Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu



Yüklə 0,56 Mb.
səhifə27/93
tarix18.06.2023
ölçüsü0,56 Mb.
#132198
növüDərs
1   ...   23   24   25   26   27   28   29   30   ...   93
2009SosialsferanniqtisadiyyatDRSVsaiti

Bölgü siyasəti: Dövlətin sosial siyasətinin mühüm vəzifələrindən biri də gəlirlərin sosial ədalət prinsipləri əsasında bölüşdürülməsin və təkrar bölgüsünün həyata keçirilməsidir.
Qeyd edək ki, iqtisadi ədəbiyyatlarda gəlirlərin bölgüsündəki bərabərsizlik qiymətləndirilərkən müxtəlif yanaşmalardan istifadə olunur. Onlardan birincisi gəlirlərin bir neçə komponentinə əsaslanır. Bu zaman əsas gəlir mənbələrinə görə ümumi qiymətləndirmə aparılır. Burada gəlirlərin bərabərsizliyi əmək haqqından, özünüməşğulluqdan və transfert ödəmələrindən əldə edilən gəlirlərin ümumi gəlirlərdə xüsusi çəkisi ilə müqayisə edilir. Ancaq bu, digər gəlir mənbələrinin bərabərsizliyə təsirinin müəyyən edilməsinə imkan vermir.
İkinci yanaşma, gəlirin başqa komponentlərinin əlavəsi zama-nı tədqiq olunur. Bu yanaşma, digər gəlir komponentlərinin ümu-mi gəlirlərdə bərabərsizliyə təsirinin qiymətləndirilməsinə imkan verir. Bununla yanaşı, müəyyən olunmuş komponentin məbləği, ölçüsü bura əlavə olunan komponentlərin ardıcıllığından asılıdır.
Gəlirlərin qeyri-bərabər bölgüsünün spesifik səbəbi mövcud bazar mühitinin (əməyin dəyərinin ucuz olması, normativ-hüquqi bazanın tənzimlənməməsi, gizli gəlirlərin böyük olması imkanları və s.) xüsusiyyətlərinə əsaslanır. Hazırda gəlirlər üzrə bərabər-sizliyin ölçülməsi üçün əhalinin bərabər paylara (desil 1/10 və kvintil 1/5) bölgüsünün statistik üsullarından geniş istifadə olunur. Ölçüyə aşağı, orta və yuxarı gəlir qrupları qoşulur. Desil və kvintil üzrə gəlirlərin bölüşdürülməsi, gəlirlərin differensiasiya dərəcəsinə və əhalinin alıcılıq qabiliyyətinin səviyyəsinə əsas-lanır.
Məlum olduğu kimi, gəlirlərin differensiallaşmasının qiymətləndirilməsində daha geniş tətbiq olunan metod Lorens əyrisidir. Bu əyri əhalinin gəlirinin artmasına görə qruplaşdırılır və onlar arasında fərqi müqayisə edir. Bunun daha aydın olması üçün Lorens əyrisinin izahına diqqət yetirək.
Üfüqi ox bütünlükdə ailələrin (20%-lik bölgü üzrə ailələrin payı) payını, şaquli ox isə ailələrin məcmu gəlirlərdə (20 %-lik bölgü üzrə) payını göstərir.
Lorens əyrisi OE düz xəttindən nə qədər çox uzaqlaşırsa, bərabərsizlik bir o qədər artır. Başqa sözlə, əyrinin mütləq OE düz xəttinə yaxınlaşması bərabərsizliyin aradan qaldırılması, uzaqlaşması isə bərabərsizliyin dərinləşməsini göstərir.
Əgər gəlirlər bərabər bölünürsə, onda hər bir ailə qrupu onun xüsusi çəkisinə uyğun olaraq gəlir əldə etməli və bu mütləq bərabərlik kimi xarakterizə olunmalıdır. Mütləq qeyri-bərabərlik isə o vaxt baş verir ki, 1% ailə, gəlirlərin 100%-ni əldə edir. Yerdə qalanlar isə heç nə əldə etmir. Məsələn, ümumiyyətlə gəlirlərin bölgüsündə mütləq bərabərlik və mütləq qeyri-bərabərlik təcrübi olaraq qeyri-mümkündür.
Əhalinin gəlirlərinin differensiallaşması göstəriciləri cəmiyyətdə varlılar və yoxsullar təbəqəsinin müəyyən edilməsində, ölkədə baş verən sosial-iqtisadi hadisələrin əhalinin sosial qruplarının maddi vəziyyətinə təsirinin qiymətləndirilməsində istifadə olunur.
Gəlirlərin ədalətli bölgüsü sosial yönümlü bazar iqtisadiy-yatında əsas yerlərdən birini tutur. Bu baxımdan gəlirlərin tənzimlənməsi dövlətin sosial siyasətinin ana xəttini təşkil edir. Ümumiyyətlə, gəlirlərin tənzimlənməsi - dövlətin sosial-iqtisadi siyasətinin istiqamətlərindən biri olub, milli məhsulun yenidən bölgüsünü həyata keçirməklə sosial qruplar arasında bərabər-sizliklərin azaldılmasıdır. Gəlirlərin tənzimlənməsində son məqsəd - cəmiyyətin ayrı-ayrı qrup və təbəqələri arasında zid-diyyətlərin aradan qaldırılması, orta təbəqəyə məxsus iqtisadi fəal əhalinin inkişafı üçün bazanın formalaşdırılmasıdır. Gəlirlərin tənzimlənməsi siyasətinin həyata keçirilməsi rabitə, nəqliyyat, vergilər, sığorta ödəmələri, qiymətlərin tənzimlənməsinin kon-kret mexanizmlərini nəzərə alır. Belə mexanizmlərə - proqressiv gəlir vergiləri, əhaliyə kommunal və digər xidmətlər üçün dotasiyaların verilməsi, cəmiyyətin hər bir üzv üçün sosial-mədəni vəziyyətini yaxşılaşdıran real tədbirlərin görülməsidir.
Qeyd etmək lazımdır ki, dünya təcrübəsində aparılan iqtisadi siyasətin sosial yönümlü olmasına daha çox üstünlük verilir və cəmiyyətin inkişafında əhəmiyyətli amil kimi qəbul olunur. Sosial siyasətin özünün də müxtəlif: liberal, sosial-demokratik və sosial yonümlü bazar iqtisadiyyatı modelləri mövcuddur:
Liberal model - əsasən xüsusi mülkiyyətçilərin mənafeyini üstün tutur və kasıb təbəqənin sosial problemlərinin həllinə ayrılan vəsait qalıq xarakteri daşıyır. Əhalinin həyatına dövlətin təsirini minmuma endirir, əsaslı şəkildə fərdə söykənir.
Sosial-demokratik model - dövlətin sosial siyasəti əhalinin gəlirlər üzrə təbəqələşməsinin azaldılmasını təmin edir.
Sosial yönümlü model - dövlət cəmiyyətin bütün üzvlərinin sosial müdafiə sistemini formalaşdırır.
Hesab edirik ki, sosial-demokratik və sosial-yönümlü bazar iqtisadiyyatı modelləri sosial ədalət prinsiplərini özündə daha çox təcəssüm etdirir. Qeyd etmək lazımdır ki, dünya təcrübəsində, xüsusilə əksər inkişaf etmiş ölkələrdə sosial yönümlü bazar iqtisadiyyatı modelindən geniş istifadə olunur. Bu modelin tətbiq olunduğu ölkələrdə ailə gəlirlərindən asılı olmayaraq, cəmiyyətin bütün üzvləri üçün pulsuz təhsil, səhiyyə xidməti, sosial təminat və s. həyata keçirilir.
Müasir bazar münasibətləri şəraitində əhalinin sosial müda-fiəsinin yaxşılaşdırılması dövlətin qarşısında duran ən mühüm və ümdə məsələlərdən biridir. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələr, xüsusilə Avropa ölkələri əhalinin sosial müdafiəsi ilə bağlı ciddi tədbirlər həyata keçirir və dövlət əhalinin doğulan gündən ölənə qədər sosial müdafiəsini öz üzərinə ötürür. Bu ölkələrdə dövlət-vətəndaş, vətəndaş-dövlət münasibətləri yüksək səviyyədə qurul-muşdur. Hesab edirik ki, yalnız bu halda ölkənin hərtərəfli inki-şafı mümkündür və sosial müdafiənin yüksək səviyyədə həyata keçirilməsini dövlət-vətəndaş cəmiyyətinin qurulması və möh-kəmlənməsinin bazisi hesab etmək olar.


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin