaranlıq onları gizləyir 

Əksinə, qadın qaranlıqda daha aydın görünür 

Məndən iki addım qabaqda gedən bu qadının 

azadlığının sərhəd dirəkləridir sevişdiyi kişinin qolları 

o ―dirək‖lərdən o tərəfdə səhər çoxdan açılıb 

kişi qolları arasında qadın üçün həmişə qaranlıqdır  

qadın azadlığı qaranlıqdır. (Aqşin. Unutmaq sözünün şəkli. Bakı: Adiloğlu, 2002, 

s.17) 


20. Kamal Abdulla. Unutmağa kimsə yox. 

Qarağacın kölgəsi hər yana çatdı,  

Amma sən kölgənin altında yoxsan. 

Sən yoxsan. Sən Qarağacı unutmadın. 

Qarağac səni untdu. Qarağac indi səni anır. 

Qarağacın ürəyi deşilir.Para-para olur. 

Göy də, yer də sən deyir. 

Qarağacın kölgəsi hər yana çatdı. Sən yoxsan. 

Qarağac səni unutdu. 

Yerin ürəyində taxtını qurdun. 

Qarağacı ürəyində saxladın.  

Qarağac səni unutdu. 

Qarağacın  kölgəsi  səni  anır.  (Kamal  Abdullayev.  Unutmağa  kimsə  yox.  Bakı, 

Azərbaycan dövlət nəşriyyatı, 1995, s. 104) 

21. Mahrux  Abbas.  Müasir  feminist  nəzəriyyələrdə  qadın  identikliyi  məsələsi// 

Müasir fəlsəfə: idrakın ən yeni istiqamətləri, Bakı, Elm və təhsil, 2014, s.238-256;  

22. Али.  Абасов.  Какой  была,  есть  и  может  стать  философия  вообше  и 

национальная  в  частности//  Проблемы  истории,  теории  и  методологии 

познания, Баку, Yeni Nəsil, 2001.  

 

 


765 

 

Nəzakət Salmanova  



 

MĠLLĠ FƏLSƏFƏDƏ AĠLƏ DƏYƏRLƏRĠNĠN ROLU 

 

Milli  ruh  hər  hansı  millətin  özünəməxus  dəyərləridir.  Dini  ruh  bir  neçə 



millətin  ortaq  dəyərləridir.  Beynəlmiləl  ruh  bütün  millətlərin  ortaq 

dəyərləridir. 

Milli ruh hər hansı millətin özünəməxsus dəyərlərdirsə, bu dəyərləri aradan 

qaldırmaq  üçün  ən  güclü  silah  din  və  yaxud  da  ideologi  fəlsəfi 

cərəyanlardır. 

Milli ruh elə bir sistemdir, quruluşdur ki, onu tasadüfən aradan qaldırmaq 

mümkün  deyildir.  Milli  ruhu  aradan  qaldırmaq  üçün  önəmli  vasitələrdən 

biri,  bəlkə  də  birincisi  ―ailə  fəlsəfəsi‖nin  pozulmasıdır.  Əslində  hər  bir 

millətin ruhunun təməlində ailə və ailələr dayanır. Ailə fəlsəfəsi yoxdursa, 

millət,  milli  ruh  dünəndən  yoxdur.  Ola  bilər  ki,  burada  ―ailə  fəlsəfəsi‖ 

kəlməsi  qəribə  görünsün.  Əslində  ―ailə  fəlsəfəsi‖  yoxdursa,  cəmiyyətə 

qazanılacaq fərd də yoxdur. Fərd isə ailədə dünyaya gəlir. Ailə də millətin 

sütunudur.  Ata  və  ana  isə ailənin  təməlidir.  Nənələr və  babalar  da  ailənin 

örnəkləridir. 

Deməli, ailə ata, ana, körpə, nənə və babadan ibarət güclü, amma kiçik bir 

milli birlikdir. Bu milli birliyi bir arada tutan ailə törəsidir. Yəni bütün ailə 

üzvlərinin  zorunlu  olaraq  əməl  etməli  olduqları  yazılmamış  qayda-

qanunlardır.  Bu  törələrə  görə  hər  bir  ailə  üzvü  öz  funksiyasını  bilməli  və 

ona  əməl  etməlidir.  Ailə  daima  və  əbədi  olaraq  bir  sistemin  içində 

olmalıdır.  Zaman-zaman  ailə  daxilində  müəyyən  dəyişikliklər  baş  verə 

bilər. Amma istənilən dəyişiklik, islahat ailənin ümumi mahiyyətinə, təməl 

prinsiplərinə  zərər  gətirməməlidir.  Ailə  həmişə  əsas  prinisplərinə  sadiq 

qalmalı, nə olursa-olsun onlardan imtina etməməlidir. 

Məncə,  ailənin  əsas  prinsipləri  bütövlük,  yekdillik,  şərəflilik,  inamlılıq, 

inanclılıqdır. Bütövlük ailənin  başlıca  sütunudur.  Nəyin  bahasına  olursa-

olsun  ailə  dağılmamalıdır.  Ailənin  şərəfini  tapdalayan  istənilən  üzvün 

bəraəti 

yoxdur, 


layiq 


olduğu 

cəzanı 


sözsüz-sorgusuz 

çəkməlidir. Yekdillik ailə  üzvlərinin  önəmli  məsələlərdə  ortaq  nöqtədən 

çıxış  etməsidir.  Hər  bir  ailə  üzvü  çıxarılan  qərara  uymalıdır. 

ġərəflilik ailənin  üzüdür. Bu  üzü  dəyişdirmək,  ona başqa  bir rəng  qatmaq 

qəti  qadağandır. Ġnamlılıq ailədə  qarşılıqı  etibardır.  Ailə  üzvləri  bir-

birlərinə  nünasibətdə  inamsızılığa  yol  verməməli,  əgər  hər  hansı  şübhə 

toxumları  varsa  onu  cücərməyə  qoymamalıdır. Ġnanclılıq  tapındıqları 

dəyərləri  mənimsəmək  və  dərk  etməklə  olmalıdır.  Kor-koranə  inancın 

əvvəli  olmadığı  kimi,  sonu  da  yoxdur.  İnanc  ilk  növbədə,  Tanrıya 



766 

 

tapınmaqdır. Tanrısını  dərk  edən,  yaxud  da,  anlamağa  çalışan  millətini  və 



vətənini də sevmək iqtidarında olacaqdır. 

Bütün bunlar ailə sisteminin təməlləridir. Bunlar olmadan ailə sistemindən 

bəhs etmək mənasızdır. 

Bu  anlamda  millətin  etnik  kimliyi,  dini  kimliyi,  ədəbiyyatı,  tarixi, 

mədəniyyəti,  əxlaqı,  adət-ənənələri  ilk  növbədə  ailədən  başlayır.  Ailə 

məktəbi uşaqlar üçün kimlik, tarix və mədəniyyət məktəbidir. Ailə məktəbi 

bir  növ  millətin  şah  damarıdır.  Ailə  məktəbini  önəmsəməyib  uşaqlarını 

yalnız dövlət məktəblərinin, yaxud da cəmiyyət ―məktəbləri‖nin ixtiyarına 

buraxanlar  ehtiyatlı  olmalıdırlar.  Xüsusilə,  cəmiyyət  ―məktəbləri‖nə  daha 

çox həssas yanaşılmalıdır. 

Məncə, arzu olunan hal ailə məktəbi ilə dövlət məktəblərinin prinisiplərinin 

üst-üstə  düşməsidr.  Yəni  ailə  və  dövlət  gələcək  vətəndaşın  hansı  şəkildə 

formalaşması  məsələsində  ortaq  nöqtədən  çıxış  edərsə  nəticə  də  yaxşı 

olacaqdır.  Ancaq  ailə  bir,  dövlət  başqa  şey  istəyirsə  bu  zaman  əsas  zərbə 

millətə  dəyəcəkdir.  Amma  burada  ən  təhlükəlisi  odur  ki,  ailə  və  dövlət 

gələcək  vətəndaşın  milli  dəyərlərdən  uzaq,  yalnız  maddiyyatı  düşünəcək 

şəkildə formalaşmasına razı olmasıdır. Deməli, 1-ci hal arzuolunan, 2-ci hal 

arzuolunmayan,  ancaq  ümidlərin  bitmədiyi  durum;  3-cü  hal  isə 

arzuolunmazdır. Çünki 3-cü halda millət, din, vətən, əxlaq, şərəf arxa plana 

keçir, öndə isə fərdin ―azadlığı‖, ―xoşbəxtliyi‖ və ―karyera‖sı dayanır. 

Bu  ―azadlıq‖,  ―xoşbəxtlik‖,  ―karyera‖  milli  dəyərlərin  üstündən 

praqmatistcəsinə  xətt  çəkir.  Artıq  fərdin  düşüncəsində  millət,  din,  vətən 

kimi  anlayışlar  ya  yoxdur,  ya  da  ―azadlıq‖,  ―xoşbəxtlik‖,  ―karyera‖ya 

çatmaq  üçün  yalnız  vasitədir.  Bu  zaman  fərdin  dərindən  düşünməsinə  heç 

ehtiyac da qalmır. Çünki onun yerinə düşünənlər var. Fərd düşünmədikcə, 

düşünməyə ehtiyacın olmadığı qənaətinə gəldikcə, daha da ―azad‖ olur. Bu 

―azadlığ‖ın  onun  köləliyi  olduğunun  ya  fərqinə  varmır,  ya  da  fərqinə 

vardığı halda belə onunla razılaşır. Bununla da, həyatın dadını çıxartmağa, 

ömrüboyu adını belə duymadıqları Qərbə məxsus freydizm, həyat məktəbi, 

praqmatizm  kimi  ―fəlsəfi təlimlər‖in  mahiyyətinə  uyğun  yaşamağa  davam 

edirlər.  Çünki  özdən  uzaqlaşanlar  sürətlə  özgələşirlər.  Bir  cəmiyyətdə  bu 

cür  özgələşənlər  zahirən  və  dilcə  bizlərə  yaxın  olsalar  da,  ruhca  və 

mahiyyətcə bizdən deyillər. 

XIX  və  XX  əsrlərdə  Rusiya  işğal  etdiyi  Türk  ellərində  bu  ideologiyanı 

türksoylu  toplumlara  uyğuladı.  Rusiya  bunu  etmək  üçün  Qərbdən  çox 

böyük dəstək gördü. Çünki türk toplumlarında mövcud olan törəni pozmaq 

məsələsində  Rusiya  və  Qərb  həmişə  həmrəy  olmuşlar.  Bu  gün  də 

həmrəydirlər.  Əslində  Rusiyada  kommunizmin  reallaşması  bir  Qərb 

layihəsi  idi.  Bunun  Qərbdə  gerçəkləşməyəcəyini  yaxşı  anlayan  Avropa 


767 

 

ideoloqları  Rusiyaya  əngəl  olmadılar.  Məqsəd  kommunizm  adı  altında 



Rusiyadakı  türk-müsəlmanların  özdən  uzaqlaşdırılıb  özgələşdirilməsi  idi. 

SSRİ dövründə kommunizm adı altında türk törələri alt-üst edildi. Halbuki 

çar  Rusiyası  dönəmində  durum  pis  olsa  da,  bu  qədər  acınacaqlı  deyildi. 

Komminizmi  əldə  bayraq  edərək  türk-müsəlmanlarin  milli  və  dini  kimlik 

inancları qəsb edildi, əxlaqi dəyərlərə yeni don geyindirildi. 

Ailə  milli  kimliyi –  millətin  varlığını  sürdürməsi  baxımından  çox  önəmli 

faktordur.  Hər  bir  ailə,  ailə  üzvü   milli  kimliyini  bilməlidir.  Bu  hər  bir 

fərdin  təbii  haqqıdır.  Fərd  milli  kimliyini  bilməli  və  onun  bir  hissəsi 

olmalıdır.  Ancaq  buradakı  milli  kimlik  tanımlanması  yalnız  soy  və  dil  ilə 

bağlı  deyildir.  Burada  soy  və  dil  ilə  yanaşı  şüur,  mədəniyyət  və  vətən 

anlayışları  da  önəmli  yerə  malikdir.  Bu  anlamda  fərqli  soy  və  dilin 

təmsilçiləri ortak milli kimlikdən çıxış edə bilərələr. Yəni mənim soyumdan 

olmayanlar,  mənim  dilimdə  danışmayanlar  bizdən  deyildir  demək   yanlış 

olardı. Çünki eyni soyu və dili paylaşdığınız halda elələri tapılar ki, bizdən 

olmasınlar, ancaq fərqli soyda və dildə olanlar isə bizdən olsunlar. Bu milli 

ruhla  bağlıdır.  Bəzi  hallarda  insanın  kimliyini  onun  dili  və  soyu  deyil, 

içindəki ruhu müəyyən edə bilər. 



Ailə  dini  kimliyi –  ailə  inancının  təməlidir.  Ailə  üzvləri,  özəlliklə  ata  və 

ana inanc məsələsində diqqətli olmalı, Allah sevgisni, peyğəmbər sevgisini 

bütpərəstlik  səviyyəsinə  endirməmlidirlər.  Tanrının  böyüklüyünü  həddən 

artıq nə mürəkkəbləşdirmək, nə də sadələşdirmək doğru deyildir. Ailədə elə 

bir dini  kimlik  formalaşmalıdır,  onu  hər  yoldan  ötənə  qapdırmaq  mümkün 

olmasın. Bunun təməlində paklıq, ülvilik və sevgi dayanmalıdır. Allahdan 

qoruxmaq  şərdən,  haramdan,  yalandan  uzaq  durmaq  anlamında  dərk 

edilməlidir.  Bu  anlamda  düşüncələrimizin  fərqliyindən  hər  bir  kəsin 

özünəməxsus qəbul etdiyi inanclar deyil, ortaq inanclar önə çəkilməlidir. 

Ailə  beynəlmiləlçiliyi -  insanlığın  bir  parçasıdır.  Hər  birimiz  təmsil 

olunduğumuz  milli  kimlik  və  dini  inancımızdan  asılı  olmayaraq,  Yer 

kürəsində təkbaşına yaşamadığımızı da yaxşı dərk edirik. Bu anlamda fərqli 

milli  və  dini  kimlikləri  görməzdən  gələ  bilmərik.  Sadəcə,  hər  bir  ailə 

bunları  dəyərləndirmək  və  doğru  nəticə  çıxartmaq  səviyyəsində  olmalıdır. 

Ailədaxili  tolerantlıq  onun  kənar  təsirlər  qarşısında  əriməsi  səviyyəsində 

olmamalıdır. Hər bir ailə milli və dini kimlik baxımından ona yad olan milli 

və  dini  kimlik  daşıyıcılarına  müəyyən  həddə  qədər  münasibət  bəsləməli, 

mənasız  ―bəşəri  duyğusallığa‖,  ―humanizm‖ə  qapılmamalıdır.  Yadsoylu 

millətlərin  təmsilçiləri  ilə  ailə  qurulması  məsələsinə,  özəlliklə  diqqət 

yetirilməlidir.  Atalarımız  demişkən:  ―Elini  hürküt,  axsağından  yapış‖. 

Çünki  eldən  çıxmayan  eldən  olmaz...  Amma  qeyd  edək  ki,  son  dövrlərdə 

əcnəbi vətəndaşlarla bağlanan nigahlar artıb.  


768 

 

Gənclərimizin bir qismi vaxtında evlənə bilmir, bəzən, yaş hətta 30-u belə 



adlayıb  keçirdi.  Bu  hal  indi  də  Azərbaycan  cəmiyyətində  özünü  göstərir. 

Ona görə də onlar o vaxt Rusiyanın bir sıra şəhərlərinə üz tuturdular. Bu isə 

oğlanlarımızın  milli  psixologiyasının  dəyişməsinə  səbəb  olurdu.  Qısa 

müddətdə  adət  və  ənənələrimizi  unudur,  nəticədə  isə,  bu  bir  tərəfdən 

qızlarımızın  evdə  qarımasına,  digər  tərəfdən  isə,  oğlanlarımızın  vaxtında 

ailə  qura  bilməmələrinə  səbəb  olurdu.  Bir  məsələni  də  qeyd  edək  ki, 

oğlanlarımızın  qızlarımıza  olan  münasibəti  də  dəyişirdi.  Onların  qeyri-

millətdən olan qızlarla evlənməsi, ailə qurması, Azərbaycanda milli ailənin 

formalaşmasının qarşısını alırdı. Müasir dövrdə isə başqa bir cəhət də özünü 

Azərbaycan  reallığında  göstərməkdədir.  ―Azərbaycandan  xarici  ölkələrə 

qazanc  üçün  getmiş  gənclər  geri  dönür,  ölkədən  gedənlərin  sayı  isə  ilbəil 

azalır‖.  Dövlət  Statistika  Komitəsinin  məlumatında  belə  deyilir.  Komitə 

bunu ölkədə yeni iş yerlərinin açılması ilə əsaslandırılır. Məlumata əsasən, 

2011-ci ildə daimi yaşamaq üçün Azərbaycana gələnlər 2200, gedənlər isə 

500  nəfər  olub.  Immiqrantların  77,1  faizini  Rusiyadan,  8,1  faizini 

Qazaxıctandan,  4,3  faizini  Ukraynadan  gələnlər  təşkil  edir.  Ölkədən 

miqrasiya edənlərin 45,1 faizi Rusiyaya, 32,7 faizi Qazaxıstana, 8,4 faizi isə 

Ukraynaya  gediblər.  Komitənin  məlumatında  deyilir  ki,  2011-ci  ildə 

Azərbaycanda  94  minə  yaxın  yeni  iş  yeri  açılıb,  bunun  da  73  minə  yaxını 

daimi iş yeridir. Komitə hesab edir ki, bununla da ölkədə işsizlik daha 0,5 

faiz azalaraq 5,4 faizə enib. 

2017-ci il üçün olan statistik göstəricilərə görə Azərbaycana daimi yaşamaq 

üçün  gələnlər  cəmi  3073  nəfər,  gedənlərin  sayı isə  1901  nəfərdir. 2000-ci 

ildə  Prezidentin  sərəncamı  ilə  Azərbaycanın  Demoqrafik  İnkişaf 

Konsepsiyası  təsdiq  edilib.  Son  12  ildə  Azərbaycanda  miqrasiya 

proseslərinin  sürət  fonunda  demoqrafik  proseslərin  tənzimlənməsinə  dair 

milli siyasətin formalaşması təqdirəlayiq bir haldır.  

Qadınlar  ailənin  əsas  vasitələrindən  birini  təşkil  edir.  Lakin  tarix  boyu 

qadına  fərqli  münasibət  olub.  Bir  az  keçmişə  qayıtsaq  görərik  ki,  tarix, 

fəlsəfə,  təbiət  elmlərində,  dində  qadının  cəmiyyətdəki  rolu  barədə  tez-tez 

bir-birinə  əks  fikirlər  söylənilib,  problem  müxtəlif  cür  həllini  tapıb. 

Xüsusən  də  bu  barədə  bir-birinə  əks  və  ziddiyyətli  fikirlərə  (qadının 

cəmiyyətdə  və  ailədə  rolu,  onun  doğum  keyfiyyət  və  məziyyətləri)  dində 

rast  gəlmək  olar.  Məsələn,  1400  il  bundan  əvvəl  Makon  kilsə  məclisi 

(kilsənin  ali  xristian  ruhaniləri)  rəsmi  olaraq  belə  bir  məsələyə  baxmışdır: 

qadının ruhu varmı? İştirak edənlərin təqribən yarısı bu suala mənfi cavab 

vermişdi. Xristian kilsə məclisi cəmi bir səs çoxluğu ilə qərara gəlmişdi ki, 

aşağı məxluq olsa da, qadında nə isə ruha oxşar bir şey var. Bu kimi baxış 

onun  nəticəsidir  ki,  minilliklər  boyu  qadına  öz  intellektini  üzə  çıxarmağa 


769 

 

imkan vermişdilər.Qadını daima lənətləyən xristianlıq onun insan ləyaqətini 



alçaldırdı. Qadına olan bu ənənəvi nifrət orta əsrlərdə daha da güclənmişdi. 

"Zəif  cinslə"  əlaqədə  olmaq  –dəhşətli  günaha  batmaqdır.  Platon  özünün 

"Timey"  və  "Dövlət"  əsərlərində  ziddiyyət  təşkil  edən  iki  fikir  söyləyir. 

"Dövlət"  əsərində  o,  qadın  azadlığından  bəhs  edir,  lakin  bu  fikir  ikinci 

dərəcəli qalır. "Timey" əsərində onun "qorxaq və bir çox cəhətlərdən vecsiz 

olan kişilərin ruhu öləndən sonra qadınlara keçir" söylədiyi fikir isə orta əsr 

mütəfəkkirlərinə  böyük  təsir  göstərmişdir.  Kapitalizm  dövrü  qadının 

cəmiyyətdəki  yeri  və  rolu  baxımından  çoxlu  cərəyanlarla  xarakterizə 

olunur.  Yeni  Kodeks  yaratmış  Napaleon  Bonapart  qadın  tərbiyəsini 

Dövrünün  A.Şopenhauer,  F.Nitsşe,  O.Veyninger  və  qadın  dəyərsizliyi 

haqqında  yanlış  nəzəriyyənin  digər  burjua  nümayəndələri  belə  hesab 

edirdilər  ki,  təbiət  qadınlara  yalnız  hiyləgərlik,  yalançılıq,  xəyanətə 

meyllilik, naşükürlük hissləri bəxş etmişdir. Bu mütəfəkkirlərin və onların 

tərəfdarlarının  qadına  münasibəti  kişi  əsrini,  kişi  tiraniyasını  həm  də 

müəlliflərin fərdi xüsusiyyətlərini əks etdirirdi. Hazırkı dövrdə qadına qarşı 

ruhanilərin də münasibəti bir qədər dəyişmişdir. Məsələn, Vatikanın başçısı 

papa II İoann Pavel özünün 1990-cı ildə Meksikadakı moizəsində qadınlara 

xitabən  söyləmişdir  ki,  onlar  yer  üzünə  böyük  missiya  ilə  gəlmişlər,  eyni 

zamanda o, qadınların təbii təyinatı olan analıq funksiyasının daşıyıcıları və 

ailə  ocağının  qoruyucuları  olduqlarını  vurğulamışdır.  Papa  eyni  zamanda 

qadın  ayrı-seçkiliyinə  və  onun  rolunun  nüfuzdan  salınmasına  qarşı 

mübarizəyə çağırmışdır. Qadının cəmiyyətdəki yerinə  münasibətdə müasir 

islam ölkələrində də  müəyyən  müsbət dəyişikliklər baş vermişdir. Bir sıra 

islam dövlətləri (Türkiyə, Suriya, Əlcəzair, Misir) cəmiyyətin sosial-iqtisadi 

və  mədəni  həyatında  qadın  bərabərliyi  prinsipinə  tərəfdar  çıxırlar, 

"cəmiyyətin mədəniyyəti qadının onda tutduğu yerdən birbaşa asılıdır" fikri 

ilə razılaşırlar. 

 

Deyirlər cəmiyyətin inkişafı ailədən ―su içir‖. Ailəni cəmiyyətin təməl daşı 



adlandıran  mütəfəkkirlərin  fikrincə,  ailədə  münasibətlər  necə  formalaşırsa 

bu özünü ictimai münasibətlərdə əks etdirir. Odur ki, ailənin sağlam təməl 

üzərində  qurulmasının,  cəmiyyətin,  dövlətin  inkişadında  rolu  danılmazdır. 

Bu  gün  də  ailə,  vətəndaş  cəmiyyətini  formalaşdıran  əsas  elementlərdən 

sayılır.  Bu  mənada  Azərbaycan  ailəsi  hər  zaman  digər  xalqlara  nümunə 

göstərilib.  Azərbaycanda  ailə  modeli,  ailə  ənənələrinə,  milli-mənəvi 

dəyərlərə  söykəndiyindən  tarix  boyu  öz  simasını  itirməyib.  Qərb 

dünyasında  ailə  institutu   deformasiyaya  uğradığı  bir  vaxtda,  bizdə  ailə 

dəyərlərinin  hələdə  qorunub  saxlanılması,  Azərbaycan  xalqına  xas  ən 

müqəddəs  xüsusiyyətlərdən  biridir.  Bunun  kökündə  isə  milli-mental 

dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq, ailəyə  hər zaman 


770 

 

müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun dağılmaması 



üçün  xalq  kimi  yeri  gələndə  mətanət,  dözüm  nümayiş  etdirmişik. 

Azərbaycanda   ailə  institutunu  möhkəmləndirmək  üçün  ailə  dəyərlərini 

qorumaq  lazımdır.  Azərbaycan  ailəsi  bütün  dünyada  monolitliyi  ilə  örnək 

göstərilmişdir. Amma  əlbəttə ki, qloballaşma, inteqrasiya mədəniyyətlərin 

qovuşması  və  digər  bu  kimi  tendensiyalar,  ailələrə  yeni  keyfiyyətlər 

gətirməklə bərabər, bəzi arzuolunmaz fəsadlara da yol açır.  

Mən  bəzi  məqamları  xüsusilə  vurğulamaq  istərdim.  Əvvala  Azərbaycanda 

müasir dönəmdə ailə qurmaq istəməyən gənclər artır. Belə gənclər daha çox 

karyera  haqqında  düşündükləri  üçün  bu  fikrə  gəlirlər.  İkinci  məqam  isə 

ondan  ibarətdir  ki,  gənclər  ailə  qurarkən  uşaq  məsələsini  3-cü  və  4-cü 

vəzifədə yerinə yetirməyə çalışırlar. Bu isə onlarda valideyn olmaq risqini 

azaldır. Sonda isə özləri istədikləri təqdirdə artıq övlad sahibi olmaq şansını 

itirirlər.  Nəticədə  ailələrin  dağılması  prosesi  baş  verir.  Bu  isə  bütövlükdə 

cəmiyyətdə  tənəzzül  hallarına  və  əvəzedici  nəslin  təlim-tərbiyəsinə  mənfi 

təsir  edir.  Bu  gün  ailə  institumuzla  bağlı  cəmiyyəti  narahat  edən  əsas 

məsələlər  qurulan  ailələrin,  rəsmiləşdirilən  nikahların  bəzən  uğursuz 

nəticələnməsidirsə, digər problem ailələrdə məişət zorakılığı hallarının baş 

verməsidir. Elə məişət zorakılığı özü, ailələrin dağılmasına gətirib çıxaran 

əsas səbəblərdən biridir. 

Hazırda  Azərbaycanda  2  milyon  62  min  30  ailə  var.  Hər  il  orta  hesabla 

ölkədə  80  mindən  çox  nikah  qurulur.  Yuxarıda  qeyd  etdiyim  kimi  ailənin 

inkişafı  və  sosial  müdafiəsi,  qadın  və  uşaq  hüquqlarının  müdafiəsi 

―Azərbaycan  2020  gələcəyə  baxış‖  İnkişaf    Konsepsiyasında  öz  əksini 

tapıb.  15  may  Beynəlxalq  Ailə  Gününün  qeyd  olunması  artıq  ölkəmizdə 

ənənəyə  çevrilib.  Ailə  dəyərlərimizin  qorunub  saxlanılması  sahəsində 

görülən  marifləndirmə  işlərinin  mühim  hissəsi  kimi  2009-cu  ildən 

başlayaraq  ―Azərbaycan  ailəsi‖  qısametrajlı  film  festivalı  uğurla  davam 

etdirilir.   2014-cü  ildən isə  bu  festival  çərçivəsində  ―Həyatdan  şəkilə‖  adlı 

foto müsabiqə də həyata keçirilir‖. 

Mən hesab edirəm ki, bu gün ailələrin uzunömürlü olması,   boşanmaların, 

məişət  zorakılığının  qarşısını  alması  üçün  çıxış  yolu  maarifləndirmə  və 

təbliğatın  gücləndirilməsindədir.  Azərbaycanda  bu  işlə  məşğul  olan  bir 

dövlət  qurumu  fəaliyyət  göstərir.  Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə 

Dövlət Komitəsi bu istiqamətdə əsas dövlət siyasətini həyata keçirir. Bu çox 

mühüm addımdır. Biz yüksək dəyərlərin saxlanıldığı cəmiyyət, güclü dövlət 

qurmaq  istəyiriksə,  mütləq  ailələr  sağlam  təməl  üzərində  qurulmalıdır. 

Bunun üçün isə ailə dəyərlərimiz təbliğ olunmalı, Azərbaycan ailə modeli 

qorunub-saxlanılmalıdır.  

 Qəbul  olunmuş  bir  sıra  dövlət  proqramları,  o  cümlədən,  "Azərbaycan 


771 

 

Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf‖, "Azərbaycan 



Respublikasının 

Məşğulluq 

Strategiyasının 

həyata 


keçirilməsi‖, 

"Azərbaycan  gəncliyi‖,  "Azərbaycan  Respublikası  regionlarının  sosial-

iqtisadi  inkişafı‖  Dövlət  Proqramları,  Azərbaycan  Respublikasında  insan 

hüquq  və  azadlıqlarının  müdafiəsinin  səmərəliliyini  artırmaq  sahəsində 

Milli  Fəaliyyət  Proqramı  və  digər  Sərəncamlar  hər  bir  vətəndaşımızın 

hüquq  və  azadlıqlarının  təmin  edilməsi,  xüsusilə,  qadın  və  uşaq 

hüquqlarının  müdafiəsinin  reallaşdırılması  üçün  bütün  imkanlar  yaradır.  

Ailə  Məcəlləsinə  edilən  dəyişiklik  əsasında  qızlar  və  oğlanlar  üçün  nikah 

yaşı  18-ə  qaldırılmışdır.  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsində 

yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə 

xüsusi  maddə  ilə  məsuliyyət  müəyyən  edilmişdir.  "Uşaqların  icbari 

dispanserizasiyadan  keçirilməsinə‖,  "Ana  və  uşaqların  sağlamlığının 

yaxşılaşdırılmasına‖  və  bir  sıra  digər  Dövlət  Proqramları  təsdiq  edilmiş, 

eyni zamanda, tərəflərin nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi 

ilə  bağlı  Ailə  Məcəlləsinə   edilən  dəyişiklik  isə  həm  ailələrimizin,  həm  də 

gələcək  nəsillərin  sağlamlığına  xidmət  edir.  Ölkəmizin  bu  sahədə 

uğurlarının  davam  etdirilməsi  üçün  yeni  qanunvericilik  aktlarının,  milli 

fəaliyyət planlarının qəbul edilməsi vacibdir. Qeyd edim ki, ölkə başçısının 

Sərəncamları  ilə  təsdiq  edilən  Gələcəyə  Baxış  İnkişaf  Konsepsiyası  və 

2016-2030-cu  illər  üçün  Dayanıqlı  İnkişaf    Məqsədlərindən  irəli  gələrək, 

ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, 

bütün  sahələrdə  qadınların  və  qızların  imkanlarının  genişləndirilməsi, 

uşaqların  bütün  sahələrdə   hüquqlarının  müdafiəsi  üçün  hədəflər  müəyyən 

edilmişdir. Onlardan ən vacibləri ailə institutunun gücləndirilməsi, qadın və 

uşaq  hüquq  və  imkanlarının  artırılması,  reproduktiv  sağlamlıq,  məişət 

zorakılığı və s. göstərmək olar. 

Ailənin  dəyəri,  onun  cəmiyyətə  verdiyi  məhsil  ilə,  yəni  şəxsiyyət  ilə 

ölçülməlidir.  Şəxsiyyətin  dəyəri  isə,  öz  vətəninə,  dövlətinə,  dünyaya,  öz 

ailəsinə,  xalqına  və  bəşəriyyətə  verdiyi  töhvələr  ardıcıllığı  əsasında 

müəyyənləşdirilməlidir.  Bunun  üçün  də  fərdin  özünüinkişafına  və 

özünüdərkinə azad şərait yaradılmalıdır.   

İnsanın  mənəviyyatını  hər  şeydən  uca  tutan,  daxili  zənginliyini  yüksək 

qiymətləndirən  Ümummilli  Lider  Heydər  Əliyev  hesab  edirdi  ki,  insan 

yalnız oxuyub təhsil aldığı məktəbdə, çalışdığı kollektivdə deyil, həmçinin 

böyüyüb  boya-başa  çatdığı  ailədə  formalaşır.  Hər  bir  ailədə  böyüyən  və 

tərbiyə  alan  insan,  bütövlükdə  dünyaya  təsir  edə  bilir  və  onun  təməlini 

təşkil edir. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi 

hamımızın  vəzifə  borcudur.  Biz  bu  vəzifəni  yerinə  yetirməklə,  həm  də 

bəşəriyyətin daha mütərəqqi inkişafına təsir edə bilərik. 


772 

 

 



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin